Суббота, 19.08.2017, 18:08
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
Страница 1 из 11
Модератор форума: urisakina, Jango 
Форум » Талышский форум » Талыши: общественно-политическая жизнь » Azərbaycan hökuməti aran əhalisini Talışa köçürmək istəyir?
Azərbaycan hökuməti aran əhalisini Talışa köçürmək istəyir?
adminДата: Воскресенье, 23.05.2010, 14:31 | Сообщение # 1
Admin
Группа: Администраторы
Сообщений: 24
Репутация: 3
Статус: Offline
Son məlumatlara gorə Azərbaycan hokuməti aran rayonlarını koçürmək istəyir. Bu zaman bir qüllə ilə iki hədəfi vurmaq istəyirlər. Əsas hədəf isə Talışda ahalınin demoqrafiq nisbətini dəyişdirməkdir. Bu barədə artiq bu gün KİV-də məlumalarlar yer almışdır: "Məlumatlardan belə çıxır ki, hökumət aran əhalisini ən uyğun təşviqlərlə ölkəmizin cənub, qismən də şimal bölgələrindəki rayonlara köçürməyi niyyət edir..."

Bu barədə oxucuların fikirləri maraqlə olardı.

daha ətraflı: http://www.musavat.com/new....%C6%8FR

REJİMİN MEQA-PROJESİ İLƏ BAĞLI SENSASİON XƏBƏRLƏR

Deyəsən, İmişlini Kür basmamış iqtidar basır...
Aranın köçürüləcəyi xəbərləri ciddiləşir; İltizam Əkbərli: “Ərazidəki kəndlərdə əhali kütləvi şəkildə evlərini tərk etməyə başlayıb”

Dünən günün sonunda İmişli, ümumiyyətlə isə aran regionu ilə bağlı sensasion bir xəbər aldıq. Hakimiyyət televiziyalarının birində çalışan önəmli jurnalistlərdən biri (adının açıqlanmasını arzu etmədi-red.) iddia edir ki, hökumət bu günlərdə İmişlinin rayon statusunun ləğv olunması məsələsini qaldırmağa hazırlaşır. “Bunun hansı səbəbdən edildiyini dəqiq bilmirik” - deyən jurnalistin məlumata əlavəsi daha maraqlı oldu: “Ümumiyyətlə, aran zonasındakı rayonların infrastrukturunda və ərazi-inzibati sistemində ciddi dəyişikliklər olunacaq. Hökumət tamamilə ciddi şəkildə Kür qırağı rayonların əhalisinin daha təhlükəsiz zonalara köçürülməsini müzakirə edir...”

Xatırladırıq ki, bu barədə “Yeni Müsavat” da 15 mayda yazı dərc etmişdi. Orada hakimiyyətdəki etibarlı mənbələrdən alınan bilgilərə dayanılaraq göstərilirdi ki, Mingəçevir su anbarında yaranmış çıxılmaz durum iqtidarımızı bölgənin güvənliyi məsələsinə yenidən baxmağa vadar edib. İlk olaraq yalnız “Yeni Müsavat”, arxasınca isə bütün kateqoriyalara aid media quruluşları həyəcanla “SOS” verdi ki, Mingəçevir su anbarının 60 illik bəndləri getdikcə artan və normanı keçən suyun təzyiqlərinə davam gətirməsə, Azərbaycanın təxminən 250 km ərazisi bir neçə metr hündürlüyündə suyun altında qala bilər. 15 may tarixli sayımızda gedən həmin yazıdan bir fraqmenti xatırlayaq: “Mingəçevir su elektrik stansiyası (SES) və su anbarı barədə də ilkin planlar var... Bizə yetişən bilgilərə görə, artıq prezidentin tapşırığı ilə məlum su anbarının və SES-in təmirə dayandırılması layihəsi hazırlanır. Paralel olaraq Kürün yatağı keçən yaşayış məntəqələrinin köçürülməsi üçün proqram hazırlıqlarına başlamaq müzakirə edilir. Söhbət yalnız Kür çayına yaxın kəndlərin köçürülməsindən yox, bu çayın yatağı boyunca salınmış bir neçə rayonun, o cümlədən Sabirabadın, Saatlının, Zərdabın, İmişlinin və başqa rayonların tam olaraq köçürülməsindən gedir. Dövlət rəhbərliyinə təklif olunur ki, bu bölgənin əhalisi nisbətən təhlükəsiz rayonlara köçürülsün...”
Bundan sonra məlum oldu ki, hökumətin də bütün diqqəti bu təhlükənin qarşısını ala bilmək yollarının üzərində cəmləşib. İndi bu istiqamətdə yeni xüsusatlar, məlumatlar da ortada olduğundan yazımızın əvvəlindəki özəl bilgini açar kimi hesab edərək bəzi məqamları diqqətinizə çatdıraq.
Ölkə rəhbərliyi qəbul edir ki, mövcud təhlükə bu il ötüşdürülsə də yaxın gələcəkdə yenə də, həm də bu dəfə daha kritik formada qayıdacaq. Bu səbəbdən də ümumiyyətlə aran bölgəsinin təhlükə altındakı əhalisini indiki və gələcək risklərdən qorumağın ən effektli, həm də bəlkə də ən orijinal bir variantı üzərində iş gedir - risk bölgəsindəki əhalinin sayını minimuma endirmək.
Qəzetimizdə hansı rayonların hansı təhlükəsiz bölgələrə köçürüləcəyi barədə də ilkin və təsdiq olunmamış məlumatlar var. Ona görə də (ikinci mənbədən təsdiq etdirə bilməməyimiz səbəbindən-red.) hələlik təfsilatı yazmırıq. Lakin köçürülmə istiqamətləri barədə əldə etdiyimiz yeni məlumatın maraqlı olacağı qənaətindəyik. Məlumatlardan belə çıxır ki, hökumət aran əhalisini ən uyğun təşviqlərlə ölkəmizin cənub, qismən də şimal bölgələrindəki rayonlara köçürməyi niyyət edir...
İmişli ilə bağlı gələn son “açar xəbər” onu göstərir ki, bu sürəcə deyəsən, artıq start verilib. İmişlinin rayon statusunun ləğv olunması istiqamətində müzakirələrin aparıldığı, rayonun ərazilərinin qonşu rayonlar arasında bölüşdürülməsi planının nəzərdən keçirildiyi iddia olunan bu xəbər qeyd olunan rayonun başı üzərində fəlakətin asıldığı günlərdə yayılıb. Hazırda prezidentin təbii fəlakətlə əlaqədar yaratdığı qərargah da məhz İmişlidə yerləşir. Hökumətin ən effektli nazirləri gecə-gündüz demədən rayondadırlar. Onların və tabeçiliklərindəki şəxslərin verdiyi əməyi gözardı etmək fikrində deyilik. Lakin hər şey çox qəribədir. Bütün hökumət İmişliyə ona görə yığılıb ki, burada Kür ilə Arazı ayırsınlar; Araz çayının istiqamətini dəyişdirsinlər. Bu qərarsa rayon camaatını bir-birinə vurub. Çünki bu plan həyata keçirilsə, onlarla kənd suyun altında qala bilər. Rayondan millət vəkili seçilmiş İltizam Ələkbərli qəzetimizə bildirib ki, kəndlərin sakinləri belə bir avantürist qərara üsyan edirlər. Hətta qəzetlərin yazdığına görə, camaat Əhməd Əhmədzadəni (“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin prezidenti) az qala döyəcəkmiş.
Və ardınca da bu cür xəbərlər yayılır. Bu da onu göstərir ki, hörmətli hökumət üzvləri bölgədə olsalar da xalqla və ictimai rəylə keyfiyyətli, açıq işləmirlər. Bütün hallara dövlət adından təcili izahat verilməlidir, əhali ilə bilavasitə iş aparılmalıdır. Şayiələrin qəzetlərə çıxmasındansa rəsmi və dəqiq bilgilərin çıxması daha uyğun deyilmi?
Məsələn, biz kifayət qədər sensasiyalı hesab olunan məlum xəbəri - İmişlinin rayon statusunun ləğv olunacağını - dəqiqləşdirmək üçün rəsmi orqanlarla əlaqə saxlaya bilmədik. Ona görə də İmişlinin bir rayon kimi siyahıdan silinməsi “planının” nəyə xidmət etdiyini aydınlaşdıra bilmədik.
Bundan əvvəl də yazmışdıq ki, hökumətimiz vəziyyətin ən kritik həddinə hazırlaşır. Mingəçevir su anbarının bəndlərinin dağılması təhlükəsi reallaşmaq həddinə çatarsa, bütöv regionu qurtarmaq üçün bir rayonu, yaxud 10-15 kəndi qurban verəcəyini artıq qərarlaşdırıb. Üstəlik, Türkiyə də xəbərdarlıq edir ki, yağan yağıntılar səbəbindən Kür və Arazda suyun həcmi daha da artacaq... İndiki vəziyyətdən də göründüyü kimi, bu qurbanlıq İmişli, ya da onun kəndləri ola bilər.
Məsələ ilə bağlı əlimiz rəsmilərə çatmasa da zəngimiz millət vəkili İ.Əkbərliyə çatdı. Onun reaksiyasından belə məlum oldu ki, bəy bu xəbərə inanmır: “İmişli 110 min əhalisi, ciddi infrastrukturu olan rayondur. Hazırda da Arazdan Çaxırlı istiqamətində 3 km uzunluğunda bənd vurulur. Çox ciddi iş gedir. Bu mənada rayonun statusunun ləğvinə inana bilmirəm. Ancaq rayonda böyük panika var. Bəzi kəndlərdən adamlar hətta hökumətin qərarını gözləmədən köçür”.
İ.Əkbərli hakimiyyətin Arazı ayırmaq layihəsinin daha bir təhlükəyə yol açdığını da dedi. Onun sözlərinə görə, İmişlinin bir sıra kəndləri ilə birgə Biləsuvarı da böyük təhlükə gözləyir.

 
JangoДата: Суббота, 16.10.2010, 17:45 | Сообщение # 2
Лейтенант
Группа: Пользователи
Сообщений: 48
Репутация: 0
Статус: Offline
Quote
Əsas hədəf isə Talışda ahalınin demoqrafiq nisbətini dəyişdirməkdir.

Если талышская элита будет себя вести так же пассивно, как в последнее время, то правительство вообще сядет и у них на головах и на спину всего талышского народа.


Зиккә бъжән, бъвот hестим, зә, толъш!
 
Форум » Талышский форум » Талыши: общественно-политическая жизнь » Azərbaycan hökuməti aran əhalisini Talışa köçürmək istəyir?
Страница 1 из 11
Поиск:

Copyright MyCorp © 2017Используются технологии uCoz