Суббота, 29.04.2017, 22:28
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

Талыши - один из крупных иранских этносов. Страна талышей - Талыш или Талышистан, - где они компактно проживают, занимает крайний юго-запад Прикаспия. Она разделена на две части - северную, ныне входящую в Азербайджанскую Республику, и южную, в Иране, простирающуюся узкой полосой вдоль южного побережья Каспийского моря.

Основные населённые пункты Талыша по обе стороны границы - Ланкон (Ленкоран или Ланкоран), Лерик, Масали, Астара, Лавандвил, Визне, Хавиг, Лисар, Джогандан, Хаштпар, Асалем, Талеш-дулаб, Шандерман, Масал, Сомейэ-Сара, Масуле и Фуман (Фуманат). Талышские сёла имеются и в горных местностях, простирающихся к западу в сторону Ардабиля в Иране.

Талышское население отмечается и в крупных городах - Баку, Реште, Энзели и т.д.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2017 » Январь » 27 » Azərbaycan - Türkiyənin xeyrinə satılmış və xəyanət olunmuş ölkə!
00:12
Azərbaycan - Türkiyənin xeyrinə satılmış və xəyanət olunmuş ölkə!

Azərbaycan Respublikasının ikinci prezidenti, türk millətçilərinin lideri Əbülfəz Elçibəyin məşhur bir ifadəsi var idi, - biz razıyıq Azərbaycana nə olur olsun, təki Türkiyəyə heç zad olmasın! Bəzi siyasətdən bixəbər, avam adamların, hakimiyyətin siyasi mətbəxindən ötürülən xorəyi yeyərək, təkrar etdikləri fikir var, - Elçibəy siyasətdə naşı idi, mövcud hakimiyyət daha düzgün siyasət yürüdür. Bu fikrin birinci hissəsi ilə razılaşsaq da, qeyd etməliyik ki, hazırkı hakimiyyət bəzi özünə məxsus əlavələr etməklə, amma ümumən Elçibəyin yuxarıda elan olunan şüarına uyğun siyasət yürüdür, sadəcə bunu şüar etməyərək, örtülü və hiyləgərcəsinə. Hakimiyyətin xəyanətlərinin öz şüarları var. Elə təkcə, - bir millət, iki dövlət, şüarı nəyə desən dəyər. Özünə məxsus əlavələri isə əsasən ondan ibarətdir ki, hakimiyyət bütün milli maraqları Türkiyənin maraqlarına təhvil verir, Türkiyə isə əvəzində "Naxçıvan klanının" hakimiyyətdə əbədi qalmağın təmin edir.

Sovet İttifaqının ömrünün sona çatması ilə, Azərbaycanda aldadılmış kütlənin başına gətirilən Naxçıvan və Ermənistan əsilli türklər və kürdlərin əsas məqsədi, nəyin bahasına olursa olsun, Heydər Əliyev başda olmaqla regional klanın hakimiyyətin bərpa edərək, ölkənin olan-qalan sərvətlərin də talan etmək olub. Etiraf etmək lazımdır ki, bu şəxslər, bütün mərhələlərdə qarşılarına qoyduqları məqsədləri məharətlə həyata keçiriblər. Onların bu cür parlaq müvəffəqiyyətlərinin əsas səbəbi, Azərbaycan əhalisinin misilsiz siyasi nadanlığı, və bütün mərhələlərdə çalınan tütəyin havalarına uyğun oynamasıdır ki, təəssüf ki, bu şıdırğı rəqs, hələ də davam etməkdədir.

İndi isə keçək məqaləmizin əsas məqsədinə... Bunu yazmağa məni bir məsələ rövnəqləndirdi... Bir neçə gün bundan əvvəl, terrorçuluq təbliğatı ilə mübarizə şüarı altında, Türkiyədə fəaliyyət göstərən şiə müsəlmanların televiziya və internet kanalları (On4, Kanal 12 və Qüds TV) bağlandı. Bunu bir kənara qoyaraq ki, bu kanallar heç zaman terrorçuluğun təbliği ilə məşğul olmayıblar, şiələr isə heç zaman terrorçu olmayıblar, qeyd edək ki, Türkiyə dövləti özü bütün tarixi boyu anti-şiə fəaliyyətləri göstərib, və özü terroru dəstəkləyən əsas dövlətlərdən biridir. Bu kanalların verilişləri, demək olar ki, siyasi mövzulardan kənar, fəqət Türkiyə şiələrinin dini məariflənməsi zəminində idi. Məhz həmən Türkiyə şiələrinin ki, anlamadan, rəsmi Bakının bəzi siyasətlərinin yedəyində gedirdilər, təəsüf ki, elə Azərbaycandakı qardaşları kimi. Hətta Türkiyə şiələrinin lideri Səlahəddin Özgündüz Bakı hökümətinin dostlarından idi, və dəfələrlə, Bakının rəsmi qurumlarının dəvəti ilə, Azərbaycana səfər etmişdi. Amma Azərbaycanın heç bir rəsmi qurumu, Türkiyə şiələrinə qarşı yönələn bu diskriminasiyaya, etiraz səsin qaldırmadı. Axı niyə də qaldırsın? Məgər Azərbaycanın özündə şiə dindarlar əsas təzyiq altında olan şəxslər deyillərmi? Məgər Azərbaycanın özündə, bütün bu illəri, Türkiyənin maraqlarına uyğun olaraq, altdan-altdan sünniləşdirmə siyasəti yürüdülmürmü? Məgər elə həmən Naxçıvan və bəzi digər regionların əhalisinin böyük bir qismin Türkiyə artıq sünniləşdirməyibmi? Hətta Türkiyə parlamentinin şiə və ələvilərdən olan bəzi millət vəkilləri, dəfələrlə öz hökümətlərindən Azərbaycana qarşı bu cür siyasət aparmağı dayandırmağı tələb ediblər. Məgər nurçuluğun əsas təbliğatçıları Naxçıvan əsilli adamlar deyillərmi? Onu da qeyd edək ki, Türkiyənin özündə nurçulara qarşı son zamanlar mübarizə aparılsa da, Azərbaycanda bunun yalnız görüntüləri yaradılır. Çünki Ankarada da, Bakıda da, yaxşı anlayırlar ki, Azərbaycan cəmiyyətində pantürkçülük təbliğatının böyük bir işin məhz nurçuluq əqidəsində olan şəxslər aparırlar, və onlara toxunulsa bu fəaliyyət zəifləyə bilər. Onlardan sadəcə yeni konyukturaya uyğunlaşmaq tələb olunur. Çünki şiə Azərbaycanı, Türkiyənin, iddialı böyük Turan xülyalarında, boğazında qalan sümük kimidir, və bu layihənin reallaşması üçün Azərbaycan sünniləşdirilməlidir. Bunu, hətta, pantürkçülüyün Azərbaycandakı təbliğatçılarının bir qismi heç gizlətmirlər də, və ara-sıra dilə gətirirlər. Və, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan hakimiyyəti də bu siyasətin baş tutması üçün əlindən gələni əsirgəmir. Dinin dünyasına satmış Allahşükür Paşazadə və idarəsinin "xala xətrin qalmasın" yola verilməsinin, İranın rəsmilərinə müəyyən gəlişi gözəl sözlərin deyilməsinin, dini cameəyə müəyyən aldadıcı mesajların ötürülməsinin isə sadəcə bir səbəbi var, Azərbaycan əhalisinin hələ də əksəriyyəti şiə əqidəsindədir, görülən işlər hələ tamamlanmayıb, və hakimiyyət bu reallığı nəzərə almağa məcburdur. Əsas isə görülən işlərdir, deyilən sözlər yox. Görülən siyasətin isə anti-şiə təmayülləri gün kimi aydındır.

Bu, Azərbaycan hakimiyyətinin, Türkiyənin nəfinə, Azərbaycan əhalisinin və tarixinin isə ziddinə atılan addımlardan yalnız biridir. Bura bir çox başqa hərəkətləri də aid etmək olar. Məgər Azərbaycan hakimiyyəti deyildimi, Türkiyə qırıcılarının Suriya səmasında Rus bombardmançısın xaincəsinə vurduqdan sonra, Nardaranda dindarlara qarşı dövlət terroru həyata keçirən? Məgər Azərbaycan hakimiyyəti deyildimi, Türkiyə siyasi rəhbərliyinin tələb və təkidləri ilə, 2016-cı ilin aprel ayında "dörd günlük müharibəyə" başlayan ki, Azərbaycanı ondan sonra dünyanın güc mərkəzlərinin daha artıq təzyiqləri qarşısında qoyub? Məgər Azərbaycan hakimiyyəti deyildimi, "Əsrin kontraktı" ilə nəzərdə tutulmuş, Azərbaycan neftinin iqtisadi cəhətdən ən səmərəsiz Türkiyə marşrutu ilə axmasına qərar verən, halbuki İran, yaxud Rusiya marşrutu iqtisadi yöndən daha çox səmərəli idilər?! Məgər Azərbaycan hakimiyyəti deyildimi ölkənin əksər gəlirli sahələrin Türk şirkətlərinə peşkəş edən, öz mütəxəssislərin işsiz, bir qarın çörəyə möhtac qoyaraq, türk mütəxəssislərin yüksək maaşla ölkəyə yerləşdirən? Məgər Azərbaycan hakimiyyəti deyildimi, ölkənin bütün iqtisadi sahələrin, yüngül sənayesin, kənd təsərrüfatın tənəzzülə uğradaraq, Türkiyə malları üçün münasib bazar və ticarət mühütü yaradan, Türkiyənin, bir çox mərizliklərə səbəb olan, yeyinti mallarının bazarına çevirən? Məgər Azərbaycan hakimiyyəti deyildimi, ölkənin turizm infrastrukturun dağıdaraq, əhalini Türkiyə kurort və şəhərlərində dincəlməyə rövnəqləndirən? Məgər Azərbaycan hakimiyyəti deyildimi, öz əhalisi işsiz, səfalət içində yaşadığı bir halda, Türkiyəyə milyardlarla sərmayə yatıran, orda iş yerləri açan? Məgər Azərbaycan hakimiyyəti deyildimi, Türkiyənin tədris ocaqlarının xeyrinə, öz təhsil sistemin dağıdan? Məgər Azərbaycan hakimiyyəti deyildimi, Türkiyənin siyasi və ideoloji maraqlarının xeyrinə, ölkənin və əhalisinin tarixin təhrif edən? Məgər Azərbaycan hakimiyyəti deyildimi, öz kənd təsərrüfatı sahəsin dağıdaraq, həm öz daxili bazarından, həm də Rusiya bazarında Azərbaycan məhsullarının payına düşən hissədən, türkiyəli qardaşlarının xeyrinə imtina edən? Cəmi bir misal kifayətdir ki, Sovet illərində, Rusiyanın 700 şəhərin ilkin tərəvəzlə təmin edən Lənkəran rayonu, hal-hazırda, yay mövsümündə, hətta öz şəhərin belə təmin edə bilmir, hələ digər mövsümlər bir kənara qalsın.

Bu cür suallar sonsuzdur, və əgər hər bir oxucu, bir az, ona illərdir təlqin olunan zombiləşdirmədən uzaqlaşsa, və soyuq başla düşünsə, özü bu suallara daha onlarla sual əlavə edə bilər. Və sonda qoy özünə əsas sualı versin... Bütün bunlar, Azərbaycanın milli maraqlarının ziddinə, və Türkiyənin xeyrinə atılan addımlar deyilmi, Azərbaycana xəyanət deyilmi? Şübhəsiz ki, xəyanətdir! Bütün bunlar, Naxçıvan klanının bir oyunçusunun, kələkli, ya kələkili Əbülfəzin bəyan etdiyi şüarın, başda Əliyevlər olmaqla, klanın digər üzvləri tərəfindən məharətlə həyata keçirilməsidir.

Zahirəddin İbrahimi

Категория: Наши новости | Просмотров: 768 | Добавил: admin2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2017Используются технологии uCoz