- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Апрель » 14 » AMEA-nın Tarix İnstitutunda qondarma tarix yaradılır
17:22
AMEA-nın Tarix İnstitutunda qondarma tarix yaradılır
"Lənkəran xanlığı Birinci Rusiya-Iran muharibəsi dövrundə” adlı kitabın elmi redaktoru T. Mustafazadənin həmin kitabdakı ön sozunə rəy
Yazımıza başlayan kimi, ilkin olaraq qeyd edək ki, Iradə Məmmədovanın 2007-ci ildə Bakıda çap edilən "Lənkəran xanlığı Birinci Rusiya-Iran müharibəsi dövründə” adlı 120 səhifəlik kitabına seçilən ad müvafiq tarixin saxtalaşdırılmasına hesablanmış, qeyri-elmi və yanlışdır. Çünki, indiki Azərbaycan Respublikasının Cənub-Şərq ərazilərini XVIII-XIX əsrlərdə əhatə etmiş xanlıq "Lənkəran" deyil, Talış xanlığı olmuşdur və bu xanlıq haqqında olan bütün mənbələrdə də xanlığın adı "Talış xanlığı” yazılmışdır.
Sözü gedən kitabın elmi redaktoru prof. T.Mustafazadənin ön söz kimi yazdığı "Iradənin böyük uğuru” adlı yazısını oxuduqda isə sözü gedən elmi redaktorun kitabın elmi araşdırmadan çox köçürmə olduğunu görməməsi bizi təccübləndirdi.
Belə ki, I.Məmmədovanın 120 səhifəlik bu kitabının 70 səhifəsində ədəbiyyat siyahısında göstərilmiş "Sobrannıe Aktov Kavkazskoy Arxeoqrafiçeskoy Komissii (AKAK) I-VII tt., Tiflis, 1866-1878 qq.” adlı bir mənbədən 200 dəfə iqtibaslar verilsə də, göstərilən digər onlarla ədəbiyyat nümunələrindən istifadə olunmamış - sitatlar verilməmişdir. Adı çəkilən kitabda qeyd olunan arxiv materialı da 250 səhifə həcmində çap edilmişdir. 250 səhifəlik arxiv materialından kitabın 70 səhifəsində 200 dəfə sitat vermək sübut edir ki, müəllifin yazdığı kitab göstərilən arxiv materialının ixtisarla köçürülməsidir. Lakin I.Məmmədovanın elmi rəhbəri olan prof. T.Mustafazadə isə böyük pafosla bu yazını "Iradənin böyük uğuru” adlandırır.
Əvvəla, I. Məmmədovanın tarixi "Talış xanlığı”nın adını heç bir əsas olmadan və heç bir mənbəyə istinad etmədən "Lənkəran xanlığı” etməsi ugur deyil, elmi uğursuzluq və böyük saxtakarlıqdır! Sonra isə öz yazısında adı çəkilən xanlığın Azərbaycanın şimalında olmasını soyləyən T.Mustafazadə bu yazıda Quba və Dərbənd xanlıqlarından bəhs etsə idi görəsən onları haraya yerləşdirərdi? Və ya elmdə yeni məfhum ola biləcək şimaldan-şimalda ifadəsini işlədərdimi? Daha sonra, əgər I.Məmmədovanın yazdığı kitab elmi kitabdırsa, T.Mustafazadənin kitabda verilən yazısında bədii obrazla "bizim Iradə xanım” ifadəsini işlətməsi nə dərəcədə düzgündür? Bu ifadə ilə T. Mustafazadə nə demək istəyir? Əgər I.Məmmədova Azərbaycan elminə xidmət edirsə, o Azərbaycanın alimidir. Azərbaycan isə T. Mustafazadə demək deyil. Azərbaycanda elmi araşdırmalarla məşğul olanları "bizimkilər” və "sizinkilər”ə bolmək nə deməkdir?
Daha sonra, T.Mustafazadə oz yazısında I.Məmmədovanın istifadə etdiyi T.Bayraməlibəyovun "Talış xanlığının tarixi” əsərini (məhz "Talış xanlığının tarixi” Lənkəran xanlığı yox. - H.K.) üzə çıxarılmış yeni mənbə kimi təqdim edir. Gorəsən, professor T.Mustafazadənin xəbəri yoxdurmu ki, I.Məmmədovadan daha əvvəl Q.Cavadov, F.Əsədov, Y.Ağazadə, E.Cavadova öz əsərlərində Teymur bəyin adı çəkilən əsərindən bəhs etmislər? Y.Ağazadənin, E.Cavadovanın əsərləri isə bilavasitə T.Bayraməlibəyovun yaradıcılığına həsr olunmuşdur.
I.Məmmədovanın adı çəkilən kitabının 3-cü səhifəsinin son sətrində T.Mustafazadə Rusiya və Iran dovlətləri əvəzinə "Rusiya və Qacarlar dovləti” kimi qeyri-elmi ifadə işlədir. O, bilmirmi ki, Qacarlar dovləti yox, Iranda Qacarlar hakimiyyəti olmuşdur. Belə çıxmır ki, bundan sonra Səfəvilər dovlətini də bu dovlətin hakimlərinin adı ilə Şah Ismayılın, Şah Təhmasibin, Şah Abbasın və başqalarının dovlətləri adlandırmalıyıq? Və ya bir ölkənin coğrafi adını digər bir ölkənin isə hakim sülalə adı ilə bir ifadədə qeyd etmək nə dərəcədə doğrudur? Bəlkə həmin dövrdə Rusiyada hakimiyyətdə kimin, hansı sülalənin olduğunu bilmədiyi üçün T.Mustafazadə belə yazmışdır?
Cəmi iki səhifəlik ön sözün ikinci - adı çəkilən kitabın isə dördüncü səhifəsində "Kitabda çar qoşunları Lənkəranı (gərək ki, "Talışı” yazılaydı. Çünki, çar qoşunları təkcə Lənkəran şəhərini yox, Talışın bir hissəsini zəbt etmişlər. Digər hissəsi isə Iran ərazisində qalmışdır. - H.K) zəbt edərkən rast gəldikləri güclü müqavimət ilk dəfə obyektiv və hərtərəfli işıqlandırılmışdır” cümləsini işlədən T.Mustafazadə I.Məmmədovanın kitabından 9 il əvvəl çap olunmuş "Talış xanlığı” kitabını oxumamışdırmı və ya görəsən F.Əsədov 1988-ci ildə çap etdirdiyi həmin əsərində çar Rusiyasının xeyrinə yazdığı hansı fikirlərlə qeyri-obyektivlik nümayiş etdirmişdir?
T.Mustafazadənin "Iki imperiyanın Lənkəran xanlığını bölüşdürə bilmələri” fikri də səhvdir. Əvvəla, imperiyalar Lənkəran xanlığını yox "Talış xanlığını” bölüşdürmüş və xanlıqlar dövrünə qədər həmişə Iran imperiyasının tərkibində olan Talış torpaqlarının bir hissəsini Rusiya zəbt etmişdir.
Tofiq müəllim, tarix obyektivliyi sevir, tarixi siyasətə qurban vermək olmaz. Elə yazın ki, yazılarınız böyük alimlərin yazıları kimi başqa ölkələrdə də oxunsun və düzğünlüyü təsdiqlənsin. Axı qloballaşma və Avropaya inteqrasiya dövründə yaşayırıq.
Əlqərəz, professor T.Mustafazadənin özünün tələbəsi, yetirməsi və işçisi olan bir şəxsin kitabını güclü əsər adlandırması, lakin bu kitaba yuxarıda göstərilən səviyyədə nöqsanlı və çox zəif ön söz yazması yazının professor tərəfindən yazılmasına şübhə yaradır.