Azərbaycan Liberal Partiyanın sədr əvəzi Müsavat başqanı İsa Qəmbəri ifşa etdi - 13 Февраля 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Вторник, 22.05.2012, 04:54
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Февраль » 13 » Azərbaycan Liberal Partiyanın sədr əvəzi Müsavat başqanı İsa Qəmbəri ifşa etdi
21:11
Azərbaycan Liberal Partiyanın sədr əvəzi Müsavat başqanı İsa Qəmbəri ifşa etdi

Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan açıqlama verərək Müsavat Partiyasının başqanı İsa Qəmbəri ifşa edib.

Ə.Temirxan deyib: "1988-ci ildən müxalifət tarixi göstərir ki, İsa Qəmbər olan yerdə dağıdıcı intriqalar olub, müxalifətin birliyi olmayıb. İsa Qəmbər həmişə közü öz qabağına çəkib. Şəxsi və qrup maraqlarını Azərbaycan xalqının maraqlarından üstün tutub. Ona görə də İsa Qəmbərin liderlik iddiası absurddur».

Daha sonra Ə.Temirxan deyib ki, 1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycan xalqını qıranda İsa Qəmbər mətbuata etiraf etdiyinə görə bir dostunun evində çay içirdi: "Sonra da Primakov «KQB» sədri Vaqif Hüseynova tapşırırdı ki, ona toxunmayın”.

Temirxanın sözlərinə görə, 2005-ci ildə 26 noyabr mitinqində meydandan birinci, arxa qapıdan qaçan və dərhal şəhərdən çıxıb mətbuat konfransına belə gəlməkdən imtina edən də İsa Qəmbər olub: "Ona görə də İsa Qəmbər öz dostları vasitəsi ilə «lider» imicini üfürməsin. Çünki onun üfürülmüş imici adi bir tikana rast gələ bilər. Ondan Azərbaycan müxalifətinə lider olmayacaq. Əksinə keçən il bələdiyyə seçkilərində müxalifətin bir araya gəlməsinə İsa Qəmbər imkan vermədi. Çünki iqtidardakı «dostlarının» sifariş belə idi. Bu gün də Azərbaycan müxalifətinin bir araya gəlməsinə mane olan, agent axtarışına çıxan, KQB ilə əməkdaşlığa dair özünün ünvanına söylənilmiş, konkret faktlardan qaçan Müsavat başqanıdır. Bilirsiniz ki, iqtidar tərəfdarı onun kliçkasını və agentura işinin nömrəsini mətbuatda açıqlayıb, amma bunları açıqlayan adam indiyə kimi İ.Qəmbər tərəfindən məhkəməyə verilməyib. Mən İsa Qəmbərin bu adama qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini gözləyirəm. Əgər özündə cəsarət tapıb məhkəməyə müraciət edərsə, onun haqlarını məhkəmədə hüquqşünas kimi təmənnasız müdafiə etməyə hazıram. Ən «böyük» çekist adına iddialı olan İsa Qəmbər yaxşı olar ki, sovet KQB-sinin AXC-yə yeritdiyi, bu günə kimi müxalifətdə «at oynadan» «Molotov» kliçkalı agenti ifşa etsin, ondan sonra müxalifətin liderliyi haqqında danışsın. Hesab edirəm ki, ən «böyük» çekist İsa Qəmbər agent «Molotov»u ifşa etsə, Azərbaycan xalqına ən böyük xidmətini göstərər. Azərbaycan siyasətində kimin keçmiş SSRİ-nin xarici işlər naziri Molotova oxşadığını oxucu yaxşı bilir».

"ТалышИнфо"
Категория: Страны СНГ | Просмотров: 435 | Добавил: admin
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz