Bakıxanovun dövründə türk dilində danışan cəmi altı kənddən (tərəkəmə kəndləri) savayı, Bakı qəzasının sakinləri tatlardan ibarət olub - 19 Февраля 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Вторник, 22.05.2012, 04:55
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Февраль » 19 » Bakıxanovun dövründə türk dilində danışan cəmi altı kənddən (tərəkəmə kəndləri) savayı, Bakı qəzasının sakinləri tatlardan ibarət olub
00:13
Bakıxanovun dövründə türk dilində danışan cəmi altı kənddən (tərəkəmə kəndləri) savayı, Bakı qəzasının sakinləri tatlardan ibarət olub

Çar Rusiyasının Qafqaz məntəqəsinə olan geniş hərbi hücumların və İranda Qacar hökumətinin rusların təcavüzləri qarşısında, xüsusilə də kommunist rejimi dövründə məğlubiyyətə uğramasının ardınca, habelə sonralar Qafqaz respublikalarının formalaşdığı bu məntəqənin tarixinin aşkar formada təhrif edilməsi prosesi adi və nigaranedici bir fenomenə çevrildi.

Bu məntəqənin tarixinin təhrif olunması Sovet İttifaqının dağılmasından sonra daha geniş miqyasa daxil oldu. Millətçilik iddiasında olan bir şəbəkə hökumət və qeyri hökumət vasitələrindən istifadə edərək, tarixin daha geniş miqyasda təhrif edilməsi əməliyyatına başlayıblar.

Bakı şəhərinin ətrafında yerləşən kəndlərin tarixlərinin təhrif olunması haqda ifratçı türkçü "yeni müsavat" qəzetində yer almış fikirlərə cavab olaraq Beynəlxalq Səhər Kanalının Azəri televiziyasının redaksiyasına göndərilmiş məqalədə, necə deyərlər ifratçı millətçilərin tarixi təhrif etmələri nəticəsində Azərbaycan Respublikası xalqına dəyən mənəvi zərbələr və ağrı-acılardan söhbət açılır.

Bakının ətrafında yerləşən Şağan kəndinin sakinlərindən olan Məmmədov tərəfindən göndərilmiş həmən məqalədə belə deyilir: ""Yeni müsavat" qəzetində "Altı qəbiristanlığı olan kənd Şağanın tarixi və bu günü" adlı məqaləsi doğma kəndimiz Şağana həsr edilmişdi. Amma bu yazını oxuyub, ailəmizlə, həmkəndlilərimizlə birlikdə təəccübləndik. Eyni zamanda tarixi məlumatların saxtalaşdırıldığını, kəndimizlə bağlı uydurma informasiyaların verildiyini oxuyub, qəzəbləndik. "Milliyyətçi" görüntüsü yaradan yazarların qəsdənmi, bilməyərəkmi kəndimizin tarixini təhrif etməsi bizi çox narahat etdi.

Sözü gedən məqalə müəlliflər iddia edirlər ki, Şağan kəndinin yaşlı sakini Hacı İbrahim kişi guya deyib ki, coğrafi məfhum kimi Şağan toponiminin bir neçə izah variantından ən çox uyğun gələni adın məhz etnotoponim olaraq Çağan oğuz eli (?!) ilə bağlı olmasıdır.

"Yeni müsavat"-ın məqaləsində daha sonra isə oxuyuruq: "Şağan kəndinin əhalisi tarixən türkdilli olmuşdur. Toponimin "sakan" etnonimi ilə oxşarlığı bizə belə bir mülahizə yürütməyə əsas verir ki, vaxtı ilə burada sakan tayfasından olan adamlar yaşamışdılar"."

Şağan kənd sakini Ə.Məmmədov bu məqaləyə cavabda daha sonra yazır: "Əfsus ki, mövcud şərait Bakı və Abşeron yarımadasının tarixini, etnoqrafiyasını lazımınca öyrənməyə, məlum olanları isə təbliğ etməyə imkan vermir. Elə bundan sui-istifadə edib, özlərini "türkçü" kimi qələmə verənlər də meydan sulamaqla məşğuldur. Bu adamlar yerli əhalinin tarixini bu rahatlıqla mənimsəyib, öz adlarına çıxır, gözümüz görə-görə haqqımızda yalan və uydurma yazılar dərc edirlər. Əsli-kökü, nəsli-nəcabəti Şağan kəndindən olan bir sakin kimi bildirmək istəyirəm ki, bu kəndin əhalisini etnik tatlar, Abşeronun farsdilli qövmü təşkil edir.

Vaxtıyla əksər Bakı kəndləri kimi, bizim kəndimizdə də tat dilinin Abşeron şivəsində danışıblar və bu gün də qocalarımız arasında hələ də bu dili unutmayanlarımız var. Orta yaşlı hər bir şağanlıya gün kimi aydındır ki, bizdən əvvəlki nəsillərimiz - baba və nənələrimiz evdə tat dilində danışıblar.

Bunu yazılı tariximiz də sübut edir. Belə ki, 19-cu əsrin ortalarında məşhur tarixçi Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" kitabında yazırdı ki, türk dilində danışan cəmi altı kənddən (tərəkəmə kəndləri) savayı, Bakı qəzasının bütün qalan kəndlərinin sakinləri (onların sayı 30-a yaxın olub) tat dilində danışır və bu da onların fars mənşəli olduğunu göstərir".

Şağan kənd sakini Ə.Məmmədov əlavə edib: "Əlbəttə, bunları bilmək üçün kəndimizin ağsaqqal-ağbirçək sakinlərinə yaxınlaşıb, söhbətləşmək kifayətdir.

Biz sadəcə yazılı tariximizdən nümunələr gətirməklə, hər kəsdən, ələlxüsus jurnalistlərdən tariximizə ehtiramla yanaşmağı tələb edirik. "Şağan kəndinin əhalisi tarixən türkdilli olmuşdur" deyib, kəndimizin adını gah "Çağan" oğuz tayfasıyla, gah da "sakan" etnonimi ilə əlaqələndirməyə nə lüzum var? Bu saxtakarlıq kimə gərəkdir? Bir kəndi də "türkləşdirməklə" türk millətinin başını ucaldacağınızımı zənn edirsiniz? Şağanın tarixi sakinlərini danmaqla, Azərbaycan tarixinə xidmət etdiyinizimi düşünürsünüz?"

Xani
Категория: Страны СНГ | Просмотров: 641 | Добавил: admin
Всего комментариев: 2
0  
1 HABIB   (19.02.2010 12:14)
Naya gera narahatsiz, Gudrat Hasanguliyev deyib axi bundan sonra Azerbayjanda millatlarin ganini yoxlayajaglar. har halda ondada falsifikasia olmasa onda bilinar kim hansi millatdir.

0  
2 Jango   (20.02.2010 18:28)
Эта фальсификация нужна тем безродным, кто не знает своего прошлого и не желает, чтобы прошлое было у остальных. История такая же, как с исполнителями сионистского плана по отношению к Османской империи. Там тоже надо было всех османцев превратить в турков, как сейчас в Азербайджане наемникам сионизма нужно всех превратить в тюрков, прицепив к ним маркировку "азери", то есть огнепоклонник.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz