Azərbaycan İrana qarşı sanksiyalara qoşulsa, Talış sakinlərini hansı çətinliklər gözləyir? - 25 Октября 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Вторник, 22.05.2012, 04:15
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Октябрь » 25 » Azərbaycan İrana qarşı sanksiyalara qoşulsa, Talış sakinlərini hansı çətinliklər gözləyir?
13:07
Azərbaycan İrana qarşı sanksiyalara qoşulsa, Talış sakinlərini hansı çətinliklər gözləyir?

Bu barədə AzadlıqRadiosunun Talış regionu üzrə muxbiri Müstəcab Məmmədovun hazırladığı reportajı cüzi redaktə ilə oxucularımızın nəzərinə çatdırırıq.

Bunulna bərabər bir daha AzadlıqRadiosu da daxil olmaqla demokratik dəyərlərin iddiasında olan, insan hüquqları, azad söz, obyektivlik və s. bu kimi prinsipləri oz fəaliyyətində rəhbər tutacağını  bəyan edən  KİV strukturlarını Talış regionu ilə bağlı ədalətli olmağa, ən azı regionumuzun adını və buranın yer adlarını uydurulmuş, yaxşı halda isə təhrif olunmuş formada deyil,  olduğu kimi adlandırmağa çağırırıq.


ABŞ İrana sanksiyaları müzakirə etmək üçün ötən həftə Azərbaycana elçi göndərib, Tehranın yaxın qonşuları ilə ticarət əlaqələrini bir az da məhdudlaşdırmaq istəyini açıqlamışdı.

Azərbaycan bu sanksiyalara qoşulsa, Talış sakinlərini hansı çətinliklər gözləyir?

Bu sualın cavabına keçməzdən əvvəl Talış rayonlarıla İranın əlaqələrinə baxaq.

Azərbaycanın İranla quru sərhədi təxminən 765 kilometrdir. Bu sərhədin çox hissəsi Azərbaycanın Talış bölgəsindən keçir. Sərhəd Ostoro, Lik, Yardımlı, Cəlilabad rayonların ərazisindən keçərək qərbə doğru gedir. Gün ərzində Ostoro və Biləsuvar keçid məntəqələrindən İrana 2-3 min yerli sakin keçir. Sərhədyanı ticarətlə yüzlərlə ailə dolanır. Çox az adam var ki, İranda yaxınları olmasın.

Digər tərəfdən, bəzi iddialara görə, İrandan Azərbaycana tonlarla narkotik maddə gətirilir. Yerli sakinlərlə qarşılıqlı münasibətlərin yarandığı bir vaxtda İrana sanksiyaların tətbiqi hansı problemləri yarada bilər?

Lankonda yerləşən Hüquqi Yardım İctimai Birliyin prezidenti İlqar Qasımov birmənalı olaraq sanksiyaları zəruri hesab edir.Onun sözlərinə görə, Azərbaycan bu sanksiyalara qoşulmalıdır

«NARKOTİK MADDƏLƏRİN DAŞINMASININ QARŞISI ALINAR»

«İrana tətbiq edilən sanksiyalar ölkəmizin Talış bölgəsində yaşayan əhalinin güzəranına təsir etməyəcək, Azərbaycan bu sanksiyalara qoşulsa belə. O da həqiqətdir ki, yerli sakinlər İrana gedib oradan ərzaq və kənd təsərrüfatı məhsulları gətirirlər, müalicəyə gedirlər. Əksinə sanksiyanın bizə xeyri var. Narkotik maddələrin daşınmasının qarşısı alınar. Azərbaycan BMT-nin üzvüdür. Və Azərbaycan bu sanksiyalara hörmətlə yanaşmalıdır. Digər tərəfdən bu sanksiyalar nə Azərbaycan, nə də İran vətəndaşlarına qarşı deyil. Sanksiyalar molla hökumətinin nüvə ambisiyasına qarşı yönəlib. Mən Lankonluyam, İrana gedib gələnlərlə söhbətim olub. Onlar da belə hesab edirlər ki, Azərbaycan sanksiyalara dəstək verməlidir. Mən bir vətəndaş kimi qonşu ölkə olan İranda nüvə texnologiyasının olmasını istəmirəm».

Vətəndaşlara Hüquqi yardım mərkəzin rəhbəri Sədrəddin Kazımov isə bu sanksiyaların qəbuledilməz olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycan bu sanksiyalara qoşulmamalıdır.

«İRAN OLMASAYDI, KARTOF MƏHSULLARININ QİYMƏTİ QALXARDI»

«Qarabağ kimi bir problemimiz var. BMT-də ABŞ Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verdi. Digər dövlətlər də o cümlədən. Onda nə üçün Azərbaycan bu ölkələrin dedikləri ilə hərəkət etməlidir. Azərbaycan bu sanksiyalara qoşulsa, bu, birinci növbədə Talış bölgəsində yaşayanların həyatına mənfi təsir edəcək. Lankonda sahibkarlar ərzaq və kənd təsərrüfatı məhsullarını İrandan gətirirlər. İran olmasaydı kartof məhsullarının qiyməti qalxardı. Bizim müştərək mədəniyyətimiz, din birliyimiz var. Tutaq ki, Azərbaycan sanksiyaları dəstəklədi. Bundan nə qazanacaq?»

Müsavat partiyası Ostoro rayon təşkilatının sədri Asən Həşimli isə belə hesab edir ki, Azərbaycan İranla bağlı sanksiyaları dəstəkləməmişdən əvvəl Talış bölgəsində yaşayanların sosial iqtisadi problemlərini həll etməlidir:

«BİZƏ ATOMLU QONŞU LAZIM DEYİL»

«Talış bölgəsində yaşayanların kasıb təbəqəsi İrana gedib-gəlməklə gündəlik çörək pullarını qazanırlar. Sərhədyanı ərazilərdə yaşayan İran kasıbları da eyni vəziyyətdədirlər. Ostoro rayonun 95 min nəfərdən çox əhalisi var. Bunlar hara getməlidirlər? İran yaxındır, oraya da gedirlər. İran gömrükxanasında adamlarımızı təhqir edir, incidirlər. Bütün bunları nəzərə almaq lazımdır. İran kimi bir dövlətdə nüvə texnologiyasının olmasına da imkan vermək olmaz. Bizə atomlu qonşu yox, demokratik dəyərlərə söykənən qonşu lazımdır».

YAP Ostoro rayon təşkilatın sədr müavini Vaqif Ağayev isə Azərbaycan hökumətinin bu məsələ ilə bağlı verdiyi qərarları müdafiə etdiklərini söylədi:

«Mənim fikrimcə, Azərbaycan bu sanksiyalara qoşulmamalıdır. İranla iş birliyində olan sahibkarlar nə etməlidirlər? Bu, bizim problemimiz deyil».

Ostoro pedaqoji liseyin tarix müəllimi Ceyhun Məmmədzadənin qənaətincə, bütün hallarda İranın qarşısı alınmalıdır. Lakin bu, vətəndaşların hüquqlarının pozulması hesabına olmamalıdır.

«Şimal qonşumuzun nüvə başlıqları var. Cənub qonşumuzun da istəyi budur. Tehran elə başa düşür ki, atomu olsa, rejimin ömrü uzanar. Bu, aldadıcı bir istəkdir. SSRİ deyilən bir dövlətdə ən güclü silahlar var idi. Nə oldu? Bir gündə dağıldı».

C. Məmmədzadə də hesab edir ki, Azərbaycan sanksiyalara dəstək versə, İranla münasibətləri pozulacaq. Nəticədə sərhədyanı ticarət ziyan çəkəcək. Bu əhalinin güzəranına az da olsa təsir edəcək.

«BURADA ŞİƏLİK GÜCLÜDÜR…»

Üstəlik dindarların arasında da narazılıq mümkündür:

«Talış bölgəsi dini baxımdan aktiv zonadır. Burada şiəlik güclüdür. İran da şiə dövlətidir. Problem ola bilər».

İndi, deyəsən, Talış bölgəsində İranla ticarət edən iş adamları da baş verən prosesin fərqindədirlər. Sərhədyanı ticarətlə məşğul olan iş adamı Fayıq Cəfərov sahib olduğu mağazada 7-8 adda İran malın olduğunu söylədi:

«İrandan düyü, qənd ,sabun, kişmiş, xurma, xalça, kartof, soğan gətirilir. Sanksiya bizə təsir edəcək. Məcbur olub başqa ölkələrdən məhsul gətirərik. İran yaxındır, ordan mal gətirmək bizə sərf edir».


Категория: Наши новости | Просмотров: 430 | Добавил: admin
Всего комментариев: 1
0  
1 TAYGER   (29.10.2010 21:56)
ЧЫМЫ МАМУАН ИЮЕ

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz