Среда, 18.10.2017, 05:01
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

Талыши - один из крупных иранских этносов. Страна талышей - Талыш или Талышистан, - где они компактно проживают, занимает крайний юго-запад Прикаспия. Она разделена на две части - северную, ныне входящую в Азербайджанскую Республику, и южную, в Иране, простирающуюся узкой полосой вдоль южного побережья Каспийского моря.

Основные населённые пункты Талыша по обе стороны границы - Ланкон (Ленкоран или Ланкоран), Лерик, Масали, Астара, Лавандвил, Визне, Хавиг, Лисар, Джогандан, Хаштпар, Асалем, Талеш-дулаб, Шандерман, Масал, Сомейэ-Сара, Масуле и Фуман (Фуманат). Талышские сёла имеются и в горных местностях, простирающихся к западу в сторону Ардабиля в Иране.

Талышское население отмечается и в крупных городах - Баку, Реште, Энзели и т.д.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2016 » Январь » 18 » Azərbaycanın iqtisadiyyatında böhranın əsil səbəbləri və tarixi kökləri
16:43
Azərbaycanın iqtisadiyyatında böhranın əsil səbəbləri və tarixi kökləri

Manatın təqribən 100% - lik devalvasiyası Azərbaycan Dovlət Statistika Komitəsinin (DSK) hər il ölkə iqtisadiyyatı haqda elan etdiyi rəqəmlərin saxta olduğunu ifşa etdi. Məsələn, Komitə iddia edir ki, Respublika üçün zəruri olan k/t məhsullarının 55% -i ölkə daxilində istehsal olunur. İkinci devalvasiyadan sonra ərzaq məhsullarının daha 30 - 40 % bahalaşması açıq göstərdi ki, bazarda daxili məhsulun xüsusi çəkisi o qədər cüzidir ki, o, məzənnəyə təsir etmək gücünə malik deyil. Müvafiq olaraq ölkənin ərzaq bazarında xarici məhsulun çəkisi isə o qədər böyükdür ki, hökumətin ərzağın qiymətinin inzibati qaydada sabit saxlama cəhdini heçə endirdi. Və ya başqa bir misal: DSK deyir ki, 2015 - ci ildə ölkədə quya 2 mln. 800 min ton taxıl istehsal olunub. Bəs necə olur ki, elə dekabr devalvasiyasından sonra unun qiyməti birdəfəlik 40 % - dən çox artdı? Çünki Azərbaycana lazım olan unun bəlkə də 90% -i xaricdən gətirilir. Komitənin göstərdiyi həmin 2, 8 mln. rəqəmi isə "pripiska" olub, dövlət tərəfindən taxıl əkininə ayrılmış subsidiyanın oğurlanmasını ört - basdır etmək məqsədi ilə elan edilmiş saxta bir rəqəmdir.

Əliyevlər sülaləsinin 22 illik hakimiyyətinin daxili siyasəti onun ilk günündən ta bu günə qədər mütəmadi, ardıcıl, məqsədyönlü şəkildə yerli sahibkarları sıxışdırıb müflis edərək sıradan şıxarmaq olub. Heydər Əliyev Azərbaycanda hakimiyyəti ələ keçirən kimi ilk olaraq Talış zonasında çay plantasiyalarının məhv edilməsinə start verdi. Onunla əlaqədar bütün infrastrukturlar - çay fabrikləri, meliorasiya sistemi vəhşicəsinə dağıdıldı. Hacı Məmmədovun başçılıq etdiyi cinayətkar dəstənin istehsalçıları və digər prespektivli iş adamlarını soyub qarət etməsində əsas məqsəd cəmiyyətdə orta təbəqənin əmələ gəlməsinə imkan verməmək idi. İlham Əliyevin hökuməti də həmin bu siyasi xətti sidqi - ürəklə davam etdirdi. Eldar Mahmudov bandası da ölkə iş adamlarının qarət edilib müflisləşdirilməsi naminə yaradlımışdı və hökumətin apardığı məqsədli bir siyasətin icraçısı idi.

Bu dövrdə Azərbaycanın k/t -ı iqtisadiyyatın bir sahəsi kimi iflas edildi. Xaricə, əsasən Rusiya bazarlarına çıxarılan məhsullara kömrük rüsumunun ilbəil qaldırılaraq fermerlər üçün əlcütmaz həddə catdırılması, sitrus yetişdirən Talış regionunun zəhmətkeşlərini, Cəlilabadın kartof, soğan yetişdirən, Quba - Xaçmazın mer- meyvə istehsal edən fermerlərini bankrot edib sıradan çıxartdı. Aran zonasının pambıq istehsal edən zəhmətkeş kütləsi hokumətin apardığı yırtıcı qiymət siyasəti nəticəsində müflis olub bu istehsaldan demək olar ki, əl çəkdi. İstehsalçıdan pambığın kilosunu 20 qəpiyə alıb, çiyidin kilosunu ona 40 qəpiyə satan dövlətin bu təsərrüfat sahəsini dağıtmaqdan başqa nə məqsədi ola bilər ki? Kəndliyə 20 - 25 % - ə kredit verən bir dövlət k/t - nın inkişaf etdirilməsində, ölkəyə lazım olan ərzaq məhsullarının daxildə istehsal edilməsində necə maraqlı ola bilər?

Bu cür mürtəce iqtisadi siyasətin məntiqi nəticəsi o oldu ki, manat yalnız neftlə təmin olunan bir tədavül vasitəsinə çevrildi. Bunun da mənası o idi ki, əgər Azərbaycan neft hasil etməsə, manat fantikə, yəni rəngli şəkil çəkilmiş konfet kağızına dönməli idi. Çünki onun mənsub olduğu dövlətdə milli pulu təmin edə biləcək digər istehsal sahələri yox dərəcəsindədir. Ermənistanın draxması cəmi 1, 9% ucuzlaşdı. Bununsa mənası odur ki, bu ölkənin valyutası ölkədaxili məhsula söykənir, neftə, başqa sözlə, təbii hasilata yox, real şəkildə öz əhalisi tərəfindən istehsal edilmiş məhsula bağlıdır, manat kimi idxal məhsulundan asılı deyil.

Digər neft hasil edən ölkələrdə də devalıvasiyanın təsirinin nisbətən yüngül olması, orada qeyri - neft sahələrinin inkişafından, Azərbaycanda isə bu sektorun necə viran edilməsindən xəbər verir.

Manatın keçən ilki 34%-lik fevral devalvasiyasından sonra hökumətin heç bir əməli tədbir görməməsi elə bir təsəvvür yaradırdı ki, onlar vəziyyətdən elə şoklanıblar ki, nə etmək lazım olduğunu hələ qərarlaşa bilmirlər. Lakin manatın daha güclü, yəni 48% - lik dekabr iflasından sonra hökumətin atdığı addımları təhlil edən hər bir obyektiv, sağlam məntiqli adam düşünür ki, bu dövlətin başında duran səlahiyyət sahibləri ya qeyri - adekvat adamlardır, ya da ki, Azərbaycana dair, səbəbi hələlik çoxlarına məlum olmayan müdhiş bir planın icrası ilə məşğuldurlar. Özünüz fikir verin: xalq aclıq və səfalətlə üz - üzədir. Fəlakət ölkənin qapısını döyür. Vəziyyəti yüngülləşdirməyin mühüm yollarından biri xalqın alıcılıq qabiliyyətini yüksəltmək üçün yeni iş yerləri açmaqdır. Hökumət isə bunun tam əksinə hərəkət edir. Cərimələrin məbləğini artırır, hərbçilərin maaşlrını azaldır, pensiya və maaşların verilməsini gecikdirir. Hələ bu azmış kimi Sumqayıtda minlərlə vətəndaşın işlədiyi 170 ticarət və iaşə muəssisəni sökür, valyuta məntəqələrinin lisenziyasını ləğv edib daha 6000 min ailəni "çörəkvay" edir. Rusiya azərbaycanlılarının vətəndəki qohumlarına göndərmək istədikləri rubl köçürmələrini qəbul etmir. Daha əzmlə xarici ölkələrə investisiya qoyuluşunu davam etdirir. Devalvasiya nəticələrinin respublikada tüğyan etdiyi bir dövrdə Azərbaycan vətəndaşlarına yeni iş yerləri hava və su kimi lazım olduğu halda 2015 - ci il ərzində azərbaycanlı iş adamları təkcə Türkiyədə 200 - ə yaxın yeni müəssisə açıb, bunların cəmi sayını 1500 - ə, ümumi kapital qoyuluşunu isə 5 milyard dollara çatdırıblar. Bu hələ son rəqəm deyil. Dekabr ayında İlham Əliyev elan etdi ki, yaxın gələcəkdə Azərbaycandan Türkiyəyə investisiya axınını 20 milyard dollara çatdırmağı planlaşdırırlar. Eyni zamanda Ukraynanın Sumı vilayətində Azərbaycanın fəxri konsulu 2 emal zavodu tikmək haqda saziş imzalayıb ki, buna da 52 milyon dollar sərmayə qoyulacaq. İlham Əliyev 2016 - cı ildə Bakıda "Formula -1" yarışlarının, 2017 - ci ildə İslam Həmrəylik oyinlarının anonsunu verdi. Bütün bu faktlar aşkar göstərir ki, iqtidarın məqsədi heç də xalqı indiki çətin vəziyyətdən çıxartmaq deyil. Tam başqadır.

Hər bir dövlət siyasi təşkilat kimi əvvəlcədən müəyyən edilmiş funksiyalara malik olur. O yarandığı ərazidə yaşayan əhalinin asayişini, firəvanlığını təmin etmək, istehsalı təşkil etmək və s. funksiyaları daşımalıdır. Yəni onun daxili və xarici siyasəti idarə etdiyi cəmiyyətin mənafeyinə xidmət etməlidir. Mövcud olduğu 25 illik bir dövrdə Azərbaycan dövləti artıq heç kəsə sirr deyil ki, xalqın mənafeyinə zidd siyasət aparıb və indi də biz bu cür siyasətin davamını görürük. Bunun əsil səbəbini araşdırmaq üçün bir qədər bu dövlətin yaranma tarixinə nəzər salmaq lazımdır.

Hələ 1918 - ci ildə Azərbaycan adında bir dövlətin elan edilməsi mason proyekti idi, hazırda da bu dövlət həmin o qüvvələrin nəzarətində və hədəfindədir. Şərqi Zaqafqaziya, indi Azərbaycan Respublikası adlanan ərazi geostrateji baxımdan son 300 illik bir tarixdə dünya əbərqüdrətləri arasında rəqabət meydanı olub. 1918 - ci ildə Türkiyə qoşunlarının işğalı nəticəsində burada başqa tarixi ərazinin adı ilə bir dövlət elan edilməsi dünya ağalığı iddiasında olan mason qüvələrinin planı idi və təbii ki, onların mənafeyinə xidmət etməli idi. Bunun ilk təzahürü kimi bu ərazidə düz 1000 il mövcud olmuş Şirvanşahlar dövlətinin tarixi irsindən imtina edilməsi və yeni yaranmış dövlətin İran ərazisində yerləşən Azərbaycan vilayətinin adı ilə adlandırılması oldu. Bu da elə o dövrdə təhlilçilərin qeyd etdikləri kimi gələcəkdə İrana qarşı ərazi iddiasını ehtiva edirdi. Yəhudi bolşeviklərin rəhbərlik etdiyi Sovet hakimiyyətinin ilk onilliyində Az.SSR - da mütləq çoxluq təşkil edən qeyri - türk xalqlarına münasibətdə qatı pantürkist ideologiya təbliğatının aparılması sonuncuların narazılığına səbəb olurdu. O dövrdə Az.KP MK - nın tərkibində intriqalar o qədər geniş vüsət almışdı ki, Moskva C. M. Kirovu Bakiya Birinci katib kimi göndərmək məcburiyyətində qalmışdı.

Yerli xalqların açıq şəkildə türkləşdirmə siyasətinin effekt vermədiyi səbəbindən Respublika ərazisində yaşayan bütün müsəlman əhali "azərbaycanlı" elan edildi və onların mədəni muxtariyyəti ləğv edildi. Zorakı türkləşdirmə siyasəti "azərbaycançılıq" pərdəsi altında aparılmağa başlandı.

Yeri gəlmişkən əlavə qeyd etmək yerinə düşər ki, bu modelin "dağıstanlı" adı altında o vaxt Dağıstan xalqlarına da da tətbiq etmək cəhdi oldu. Lakin onların kəskin etirazı bu planı pozdu. Bunun da Dağıstan xalqları üçün müsbət nəticəsi o oldu ki, hazırda bu Respublikada yaşayan bütün xalqların mədəni və siyasi hüquqları dövlət səviyyəsində təmin olunub, Dağıstan televiziyası 14 xalqın dilində verilişlər aparır, dövlət orqanlarında bütün xalqların kvotası var və bu strukturlarda təmsil olunublar. İndi gəlin təsəvvür edək ki, o vaxtlar Dağıstan xalqları da Azərbaycan modelinə uyğun "dağıstanli" adlandırılaydı. Bir tayfa, məsələn, kumık və /və ya tabasaranlı Moskvadakı yəhudi bolşeviklərinin himayəsi ilə bu ad altında pərdələnərək bütün vəzifə məqamlarını ələ keçirib Azərbaycanda olduğu kimi öz tayfasının mütləq diktaturasını quracaqdılar. Dağıstan xalqları buna imkan vermədilər. Azərbaycan xalqları isə siyasi sayıqsızlıqları ucbatından naxcıvan - yeraz tayfasının əsarəti altına düşdülər. Bu həm də ona gorə mümkün oldu ki, sion bolşevikləri heç bir əsas olmadan Az.SSR- nin tərkibində böyük bir uzaqgörənliklə Naxçıvan MR -nı yaratdılar. Bu addım əslində türklərin mütləq azlıq təşkil etdiyi Azərbaycan ərazisində hakimiyyəti bu tayfanın nümayəndələrinə verməklə qeyri -türk xalqları zorla assimilyasiya edib türkləşdirmək siyasətinə xidmət edirdi.

1969 - cu ildə SSRİ DTK-nin sədri, yəhudi mənşəli Y. V. Andropovun (Flekkeynşteyn) birbaşa himayəsi və təklifi ilə Naxçıvan klanının nümayəndəsi Heydər Əliyevin Azərbaycana başçı təyin edilməsi bu Respublikada hakimiyyətin tamamilə onun tayfası tərəfindən ələ keçirilməsi üçün münbit şərait yaratdı. SSRİ - nin dağılması ərəfəsində onun tayfası artıq bu Respublika həyatının bütün ictimai - siyasi sahələrini zəbt etmişdi. Bu səbəbdən onların müstəqil Azərbaycanda ali hakimiyyəti ələ keçirmələri üçün çox da böyük vaxt və güc tələb olunmadı. 1993 - cü ildə H. Əliyev Azərbaycanda rəhbərliyə kecən kimi mason qüvvələrin bu dövlətlə əlaqədar planlarından ( onun Sion mason lojasının üzvü olduğu ehtimal olunur) xəbərdar olduğuna görə öz daxili və xarici siyasətini xalqın mənafeyinə yox, bu plana uyğun qurdu. Bu planın qısa mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycan Respublikası qonşu İran və Rusiyaya qarşı bir taran, onun xalqı isə bu taranı icra edəcək əsgərlər olmalıdır. Azərbaycan xalqından bu cür zombilər yetişdirmək üçün onu qatı türk millətçiliyi, digər xalqlara, xüsusən farslara və ruslara qarşı nifrət, düşmənçilik və qisas ruhunda tərbiyə etmək lazım idi. 25 illik dövrdə Azərbaycan dövlət ideologiyası və KİV -i əsasən bu cür zombi yetişdirməklə məşğul idi. Bu planın ikinci tərəfi isə xalq üçün elə bir müşkül iqtisadi vəziyyət yaratmağı nəzərdə tuturdu ki, onu, xüsusən gəncləri bir neçə yüz dollar müqabilində hər hansı bir avantüraya cəlb etmək asan olsun. Əgər ölkədə əhalinin firəvanlığı, gələcəyi təmin olunarsa, hamının daimi iş yeri, hər ay alacağı sabit məvacibi olarsa, onda, məsələn, Suriyaya Azərbaycandan kimi göndərmək mümkün olardı? Əliyevlər sülaləsinin 22 illik hökmranlığı dövründə ölkə iqtisadiyyatını dağıtmağa, əhalini dilənçi kökünə salmağa yönəlmiş siyasətin əsil səbəbləri elə bundan ibarətdir. Elə indi də iqtidarın atdığı ilk baxışdan qeyri - məntiqi görünən addımlar bu planın reallaşdırılmasına xidmət edir.

Suriyaya döyüşə göndərilən azəbaycanlılara təqribən 1000 dollar vəd olunurdu. Mindən çox adam, bəziləri hətta ailəqarışıq vətənlərindəki səfil həyatlarına tüpürüb təhlükəli bir oyuna girişməyə razı oldular. İndi təsəvvür edin, birdən Azərbaycanda Ukraynanın "Правый сектор"u kimi bir təsisat yaransa, elan olunsa ki, oraya yazılana ayda, məsələn, 500 manat məvacib verilir. O təşkilatın yaranma məramı ilə heç kim maraqlanmadan qısa müddətdə 100 minlərlə Azərbaycan vətəndaşı ona üzv olmaq üçün növbəyə düzülər. Ukraynanın bu faşist təşkilatının ABŞ tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil. Onların Ukraynanın şəhərlərində faşistsayağı məşəl yürüşlərinin mahiyyətini də hamı gözəl dərk edir. Azərbaycanda da belə bir radikal təşkilat yaransa, oraya aclığa və səfalətə məhkum edilmiş 100 minlərlə insanın qoşulmağa məcbur olacağına heç kəsdə şübhə olmasın.

İndi bu dövlətin hakim zümrəsinə ABŞ -ın nəzərdə tutduğu misli görünməmiş sərt sanksiyalar onu bərk təşvişə salıb. İlham Əliyevin "biz heç kimdən qorxmuruq" ifadəsi onun 12 illik hakimiyyəti dövründə dediyi digər fikirləri kimi məcazi başa düşülməlidir. Bu zümrə öz Qərbdə yerləşdirdiyi mülk və sərvətlərini itirməmək üçün ona diktə edilən bütün şərtləri qəbul edəcək. Qərbin demokratiya, insan hüquqları və s. tələbləri arxasında ehtiva etdiyi planı bunlar özləri həyata keçirəcəklər. Ona görə Azərbaycanın Şimal və ya Cənub sərhədlərində əgər gözlənilməz, xoşagəlməz hadisələr baş versə, və ya başa bir variant kimi bu bolgələrdə İŞİD -in cücərtilərinə oxşar hadisələr cərəyan etsə, onda bilin və agah olun ki, nə İran, nə də Rusiya bunları kənardan durub seyr etməklə kifayətlənməyəcək, preventiv tədbirlər görəcək. Belə bir halda çoxdan, dediyimiz mason qüvvələrin qrantları ilə qidalanan çoxsaylı vətənşüvən və "istiqlalsevən" çığırğanların haray - həşirinə inanmayasız. Yalnız bu dövlətlərin Azərbaycanın çoxmilyonlu sadə, məzlum xalqına koməyi sayəsində bu məmləkətdə əsil sosial ədalət, bütün xalqın mənafeyinə çalışan və buna cavab verən bir dövlət bərqərar olacaq. Xalq bu cür səfalətdən və miskin həyat tərzindən xilas olmaq imkanı qazanacaq. Ya da ki, bu dövlət tamam xəritədən silinəcək. Bu ancaq və ancaq Azərbaycan xalqının zəkasından, iradəsindən və özünüidarəetmə bacarığından asılı olacaq.

Zahirəddin İbrahimi

18.01 2016.

Категория: Наши новости | Просмотров: 806 | Добавил: admin2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2017Используются технологии uCoz