Среда, 08.02.2012, 20:05
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2009 » Август » 18 » Сегодня шахид профессор Новрузали Мамедов был похоронен в родном селе (фото)
21:38
Сегодня шахид профессор Новрузали Мамедов был похоронен в родном селе (фото)

Категория: Наши новости | Просмотров: 493 | Добавил: admin
Всего комментариев: 1
0  
1 REPORTYORLARIN AZADLIQ V TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI   (18.08.2009 22:08)
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan hakimiyyətini “Tolışi-sədo” (Talışın səsi) qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədovun müəmmalı ölümünə görə qınayır və bu ölümə görə siyasi məsuliyyətin Azərbaycan iqtidarının üzərinə düşdüyünü bəyan edir.

Belə ki, sübuta yetirilməmiş ittihamlarla guya “Vətənə xəyanət”ə görə 10 il azadlıqdan məhrum edilmiş 68 yaşlı N.Məmmədov dünən (17 avqust) Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Penitensiar Xidmət N.Məmmədovun beyin damarlarının kəskin trambozundan vəfat etdiyi barədə məlumat versə də, mətbuatda baş redaktorun ürək çatışmazlığından dünyasını dəyişdiyi barədə məlumatlar yer alıb.

Qeyd edək ki, N.Məmmədov cəza çəkdiyi 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində yanvar ayının 18-də günahsız olaraq “karser”ə salınması və nəticədə səhhətində ciddi problemlər yaranması ilə bağlı məhkəməyə müraciət etmiş və bu ilin mart ayında məhkəmə onun iddiasını təmin edərək, təcili müalicə müəssisəsinə yerləşdirilməsi ilə bağlı qərar çıxarmışdı. Lakin həbsxana rəhbərliyi məhkəmənin qərarına məhəl qoymamış və nəticədə N.Məmmədovun səhhəti daha da ağırlaşmışdı. İyul ayının 28-də səhhəti kəskin pisləşmiş N.Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. Lakin burada da ona lazımi tibbi yardım göstərilməmişdi. Xəstə baş redaktorun səhhətinin ağırlığını, yaşını nəzərə alaraq, yerli və beynəlxalq ictimaiyyət (Avropa Şurası baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Veronika Kotek, Ombudsman Elmira Süleymanova və s.) məhbusun mülki xəstəxanada yerləşdirilməsi və müayinəsi üçün Avropa Şurasının rəsmi xəttiylə məsləhətçi mütəxəssis həkim dəvət etmək istəsələr də, buna icazə verilməmişdi.

RATİ hesab edir ki, heç bir günahı sübuta yetirilməmiş N.Məmmədovun həbsi sifarişli idi və “Tolışi-Ürüsi-Tırkiə lüğət” (“Talışca-rusca-türkcə lüğət”) kitabının müəllifi olan N.Məmmədov ifadə azadlığına görə həbs edilmişdi.

RATİ bəyan edir ki, bu ölüm hadisəsi həbsdə olan jurnalistlərin və bir müddət əvvəl həbs olunmuş bloqçuların da həyatlarının təhlükədə olduğunu göstərir və bunu hökumətin ifadə azadlığına qarşı açıq terroru kimi qiymətləndirir.

RATİ bəyan edir ki, N.Məmmədovun ölümü ilə bağlı məsuliyyət iqtidarın üzərindədir və Azərbaycan iqtidarını bu ölüm işini araşdırmağa və həbsdə olan jurnalistləri, həmçinin ifadə azadlığına görə həbs olunmuş bütün məhbusları azadlığa buraxmağa çağırır.

RATİ qeyd edir ki, siyasi baxışlarına görə həbs edilmiş şəxslərin həbsxanada dünyasını dəyişməsi halı əvvəllər də müşahidə olunub. Belə ki, siyasi motivlərlə həbs olunmuş Faina Kunqurova da 2007-ci il oktyabrın 19-da Ədliyyə Nazirliyinin xəstəxanasında vəfat etmişdi.

RATİ hesab edir ki, bu kimi hallar iqtidarın fərqli siyasi baxışlara malik insanların və jurnalistlərin həyatına laqeyd və hörmətsiz və qeyri-insani yanaşmasının göstəricisidir. Belə münasibətin nəticəsidir ki, 2005-ci ildə qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri hələ də tapılmayıb və iqtidar bu qətlin sifarişçilərinin və icraçılarının tapılmasına xüsusi maraqlı deyil.

RATİ N.Məmmədovun ölümü ilə əlaqədar onun yaxınlarına başsağlığı verir və beynəlxalq təşkilatlardan N.Məmmədovun müəmmalı qətlini araşdırmağa köməklik göstərməyə və ölümdə siyasi məsuliyyət daşıyan məmurlara qarşı sanksiyalar tətbiq etməyə çağırır.

NOVRUZƏLİ MƏMMƏDOV DOĞULDUĞU KƏNDDƏ DƏFN EDİLİB

Bu gün (18 avqust) “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov doğulduğu Astara rayonunun Ərkivan kəndində torpağa tapşırılıb. Mərhumun yaxınları N.Məmmədovun həddindən artıq arıqladığını və tanınmaz halda olduğunu bildiriblər. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) dəfndə iştirak edən əməkdaşları meyitin tanınmaz halda olması qənaətinə gəliblər.

Dəfn mərasimində iştirak edənlər N.Məmmədovu şəhid adlandıraraq, bu ölümün Azərbaycanın dövlətçiliyinə xələl gətirdiyini bildirib və günahkarları lənətləyiblər.

Qeyd edək ki, sabah Astara rayonunun Ərkivan kəndində mərhumun üç mərasimi keçiriləcək.

Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov səhhəti kəskin pisləşdiyi üçün 2009-cu il iyulun 28-də yerləşdirildiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında dünən (17 avqust) vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək, etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 5
Гостей: 3
Пользователей: 2
Atropat, MAHI
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz