İH üzrə Avropa Məhkəməsinin Hümmətov Azərbaycana qarşı Qərarı (II) - Мои файлы - Каталог файлов - Официальный сайт РОО "Талышская диаспора"
Суббота, 19.05.2012, 01:24
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
Мои файлы [10]
Актуальные
Аналитика
Главная » Файлы » Мои файлы

İH üzrə Avropa Məhkəməsinin Hümmətov Azərbaycana qarşı Qərarı (II)
01.06.2010, 18:08
(ardı, əvvəli burada)

61. 2001-ci ildə qeyri-məlum gündə, ərizəçi həbsxananın ehtimal olunan ağır şəraiti ucbatından səhhətinə vurulan zərərə və zəruri tibbi müalicənin göstərilməməsinə görə hakimiyyət orqanlarından kompensasiyanı tələb edərək, vəkili vasitəsilə birinci instansiya məhkəməsinə iddia verməyə cəhd etdi. Lakin ərizəçiyə görə, məhkəmə hər hansı səbəb göstərmədən onun şikayətini qəbul etməkdən imtina etdi.

62. 2004-cü ilin fevralında ərizəçi həbsxanada səhhəti pisləşdiyi üçün maddi kompensasiya barədə Daxili İşlər Nazirliyinə qarşı Səbail rayon məhkəməsində iddia qaldırdı. 03 mart 2004-cü ildə Səbail rayon məhkəməsi iddianı qəbul etməkdən imtina etdi, ona görə ki, ərizəçi Maliyyə Nazirliyini də cavabdeh kimi göstərməyib. Məhkəmə qeyd etdi ki, daxili qanunvericiliyə görə, Dövlətdən hər hansı maddi kompensasiyaya aid tələblər Maliyyə Nazirliyinə qarşı olmalıdır.

63. 2004-cü ilin mart ayında ərizəçi Maliyyə Nazirliyini də cavabdeh kimi xüsusilə qeyd etməklə yenidən iddia qaldırdı. 29 mart 2004-cü ildə Səbail rayon məhkəməsi məhkəmə aidiyyətinə riayət edilmədiyi üçün iddianı qəbul etməkdən imtina etdi. Məhkəməyə görə, Maliyyə Nazirliyinə qarşı iddialar Nəsimi rayon məhkəməsinin ərazi yurisdiksiyasına düşüb. Ərizəçi bu qərarı Apellyasiya Məhkəməsində mübahisələndirib.

64. Həmin vaxtda o, eyni iddianı Nəsimi rayon məhkəməsində qaldırıb. 13 aprel 2004-cü ildə ərizəçi tərəfindən iddiasının lazımi qaydada ifadə olunmaması və hüquqi cəhətdən əsaslandırılmaması səbəbindən Nəsimi rayon məhkəməsi iddianı qəbul etməkdən imtina edib.

65. 07 may 2004-cü ildə Apellyasiya Məhkəməsi ərizəçinin Səbail rayon məhkəməsinin 29 mart 2004-cü il tarixli qərarından şikayəti araşdırıb. Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib və qərara gəlib ki, cavabdehlərdən biri olan Daxili İşlər Nazirliyi məhkəmənin yurisdiksiyası altına düşdüyünə görə Səbail rayon məhkəməsi işə baxmağa ərazi yurisdiksiyasına malikdir. Müvafiq olaraq, iş mahiyyəti üzrə baxılmaq üçün Səbail rayon məhkəməsinə qaytarılıb.

66. 20 oktyabr 2004-cü ildə ərizəçinin azad olunmasından və emiqrasiyasından sonra (bax, aşağıda E. bölməsi), Səbail rayon məhkəməsi işə baxılması tarixini 10 noyabr 2004-cü ilə təyin etdi.

67. Səbail rayon məhkəməsinin 10 noyabr 2004-cü il tarixli Hökumət tərəfindən təqdim olunmuş qərardadının surətinə görə, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 259.0.7, 263 və 264-cü maddələrinə müvafiq olaraq qərara gəldi ki, Maliyyə və Daxili İşlər Nazirliklərinə qarşı iddianı, həm iddiaçı, həm də cavabdehlər məhkəmə iclasına gəlmədikləri üçün «baxılmamış saxlasın». İddiaçının adı «Hüseynov Ələkrəm Ələkbər oğlu» kimi göstərilib. Görünür ki, ərizəçi bu qərardadın mövcudluğu barədə yalnız həmin qərardad Hökumət tərəfindən Məhkəməyə təqdim edildikdə xəbər tutub.

E. Azad olunma və emiqrasiya

68. 03 sentyabr 2004-cü ildə Prezident ərizəçi daxil olmaqla, məhkum olunmuş digər 244 şəxsi cəzanın qalan hissəsinin çəkilməsindən azad edən əfv fərmanını imzaladı. Həmin gündə Prezident ərizəçinin Azərbaycan vətəndaşlığına xitam verilməsi barədə müraciətini təmin edən sərəncam verdi.

69. Ərizəçiyə görə, o, «Azərbaycan vətəndaşlığına xitam verilməsi» barədə müraciətini hakimiyyət orqanlarının təsiri altında əfv olunması və sonrakı azad edilməsinin əvəzinə etdi. 03 sentyabr 2004-cü ildə o, Prezidentə təsir altında verməsi ehtimal olunan bu xarakterli əvvəlki «müraciətlərini» geri götürməsini göstərən məktubu yazdı.

70. Ərizəçi 05 sentyabr 2004-cü ildə həbsxanadan azadlığa buraxılıb. O, dərhal hava limanına aparılıb və oradan Niderlanda uçub.

71. 09 sentyabr 2004-cü ildə ərizəçi Niderlandda yaşamaq hüququ üçün müraciət edib və 20 sentyabr 2004-cü ildə ona bu icazə verilib.

72. Ərizəçi Niderlandda tibbi müalicə almağa çalışıb. Təqdim olunmuş sənədlərə görə, 2004 və 2005-ci illərdə aparılmış tibbi müayinələr zamanı o, sinədə ağrılardan, təngnəfəslikdən, öskürməkdən, baş ağrılarından, başgicəllənmədən, narahatlığın möhkəmlənməsindən şikayətlənib. Görünür ki, 2006-cı ilin iyun ayına ərizəçi hələ də vərəm üçün testdən keçirdi.

II. Müvafiq daxili qanunvericilik

A. Konstitusiya

73. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin III hissəsi aşağıdakıları nəzərdə tutur:

«Heç kəsə işgəncə və əzab verilə bilməz, heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. ...»

B. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qəbul edilməsi və qüvvəyə minməsi haqqında» 14 iyul 2000-ci il tarixli Qanun

74. 7-ci maddə aşağıdakıları nəzərdə tutur:

«Bu Məcəllə qüvvəyə minənədək birinci instansiya məhkəmələri tərəfindən (əvvəlki) Cinayət-Prosessual Məcəlləsi ... əsasında çıxarılmış hökmlərə və digər yekun qərarlarına müvafiq apellyasiya məhkəməsində və ya Azərbaycan Respublikasının Ali Məhkəməsində (yeni) Cinayət-Prosessual Məcəlləsinin 383-407, 409-427, 461-467-ci maddələrinə uyğun olaraq yenidən baxıla bilər.»

C. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixli Cinayət-Prosessual Məcəlləsi

75. 27-ci maddəyə əsasən, dövlət, peşə və kommersiya sirlərinin, habelə vətəndaşların şəxsi və ailə sirlərinin qorunması halları istisna olmaqla, cinayət işləri üzrə ədalət mühakiməsi bütün məhkəmələrdə açıq aparılır. 392.1.6-cı maddə nəzərdə tutur ki, ilkin iclas zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə açıq, yaxud qapalı məhkəmə iclasında baxılması məsələsini həll edir. Məcəllə şəxsi və ailə sirlərini açıqlayan sübutların tədqiqi kimi ictimaiyyətin məhkəmə iclasından çıxarılmalı olduğu bir sıra vəziyyətləri müəyyən edir (199.4-ci maddə) və ya dövlət sirri (200.4-cü maddə), yaxud da peşə və ya kommersiya sirri (201.6-cı maddə).

III. Müvafiq beynəlxalq hesabatlar və sənədlər

A. Azərbaycan həbsxanalarında səhiyyə ilə bağlı vəziyyətə aid

76. Aşağıdakılar həbsxanalarda səhiyyə xidmətlərinə aid hissədə İşgəncələrin qarşısının alınması və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza haqqında Avropa Komitəsinin Standartlarından çıxarışlardır (İQK) (İQK/İnf/E (2002) 1 — Rev. 2006, ss. 30-31):

«34. Həbsdə olan müddətdə, saxlanılma rejimindən asılı olmayaraq, həkim məhbuslar üçün hər zaman əlçatan olmalıdır. ... Səhiyyə xidməti elə təşkil olunmalıdır ki, həkimlə görüşmək barədə müraciətlər təxirəsalınmadan təmin olunsun. ...

35. Həbsxananın səhiyyə xidməti ən azı malik olmalıdır ki, mütəmadi ambulator konsultasiyaları və təcili müalicəni təmin etsin (əlbəttə, əlavə olaraq orada çox vaxt yataq yerləri ilə xəstəxana tipli bölmə olmalıdır)....

Təcili müalicəyə gəldikdə isə, həkim daimi olaraq hazır olmalıdır. Bundan başqa, birinci yardımı göstərə bilən şəxs daimi olaraq həbsxana sahəsində olmalıdır, həmin şəxsin tanınan tibbi ixtisasa malik olması arzu ediləndir.

Ambulator müalicəyə, müvafiq olaraq, səhiyyə xidməti işçiləri tərəfindən nəzarət edilməlidir; məhbusun təşəbbüsündən asılı olan sonrakı diqqətin təmin edilməsi bir çox hallarda kifayət deyildir. ...

38. Həbsxananın səhiyyə xidməti tibbi müalicənin və nəzarətin təmin edilməsi imkanına, eləcə də müvafiq diyetalara, fizioterapiyaya, reabilitasiyaya və ya zəruri olan hər hansı digər xüsusi vasitəyə adi cəmiyyətdə pasiyentlərin sahib olduqları şəraitlə müqayisə olunan tərzdə malik olmalıdır. Tibbi, nəzarətedici və texniki işçilərin təminatı, eləcə də sahə, avadanlıq və təchizat müvafiq surətdə olmalıdır.

Əczaçılığa və dərmanların yayılması üzərində lazımi nəzarət olmalıdır. Bundan başqa, dərmanların hazırlanması daimi olaraq səlahiyyətli ixtisaslaşmış işçilərə tapşırılmalıdır (farmasist, tibb bacısı və s.).»

77. Azərbaycana ziyarət haqqında İQK-nın hesabatı aşağıdakıları nəzərdə tutur:

«119. ... vərəmdən əziyyət çəkən məhbuslar üçün 3 saylı Xüsusi tibb müəssisəsinə ziyarət məqsədli xarakter daşıyıb və vərəm xəstəliyinə çox möhkəm yoluxmuş məhbusların saxlanılma yerlərinə həsr olunub. Müəssisə 1998-ci ildə yaradılaraq, müalicə üçün həm həbs olunmuş, həm də məhkum olunmuş BK-pozitiv məhbusları qəbul edir. Müalicə DOTS strategiyanın KİM-tövsiyə edib xətləri ilə birgə İCRC ilə yaxın əməkdaşlıqda 9 ayadək davam edir. ... Ziyarət zamanı müəssisə altı kamerada yerləşən 850 yerə malik olub; iki yeni kamera — biri 14 nəfərlik olmaqla qadınlar üçün və digəri 88 nəfərlik olmaqla kişilər üçün nümayəndə heyətinin ziyarətindən bir neçə gün əvvəl istifadəyə verilmişdir. Nümayəndə heyəti qeyd etdi ki, yeni kameralar çox yüksək standartlara malik olub.

