- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Февраль » 16 » Azərbaycanda faşizm, bu dəfə Milli Məclis səviyyəsində
17:22
Azərbaycanda faşizm, bu dəfə Milli Məclis səviyyəsində
Azərbaycan parlamentin son iclasında mahiyyət baxımından indiki rejimlə bir medalın iki tərəfini bölüşən və iqtidar tərəfindən süni müxalifət kimi qayırılan deputatlardan biri olan Qüdrət Həsənquliyev faşistsayağı bir çıxış yapmışdır. O bildirmişdir: "Azərbaycan dövləti türk dövlətidir və onun strateji əhəmiyyətli sahələrinin başında duran insanların qanı bu xalqın, millətin qanından olmalıdır.”
Bu bir cümlə ilə cənab Həsənquliyev uzun illərdir rəsmi Bakının daxili siyasətinin əsas istiqamətlərindən biri olan Azərbaycanın köklü xalqlarını hər vasitə ilə assimilyasiya etmək (haramzadələşdirmək) kimi siyasətini bir daha aydın şəkildə ifadə etmişdi.
Həsənquliyev ilk növbədə Azərbaycanı turk dövləti adlandırır. Əcaba, görən Azərbaycan Respublikasının (AR) hansı qanunvericilik aktinda bu barədə qeyd var. Məlumdur ki, az qala hər gün AR parlamenti Qüdrət Həsənquliyevin də iştirakı ilə qanunvericilik aktları qəbul edir. Bəs onda bu barədə cənab Həsənquliyev niyə qanunvecilik təşəbbüsü ilə çıxış edib bu məcələni normativləşdirmir?
Müəyyən səbəblərdən AR-da indiyə kimi vətəndaşların bir hissəsinin turk millətinə mənsublugu hətta rəsmən belə etiraf olunmayıb. Bununla bağlı "azərbaycanlı” ifadəsi işlədilir. Əslində isə bu söz coğrafi mənsubiyyəti bildirir, onun ən yaxşı halda "Azərbaycan vətəndaşı” ifadəsinin sinonimi olaraq Azərbaycanın bütün əhalisinə şamili məqbul hesab edilə bilər. Stalinin təşəbbüsü ilə həyata vəsiqə alan "azərbaycanlı” adı ilə sovet dönəmində Azərbaycan CCR-nin burada yaşayan köklü xalqlar da daxil olmaqla bütün müsəlman əhalisi adlandirilmışlar. Uzun illər bu ifadə həmin dairə insanların pasportlarında "millət” qrafasında qeyd edilmişdir. Buna görə də köklü xalqların hər bir nümayəndəsi məmuniyyətlə özlərini azərbaycanlı adlandırmağa hazırdırlar. Onların bir hissəsi bu ad altında artıq assililyasiya olmaları ilə barışıblar. Məhz buna görə avar kökənli Rəbiyyət Aslanova "biz azərbaycançıyıq” deyə qışqırır. Məhz buna görə tat kökənli Vahid Əhmədov həmyerlisinə olan hücümları analoji müdafiə vasitəsi seçməklə dəf etməyə çalışır.
Qeyd edilən məqamdan istifadə edən hazırkı rejim məhz köklü xalqların statistik sayını az göstərmək məqsədi ilə bu ümumi adı Həsənquliyevin mənsub olduğu millətə qoyaraq bir çoxlarını, o cümlədən cənab Həsənquliyevi ağır dolaşığa salmışdır. Ona görə sual olunur: Həsənquliyev turkdur, yoxsa azərbaycanlı. Əgər türkdürsə, zəhmət olmasa buyursun, ən çox səsi gələn deputatlardan biri kimi, ilk növbədə millətinin öz adı ilə adlandırılması məsələsini qaldırsın və milli ad kimi utanc gətirən cografi adın öz üzərindən götürülməsinə nail olsun. Yalniz bundan sonra AR-nın bir dövlət olaraq daha çox hansı millətə mənsubluğu məsələsi ətrafındə hasısa fikir yürütmək bəlkə də olar. Əslidə isə bu yön yanaşmalar daha çox orta əsrlər üçün xarakterik olan bir haldır.
Digər tərəfdən Həsənquliyev tarixən faşist ideologiyasının ana xəttini təşkil edən qan meyarini ortaya qoyur, və iddia edir ki, AR-da strateji əhəmiyyətli sahələrin başında duran insanların qanı onun qanından olmalıdır.
Cənab Həsənquliyevə görə onun millətindən olmayanlar AR-da strateji vəzifələrdə işləyə bilməzlər. Onun məntiqi ilə digər millətin nümayəndələrinin AR-nın bərabərhüquqlu vətəndaşları olmasından söhbət gedə bilməz. Belələri yalnız küçə süpürə, yaxşı halda isə döyüş bölgələrində ön cəbhədə ola bilərlər. Yalnız onda qüdrətkimilər gecələr rahat yata bilər, gündüzlər rahat nəfəs ala bilərlər.
Yazının əvvəlində qeyd etdiyimiz kimi məsələyə belə yanaşma - AR-nın köklü xalqlarına qəzəb və nifrət hissi illərdir ki, Azərbaycanın siyasi mühitində formalaşır və bu istiqamətdə lazım olan hər şey edilir. Bu mənada Cənab Həsənquliyev tək deyil. Rejim öz arzularını qüdrətkimilərin dili ilə səsləndirir. Eyni zamanda, Azərbaycanın köklü xalqlar məsələsində müxalifət də iqtidarla vahid mövqe sərgiləyir. Təsadüfi deyildir ki, Cənab Həsənquliyevə ilk açıq şəkildə dəstək də məhz millətçi müxalifətin əsas ruporu olan faşistsayagı "yeni müsavat” qəzetindən gəlmişdir. Növbəti dəfə bu üzdəniraq qəzet AR-nın köklü xalqlarına qarşı açılacaq savaşda qüdrətkimilərə dəstək verməyə hazır oldugunu bildirir.
Bildiyimizə görə AR-nin Konstitusiyası movcüddür və həmin sənədin 7-ci maddəsinə görə Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə dövləti münasibətlərin hüquqla tənzimlənməsi nəzərdə tutulduğundan, vəzifəli şəxslərin vəzifə məsuliyyəti məsələsi də onlarin milli mənsubiyyəti ilə deyil, hüquq normaları ilə müəyyənləşdirilir. Təbii ki, Qüdrət Həsənquliyevin də dəstəklədiyi indiki rejim belə məsələlərdən çox uzaqdır.
Belə olan halda insanların qan mənsubiyyəti kimi faktorlara istinad etmə daha çox milli müstəsnalığın süni təbliğinə yönəlməsinin göstəricisidir ki, bu da artıq AR-da adi həyat normasına çevrilmişdir.
Yunsur Şeyxməhəmmədzodə xücusi olaraq "ТалышИнфо" üçün
Странно, теперь видно для коренных народов новое название придумали, раньше их поголовно называли сепаратистами, а теперь еще новый название "этномафия"- красивое имя не правда ли? Нам было бы очень интересно узнать, что за представители "этномафии" которые работает во высших властных структурах, кто они такие, может быть их по именам называть? В принципе все они довольно известные люди. Если эти господа за все время независимости государства служили в высших эшелонах власти и дослужили до звании представителя "этномафии"...? Значит зря они работали, раз за 20 лет они ничего не поняли теперь уже господин Гасангулийев, им всем дал прозрачный и четкий понят.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]