- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Март » 19 » Azərbaycan hakimiyyəti kontr kompramat axtarışına çıxıb
22:49
Azərbaycan hakimiyyəti kontr kompramat axtarışına çıxıb
Rəsmi qəzetlərdə Qərb liderlərinin varidatı barədə yazılar dərc oluna bilər
Azərbaycan hakimiyyəti ABŞ-ın nüfuzlu nəşri "The Washington Post” qəzetində Əliyevlərin Dubaydakı mülkləri barədə dərc edilən məqaləyə cavab hazırlayır. Bu barədə "Azadlıq”a hakimiyyətdaxili mənbələr məlumat verib. Məlumatda deyilir ki, hakimiyyət "The Washington Post” qəzetini, daha doğrusu Qərbi fakt qarşısında qoymaq üçün dünya liderləri barədə kompramat axatrışına çıxıb. Hakimiyyət bununla həm də Azərbaycan ictimaiyyətində məsələ ilə bağlı gedən qızğın müzakirələrə son qoyulmasına çalışır.
Sirr deyil ki, "The Washington Post” qəzetində dərc edilən bu məqalə Azərbaycan hakimiyyətinə ciddi mesaj idi. Məqalədə "Kojeni qalmaqalı”nın xatırladılması ilə hakimiyyətin dəyəri milyonlarla ölçülən mülklərin hansı pulların hesabına alınmasına işarə vurulmuşdu. Bununla da Ilham Əliyevin diqqətinə çatdırılmışdı ki, beynəlxalq aləm onun korrupsiya əməliyyatlarından xəbərdardır və lazım olarsa bu faktlar araşdırıla bilər. Iqtidar ideoloqları isə "The Washington Post” qəzetində dərc edilən bu məqalənin effektini azaltmaq üçün Qərbin Ilham Əliyevə təzyiq göstərdiyini bəyan etdi. Bu, həm də Qərbi şantaj etmək idi, lakin istənilən nəticəni vermədi. Əksinə, bundan sonra bu məsələ Azərbaycan cəmiyyətində daha qızğın müzakirə edilməyə başladı.
Ona görə də hakimiyyət yeni yollar aramağa başlayıb və yuxarıda məlumat verdiyimiz kimi artıq tapıb.
Məlumatlara görə, yaxın vaxtlarda rəsmi və iqtidarın nəzarətində olan mətbuatda Qərb liderlərinin mülkləri barədə məqalələr dərc olunması gözlənilir. Azərbaycan hakimiyyəti həmçinin Qərb liderlərinin varidatı barədə topladığı məlumatların beynəlxalq mediada işıqlandırılmasına çalışacaq.
Hakimiyyət düşünür ki, bununla "mülk qalmaqalı”na son qoya bilər. Bu məsələ hər dəfə qabardılanda iqtidar ideoloqları "Qərb liderlərinin də belə mülkləri var” deməklə Əliyevlərə haqq qazandıracaqlar. Lakin bu şantajın baş tutmayacağını indidən söyləmək olar. Çünki məsələn, Azərbaycan hakimiyyəti ABŞ prezidenti Barak Obamanın və ya Italiyanın baş naziri Silvio Berluskoninin varidatı barədə hansısa məlumatlar dərc etdirsə və bununla ölkə başçısına haqq qazandırmağa çalışsa, həmin şəxslər gəlir mənbələrini açıqlayıb Ilham Əliyevi fakt qarşısında qoya bilərlər…