- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Октябрь » 3 » Azərbaycan telekanalları Azərbaycan əhalisi üçün tiryəkdir
13:44
Azərbaycan telekanalları Azərbaycan əhalisi üçün tiryəkdir
Telekanallar ölkə başçısını aftoş kimi təqdim edir
Telekanalların göstərdiklərinə inansaq, gərək prezident Ilham Əliyevin imici barədə şübhəli fikirlərə düşməli olaq. Telekanallar Azərbaycan adında dəyərli bir ölkənin başçısı olan Ilham Əliyevi işsizlikdən dünyanı gəzib dolaşaraq çuval-çuval para xərcləyən, gedəndə trapın başından onu yola salanlara əl yellədib, qayıdanda qoyduğu yerdə dimdik dayanan adamlara əl verərkən çox xoşbəxt görünən, getdiyi ölkədə özümüzünkülər tərəfindən qarşılanan, yola salınmayan, milli Ağ evə - prezident sarayına səfir qəbul edib, səfir yola salandan-salana gələn, lentkəsən, rayonlarda özünə istirahət evləri tikdirən, Xutora gözü düşən, Qış bulvarı "soyqırımına” qol qoyan, bayraq ipi dartan, beton tökən, parkları gəzən, kənd təsərrüfatı sərgilərində spirtli içkiləri dequstasiyadan keçirən, xizəksürən, avtoş kimi tanıtmaqdan ayrıca ilham alırlar. Axtarsan bu tanıtımda prezidentin mətbuat xidmətinin də bir xeyli əməyi ortaya çıxar.
Bir yana baxanda cənab Əliyevin imicini yaratmaqla məşğul olan adamların da günahıdır ki, efiri izləmirlər, çəkilişlərə nəzarət eləmirlər, videokadrları yoxlamadan keçirmirlər. Yeddi telekanalın ipinin ucunu AzTV-nin ipinin ucuna bağlayıblar. Profesionallıq sarıdan axsayan telekanallar hakimiyyəti razı salmaq, vaxt ötürmək üçün I.Əliyevin avtoşların üzünə qapalı olan dənizkənarı bulvarda Medvedevlərə sürücülük etməsini çəkib göstərəndə elə bilirdilər ağıllı iş görürlər, rəhbəri təbliğ, təbliğlə birgə hakimiyyətə xidmət edirlər. AzTV həmin kadrları dönə-dönə göstərdi, beş yol elə mən gördüm. Yəqin göstərdiklərindən zövq alırlar. Amma bu zövqün əhalisinin böyük əksəriyyəti yoxsulluq içində olan məmləkətin sadə tamaşaçısında nə qədər qıcıq, əks-reaksiya doğurduğunu düşünmürlər. Düşünməyin yeri var.
Azadlıq meydanı meydanlıqdan çıxandan paytaxtın bərkgedən, ikitəkər avtoşlarının Saxarasına çevrilib. Ilham Əliyev də Azadlıq meydanında avtobus, maşın sürməyi sevir. Bu dəfə nəqliyyat naziri ona taksi sürdürdü. Prezident yarlı-yaraşıqlı, rəngbərəng taksilərə gendən, yaxından baxdı. Baxdı, sürdü. Irəli-geri verdi, sağa-sola döndərdi. Deyəsən, avtomobili bəyəndi. Bu taksilərin ayı əti bahasına gətirildiyinin fərqinə varmadı. Bəyəndisə də sürdüyünün pulunu ödəmədi. Taksinin ödəmə çeki havada qaldı. I.Əliyev bircə gedişlə borca düşdü, Z.Məmmədova 11 qəpik borclu qaldı. "Xəzər” tv hətta 11 qəpiklik çeki də göstərdi. Afərin onlara. Novruz bayramı şənliklərində gizlincə Kosayla Keçələ 100 manat bayram hədiyyəsi verən Rövnəq Abdullayevi də onlar çəkib göstərmişdilər. Belə çıxır, Rövnəq müəllim prezidentdən daha varlı-dövlətli, yaxud əliaçıqdır. Məntiqi ardıcıllığa görə, prezidentin Bakı-Şamaxı yolunda, bulvarda maşın sürəndə, Azadlıq meydanında avtobus sınayanda da kimlərəsə borclu qaldığı nəticəyə gəlmək olar. Bu yerdə mövzu, eksklüziv sarıdan korluq çəkən telekanal rəhbərlərinə maraqlı təklifim var: Aydın Bəşirovla danışıb motorlu qayıqlarda, gəmilərdə, Tağı Əhmədovla razılaşıb metroda prezident-sürücüylə çəkilişlər aparmaq olar. Ismət Abbasov pambıqyığan, taxılbiçən təşkil eləyə bilər. Səfər Əbiyev qırıcı təyyarə, Yavər Camalov tank gətizdirər. Ola bilər ki, prezident təyyarə, tank sürməyə həvəs göstərməsin - ermənilərin reaksiyasından, beynəlxaq ictimaiyyətin qınağından narahatlansın, hər halda təklif eləmək, təklif qəbul olunsa bir, olunmasa ayrı formada şərh eləmək olar. Yəni Ilham Əliyevin maraq dairəsini, hobbilərini qabartmağa səy göstərən telekanallar daha orijinal versiyalar üzərində işləyə bilərlər. Ağılları başlarında olsa, o zaman nə qədər mənasız iş gördükləri barədə düşünə də bilərlər. Bu görüntülərdən sonra bayraq meydanının açılışı zamanı AzTV-də tar çalıb söz alan Habil Əliyevin "Ilham Əliyev məni xoşbəxt elədi. Azərbaycan etibarlı oğulun əlindədir” - şüarı da əhəmiyyətini itirmiş olacaq. Bu cümlədə "etibarlı” və "əlindədir” sözləri uzlaşmır. Etibarlı oğlanlar daha önəmli, ciddi işlərlə məşğul olurlar ki, onlara həyatını etibar edənlər itkilərlə üzləşməsinlər.
Dövran millətin pullu oğlanlarından SMS istəyən xanımların və o xanımlara qucaq açanların dövranıdır
Birbaşa efir ayrı aləmdir. Mütləq bir "çepe”si olur. Aparıcı əlləm-qəlləm, qonaqlar yelbeyin olanda məzhəkə səhnəsinə çevrilən efiri yığıb-yığışdırmaq müşkülə çevrilir. ATV-də belə səhnələrin çox şahidi olmuşuq, ANS də onların yoluyla gedir. Məişət tok-şoularıyla, "kralların”, "kraliçaların” toy tutmasına xidmət edən ucuz yarışmalarla özünü gözdən salır. Ucuz yazdım, səhv elədim. Burdakı ucuzluq maddiyyat deyil, mənəviyyatla bağlıdır. Maddiyyatı ölçsək, telekanalın qazancı çoxsıfırlı rəqəmlərə gedib çıxar. Efirini satmağın, satıb da ucuzlaşmağın sonu xeyrə calanmır. ANS itirə-itirə gedir. Kraliçaların sonuncu verilişində xalq artistləri Teymur Mustafayevə, Ceyran Haşımovaya, əməkdar artist Baloğlan Əşrəfova, Əli Mirəliyevə, bir də xalq artisti Nisə Qasımovaya, bir də hələ də ANS-də gözü qalan tamaşaçılara yazığım gəldi. Dolanışıq dərdi, get-gedə primitivləşən telekanallar efir xəstələrini yaman günə salıb. Ceyran xanımın nə ehtiycı var ki, belə sarsaq yarışmaya münsiflik edir. Adam o studiyada əyləşməyi birinci özünə yaraşdırmaz, sonra ailəsinə, lap axırda da tamaşaçısına. Nisə xanımın nə əskik işi var ki, canlı efirə telefon açıb kiminsə müdafiəsinə qalxır, münsiflər də onun səsinə səs verirlər. O axşam çoxları özünü auksiona çıxarmışdı. ANS toy "palatka”sına çevrilmişdi. Baxmaq üz qızardırdı. Sumqayıtın icra başçısından, polis bölmələrindən, prokurorluqdan, QAI işçilərindən (QAI-dən pul istəyəni birinci kərə gördüm), naloqdan, səhiyyədən, kimliyi bilinməyən Ramiz müəllimdən, Rais müəllimdən, "Dədə Qorqud”, "Dörd qardaş” restoranlarının müdirlərindən, "Şevrole” satış mərkəzindən, metropoliten idarəsindən, bələdiyyədən, Gəncədən "Imperator” restoranından - tanıdığı, məclisində oxuduğu bütün pullu adamlardan səs dilənən, "Bunların hamısını deməliyəm, əsas SMS-dir, oxumağa hələ var” deyən "müğənniciyəz” xanım münsif Əli Mirəliyevin "Əsas oxumaqdır” replikasıyla nə qədər haqsız olduğunu sübut elədi. Sübut elədi ki, bu məmləkətdə hər şey satılıb, alınır. Təsdiqlətdi ki, milləti bu günə salan, onu kiçildə bildikcə kiçildən, bütün dəyərləri pula satanlara meydan verən pula satılan telekanallardır. Akademik Ramiz Mehdiyev bir səhifəlik yazı yazdı - sonda telekanallar pərakəndə ticarətdən topdansatışa keçdilər. Efiri daha saniyələrlə, dəqiqələrlə deyil, saatlarla satışa çıxarıblar. Kimin pulu var, irəli durub alacağını alır. Bu "palatka”larda da "zakazçik” istəyir oxutdurur, istəyir oynadır. Meymunun insana çevrilməsi tarixdir, insanın meymun olması böyük dərddir. Televiziyanın "palatka”ya çevrilməsi də heç kiçik dərd deyil. Dərd tək "palatka”ya çevrilməkdə deyil. Kənd toylarında "palatkalar”ın çoxu işlənməkdən deşilmiş olur. Deşilmiş çadırlardan içəridə və bayırda fərqli aləm yaşanır, bunu kənd cavanları yaxşı bilir. ANS-in efirində Rusiya telekanallarının birindən götürülmüş "Ustami mladensa”nın milliləşdirilmiş forması olan "Uşaqdan böyüyə” verilişində (heç də pis veriliş deyil) Nuray adlı bir qızcığazın dediyi: "Ana məni basır kravata, deyir, ata məni gözləyir, tez ol yat” kəlmələri həmin o palatkanın deşilmiş yerindən görünən mənzərəyə bənzəyir. Palatkaların deşilmiş günlərinin şahidi olmaq, baxmaq, görmək, göz günahkarı olmaq istəməzdim.
İTV-nin tiryəki - millətin nicat yolu
Yeri gəlmişkən, ötən aylardan qalma, unutduğum maraqlı bir detal var. ITV beş illiyini qeyd elədiyi günlərdə "Xəmsə” intellekt yarışını öz əməkdaşlarıyla keçirirdi. O yarışda gəncləri çıxmaqla qalan ITV-çilər özlərini biabır etdilər. Hər addımda tamaşaçıya obyektiv informasiya çatdırmasıyla öyünən "Carçı”lar yarışı sıfır balla başa vurdular. Obyektiv göstəriciydi. Sıfır "Carçı”ya yaraşan qiymətdi. "Xəmsə”nin final turuna maraqlı bir sual salınmışdı. Yadımda belə qalıb: "Karl Marks deyirdi: Din xalq üçün tiryəkdir. Bəs Amerikanını keçmiş prezidenti Riçard Nikson nəyi Amerika xalqı üçün tiryək adlandırmışdır?”. "Carçı”lar da daxil olmaqla, üç komanda bu suala "demokratiya”, dördüncü komanda isə "tənbəllik” - deyə cavab verdi. Televiziya jurnalisti demokratiyanı tiryək sanır. Və bu jurnalist ictimai tv-də çalışır. Bax, əsl fəlakət burdan başlayır. Bu gün telekanallarda savadsız, düşüncəsiz, "geri qafalı” insanlar işləyir. Verilişlərə səviyyəsiz adamlar dəvət alır. Bu gün telekanallara savadsız insanlar rəhbərlik edir. Onunçün bu gündəyik; Baba Pünhan demiş - it günündə. Ən baxılan verilişimiz "Ekstra hiss”dir - Lider 10 illik salnməsinə onun adını belə salmağa xəcalət çəkmişdi. "Ekstra hiss” tiryək qədər qorxuludur. Itv-çilərin tapa bilmədiyi doğru cavabsa belədir: Niksonun fikrincə, "Televiziya Amerika xalqı üçün tiryəkdir”. Amerikadan 200 il uzaqda olsaq da, televiziya bizim üçün də tütün, tənbəki, qəlyan deyil, məhz tiryəkdir. Azərbaycan hökuməti xalqını ucuz tiryəklə məhv edir. Ucuz sözü Yuri Lujkovun soydaşlarının dilində çox gözəl səslənir: "deşşovıy”.