Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimi və pişnamazın duası... - 4 Мая 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Суббота, 19.05.2012, 04:01
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Май » 4 » Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimi və pişnamazın duası...
00:28
Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimi və pişnamazın duası...

Bir ali məktəb müəllimi  kimi, mən də bir il öncə şəhid olmuş tələbə və müəllimlərimizin həmin an mərasimində tələbələrimlə birgə iştirak etməyi öz mənəvi borcum saydım.  Tələbələrimi əvvəlcədən qəti şəkildə xəbərdar etmişdim ki, heç bir şüarçılığa yol vermədən, 30 aprel saat 13-00-ə  təyin olunmuş 1 dəqiqəlik sükutdan sonra  dağılışmalıyıq.

Təxminən saat 12.55 olardı. Təsadüfən, metronun "28 may” stansiyasından çıxan deputat Pənah Hüseyni gördüm və onunla görüşərək C.Cabbarlı heykəlinin yanına gəldik. Jurnalistlərin əksər gismi Neft Akademiyasının binasının tinində  yığışan tələbələrin çəkilişində ikən, birdən arxamızada orta yaşli bir şəxsin hoppanaraq "Azadliq!”(???) deyib yerə çırpıldığının və dərhal da onu əhatəyə alan bir qisim polis və mülki geyimli şəxslərin onu qarşımızda duran avtobusa atdıqlarının şahidi olduq.  Maraqlısı bu idi ki, yalnız bir mülki geyimli şəxs onu diqqətlə videoya çəkirdi. Jurnalistlər Akademiyanın binasının tinindən o avtobusa çatanacən qapıları bağlandı. Mən təəcübümü gizlətməyib, Pənah bəyə: "Güman ki o, onların öz adamları idi” - ifadəsini tamamlamamış, mülki və polis geyimli adamlar az qala  üstümüzə cumaraq: "Müəllim, bizim işçilərə şər atmayın!” - dedilər.  "Qoy, bir deputat kimi Pənah bəy bunu dəqiqləşdirsin!” -  fikrimə də məhəl qoymayıb, bizi o avtubusdan uzaqlaşdırdılar.

Artıq  saat 13-00 tamam olmuşdu və şəxsən mənə 100 % aşkar oldu ki,  bu dinc AN mərasiminə nəinki imkan verilməyəcək, hətta mərasim iştirakçılarının  kütləvi həbsinə başlayacaqlar. O vaxt eşitdim ki, təhsil naziri Misir Mərdanov Akademiyanın binasında bir qisim müəllim-tələbələrlə AN mərasimini qeyd edirlər. Əlbəttə ki, şəxsən yaxşı tanıdığım Misir müəllimin bu təşəbbüsüni alqışlamaqla yanaşı, onunla görüşüb bəzi sual və fikirlərimi bölüşməyə çalışsam da, bizi o tərəfə buraxmadılar. Polis və mülki geyimli şəxslərin sıx dəstəsi bizi metronun "28 may”stansiyasına tərəf sıxdı. Metroya giriş pulsuz elan edildi və çıxışa icazə verilmədi. Bizə dəfələrlə xəbərdarlıq edilsə də, Pənah bəylə birgə bir neçə dəqiqə stansiyanın girişində durduq.

Məqam düşən kimi bu polis-mülki geyimlilərin dəstəsini yararaq, S.Vurgun bağına tərəf gedərkən, tələbə və gənclərin zorla maşınlara otuzdurulub apardıqlarının şahidləri olduq. Bir qızı zorla onların pəncələrindən qoparda bildik. Bu gənc qizi ona görə tutub aparırdılar ki, o, Akademiyanın binası qarşısına qoya bilmədikləri gülləri asvaltın kənarlarında  düzməyə cəhd edirdi və polisin "ay qız, yeri zibilləməyin!” fikrinə etiraz edərək, "gül bayramında belə deməyə cürətin çatardımı? Heç olmasa, şəhid tələbə yoldaşlarımızın ruhuna hörmət edin!” - demişdi.

Bu məqamda jurnalistlər Pənah bəylə müsahibə götürərkən, "mülki”lərdən biri  onu arxadan itələmək istədi. Onu saxlayıb: "Sən nə edirsən, heç olmasa, bu qədər video-foto çəkilişində bunu etmə!” -  dedim. O isə: "O de, 100 metr o tərəfdə  Media mərkəzi var,  nə qədər istəyir, gedib orda müsahibə versin də...” - dedi. Güman ki, Pənah bəy də vəziyyətin gərginliyini dərk etmişdi, sürətlə onlardan ayrılmağa məcbur olduq... O, yol boyu elə hey bir fikri təkrar edirdi: "Heç nə başa düşmədim, axı, özləri deyirlər ki, bu terrorun arxasında ermənilər dayanıb və əgər tələbə-gənclər bu "terrora yox!” deyib, şəhid  tələbə-müəllimlərinin ruhunu yad etmək üçün  AN mərasiminə yığışıblarsa, daha niyə buna icazə vermirlər, niyə axı  heç-nədən  bu qədər  hay-küy yaradırlar?!”. Ondan ayrılarkən, elə bir saat əvvəl ondan təəcüblə soruşduğum: "Pənah bəy, nə əcəb, səndən başqa  digər bir deputat bu AN mərasiminə qoşulmayıb?” - fikrimi tamamlayıb, "nə vaxta qədər  ki, "xalq nümayəndələri” öz  ümumxalq matəm mərasiminə  bu qədər laqeyd və hətta o "polis-mülkilər” kimi bu qədər vicdansız münasibət bəsləyəcək, hələ belə terrorlar çox olacaqdır...” - dedim.

Metronun "Nizami” stansiyasının  arxasındakı
məscidə daxil olub, camaat namazınin  xütbəsini aparan  pişnamazın: "...Allah bizim dövlətimizi və onun  rəhbərlərini cin və şeytanların hər cür şəri-bəlalarından qorusun...”  - kimi bir dua-şüarını və xalqın  "Amin!”nini  eşidib, göz yaşlarımı görməsinlər deyə: "Ya Rəbbim, haqqını azmış  məzlum və zülmkarların  münafiq meydanında MÜCAHİD qullarıvı tənha qoyma...”, - duamla   səcdəyə  getdim...  

Dr. Hilal Məmmədov
(hüquq müdafiəçisi)


Категория: Наши новости | Просмотров: 513 | Добавил: admin
Всего комментариев: 5
0  
1 Kubin   (04.05.2010 13:23)
Hilal müəllim.Biz sizinlə fəxr edirik tək bu barədə yox ki,siz Talış xalqının ağsaqqalı ziyalısısınız.Ona görəki siz çox yaxşı müəllim insan atasız.Müəllimim olmusuz.

Əziz Hilal müəllim,bu organ işçiləri (mülki geyimdə olan polislər) bizim xalqın nümayəndələri deyilmi ? 30 Aprel ölənlərin arasınd aonlarında qardaş bacıları ola bilməzdimi ?! olardı!!Dunya görmüş adamsız nə üçün bu organ işçiləri özlərin sadə vətəndaşlardan üstün tutur ? Nə üçün qadınlara belə mitinqdə anım məərasimində zülm təhqir edir,döyürlər ? Bu 2 sualın cavabın apıram ama hələdə düz tapdığımı düşünmürəm.Sizdən bu suala açıqlama gözləyirəm..

Hörmətlə : Miri Xamiyev


0  
2 Rushna   (04.05.2010 17:56)
@nə üçün bu organ işçiləri özlərin sadə vətəndaşlardan üstün tutur ?@
Salam, Miri. Ele "Organ ishchileri" ifadesini ishletmeyimiz gosterir ki biz onlari ozumuzden ustun tuturug, ve bu, yalniz Azerbaycanda beledir.
Odur ki onlar da istenilen vaxt bizim "organlarimizi" vehshicesine yarib-dograya bilirler... 2-ci suala da cavab burdan alinir, o "organ ishchileri" uchun qadin-kishi organlarina zulm arasinda ferg yoxdur...
Leyla Yunusun beyanatinin ashagisinda Hazi adli qardashimiz Mamed Mikailov adli "organ ishchisinin" vehshiliyinden yazib. O vehshi ise hetta oz qeyretli millet ogullarinin "organini" bele kelbetinle dartmaqdan zovg alirmish. Indi ozun de: bele "organ ishchisini" bu vehshi hedde chatdiran meger biz mezlumlar deyilikmi? Hazi muellim bele zulmkarlara ayrica movzu hesr edib onlarin ich uzunu achmagi teklif edib. Amma biz "organlarimizin" cezalandirilacagindan qorxub susurug... Biz bele celladlarin zulmune dozen mezlum sabah - Qiyamet gunu daha agir ceza almazmi? Bendeden qorxub, Allahdan gorxmayanin aqibeti sabah daha felaketli olmazmi?!

0  
3 admin   (04.05.2010 19:31)
""Hazi muellim bele zulmkarlara ayrica movzu hesr edib onlarin ich uzunu achmagi teklif edib. Amma biz "organlarimizin" cezalandirilacagindan qorxub susurug...""

Ruşna boyli, təəssuf ki, əmə TOLIŞON pemujiəmon bo "zəkəs" doy. Bəbe ki, vote cuzi qılay dairə - 5-6 nəfər çiçsə kardedə, yəni uzağ başi çiçsə nıvıştedə, əmandəniymon həmmə təmşo kardəmon. Ve odəm hese ki, pidəje tolış dirçəlmiş bıbu, əmmo ıştə roli bi prosesədə vindej pidəj ni. Bəzionən pidəjone əməni ğarzoxo bekan ki, çiçe-çiçe əvon Talışİnfo handedən. Çanəndə dı prinsipi bəjimon ki?! O cumlədən, kəynə Həzi boyli, iştə təklif kardə mövzu barədə ıştə yaziş bə Talışİnfo təgdimij kay ki, Talışİnfo həmən mövzuş o nıkay. Bəzneyon vote ki, har kəsi bo nıvışte, çoknə bəvoten, ğələmıj ni. Bəvədə Sayti forumıj hese, dəşu Həzi boyli bı barədə qıləy mövzu okə vəy, dı handəkəson muzakirə bıkə.

Həzi boyli ros kardə, Şımə dəstək doə mövzu həyğətən marağliye, meydan oje, təğdim bikə iştə niviştəyon, bıda Tolışİnfo-ən oyo ehaşto (yəni internetədə)...


0  
4 hazi   (04.05.2010 20:08)
Detı rozim Admin boyli, Xido başmə komək bıbo. Bənivıştem.
Ruşnə boli nivəştəyonko hələmən bəştə omənim. Bə çey divo azən AMİN! vitdəm.

0  
5 Jango   (08.05.2010 00:05)
,bu organ işçiləri (mülki geyimdə olan polislər) bizim xalqın nümayəndələri deyilmi ?
Хеjр, эзизим Кубын, бу мулки геjимдэ олан шэхслэр Талыш халгынын нумаjэндэлэри деjил.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz