Пятница, 15.12.2017, 03:45
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

Талыши - один из крупных иранских этносов. Страна талышей - Талыш или Талышистан, - где они компактно проживают, занимает крайний юго-запад Прикаспия. Она разделена на две части - северную, ныне входящую в Азербайджанскую Республику, и южную, в Иране, простирающуюся узкой полосой вдоль южного побережья Каспийского моря.

Основные населённые пункты Талыша по обе стороны границы - Ланкон (Ленкоран или Ланкоран), Лерик, Масали, Астара, Лавандвил, Визне, Хавиг, Лисар, Джогандан, Хаштпар, Асалем, Талеш-дулаб, Шандерман, Масал, Сомейэ-Сара, Масуле и Фуман (Фуманат). Талышские сёла имеются и в горных местностях, простирающихся к западу в сторону Ардабиля в Иране.

Талышское население отмечается и в крупных городах - Баку, Реште, Энзели и т.д.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2015 » Октябрь » 11 » Bəxtiyar Ağazadədən Azərbaycan Respublikası mərkəzi seçki komissiyasına şikayət
14:18
Bəxtiyar Ağazadədən Azərbaycan Respublikası mərkəzi seçki komissiyasına şikayət

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına.

73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyasının Qərarından

Şikayət:

Yazıb, Sizə bildirirəm ki, mən, Lənkəran şəhər, Mirzə Məhəmmədhüseyn Axund küçəsi ev 3-də yaşayan, müvəqqəti işləməyən, 17 oktyabr 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Ağazadə Bəxtiyar Rafiq oğlu, 01 noyabr 2015-ci ildə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirak üçün, öz təşəbbüsüm ilə namizədliyimi irəli sürmüşəm. 73 saylı Lənkəran şəhər seçki dairəsi Dairə Seçki Komissiyası, 18.09.2015-ci il Qərar 7/24 ilə namizədliyimin irəli sürülməsi təsdiq edilmişdir.

Əvvəl qanun pozuntusu bu olmuşdur ki, 11 ədəd imza vərəqəsi yerinə 10 ədəd imza vərəqəsi verilmişdir. 29 sentyabr tarixdə bu vərəqələr 495 imza ilə doldurularaq dairə seçki komissiyasına aparmışam. Orda əlavə sənədlər istənilib. Yaşayış yeri barədə arayış, Beynəlxalq Bankın Lənkəran filialından arayış ki, hələki hesabıma heç bir maliyə vəsaiti köçürülməyib və sairə. Mən bu barədə DSK-nın katibi Abbasov Samidlə danışanda, DSK sədri Heydərov Kərim, guya vərəqələri nəzərdən keçirmək adı ilə, o biri masanın üzərində, mənim imza vərəqələrimə öz xətti ilə, imzalarımı korlayan əlavələr edib. Belə ki, bu əlavələr, vərəqələri aparmazdan əvvəl çıxardığımız surətlərlə, 30 sentyabr 2015-ci ildə DSK-dan bizə təqdim olan surətlər arasında açıq-aşkar görünür. Bəzi qaralamaları mən öz nöqsanımız bildiyimdən ağardaraq düzəltmişəm, amma xoşbəxtlikdən 5 yerdə bu müdaxilələr qalmaqdadır. Bunlar ibarətdir: səhifə 2-də, 7-ci sırada, imzanın tarixində aydakı 09-un 0-nın üzərində bir işarə qoyaraq onu korlayıb; səhifə 3-də, 17-ci sırada, şəxsiyyət vəsiqəsinin verilmə günündə 11 rəqəminin üstündən 14 yazıb; səhifə 9-da, 18, 19, 20-ci sıralarda, imzanın verilmə tarixi 25-i olsa da, onlara əlavələr edərək 26-sına çevirib. Mən tələb edirəm ki bununla əlaqədar xətt ekspertizası keçirilsin və günahkar şəxs cəzalandırılsın.

Mənə 08.10.2015-ci ildə təqdim olunan 73 saylı Lənkəran şəhər DSK-nın işçi qrupunun məruzəsində yazılır ki, mənim imza vərəqələrimdəki 495 imzadan 83 imza etibarsız sayılır. Bunlar ibarətdir: DSK-nın 27 imzanı etibarsız saymasından, Polis idarəsi kapitanı Vasif Adıgözəlovun 10 seçicinin şəxsiyyət vəsiqəsinin vaxtının keçməsini bildirməsindən və 2 imzanın etibarsız saymasından, 14 seçicinin ərazidə uzun müddət yaşamadığı üçün imzaların etibarsız sayılmaqından, və guya DSK-ya seçicilər tərəfindən daxil olmuş 30 ərizədə seçicilərin bir çoxunun aldadıldığı etiraf edilmişdir. Onu da qeyd edim ki, nə Polis İdarəsi kapitanının son siyahısı, nə 14 nəfər uzun müddət ərazidə yaşamayan seçicilərin siyahısı, nə də 30 nəfər aldadılan seçicilərin siyahısı 73 saylı Lənkəran şəhər DSK tərəfindən mənə təqdim edilmədi. Bütün bunlarla əlaqədar mən razı olmadığım bəndləri bəyan etmək istəyirəm:

Əvvəla, bu necə ifadədir ki, ərazidə uzun müddət yaşamırlar və onların kimlikləri bildirilmir. Məgər mən imza vərəqələrin dolduranda şəxsiyyət vəsiqəsindən onların yaşayış yerin köçürməli deyildimmi? Məgər şəxsiyyət vəsiqəsindəki yaşayış yeri dəlil deyilmi? Məgər seçki bildirişi fərdin qanuni sənəddə göstərilən həmən ünvana göndərilmirmi? Bütün bunları nəzərə alaraq DSK-nın bu gülünc iddiasın rədd etməyi və bu yolla mənə maneə törətməyə çalışdıqları üçün lazımi qanuni tədbirlərin görülməsini xahiş edirəm!

Saniyən, guya seçicilər aldadılaraq onlardan imza alınıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, əksinə mənə imza verən şəxslərə təzyiqlər olunub, ev və mobil nömrələrinə zənglər olunub, evlərinə əldə hazır kağızla gedilib ki, guya onları aldadıb imza almışam. Bütün bunlar əsas verir deyək ki, əgər kimlərdənsə aldadılmaqları barədə ərizə alınıbsa, məhz bu yolla alınıb.

Üçüncü, Polis İdarəsi kapitanı Vasif Adıgözəlovun bildirdiyi 10 seçicinin şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyi barədə məlumat yanlışdır. Belə ki, Polis kapitanının iclasda irad tutduğu, mənim imza vərəqələrimdə belə şəxslərin sayı 8 nəfərdir.

Və sonda... 73 saylı Lənkəran şəhər DSK-nın etibarsız hesab etdiyi 27 imza:

Səhifə 2-də, 5 və 6-cı sırada imzanın ilinin tarixləri açıq-aşkar bilinir; 7-ci sırada imzanın ayının tarixinə əvvəldə qeyd etdiyim kimi Heydərov Kərim özü müdaxilə edib; 32-ci sırada isə zərrə qədər xəta yoxdur, imzanın tarixinin əyri yazılması qəti xəta sayıla bilməz.

Səhifə 3-də, 28-ci sırada ilin tarixi tam məlumdur, 37-ci sıranın isə imza toplayan ümumən üstün vurub və onu 495 imzadan hesab etməmişik, bunun imzalardan çıxılması tamamən absurddur.

Səhifə 4-də, 21 və 22-ci sırada imzanın verilmə günü və ayı tam şəffafdır, sadəcə ilin yazılmasında bir az qarma qarışıqlıq var, amma o da məlumdur ki, biz 2015-ci ildəyik və bu imzalar başqa ildə sadəcə yığıla bilməzdi; 34-cü sırada da heç bir qaralama halı yoxdur və tam aydındır ki, orda İbrahimxəlil oğlu yazılıb, sadəcə bir hərfdə mexaniki səhvə yol verilib.

Səhifə 5-də, 7 və 9-cu sırada MirMustafaxan küçəsi M.M.Xan küçəsi kimi göstərilib, bu da Lənkəran şəhərinin az-çox hər hansı bir savadlı sakininə aydındır ki, bu ayrı bir küçə adı ola bilməz, çünki ayrı buna bənzər küçə adına sahib deyilik. Mən ümid edirəm ki, siz 73 saylı DSK-ya təyin etdiyiniz şəxslərin savad səviyyəsin və məntiqi düşünmə qabiliyyətlərin yaxşı-yaxşı yoxlamısız; 21-ci sırada heç bir qaralamaya rast gəlinmir, sadəcə şəxsin imzası bu şəkildədir.

Səhifə 6-da, 4-cü sıradakı ünvan tam düzgündür, ondan əvvəlki A.Bağırov 17 ilə eyni ünvandır, həmən küçənin əvvəlki adıdır, sədəcə imzasın aldığım şəxsin şəxsiyyət vəsiqəsində bu küçə köhnə adı ilə qeyd olunduğu üçün, mən də öz növbəmdə rəsmi sənədlə düz gəlsin deyə bu cür saxlamışam və DSK işçi qrupunun 05.10.2015-ci il iclasında Polis İdarəsinin zikr olunmuş kapitanı bunu şifahi olaraq təsdiq etmişdir; 7-ci sırada heç bir düzəliş yoxdur, əvvəldə səhvən yazılmış Rə-nin üstü vurulub və hər nə tam aydındır; 12-ci sırada tarix tam düzgündür, sadəcə vətəndaş əvvəl mexaniki səhv olaraq yazdığı tarixin üstün məhz özü vuraraq, ardıyca düzgün tarixi yazmışdır ki, o da tam aydındır; 43-cü sırada da tarix tam aydın və düzgündür.

Səhifə 7-də, 33-cü sırada imza da, tarix də tam düzgündür.

Səhifə 8-də, 31 və 34-cü sırada imzaların tarixi tam aydın və düzgündür, sadəcə 31-ci sırada 2015-ci il əvəzinə, 15 yazılıb ki, bu da praktikada çox rast gəlinən haldır və heç cür səhv hesab oluna bilməz. 35-ci sırada da heç bir qaralamaya rast gəlinmir, qaralama aqardılıb və imza verən şəxsin adı tam aydındır.

Səhifə 9-da, doğrudan da 21, 22, 23 və 24-cü sıralarda məlumat tam deyil, belə ki, 1997-ci il təvəllüdlü şəxslərin doğum günü və ayı göstərilməyib, amma bu şəxslərin həqiqətən də 18 yaşı olub və DSK bu kişik yanlışlığa güzəşt edə bilərdi ki, gördüyünüz kimi etməyib, və mən ümidvaram ki, siz bu imzaların düzgünlüyün qəbul edəcəksiniz.

Səhifə 10-da, 34-cü sırada tarixdə heç bir pozuntu yoxdur, tarix tam aydındır, sadəcə seçici tərəfindən öz mexaniki səhvi düzəldilib.

Ümumən imzanın tarixlərində ay və ildəki mexaniki səhvləri bu cür ciddiyə almaq və bunları bəhanə gətirərək imzaları etibarsız saymaq çox gülüncdür. Çünki hamıya məlumdur ki, yaşadığımız il 2015-ci ildir, 01 noyabr 2015-ci ilde keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirak üçün, mən imzaları heç cür başqa ildə yığa bilməzdim, çünki hüquqi cəhətdən bu imza vərəqələrin başqa ildə heç əldə edə bilməzdim. Ay da ki, mənə bu imza vərəqələri sentyabr ayının 18-i DSK tərəfindən təqdim olunub və sentyabrın son günü, yəni ayın 30-u məndən DSK tərəfindən təhvil alınıb. Yəni heç cür imzaları başqa ayda da yığa bilməzdim. Az bir qism seçicinin, yaşın çoxluquna görəmi, ya digər səbəblərdən ayın rəqəmlərində yol verib, sonra düzəltdikləri mexaniki səhvlər heç cür ciddiyə alınıb, imzanı etibarsız elan etməyə səbəb ola bilməz.

Mən bütün bunları və sadaladığım digər halları nəzərə alaraq, sizin düzgün və məntiqi qərar çıxaracağınıza, mənim hüququmu bərpa edəcəyinizə ve seçkidə iştirakımı bərpa edəcəyinizə ümid edirəm! Xahiş edirəm ki, Lənkəran şəhər 73 saylı Dairə Seçki Komissiyasının 06.10.2015-ci il tarixli Qərar 15/59-u ləğv edərək, mənim seçkidə iştirakımı davam etdirməyə şərait yaradasınız.

Qoşma 1: AR MSK-ya Şikayət, 1 nüsxə, 3 səhifə.

Qoşma 2: Şəxsiyyət vəsiqəmin 1 nüsxəsi, 1 səhifə.

Qoşma 3: Namizədliyimin irəli sürülməsinin 73 saylı DSK tərəfindən təsdiqi, 1 nüsxə, 1 səhifə.

Qoşma 4: Namizədliyimin qeydə alınmasından 73 saylı DSK tərəfindən imtina, 1 nüsxə, 2 səhifə.

Qoşma 5: 73 saylı DSK işçi qrupunun məruzəsi, 1 nüsxə, 2 səhifə.

İmza: B.R.Ağazadə

 

Категория: Наши новости | Просмотров: 800 | Добавил: admin2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2017Используются технологии uCoz