- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
"Turan” agentliyi ABŞ-ın Azərbaycandakı səfirinin təyin olunmamasıyla bağlı maraqlı məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyası yeni səfirin regionu yaxından tanıyan biri olmasını istəyir. Yəni gələcək səfir fəal olmalı və yalnız enerji və demokratiya məsələlərini deyil, başqa məsələləri də yaxşı bilməlidir. Agentliyin yaydığı məlumata görə, bu, regionun əhəmiyyətinin nəzərə alınması, ABŞ administrasiyanın Azərbaycana diqqəti artırmaq niyyətində olmasının göstəricisidir.
Yeni səfirin təyin olunmamasının hələ ki, texniki səbəblərlə izah edildiyini deyən "Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, ABŞ yeni səfirini böyük ehtimalla yayda – seçki ərəfəsində təyin edəcək.
Bu baxımdan artıq prosesə start verildiyini düşünən M.Əliyev yeni səfirin əsas vəzifəsinin seçkiylə bağlı məsələlər olacağı qənətindədir: "Yeni səfir bir qədər fərqli missiya ilə gələcək. Onun təyinatının seçki ərəfəsinə təsadüf etməsi adi hadisə deyil. O başqa məsələdir ki, ölkədə keçiriləcək seçkilərə ABŞ-ın mövqeyi necə olacaq. Əlbəttə, yeni səfirin təyinatı eyni zamanda regionun xarakterini də nəzərə almaqla kompleks xarakter daşıyacaq. Səfirin təyinatı zamanı onun Ermənistanla Türkiyə arasında münasibətlər və Iran barədə məlumatlı olmasına diqqət yetiriləcək. Eyni zamanda Cənubi Qafqazdakı konfiliktlər və inteqrasiya məsələləri də unudulmamalıdır”.