- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Апрель » 11 » «Talış xalq yox, yer adıdır» - deyən saxtakarlar AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarıdır
13:56
«Talış xalq yox, yer adıdır» - deyən saxtakarlar AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarıdır
Qısqanc arxiv alimlərinə praktik tədqiqatçı-tarixçi
tərəfindən özünü təsdiqləmə cavabı
Mən tarixçi-etnoqraf Həşim Adil oğlu Kəlbiyev 20 ildir Talışı
addım-addım, kənd bə kənd gəzərək bu bölgədə yaşayan xalqın etnoqrafik
və arxeoloji tarixini araşdırmaqla məşğulam. Azərbaycan
Respublikasında nəşr olunan elmi məcmuələrdə Talışın etnoqrafiyasına
və tarixinə dair onlarca məqalə çap etdirmiş, hər biri 7-8 çap vərəqi
olmaqla 5 monoqrafiya yazmışam. Son 10 il ərzində çap etdirdiyim bu
əsərlərdən Talışın tarixinə həsr olunmuş və AMEA-nın müvafiq şöbələri
tərəfindən rəy verilmiş son iki monoqrafiyam "Ərəb müəllifləri Talış
haqqında” və "Kadusilərin (qədim talışların) Azərbaycan tarixində rolu”
əsərlərim nədənsə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun
professoru T.Mustafazadəni və bir vaxt mənim tələbəm olmuş, çox da əla
oxumayan "Talış xanlığı” terminini heç bir sübut olmadan "Lənkəran
xanlığı” etmək hesabına T.Mustafazadənin himayəsi ilə tarix elmləri
namizədi olmuş İ.Məmmədovanı qıcıqlandırmışdır. Onların
qısqanccasına öz məcmuələrində ("Tarix və gerçəklik” məcmuəsi,
Azərbaycan Tarix Qurumunundur və bu qurumun rəhbəri tənqidi yazının
müəllifi T.Mustafazadədir) mənim yazdıqlarımı tənqid etmələri məni Sizə
müraciət etməyə vadar etdi. Son ifadəmə (vadar etdi) görə sizdən üzr
istəyirəm. Mən elmi araşdırma ilə məşğul olduğuma görə bu vaxta qədər
populyar qəzetlərə yazı verməmişəm. Eyni zamanda talışların yeganə
qəzeti olan «Tolışi sədo» qəzetinə ünvanladığım bu yazını talış dilində
yazmadığıma görə məni bagışlayın, ana dilimdə yazmadım ona gprə ki,
yazını bütün Azərbaycan vətəndaşları oxuya bilsin. Əlqərəz, çox
uzatmayım. İndi isə keçək mənim öz xalqım haqqında yazdığım kitabları
tənqid edənlərin tənqidi yazılarının təhlilinə.
Mənim "Kadusilərin (qədim talışların) Azərbaycan tarixində rolu”
əsərimə tənqid yazan T.Mustafazadə (çox ehtimal ki, o yazını
T.Mustafazadə yetirməsi İ.Məmmədovaya yazdırıb. Mən T.Mustafazadənin
qələmini, ifadə tərzini yaxşı bilirəm və onu da bilirəm ki,
T.Mustafazadə mənim yazdığım qədim dövr tarixinin deyil, XVII-XVIII əsr
tarixi dövrün mütəxəssisidir. Daha gülünc olanı isə orasıdır ki, mənim
tənqid olunan kitabım 2008-ci ilin mart ayında çapdan çıxdığı halda
kitabım haqqında tənqidi yazı 2007-ci ilə aid edilən "Tarix və
gerçəklik” jurnalında çap olunmuşdur. Qəribədir, görəsən işıq üzü
görməyən kitabı ondan 1 il əvvəl çap olunan jurnalda necə tənqid etnək
olar? Yox, əgər adı çəkilən jurnal 2008 və ya 2009-cu ildə 2007-ci il
tarixi ilə çap olunubsa bu fakt T.Mustafazadənin rəhbəri olduğu qurumun
saxtakar qurum olduğunu sübut edir) "Tarix və gerçəklik” adlanan
məcmuənin 293 səhifəsindəki yazısının birinci abzastında qeyd edir
ki, "kadusilərin talışlarla birbaşa əlaqəsi olub-olmaması, onların
qədim talışlar olması mübahisəlidir”. Yuxarıda qeyd etdiyim kimi
T.Mustafazadə qədim dövrün mütəxəssisi deyil və çox ehtimal ki, qədim
dövrə aid ədəbiyyatları da mütaliə etməmişdir. Bu problemlə bağlı
onlarca mütəxəssisdən sitatlar verdiyimizə baxmayaraq qoy
T.Mustafazadə bundan sonra heç olmazsa Azərbaycanın tarixçi alimi
Q.Qeybullayevin "Azərbaycan türklərinin təşəkkülü tarixindən”
(Bakı.1994) kitabını oxusun və görsün ki, o kitabın 222-ci səhifəsində
yazılıb: "Atropatenada İrandilli etnoslar da yaşayırdı. Onların ən
böyüyü talışların ulu əcdadları olan kadusilər idi”. Daha sonra
T.Mustafazadə öz tənqidi yazısında məni "Azərbaycan talışlarının az
öyrənilməsi” fikrini söylədiyimə görə tənqid edir. Və təsadüfən əlinə
keçən talışlardan bəhs edən iki hesabatı, iki qəzet yazısını (alim özü
yaxşı bilir ki, qəzet yazıları elmi hesab olunmur) və iki kitabı
göstərməklə guya talışlar haqqında çox yazıldığını sübuta yetirmək
istəyir. Bu qısqanclıqla T.Mustafazadə deyəsən söyləmək istəyir ki,
talışların da daxil olduğu Azərbaycan tarixi haqqında nə qədər
yazılıbsa bəsdir, daha heç nə yazmaq lazım deyil. Halbuki,
eşitdiyimizə görə T.Mustafazadənin də daxil olduğu alimlər
komissiyasına Azərbaycanın cənub-şərq bölgəsinin (yəni Talışın) səhv
etmiriksə 9 fəsildən ibarət tarixinin yazılması artıq bir neçə ildir
ki, tapşırılmış və bununla əlaqədar bölgədə AMEA-nın alimlərinin
iştirak etdiyi konfranslar da keçirilmişdir (sonuncusu 10 iyul 2008-ci
ildə olmuşdur).
T.Mustafazadə tənqidi
yazının ikinci abzasında 110 səhifəlik "Kadusilərin (qədim talışların)
Azərbaycan tarixində rolu” monoqrafiyamızı yazarkən birbaşa və ya
dolayısı ilə istifadə etdiyimiz 8 antik müəllifdən yalnız 3-nün rus
dilində olan əsərlərindən istifadə etdiyimizi söyləyir və bizdən
nöqsan tutur ki, biz həmin müəlliflərin yunan dilində olan əsərlərindən
istifadə etməmişik. Lakin T.Mustafazadə unudub ki, özü də rus dilindən
savayı heç bir xarici dili bilmədən onlarca kitab yazıb, yüzlərcə
ingilisdilli, almandilli, farsdilli, ermənidilli və s. dillərdə çap
olunan müəlliflərə istinad edib.
Görəsən, həqiqətən o, istifadə etdiyi
müəlliflərin əsərlərinin hamısını onların yazdığı dildəmi oxumuşdur?
Bundan savayı, T.Mustafazadə ümumdünya tarixindən bəhs edən və dünya
alimlərinin yazdığı ayrı-ayrı ölkələrin tarixlərini rus və Azərbaycan
dilində olanlardan istifadə etməklə bir yerə toplayıb hər biri 1000
səhifədən ibarət II cildlik "Ümumi tarix” kitabını çap etdirib və
özünü həmin kitabların müəllifi kimi göstərib. Bu xalturaçı müəllif
dərs dediyi universitetdə bu kitabların hər birini 30 manatdan
tələbələrə satır. Halbuki, digər müəlliflər kimi bu kitabların heç
olmasa bir neçəsini dərs dediyi tələbələrin istifadəsindən ötrü həmin
universitetin kitabxanasına bağışlaya bilərdi.
Daha sonra bizim T.Mustafazadədən fərqli olaraq fars dilində olan
ədəbiyyatlardan istifadə edə bilməyimizə tənqidi yazı müəllifi
qısqanaraq xarici təsir altına düşməyimizdən bəhs edir. Lakin yenə
unudur ki, yazdığı yazılarında özü erməni müəlliflərindən istifadə
etmişdir. Görəsən, özü onların təsiri altına düşməmişdir ki? Və ya
Talış tarixinin talış tərəfindən yazılmasına qısqanclığı hansı
təsirdəndir? T.Mustafazadə yaxşı tanıdığı, əleyhinə tənqidi yazı
yazdığı müəllif H. Kəlbiyevə nə vaxt bir alim kimi yol göstərmiş,
köməklik etmişdir? Və ya H.Kəlbiyevin kitabının nəşr olunmasından sonra
on dəfələrlə onunla görüşüb, dəfələrlə bir yerdə çörək kəsdiklərinə
baxmayaraq niyə müəllifi bir dəfə də olsun üzünə şifahi tənqid
etməmişdir və ya müəllifin elektron ünvanına bir şey yazmamışdır? Bəlkə
T.Mustafazadə kompyuterdən və internetdən istifadə edə bilmir (əminik
ki, bilmir) və ya bu tənqidi yazı ilə elmi əsərlərinin sayını artırır?
Məcmuənin 294-cü səhifəsində tənqidi yazı müəllifi XIX-XX əsrin
əvvəllərində Azərbaycan kənd təsərrüfatı tarixini və kapitalist
münasibətlərinin inkişafı tarixini araşdıran alimlərin adlarını qeyd
etməklə, əsərlərindən heç bir sitat gətirmədən bizim fikirlərin
onlarınkı ilə üst-üstə düşmədiyini söyləyir və qeyd edir ki, biz qədim
dillərdən heç birini bilmirik. Lakin T.Mustafazadə yenə unudur ki,
(bəlkə də bilmir) prof. İ.M. Dyankonovun və akademik İqrar Əliyevin də
qədim hesab etdiyi, mənim danışdığım talış dili qədim dildir. Bunu
bilmirsə qoy "Znanie - sila” jurnalına (1985, N-7, s.9) baxsın və
görsün ki, ondan fərqli olaraq mən qədim dillərdən heç olmasa birini
nəinki bilirəm hətta həmin dildə danışıram.
Daha sonra T.Mustafazadə XIX əsr müəllifi Səid Əli Kazımbəyoğluna
istinadən yazır ki, "Talış Gilanın bir hissəsidir...” və cözü gedən
məcmüənin 295-ci səhifədə qeyd edir ki, "...onları (yəni talışları -
H.K) Azərbaycan ərazisində yerləşdirmək və kadusilərin davamçısı hesab
etmək düzgün deyil”. T.Mustafazadənin özünün də tez-tez gəldiyi
Lənkəran, Astara, Lerik rayonlarının əhalisi, Yardımlı və Masallı
əhalisinin bir hissəsi bu gündə də talış deyilmi? Və ya bu rayonlar
Azərbaycanın deyilmi? Həmişə yalnız arxivlərə müraciət edən, real
tədqiqatdan uzaq olan T.Mustafazadə bilməlidir ki, istinad etdiyi
müəllif Səid Əli XIX əsrdə yaşamış və öz əsərində XVIII-XIX əsrin
əvvəllərində mövcud olan Talış xanlığından bəhs etmişdir ki, o vaxt
"Azərbaycan dövləti" məfhumu olmamış Xəzər dənizi sahillərinin
Gilandan Şirvana qədərki torpaqları Gilanzəmin adlanmışdır.
Məcmuənin 295-ci səhifəsinin 4-cü abzastında Mustafazadə qeyd edir
ki, guya yazdığımız kitab "bir tələbə məruzəsi” səviyyəsində işdir,
sonra qeyd edir ki, iş qədim tarix üzrə mütəxəssislərin iştirakı ilə
müzakirə olunmadan çap edilməməli idi. T. Mustafazadə bilmir ki,
Azərbaycanda senzura ləğv edilib və hər kəs öz fikrini azad deyə və
yaza bilər? Doğurdan da yazdığımız kitab bir tələbə məruzəsi
səviyyəsindədirsə, bəs böyük bir institutun (A.Bakıxanov adına) qədim
dövr mütəxxəsislərinin olmadığı şöbəsinin müdiri T.Mustafazadəni niyə
qıcıqlandırıb və ya T.Mustafazadə kimi sifarişlə işləyib tənqidi yazı
hesabına elmi əsərlərinin sayını artırmaq istəyən qədim dövr
mütəxəssisi tapılmadımı?
Daha sonra 295-ci səhifənin 1-2-ci sətirində "..... onları (talışlar
nəzərdə tutulur - H.K) Azərbaycan ərazisində yerləşdirmək və
kadusilərin davamçısı hesab etmək düzgün deyil” yazan tənqidi yazı
sahibi 26 sətirdən sonra özü-özünü təkzib edərək "Bu ərazi (Talış
nəzərdə tutulur - H.K) Azərbaycan torpağı olduğundan ərəblərin
nəzarətindən çıxması da təbii idi” fikrini söyləməklə özünün
yaddaşsızlığını biruzə vermirmi?
Yenə həmin səhifənin 6-cı abzasında yazı müəllifi bizim "Azərbaycanın
ayrılmaz və tərkib hissəsi olan Talış torpaqları” ifadəmizdən
qıcıqlanaraq nə söyləmək istədiyimizi başa düşmədiyini yazır. Burda
müəllifə xatirlamaq yerinə düşər ki, həmin ifadəni başa düşmək üçün
"Azərbaycan tarixi coğrafiyası” dərsliyini oxumaq lazımdır,
Azərbaycanın ilkin orta əsrlər coğrafi ərazisini bilmək lazımdır və
xəritələri oxumağı bacarmaq lazımdır. Daha sonra ən azı bilmək
lazımdır ki, bir nahiyyə kimi Talışın da daxil olduğu Ərdəbil
eramızın IX-X-cu əsrlərində Saci, Səlari dövlətlərinin, bir müddət
Rəvvadilərin də paytaxtı olmuşdur.
Daha sonra "Talış coğrafi ərazi anlamıdır”, "Talış xalq yox, yer
adıdır” fikirlərini qeyd edən tənqidi yazı müəllifinə toponomik biliyə
malik olmaq üçün T.Əhmədovun "Azərbaycan toponimikasının əsasları”
(Bakı. 1991) kitabını oxumağı tövsiyyə edirik ki, qoy oradan oxusun,
hər bir coğrafi ad (etnotoponim) etnonimdən yaranır. Görünür,
T.Mustafazadə coğrafiya və toponimika fənlərini yaxşı oxumamışdır.
Daha sonra Mustafazadə Bəlləbur haqqında fikirərimizi tənqid etmək
üçün XIX əsrin mütəfəkkir maarifçisi (arxeoloq və tarixçi yox)
T.Bayraməlibəyovun fikirlərini "Quran” ayəsi kimi sitat gətirərək
qalanın XIX əsrdə tikildiyini və qala ərazisində iynəyarpaqlı
ağacların olduğunu qeyd edir. Ayda bir yol Lənkəran şəhərində olan T.
Mustafazadə bir tarixçi kimi nə üçün bir dəfə Bəlləbur qalasına
qalxmır ki, görsün orada bitən palıd və dəmir ağaclarının heç biri
iynəyarpaqlı deyil və ya baxıb görmək istəmir ki, qalanın kərpicləri
XIX əsrdə və ondan əvvəl Lənkəranda tikilmiş məscidlərin kərpicləri ilə
eyniyyət təşkil etmir, daha qədimdir? Daha sonra bu qədim qalanın da
Xürrəmilərin istinadgahlarından olması fikrimizə niyə qısqanır? Axı
bu qalanın yerləşdiyi ərazi də Xürrəmilərin mərkəzi olan Ərdəbil
nahiyyəsinə daxildir. Nəhayət, yox əgər mənim "Talışın
maddi-mədəniyyəti” adlı müdafiə işimin hazır olduğunu bilən A.Bakıxanov
adına institutun şöbə müdiri T. Mustafazadə kitabımın əleyhinə
tutarlı olmayan tənqidi yazı ilə götürdüyüm mövzunu müdafiə edə
bilməyəcəyimi (imkan verilməyəcəyini) yazılı mesaj verirsə, yenə
unutmasın ki, bu fikri Lənkəranda dəfələrlə şifahi surətdə mənə
bildirmiş və yeni mövzu götürüb onun rəhbərliyi altında müdafiə
etməyimi də təklif etmişdir. Lakin mən işlədiyim mövzunun vurğunuyam,
əlbət 70 yaşınadək müdafiə edərəm, yox əgər edə bilməsəm onda özümü
Məhəmməd (s) peyğəmbərin "Elm öyrənənin əcəli çatdıqda, şəhid kimi
ölər” ifadəsinə layiq bilmiş olaram.
Ən nəhayət, T.Mustafazadə
bilməlidir ki, başqasını sevmək üçün (böyük şair S.Vurğunun öz
Göyəzənini sevdiyi kimi) özünü sevmək lazımdır. Necə deyərlər: "Özünü
sevməyən başqasını sevə bilməz”, və yaxud "dəvəçini sevmək üçün dəvəni
də sevmək lazımdır”.
Həşim müəllim sizinlə şərikəm.Vaxtilə tələbə olarkən dərsimizdə həmin bu Tofiq müəllim Lənkəranın Gərmətük yer adının türklərlə bağlılığını sübut etməyə çalışırdı.Amma imkan vermədim.Durub həmin toponimin mənasını auditoriyada izah etdim.Öz pərtliyini gizlətmək üçün mənimlə mübahisə etdi.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]