- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2009 » Август » 21 » Трагическая история несостоявщегося встречи... (на азербайджанском языке)
18:40
Трагическая история несостоявщегося встречи... (на азербайджанском языке)
Baş tutmayan görüşün faciəli tarixçəsi…
Kamran Novruzəli Məmmədovun böyük oğlu olub. Atasının həbsindən 7 ay sonra - 2007-ci il sentyabrın 8-də vəfat edib
21.08.2009 Babək Bəkir «- Hiss edirdim ki, nəsə olacaq. Dedim ki, 5 dəqiqə mənə icazə verin, görüm onu. - İcazə vermədilər ? -
Yox icazə vermədilər. Dedilər ki, bu ayın 22-si görüş gününüzdür. Çox
yalvardım onlara. Dedilər ki, sonra şərait yaradarıq, görüşüb ürək
sözlərinizi deyərsiniz. Ancaq elə görüşüb deyə bilmədim, ürək sözlərimi
ona…»
Məryəm xanım həbsxanada vəfat edən həyat yoldaşı Novruzəli
Məmmədovla baş tutmayan görüşünün nisgilinə qapılıb. O avqustun 16-da
Penitensiar Xidmətin tibb müəssisəsində olsa da, həyat yoldaşı ilə
görüş ala bilməyib. Bir gün sonra isə onun ölüm xəbərini eşidib.
Görəsən Məryəm xanım həyat yoldaşına nə demək istəyirmiş?
«-
Bax, uşağım xəstədir. Mən ona bir tikə ət bişirib yedizdirə bilmirdim.
Deyirdi ki, qoy «papa»ya qalsın. İki pensiya ilə birtəhər dolanırdıq.
Sağ olsun qohumlar, kömək edirdilər. Ona bunları çatdırmaq istəyirdim.
Kamran haqqında demək istəyirdim…»
«Hiss edirdim ki, nəsə olacaq. Dedim ki, 5 dəqiqə mənə icazə verin, görüm onu. İcazə vermədilər»
OĞLU KAMRANIN ÖLÜMÜNÜ NOVRUZƏLİ MƏMMƏDOVDAN GİZLƏTMƏYƏ ÇALIŞIBLAR… Kamran
ailənin böyük oğlu olub. Atasının həbsindən 7 ay sonra - 2007-ci il
sentyabrın 8-də vəfat edib. Uzun müddət Almaniyada yaşayan bu oğlunun
ölümünü Novruzəli Məmmədovdan gizli saxlamağa çalışıblar. Vəkil Ramiz
Məmmədov deyir ki, Kamran atasına həbsxana sovqatı apararkən bir neçə
dəfə oğurlanıb fiziki işgəncələrə məruz qalmışdı. Elə o bir neçə dəfə
qaçırılıb-qaytarıldıqdan sonra ürək tutmasından vəfat edib.
Məryəm
xanım xatırlayır ki, iki il əvvəl sentyabrın 8-i, səhər Kamranın
otağına girəndə onu əlləri qoynunda keçinmiş görüb. İndi Novruzəli
Məmmədovun Bakıdakı mənzilinin divarları Kamranın əl işləri ilə
bəzədilib.
Ailənin kiçik oğlu Emilin də başı az faciələr
çəkməyib. Atasının məhkəməsindən 7 gün əvvəl, 2008-ci il iyunun 17-də
onu qanunsuz narkotik maddə saxlamaq və gəzdirmək ittihamı ilə həbs
ediblər. Vəkil Ramiz Məmmədov deyir ki, Emil də həbsindən əvvəl bir
neçə dəfə oğurlanıb fiziki işgəncəyə məruz qalmışdı. Müdafiə tərəfinin
fikrincə, Emili həbs etməklə Novruzəli Məmmədovdan İran xüsusi xidmət
orqanları ilə əməkdaşlıq etməsi barədə ifadələr almaq istəyiblər.
Sonradan bir il şərti cəza alan Emil indi azadlıqdadır:
«Mənim
böyük qardaşım da, mən özüm də az əziyyət çəkmədik. İndi bunu deməyin
vaxtı deyil. Ancaq bu adam o qədər öz millətinə, öz dilinə, öz kökünə
bağlı idi ki, bizi də qurban verdi… desəm deyərlər ki, nəyisə nədənsə
üstün tutur…»
Emil Məmmədov qohumlarının deməsinə görə, 4 ildir
ruhi dispanserdə qeydiyyatdadır. Hətta atasını bəzi etiraflara məcbur
etmək istəyəndə heç onun xəstəliyini də nəzərə almayıblar. Emil
Məmmədov özü isə deyir ki, heç olmasa atasında olan cəsarətin bir faizi
də onda olaydı.
NOVRUZƏLİ MƏMMƏDOV KİM OLUB?..
Novruzəli Məmmədovu ailəsi vəkillərinin iştirak ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət hazırlayırlar
Filologiya
elmləri namizədi Novruzəli Məmmədov uzun müddət Azərbaycan Milli Elmlər
Akademiyasının Dilçilik İnstitutunda bölmə müdiri işləyib. 1989-cu
ildən Talış Mədəniyyət Mərkəzini yaradan Novruzəli Məmmədov elə həmin
il «Tolişi sədo» qəzetini təsis edib.
Həbsindən bir qədər əvvəl
isə o talış, Azərbaycan və rus dillərində lüğət nəşr etdirib. Vəkil
Ramiz Məmmədov deyir ki, Novruzəli Məmmədov düz 40 il idi ki, talış
dilini araşdırırdı. Məqsədi talış ədəbi dilini formalaşdırmaq idi.
Ancaq Dərbəndin bütün ətraf kəndlərini gəzib Azərbaycan dilinin Dərbənd
dialektini də araşdırmışdı. Üstəlik ingilis dilini də bilirdi. Elə
həbsxanada da yoldaşlarına ingilis dilini öyrədirmiş.
Vəkilin
fikrincə, Novruzəli Məmmədovun həbsinə onun talış, Azərbaycan və rus
dillərində lüğət nəşr etdirməsi səbəb olub. Rəsmi ittihamlarda isə onun
İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi bildirilir. Ancaq
vəkil iddia edir ki, Novruzəli Məmmədov həbsindən əvvəl İrandan yox
Azərbaycanın hökumət orqanlarından sifarişlər alıb:
«2005-ci
ildən Novruzəli müəllimə təzyiqlər artdı. Ona sifarişli yazılar vermək
üçün təkliflər gəldi. Maliyyə dəstəyi boyun olundu. Ancaq Novruzəli
müəllim bu təklifləri rədd etdi».
Novruzəli Məmmədovun evindəki
bütün zəruri əşyalar müsadirə edilib. Televizordan tutmuş ta elektrik
qızdırıcısına qədər. Vəkilin deməsinə görə, o iki il əvvəl fevralın
2-də həbs edilərkən fiziki zorakılığa məruz qalıb. Elə bunu ört-basdır
etmək üçün polisə müqavimət adı ilə ona 15 gün həbs cəzası verilib.
Daha sonra isə ona qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.
Vəkil
deyir ki, dəfələrlə rəsmən müraciət etsə də, Novruzəli Məmmədovun
məhkəmə tibbi ekspertizadan keçirilməsi 1 ay yarım yubadılıb. Nəticədə
işgəncə yerləri silinib gedib. 2008-ci ildə məhkəmə ona 10 il həbs
cəzası verilib. Vəkil deyir ki, Novruzəli Məmmədovun 15 saylı cəzaçəkmə
yerinə gətirilərkən dərhal cərimə kamerasına salınması onun xəstəliyini
şiddətləndirib:
«Siz təsəvvür edin, yanvar ayı kameranın
pəncərəsinin şüşəsi yox. 7 gün sən belə şəraitdə yaşayırsan. Bu onun
ölümünü sürətləndirdi…»
Vəkil deyir ki, Novruzəli Məmmədovun
müalicə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə
mart ayının 6-da bu müraciəti təmin etsə də, müalicə müəssisəsinə
köçürülmə düz 4 ay yubadılıb. Nəticə isə artıq hamıya bəllidir…
İndi Novruzəli Məmmədovun iş otağında dərin sükut hökm sürür
NOVRUZƏLİ MƏMMƏDOVUN BOŞ QALMIŞ İŞ OTAĞI… İndi
Novruzəli Məmmədovun iş otağında dərin sükut hökm sürür. Otağa daxil
olub, onun iş masasını, kitab rəfini çəkmək istəyirəm. Otaq
qaranlıqdır, işığı yandırmaq istəyirəm, yanmır. Bu otağın lampası
deyəsən birdəfəlik sönüb…