120. Vərəm xəstəliyinə çox möhkəm yoluxmuş məhbuslar 5-ci kameraya yerləşdirilmişdir ki, rəsmi 200 nəfərlik olsa da, ziyarət zamanı orada 145 nəfər qalırdı. Onlardan bəziləri 1998-ci ildən oradadırlar. Nümayəndə heyətinə məlumat verilib ki, cəzaları bitdikdə, vərəm xəstəliyinə çox möhkəm yoluxmuş məhbuslar Səhiyyə Nazirliyinin xüsusi müəssisələrinə keçiriləcəklər. ... Kameradaki şərait qənaətbəxş olub: yataq yeri geniş, təmiz, səliqəli və havası təmizidi....

121. Ziyarətin əvvəlində kameranın baş həkimi nümayəndə heyətini məlumatlandırdı ki, çox möhkəm pasiyentlər yalnız ambulator müalicəni alırdı (məsələn, vitaminlər). DOTS+ müalicəsi hələ tətbiq edilməyib, baxmayaraq ki, Ədliyyə Nazirliyi İCRC ilə əməkdaşlıq edərək, bu məsələ ilə bağlı işləyən kimi görünürdü. Lakin sonradan aşkar olundu ki, kameradaki məhbusların təxminən 30-40 %-i güclü müqavimət vəziyyətində istifadə olunan vərəmə aid dərmanlar qəbul edirdi və bu dərmanlarla onları ailələri təmin edib. Eyni zamanda, qalan məhbuslar, yəni o məhbuslar ki, ailələri ilə əlaqəni itiriblər və ya maliyyə vəsaitinə malik olmayıblar, həqiqətən yalnız ambulator dərmanları qəbul ediblər. Belə qeyri-bərabər vəziyyət orada qalanlar arasında mübahisələrə səbəb ola bilər. Bundan başqa, müəssisədə işləyən psixoloqun mövcud olmadığı təqdirdə, məhbuslar onların vəziyyətində zəruri olan psixoloji köməkdən yararlanmaq imkanına malik olmayıblar.»

78. Aşağıdakılar Vərəmin Müalicəsindən çıxarışlardır: Milli proqramlar üçün Qaydalar, Dünya Səhiyyə Təşkiiatı, 1997, ss. 27 və 41:

«(Yeni hallar üçün) müalicə rejimləri 2 ay davam edən ilkin (intensiv) fazaya və adətən 4-6 ay davam edən davamiyyət fazasına malikdir. Adətən 4 dərmandan ibarət olan ilkin faza zamanı vərəm basilin tez öldürülməsi olur. Yoluxulmuş pasiyentlər 2 həftə ərzində qeyri-yoluxulmuş olur. Simptomlar inkişaf edir. Çəkilmiş-pozitiv TB bəlğəmlə olan pasiyentlərin böyük əksəriyyəti 2 ay ərzində çəkilmiş-neqativ olur. Davamiyyət fazasında daha az dərmanlar zəruridir, lakin daha uzun vaxt üçün. Dərmanların sterilizasiya effekti qalan basilini məhv edir və sonrakı təkrarlanmanın qarşısını alır. ...

Dəqiq riayət olunmuş müalicə DOTS strategiyanın elementlərindən biridir, yəni TB nəzarət üçün KİM-tövsiyə edib siyasət paketi, müalicəyə dəqiq riayət olunma nəzərdə tutur ki, nəzarət edilən pasiyent həbləri içəndə müşahidə edilsin. Bu təmin edir ki, TB pasiyenti düzgün dərmanları, düz dozalarda və düz intervalla qəbul edir.»

79. Azərbaycanın Səhiyyə Sahəsində Araşdırma Məlumatı, Dünya Bankı, II cild: Yardımçı material (Hesabat, № 31468-AZ, 30 iyun 2005) nəzərdə tutur ki:

«Yoluxucu xəstəliklər, xüsusilə TB, ölkədə sağlamlığa hədə olaraq qalmaqdadır. Eyni zamanda, qeyri-yoluxucu xəstəliklər, (bədbəxt) hadisələr, zədələr və zəhərlənmələr Azərbaycanda olan xəstəliklərin çoxunu ifadə edir, vərəm (TB), seksual yolla keçən xəstəliklər (STİS), malyariya, difteriya və HİV/AİDS kimi yeni xəstəliklər daxil olmaqla, 1980-ci illərin axırlarında azalan yoluxucu xəstəliklər 1990-cı illərin ortalarında yenidən ortaya çıxdı. Bu tendensiya (keçmiş Sovet İttifaqı ölkələrinin) təcrübəsinə uyğundur. Rəsmi statistikaya görə, 2002-ci ildə yoluxucu xəstəliklərdən ölümlər, ölümlərin ümumi sayının 3 faizini təşkil edirdi və kişilər qadınlardan üç dəfə çox zədələnirdi.

... rəsmi statistika göstərir ki, 1990-cı illərin axırlarından yoluxucu xəstəliklərdən ölümlər azalıb. Azalma bu növ ölümlərin dərəcəsini 1990-cı ildə olduğundan bir az aşağı vəziyyətə gətirib, lakin yenə də Qərbi Avropa ölkələrində olan vəziyyətdən 2,5 dəfə yüksəkdir. Göstərilən bu azalma 1995-ci ildə baş verən difteriya partlayışı ilə izah oluna bilər və bu zaman yoluxucu xəstəliklərdən ölümlər öz zirvəsinə çatmışdır. Lakin TB, qonoreya, sifilis və malyariya kimi əsas xəstəliklər araşdırılan vaxtda yoluxma dərəcəsi möhkəmləndi və/və ya inkişaf etdi....

1990-cı ildən sonra TB dairəsi, demək olar, iki dəfə genişlənib və hazırda EU-15 orta rəqəmdən altı dəfə çoxdur. Qazaxıstan və Qırğızıstan Respublikasında olan vəziyyətdən yüksək olmasa da, TB-nin dairəsi Azərbaycanda genişlənməkdə davam edir ...

Məsələn, KİM Qlobal TB Nəzarəti Hesabatına görə, 2003-cü ildə 100.000 əhaliyə yayılmış 109 hadisə olması müəyyən olunmuşdur və onlardan 14 faizi ölümlə nəticələnib ... Əlavə olaraq, multi-dərman davamlı vərəm (MDR-TB) həbsxanadakılar arasında əhəmiyyətli problem kimi müəyyən olunub ...»

80. Aşağıdakılar Azərbaycan həbsxanalarında vərəmin müalicəsinin pilot araşdırılmasında göstərilən dəlillərdir — Qabi E. Pfiffer və başqaları, Həbsxanada qalanların Multidərman-Davamlıq Vərəmi, Azərbaycan, Yoluxucu xəstəliklərin ortaya çıxması, cild 7, № 5, sentyabr-oktyabr 2005:

«Beynəlxalq Qırmızı Xaç Komitəsinə görə, Azərbaycan həbsxanalarında qalanların ümumi sayı təxminən 25.000-dir. 100.000 nəfərə 4.667 TB-nin (yəni vərəm) olmasını nəzərə alaraq, Azəri həbsxanalarında dairəsi ölkədə olan orta rəqəmdən 50 dəfə çoxdur və ölüm dərəcəsi 24 %-ə çata bilər. ...

(65 öyrənilmişlərdən) TB-nin ilk simptomları 9 və 20 il əvvəl yaranmış iki pasiyenti çıxmaqla, pasiyentlər yaxın vaxtlarda TB xəstəliyinə yoluxmuşlar ... Məhbusların çoxu əsasən az yemək yeyir (bədən çəkisinin aşağı olması göstəricilərindən göründüyü kimi) və pis kliniki şəraitdədirlər, bir çoxunun ağ ciyərində birtərəfli və ya çoxtərəfli infiltrat və boşluqlar vardır. Reaksiya verməyən pasiyentlərdən çoxu ... İCRC-nin müdaxiləsindən əvvəl qeyri-adekvat müalicə olunmuşlar. ...

Bakıda Mərkəzi Penitensiar Hospitalda olan TB pasiyentlərin təhlili həbsxana vəziyyətinin məhdudlaşdırmalarına və fikirlərinə görə çətin olub. Məhbuslara aid kliniki məlumatlar məhdud idi və əsasən özlərinin məruzə etdiyi məlumatlara əsaslanıb. Bu hospitalda təxminən 300 TB pasiyentlərindən 65-nin təhlilinə əsaslanan qənaətlər natamamdır və doğru kimi qələmə verilə bilməz. Lakin bizim pilot öyrənilməyə daha çox pasiyentlərin daxil olması, əsasən məhbusların tez-tez köçürülməsi və ölüm dərəcəsinin yüksək olması səbəbindən qərara alınmayıb. İCRC tərəfindən DOTS proqramı tətbiq edildiyi zaman TB pasiyentlərin bir çoxu ya müalicə olunmayıb və ya illər ərzində qeyri-adekvat dərman rejimini alıb.»

B. Ərizəçinin cinayət işinə dair

81. Azərbaycanın götürdüyü öhdəliklərə riayət edilməsi haqqında Avropa Şurası Parlament Assambleyasının 1305 (2002)1 Qətnaməsi aşağıdakıları nəzərdə tutur:

«ii. Assambleyaya məlumdur ki, ekspertlər tərəfindən siyasi məhbus kimi tanınan şəxslərlə bağlı yeni məhkəmə araşdırmaları başlanmışdır. Onların prosessual və digər hüquqlarının açıq-aşkar pozulması ilə bağlı narahatlıq vardır. Assambleya təkrar edir ki, bu məhkəmə araşdırmaları onlara jurnalistlərin buraxılması daxil olmaqla, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müəyyən etdiyi kimi ədalətli məhkəmə araşdırılmasının bütün müddəalarına uyğun olmalıdır. Assambleya hesab edir ki, bir neçə ay əvvəl başlamış bu məhkəmə araşdırmaları uzun müddətə getməməli və tez bir zamanda yekunlaşmalıdır.»

82. Parlament Assambleyasının Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin Hesabatı, Azərbaycanda siyasi məhbuslar, məruzəçi cənab Klerfayt, 06 iyun 2003-cü il, Sən. 9826, nəzərdə tutur ki:

«44. Bu, İsgəndər Həmidova (test işi № 1), Əlikrəm Hümbətova (test işi № 2) və Rəhim Qazıyevə (test işi № 3) aiddir ...

46. Assambleya, özünün 1272 (2002) Qətnaməsində, paraqraf 8-də Azərbaycandan xahiş etdi ki, «onların azadlığa buraxılmasının siyasi məqsədəmüvafiqliyinə yenidən qərar versin». Bunun əvəzinə, bu məsələ ilə bağlı Baş prokurorun 26 dekabr 2001-ci il tarixli qərarına əsasən siyasi məhbus kimi tanınan bu üç şəxsin yeni məhkəmə araşdırmaları başlanıldı; bu hesabatın tərtib olunması gününə, həmin məhkəmə araşdırmaları yekunlaşmamışdır. Onlar Qobustanda yüksək təhlükəsizlik həbsxanasında aparılır.

47. 1272 (2002) Qətnaməsinin icrasına dair məsul Birgə İşçi Qrupunun üzvü (Sədr) təyin edildiyimdən sonra mən bu üç rəmzi şəxsi, eləcə də onların vəkillərini üç dəfə görə bilmişəm (İ. Həmidov istisna olmaqla). Mən Qəbul üzrə 1998 və 2000-ci illərdə Məruzəçi olduğum zaman artıq onlarla görüşmüşdüm. Ekspertlərin fikri olduğu kimi, mən də uzun zaman ərzində belə bir fikirdə olmuşam ki, bu şəxslər şübhəsiz siyasi məhbusdurlar....

49. Ə. Hümbətovun məhkəmə araşdırılması da xaotik keçirilir. Onun işi üzrə sonuncu iclas 19 may 2003-cü ilə təyin olunmuşdur, lakin sədrlik edən hakimin iştirak edə bilməməsinə görə təxirə salınıb və yeni tarix təyin edilməyib. ...

51. Biz inanırıq ki, əslində şikayət üzrə aparılan və yeni araşdırma kimi qələmə verilən bu yeni məhkəmə araşdırmaları Azərbaycanda siyasi məhbuslar üzrə Assambleyanın ifadə etdiyi gözləntilərlə bağlı prosedura aid qısa olar. Məhkəmə araşdırması əvvəldən yenidən başlamalı idi və müdafiəçilərə qarşı edilən ittihamlar əvvəlki araşdırmalardan tam və adi olaraq qaldırılmamalı idi, ona görə ki, əvvəlki hökmlər hazırda qüvvədədir və müvafiq olaraq, üç məhbus təqsirsizlik prezumpsiyasından faydalanmırlar. Bundan başqa, bu məhkəmə araşdırmalarının həbsxanada aparılmasını nəzərə alaraq (Bakıdan uzaqda, Qobustanda), insanlar üçün iştirak etmək asan deyildir. Nəhayət, müəyyən hallarda müdafiənin dəvət etdiyi şahidlər məhkəmə tərəfindən qəbul edilməmişdir.»

83. İnsan Hüquqları Liqasının Beynəlxalq Federasiyası tərəfindən 2002-ci ilin noyabrında verilmiş Məhkəmə Müşahidəsinin Beynəlxalq Missiyasının Hesabatı aşağıdakıları nəzərdə tutur:

«Beynəlxalq Missiya 2002-ci ilin 04-09 iyulunda Bakı şəhərində aparılıb. O, Kreteyl və Paris Kollegiyasında vəkil olan Lorens Roq və Kristin Martino tərəfindən aparılıb. Missiyanın məqsədi işlərinə yenidən baxılan üç siyasi məhbus olan İsgəndər Həmidov, Əlikrəm Hümbətov və Rəhim Qazıyevin məhkəmə araşdırmalarının monitorinqinin keçirilməsidir. ...

Missiya Apellyasiya Məhkəməsinin sədrindən icazə alandan sonra yalnız iki iclasda iştirak edə bilib, biri Həmidovun işinə 05 iyulda baxılanda, başqası isə Hümbətovun işi üzrə 08 iyuldakı iclasda. ...

Məhkəmə iclası xüsusi təchiz olunmuş iştirakçılar və rəsmi əməkdaşlar üçün bir neçə yeri olan həbsxana kamerasında aparılıb və bu kamera yalnız iyirmi nəfəri əhatə edə bilər, qalanlar isə çöldə gözləməlidirlər. (Müdafiəçi) ciddi nəzarət altında qəfəsdə bağlanılıb. ...

Məhkəmə araşdırmalarının aparıldığı yer əlçatma baxımından çox çətindir. Qobustan həbsxanası Bakıdan iki saat məsafədə yerləşir və ora getmək üçün ictimai nəqliyyat mövcud deyildir. Hər dəfə hakimlər, vəkillər, məhbusların ailələri və ictimaiyyət həbsxanaya çatmaq üçün iki saat yol gedir və özlərinin nəqliyyat vasitələrindən istifadə edir ki, bu da çox baha başa gəlir.

Buraxılma şərtləri həbsxanada olan kimidir. Yalnız Apellyasiya Məhkəməsinin sədri tərəfindən icazə verilmiş şəxslər iştirak edə bilərlər. Məhkəmə zalına daxil olmazdan əvvəl iki nəzarətdən keçmək lazımdır. Mobil telefonlar daxil olarkən götürülür və iclas bitdikdə qaytarılır.

Ədliyyə Nazirliyinə görə, (iclaslar) açıq olur, ona görə ki, iştirak etmək istəyən hər kəs bunu edə bilər və hətta «beynəlxalq təşkilatlar»a icazə verilib. Təcrübədə mətbuat və ailələr çox vaxt məhkəmə iclasından kənarda etiraz etməli olurlar, ona görə ki, onları içəri buraxmırlar.

Jurnalistlər diqqətlə seçilir. Missiyanın iştirak etdiyi birinci iclas zamanı jurnalistlər şikayət üçün sədrə müraciət etdi ki, onların həmkarları, xüsusilə televiziyadan olan jurnalistlər içəri buraxılmayıblar.»

Hüquqi məsələlər

I. Konvensiyanın 3-cü maddəsinin iddia edilən pozuntusu

84. Ərizəçi şikayət etdi ki, o, həbsxanada qeyri-adekvat tibbi yardım alıb. Konvensiyanın 3-cü maddəsi aşağıdakıları nəzərdə tutur:

«Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.»

A. Hökumətin ilkin etirazı

85. Məqbuliyyətə dair 18 may 2006-cı il tarixli qərardadında Məhkəmə daxili vasitələrin tükənməsinə dair Hökumətin etirazını mahiyyətlə birgə müəyyən etməyi qərara almışdır.

86. Hökumət iddia etdi ki, şikayət daxili vasitələrin tükənmədiyi üçün rədd edilməlidir, ona görə ki, ərizəçi daxili məhkəmələr qarşısında kompensasiya iddiasını qaldırmayıb. 10 noyabr 2004-cü ildə ərizəçi və ya onun vəkili üzrlü səbəb olmadan məhkəməyə gəlmədiyinə görə Səbail rayon məhkəməsi icraata xitam verdi.

87. Ərizəçi adekvat tibbi müalicənin təqdim olunmamasına dair şikayətinin inter alia həbsxana orqanları, həbsxananın tibb xidməti və Apellyasiya Məhkəməsinin sədri daxil olmaqla, müxtəlif dövlət orqanlarına tez-tez ünvanlanmasını qeyd edərək, bununla razılaşmadı. Bütün bu cəhdlər uğursuz olub və daha yaxşı tibbi nəzarət ilə nəticələnməyib. Daxili məhkəmələrdə mülki iddiaya gəldikdə isə, ərizəçi iddia etdi ki, onun tərəfindən kompensasiyanın bu yolundan istifadə etmək cəhdlərinə baxmayaraq, post faktum, (baş verdikdən sonra) zərərə görə mülki iddia səmərəli vasitə kimi qimyətləndirilə bilməz, ona görə ki, bu onun sağlamlığını bərpa edə və pozulmuş səhhətinin inkişafına gətirib çıxara bilməz.

88. Ərizəçi bildirdi ki, 05 yanvar 2001-ci ilədək o, hər hansı məhkəmə tələbi irəli sürə bilməzdi, ona görə ki, ona həbsxanada hər hansı yazı vasitələrinə sahib olmağa icazə verilməyib. 2001-ci ildə o, nəhayət vəkili vasitəsilə yerli məhkəməyə ərizə verə bilib, lakin məhkəmə naməlum səbəblərə görə onun ərizəsini qəbul etməkdən imtina edib. 2004-cü ildə yeni mülki şikayətin araşdırılmasına nail olmaq cəhdlərinə baxmayaraq, daxili məhkəmələr onun iddia və şikayətlərinə ya sadəcə olaraq məhəl qoymurdular və ya «müəyyən səbəblərə hər hansı qiymət vermədən» onları rədd ediblər. Səbail rayon məhkəməsi tərəfindən icraata xitam verilməsi barədə 10 noyabr 2004-cü il tarixli qərarın çıxarılması gününə o, artıq iki ay ərzində Niderlandda olub və onun Bakıda vəkili olmayıb. 10 may 2004-cü il tarixli iclas barədə ona və ya əvvəlki vəkilinə hər hansı bildirişlər göndərilməyib. Bundan başqa, ərizəçi bu qərarın ona deyil, soyadı «Hüseynov» olan şəxsə aid olmasını və heç zaman bu qərar barədə məlumatlandırılmamasını qeyd edərək, Səbail rayon məhkəməsinin 10 noyabr 2004-cü il tarixli qərarının həqiqiliyini mübahisələndirib.

89. Nəhayət, ərizəçi qeyd etdi ki, Hökumət onun mülki iddiasına oxşar iddianın uğurlu olmasına dair heç olmasa bir misalı gətirə bilməyib. O iddia etdi ki, dövlət orqanları həbsxanalarda tibbi müalicənin olmaması daxil olmaqla, «siyasi məhbusların» hüquqlarının pozulmasına daima göz yumub. Bu səbəbdən, ərizəçinin fikrinə görə, burada «siyasi məhbuslarda» nəzəri əlçatan olan hər hansı vasitələri xəyali, qeyri-adekvat və səmərəsiz edən inzibati təcrübə mövcud olub.

90. Məhkəmə təkrar edir ki, istifadə edilməli olan vasitələr yalnız onlardır ki, səmərəli olsunlar. Hökumətin üzərinə düşür ki, tükənməməsini iddia edərək Məhkəməni inandırsın ki, vasitə səmərəli olub, müvafiq vaxtda həm nəzəri, həm də təcrübədə ona müraciət etmək mümkün olub, yəni bu vasitə əlçatan olub, ərizəçinin şikayətlərinə aid kompensasiyanı təmin etməyə malik olub və uğurun əldə olunmasının əsaslı gözləntilərini təqdim edib. Əgər bu sübutetmə yükü təmin olunubsa, ərizəçinin üzərinə düşür ki, Hökumətin bidirdiyi vasitədən həqiqətən istifadə edilməsini və ya bu vasitənin işin xüsusi halları baxımından müəyyən səbəblərə görə qeyri-adekvat və səmərəsiz olduğunu, yaxud da onu bu tələbdən azad edən xüsusi halların mövcudluğunu göstərsin (bax, Akdivar və digərləri Türkiyəyə qarşı, 16 sentyabr 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı, 1996-IV, s. 1211, § 68).

91. Bundan başqa, Məhkəmə vurğulayır ki, daxili vasitələrin tükənməsinə dair qayda müəyyən elastikliklə və həddən artıq formalizm olmadan tətbiq edilməlidir. Bu qayda nə mütləq, nə də avtomatik tətbiq ediləndir. Ona riayət olunmasının yoxlanılmasında əsas odur ki, müvafiq dövlətin hüquqi sistemində yalnız formal vasitələrin mövcudluğuna deyil, həm də onların fəaliyyət göstərdiyi ümumi hüquqi və siyasi kontekst, eləcə də konkret işin xüsusi baxımından nəzər yetirilməlidir. Bu, onu nəzərdə tutur ki, inter alia, Məhkəmə işin bütün hallarında ərizəçi tərəfindən əlçatan daxili vasitələrin tükənməsinə dair əsaslı gözlənilən olan bütün addımların atılmasını araşdırmalıdır (bax, Melnik Ukraynaya qarşı, № 72286/01, § 67, 28 mart 2006-cı il və İvanov Azərbaycana qarşı (qərardad), № 34070/03, 15 fevral 2007-ci il).

92. Məhkəmə qeyd edir ki, bir sıra hallarda ərizəçi tərəfindən həbsxana müdiriyyətinə, həbsxana həkimlərinə və başqa orqanlara səhhəti ilə bağlı problemlərdən şikayət etməsi və hakimiyyət orqanlarının ərizəçinin vərəm xəstəsi olması və bir neçə digər xəstəliklərdən əziyyət çəkməsi haqqında məlumatlı olduğu mübahisəsizdir. Bu səbəbdən hakimiyyət orqanları ərizəçinin vəziyyətindən kifayət qədər məlumatlı və lazımi kompensasiyanı təmin etmək imkanına malik olublar (yuxarıda qeyd olunan Melniklə müqayisə et, § 70). Bundan başqa, Hökumətin dəlillərindən görünür ki, onlar təkid edir ki, daxili məhkəmələrdə mülki iddianın qaldırılması hazırkı işdə iddia olunan pozuntuya dair adekvat kompensasiyanı təmin etməyə malik olub. Məhkəmə tərəfindən Azərbaycanda həbs şəraitində mülki iddianın qaldırılmasının nəzəri cəhətdən mümkün olduğunun artıq müəyyən edilməsinə baxmayaraq (bax, məsələn, Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı, № 34445/04, §§ 51-52, 11 yanvar 2007-ci il və Kunqurova Azərbaycana qarşı (qərardad), № 5117/03, 03 iyun 2005-ci il), ərizəçinin hazırkı şikayəti ümumiyyətlə həbsin şəraitinə aid olmayıb, lakin xüsusi olaraq, adekvat tibbi müalicənin təqdim olunmaması ilə bağlıdır. Ancaq hazırkı şikayətin mənasına görə, mülki iddianın ərizəçinin xüsusi şikayəti baxımından nəzəri cəhətdən tətbiq edilən vasitə olmasını güman edərək, Məhkəmə hesab edir ki, aşağıdakı səbəblərə görə o özünün fərdi işinin praktiki halları baxımından tükənən kimi hesab edilməlidir.

93. 2004-cü ilin mart ayında ərizəçi həbsxanada aldığı qeyri-adekvat tibbi müalicəyə görə kompensasiya üçün iddia qaldırdı. Lakin bu iddia mahiyyəti üzrə daxili məhkəmələrdə heç zaman araşdırılmadı. İşin hallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, iddianın daxili müstəvidə araşdırılması süni olaraq və zərurət olmadan təxirə salınmışdır. Ərizəçinin şikayəti müxtəlif formal səbəblərə görə bir neçə dəfə imtina edilmiş və 07 may 2004-cü ildə araşdırılması üçün ərizəçinin öz şikayətini ilkin olaraq düzgün təqdim etdiyi Səbail rayon məhkəməsinə qaytarılmışdır. Buna baxmayaraq, şikayət mahiyyəti üzrə yenidən bir neçə ay araşdırılmamış qalmışdır. Nəhayət, yalnız ərizəçinin azadlığa buraxılmasından və ölkədən çıxmasından sonra Səbail rayon məhkəməsi 20 oktyabr 2004-cü ildə işin mahiyyəti üzrə baxılmasını 10 noyabr 2004-cü il tarixə təyin etmək qərarına gəlib.

94. Məhkəmə qeyd edir ki, ərizəçinin vəziyyəti qeyri-adi olub, ona görə ki, o, Azərbaycanda tanınmış şəxs olub və onun barəsində olan cinayət işi ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb və əsasən Avropa Şurası olmaqla, müxtəlif beynəlxalq təşkilatların hesabatlarında mütəmadi olaraq qeyd olunub. Xüsusilə, o, Avropa Şurasının «siyasi məhbuslar» siyahısına başçılıq edib və bu səbəbdən, onun işi bir neçə illər ərzində Hökumətin beynəlxalq siyasi gündəmində olub. Buna görə, Azərbaycanın hakimiyyət orqanları və Səbail rayon məhkəməsi daxil olmaqla, hakimlər 10 noyabr 2004-cü il tarixədək ərizəçinin artıq həbsxanadan buraxıldığını, onun Azərbaycan vətəndaşlığına xitam verildiyini və ölkəni tərk etdiyini bilirdilər və ya bilməli olmuşlar. Bundan başqa, ərizəçinin vətəndaşlığını itirməsi və ölkədən çıxması tərzinin hazırkı işdə Məhkəmənin araşdırmalı olduğu məsələlərə daxil olmamasına baxmayaraq, görünür ki, azadlığa çıxdıqdan sonra ölkəni tərk etməkdən başqa onun ayrı yolu olmayıb və qısa bildiriş üzrə onun ölkəyə qayıtmaq üçün hər hansı addımı asan olmazdı.

95. Ərizəçinin vəziyyətinin yuxarıda qeyd olunan xüsusiyyətlərinə baxmayaraq, görünür ki, ərizəçinin iclasa gəlməsinin və səmərəli iştirakının təmin olunması üçün hər hansı tədbirlər görülməyib. Onun və ya vəkilinin iclas barədə əvvəlcədən məlumatlandırılmasını göstərən hər hansı sübut mövcud deyildir. Məhkəmə formal olaraq icraata xitam vermək qərarına gəlib, sanki bu, üzrlü səbəb olmadan iclasda iştirak etməmək barədə adi iş idi. Görünür ki, bundan sonra ərizəçi Səbail rayon məhkəməsinin 10 noyabr 2004-cü il tarixli qərarından xəbərsiz olub və buna görə onu yuxarı məhkəmələrdə mübahisələndirmək imkanına malik olmayıb. Bundan başqa, Məhkəmə qeyd edir ki, 10 noyabr 2004-cü il tarixli qərar iddiaçını «Hüseynov Ələkrəm Ələkbər oğlu» kimi adlandırıb. Hökumət ərizəçinin həqiqi adı ilə 10 noyabr 2004-cü il tarixli qərarda qeyd olunan şəxs arasında açıq-aşkar fərqlə bağlı hər hansı izahat və ya əsaslandırma təklif etməklə, bu qərarın həqiqiliyinə dair qanuni şübhələri aradan qaldırmayıb.

96. Yuxarıdakı qənaətləri nəzərə alaraq, mülki iddianın nəzəri cəhətdən səmərəli olmasını hətta güman etsək belə, Məhkəmə hesab edir ki, hazırkı işin praktiki halları baxımından ərizəçi əlçatan daxili vasitələri tükəndirmək üçün ondan gözlənən qədər addımlar atıb, lakin daxili hakimiyyət orqanlarından səmərəli kompensasiyanı əldə etmək üçün imkanla təmin edilməyib.

97. Buna görə, Məhkəmə Hökumətin ilkin etirazını rədd edir.

B. Mahiyyət

1. Tərəflərin dəlilləri

98. Hökumət bildirdi ki, adətən, tibbi müalicənin iddia olunan çatışmazlığı Konvensiyanın 3-cü maddəsinin mənasına görə işgəncə və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, yaxud da cəza ilə nəticələnən kimi qiymətləndirilə bilməz. Bundan başqa, Hökumət iddia etdi ki, ərizəçi bütün zəruri tibbi müalicə ilə təmin olunub. Xüsusilə, onlar qeyd etdi ki, tibbi müayinə üçün ərizəçinin bütün müraciətləri təmin olunub və o, hökumət həkimləri tərəfindən mütəmadi olaraq müayinə və zəruri olan ambulator və stasionar müalicə ilə təmin olunub. Vərəmdən əziyyət çəkən məhbuslar üçün xüsusi hospitalda ərizəçinin stasionar müalicəsindən sonra onun sağlamlıq vəziyyəti sabitləşib və bundan sonra onun səhhətinin vəziyyətində hər hansı ağırlaşma müşahidə edilməyib.

99. Hökumət ərizəçinin daimi tibbi nəzarət altında olmasını göstərmək üçün onun həbsxanada olan dövrə aid tibbi sənədlərin surətini təqdim edib. Hökumət yuxarıda göstərilən sübutları ərizəçinin bütün zəruri və müvafiq tibbi müalicəni almasını sübut etmək üçün kifayət hesab edib.

100. Bundan başqa, Hökumət iddia etdi ki, ərizəçi tərəfindən özünün iddialarının sübutu kimi gətirilən HCA-nın rəyi qeyri-peşəkarlar tərəfindən hazırlanıb, «süni şişirdilmiş tərzdə təqdim olunub və tamamilə əsassızdır». Hökumətə görə, bu rəy DOTS müalicəsinin tarixi keçmiş KİM standartlarına əsaslanıb və ərizəçinin qəbul etdiyi dozalar haqqında fakt üzrə səhv bəyanatlar edib. Buna görə, HCA-nın rəyi mötəbər sübut kimi qəbul edilə bilməz.

101. Ərizəçi hakimiyyət orqanları tərəfindən onun sağlamlığının ciddi ağırlaşması üçün bilərəkdən və qəsdən imkan verdiyini və həbs olduğu andan onu adekvat tibbi müalicədən məhrum etdiyini iddia edərək razılaşmadı. Kobud həbsxana şəraiti onun xəstəliyinin əhəmiyyətli ağırlaşmasına səbəb olub. Bir neçə tibbi müayinələr və vaxtaşırı keçirilən müalicə bu xəstəlikləri sağaltmaq üçün qeyri-adekvat və qeyri-kifayət olub. Müəyyən tibbi müalicənin ona vaxtaşırı yazılmasına baxmayaraq, o, zəruri dərmanlarla təmin olunması üçün tamamilə öz ailəsinin maliyyə köməyinə əsaslanıb. O, həmçinin qeyd etdi ki, 1997-ci ilin mayında onun tibbi müalicəsinin təmin olunması üçün qohumları həbsxana müdiriyyətinə rüşvət verməli olmuşlar.

102. Ərizəçi Hökumət tərəfindən təqdim olunmuş tibbi sənədlərin qeyri-mötəbər, həbsxanada olan dövrdə onun sağlamlıq vəziyyətini əks etdirməyən və «qeyri-obyektiv» həbsxana həkimləri və müstəqil olmayan başqa tibb işçiləri tərəfindən tərtib olunduğunu iddia edərək, bu sənədlərin doğruluğunu mübahisələndirdi. Ərizəçi əsasən HCA-nın rəyində göstərilənlərə əsaslanıb və hesab edib ki, bu sənəd Hökumət tərəfindən təqdim olunmuş çoxcildli tibbi hesabatlardan daha etibarlı olub. O qeyd edib ki, bu hesabat ərizəçinin vəziyyətinə dair həbsxana həkimlərinin qeyri-adekvat diaqnozları, həbsxanada ona göstərilmiş müalicənin qeyri-adekvatlığı, eləcə də Qobustan həbsxanasının onun cəhətinin gündəlik bağlanması zamanı təcili tibbi yardımın göstərilməsindən imtina ilə bağlı açıq-aydın olub. Bu dəlillər həbsxana şəraitinə, tibbi yardımın pis vəziyyətinə və ərizəçi kimi siyasi məhbuslar üçün tibbi yardıma, dərmanlara və yeməyə Azərbaycan hakimiyyət orqanları tərəfindən qoyulan «düşünülmüş maneəyə» dair müxtəlif beynəlxalq təşkilatların bir neçə hesabatlarında öz təsdiqini tapıb.

103. Ərizəçiyə görə, hakimiyət orqanları tərəfindən onun davamlı olaraq zəruri tibbi nəzarətlə təmin edilməməsi Konvensiyanın 3-cü maddəsinin mənası baxımından qeyri-insani və ləyaqəti alçaldan rəftarı təşkil edib.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Ümumi prinsiplər

104. Məhkəmə xatırladır ki, işgəncəni və ya qeyri-insani ya ləyaqəti alçaldan rəftar, yaxud cəza, vəziyyətdən və qurbanın davranışından asılı olmayaraq, Konvensiyanın 3-cü maddəsi ilə mütləq şərtlərlə qadağan edilmişdir (bax, məsələn, Labita İtaliyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-IV). Konvensiyanın 3-cü maddəsinin dairəsinə düşmək üçün işgəncə qəddarlığın minimum dərəcəsinə çatmalıdır. Bu minimumun qiymətləndirilməsi nisbidir; o, rəftarın davamiyyəti, onun fiziki və psixi nəticələri və müəyyən hallarda qurbanın cinsi, yaşı və səhhətinin vəziyyəti kimi işin bütün hallarından asılıdır (bax, digərləri ilə yanaşı, İrlandiya Birləşmiş Krallığa qarşı, 18 yanvar 1978-ci il, A Seriyaları, № 25, s. 65, § 162).

ardı burada
Категория: Мои файлы | Добавил: admin
Просмотров: 218 | Загрузок: 0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz