- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Ostoro rayonunun Kijəbə qəsəbəsində torpaq sürüşməsi baş verib. Bu barədə "ТалышИнфо" ANS PRESS-ə istinadən məlumat verir.
Sürüşmə təqribən 2 hektar ərazini əhatə edir. Torpaq sürüşməsi nəticəsində qəsəbə sakini Bəylər Vəliyevin evi tamamilə dağılıb, Hafiz Rəsulovun, Sabir Fətullayevin, Kəsirə Cavadovanın evləri yaşayış üçün yararsız vəziyyətə düşüb, 11 evdə çatlar yaranıb.
Artıq 3 evin sakinlərinin təcili evakuasiya olunması barədə dərhal qərar qəbul olunub. 2 ailə qəsəbə sahə xəstəxanasına, 1 ailə isə yaxınlarının evinə köçürülüb. Qəfil sürüşmə köçürülən sakinlər üçün çoxlu problemlər yaradıb.
Zərər çəkən sakinlər sürüşmənin hələ ötən ilin yanvarında başladığını, bu ilin yanvarında fəallaşdığını bildiriblər. "Keçən ilin yanvar ayından başladı çatlar əmələ gəlməyə. Bu ilin yanvarında isə çatlar böyüməyə başlayıb”,-deyə zərərçəkən Sabir Fətullayev bildirib.
Hadisə yerində olan Ostoro rayon FHK-nın sədri Məzahir Hüseynov sürüşmə ilə bağlı daha bir narahatlıq doğuran məsələnin olduğunu bildirib. "Rayonun Maşğan kəndində çəkisi təqribən 100 tondan da ağır olan qaya parçası sürüşmə nəticəsində parçalanmağa məruz qalıb. Əgər bu daş yerindən qopub düşsə yaxınlıqda xeyli sayda ev ziyan çəkə bilər”,-deyə o bildirib.
Qeyd edək ki, ərazidə sürüşməyə səbəb kimi havaların yağmurlu keçməsi göstərilir.