Среда, 08.02.2012, 20:52
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Июль » 20 » ABŞ hökuməti: Azərbaycanda mətbuat azadlığı boğulur
13:24
ABŞ hökuməti: Azərbaycanda mətbuat azadlığı boğulur

"Amerikanın səsi” radiosunun Amerika hökumətinin mövqeyini əks etdirən bu günkü baş məqaləsi

Eynulla Fətullayev artıq terrorizm, defamasiya, irqlərarası zəmində nifrət toxumu səpmək və vergidən yayınma ittihamları ilə səkkiz il yarımlıq həbs cəzası çəkir ki, bütün bu ittihamları Avropa İnsan Haqları Məhkəməsi qeyri-qanuni elan edib.

Azərbaycanda mətbuat azadlığına ciddi təhlükələr mövcuddur ki, bu sıraya jurnalistlərin məhbəsdə saxlanılması daxildir.  İyulun 6-da həbsdə olan azərbaycanlı jurnalist Eynulla Fətullayev narkotik maddə saxlamaq ittihamı ilə iki il yarım azadlıqdan məhrum edilib.  Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) media azadlığı üzrə nümayəndəsi cənab Fətullayevin əsasında həbs olunduğu ittihamları "qeyri-ehtimali” adlandırıb.  ABŞ, Avropa İttifaqı, Norvec və başqaları məhkəmə hökmü ilə bağlı narahatlıqlarını ifadə ediblər.  Amnesty International, Jurnalistləri Müdafiə Komitəsi və başqa QHT-lər Fətullayevin iyulun 6-dakı mühakiməsini hökumətin tənqidi yazılarla çıxış edən jurnalisti susdurmaq üçün işə saldığı son cəhd adlandırıb.

Eynulla Fətullayev artıq terrorizm, defamasiya, irqlərarası zəmində nifrət toxumu səpmək, və vergidən yayınma ittihamları ilə səkkiz il yarımlıq həbs cəzası çəkir ki, bütün bu ittihamları Avropa İnsan Haqları Məhkəməsi qeyri-qanuni elan edib.  Məhkəmənin qərarında daha sonra bildirilir ki, cənab Fətullayevin 2007-ci ildə keçirilən məhkəməsi onun sərbəst ifadə hüquqlarını pozub; o, ədalətsiz mühakimə edilib, və "həbs cəzasının müəyyən edilməsi üçün heç bir əsas yoxdur.”

İnsan Haqları üzrə Avropa Konvensiyasına imza atmış Azərbaycan Avropa Məhkəməsinin qərarlarını icra etmək barədə öhdəlik götürüb.  Əgər o, bu öhdəliyə əməl etməsə, onda Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı bir sıra cəzalandırıcı ölçülər götürə bilər.

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammarberq deyib ki, "ifadə etdiyi baxışlara və ya fikirlərə görə həbs olunmuş hər kəs, o cümlədən Eynulla Fətullayev azadlığa buraxılmalıdır.”  Həmçinin ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Eynullanın azadlığa buraxılmasına səsləyib və Birləşmiş Ştatlar bu çağırışları dəstəkləyib.  Sonuncu dəfə belə bir dəstək iyulun 7-də Dövət Departamentinin verdiyi bəyanatda izhar edilib.

ABŞ hökuməti Azərbaycan hökuməti də daxil olmaqla bütün hökumətləri mətbuat azadlıqlarına, o cümlədən ənənəvi və ya yeni internet  mediası vasitəsilə sərbəst araşdırma və nəşr hüquqlarına tam hörmət etməyə səsləyir.  ABŞ Dövlət Katibi Hillari Klinton Bakıda olarkən qeyd etdi ki, "vətəndaş cəmiyyətinin nümayəndələrinə hörmət ediləndə və onlara təhdid olmadan işləməyə icazə veriləndə demokratiyalar çiçəklənir və cəmiyyətlər inkişaf edir.”


 
Категория: В мире | Просмотров: 422 | Добавил: admin
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 4
Гостей: 4
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz