Bakıda "İmam Xomeyninin təfəkkürü" elmi konfransı keçirilib - 5 Июня 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Вторник, 22.05.2012, 05:04
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Июнь » 5 » Bakıda "İmam Xomeyninin təfəkkürü" elmi konfransı keçirilib
00:46
Bakıda "İmam Xomeyninin təfəkkürü" elmi konfransı keçirilib

İran İslam İnqilabının banisi ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının 21-ci ildönümü ilə əlaqədar cümə günü Bakıda "İmam Xomeyninin təfəkkürü" elmi konfransı keçirilib. Konfransda İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami, ziyalılar, din xadimləri, jurnalistlər, şair və yazıçılar iştirak ediblər.

Tədbirdə Respublika Talış Mədəniyyət Mərkəzini təşkilatın rəhbəri şair Əli Nasir və "Tolışi sədo" qəzetinin məsul redaktoru doktor Hilal Məmmədov təmsil etmişlər.

Səfir Məhəmməd Bağır Bəhrami konfransda çıxış edərək tədbir iştirakçılarına İmam Xomeyninin şəxsiyyəti və fikirləri barədə danışıb. Tədbirdə İmam Xomeyninin şəxsiyyəti və təfəkkürü ilə bağlı müxtəlif məqalələr təqdim olunub.

Konfransda şair Əli Nasir çıxış etmişdir. Şairin mövzü ilə bağlı  öz yaradıcılığından  söylədiyi "Bəh-bəh" və "Səd mərhəba" şeirləri
çox böyük maraqla qarşılanmışdır. Həmin şeirləri biz də oxucularımızın nəzərinə çatdırırıq:

            Bəh-bəh

(İran İslam inqlabının 31 illiyi münasibəti
ilə İran İslam İnqlabının 
Rəhbəri İmam-Rahil eşqinə)


Haqqin şəminə oldu vəli, eşq ilə pərvanə Xomeyni,
Məkrin evini eylədi bir xışm ilə viranə Xomeyni.

İslam bağının bülbülü şur eylədi səs saldı cəhanə,
Bidar elədi dəhri bütün cümləvü-cəm, xanə bə xanə.
Əhsən dedi Xaliq özü bu Naibe-Sahib əz Zəmanə,
Göylərdə mələklər dedi: Bəh-bəh!  Belə peymanə, Xomeyni.

Müddətdi soxulmuşdu Rza (ə) türbətinə ləşgəri-düşmən,
Bir Botşikən istərdi zəman, həm də cəhan əhli təmamən.
Qartal kimi pərvaz elədi Haqq adına on iki bəhmən,
Bayquşları xar etdi, salıb dünyanı səhmanə Xomeyni.

Zülmət neçə min pərdə çəkə haqqı görər haqq olan aşiq,
İblis necə tuğyan edə uymaz Yara sadiq qalan aşiq,
Nuruyla yaxıb şeytanı zülmətlərə saldı talan aşiq,
Göstərdi şəfa mənziləsin məhzəri-Rəhmanə Xomeyni.

Allah adını həkk elədi bayrağına, Tari sevindi,
Şad oldu Muhəmməd (ə) sələvat, Heydəri-Kərrari sevindi,
Fəxr etdi Hüseyn (ə)-Kərbübəla şahi, Ələmdari  sevindi,
Sanki yetirib abe-həyat ərsəyi-meydanə Xomeyni.

Ey mürği-səhər, teyre-zəbər, gənce-gühər, mabəde-Əhməd,
Rəhmət sənə, rəhmət sənə, rəhmət sənə,  rəhmət sənə, rəhmət,
Alsın səni ağuşa anan tək dəxi min naz ilə cənnət,
Allah səni məskun eləsin rövzəyi-Rizvanə, Xomeyni.


         Səd mərhəba

Səd mərhəba İranə,
Sadiq durun Quranə!

                                                                                               

Aməd sədaye-millət:  Amadeyim şəhadət,
Ma əhli-Kufe nistim  Əli tənha bemanəd!

Cahan Kərbübəladır hər şiə bir Dilavər,
Kafər olar bu həqqə etməzsə kimsə bavər,
Həm Xaliq həm cəmaət Əliyyə yarü-yavər,
Aməd sədaye-millət:  Amadeyim şəhadət,
Ma əhli-Kufe nistim Əli tənha bemanəd!

Alıb dünyanı yeksər təkbire-Həqq nidasi,
Rejime-səhyunistin batıb bayquş sədasi,
Amerikanın göründü çuvalindən cidasi,
Əhsən, Əliyyə əhsən, lənət, pəlidə lənət,
Ma əhli-Kufe nistim Əli tənha bemanəd!

Üz tutdu qiblə səmtə izn istədi Vilayət,
Ərz etdi: Şahid ol sən-ya Cədda, ya Muhəmməd,
Ya Höccətül-Hidayət,  gör nə deyir cəmaət-
Verrüg  sənə zəmanət, Əli bizə əmanət,
Ma əhli-Kufe nistim Əli tənha bemanəd!

Dəccal gəlib cəhani qılsun bu gün viranə,
Ey müslimane-dünya,  sadiq durun quranə.
Əhsən belə imanə, səd mərhəba İranə,
Buye-Muhəmməd aməd, buye-Hidayət aməd,
Ma əhli-Kufe nistim Əli tənha bemanəd!

Mələklər  qoşdu forən nidasin bu nidayə,
Buludlar cərgə tutdi göylərdə yazdı ayə:
Fürsətdir əy yühənnas, qoşun səs bu sədayə.
Xoş halinə deyər kim: Səlli əla Muhəmməd,
Ma əhli-Kufe nistim Əli tənha bemanəd!

Tədbir səfirliyin Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

İran İslam Respublikasının mənəvi lideri və qurucusu ayətullah Xomeyni 1902-ci il sentyabrın 24-də İranın Xomeyn şəhərində anadan olub. Xomeyni öz dövründə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək, şah Rza Pəhləvi rejiminə qarşı mübarizə aparıb. O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altımaddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başlayıb. 1961-ci il iyunun 5-də baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək, Tehrandakı İşrətabad hərbi həbsxanasında saxlanılıb. Sərbəst buraxıldıqdan bir il sonra kapitalizm əleyhinə söylədiyi nitqinə görə təkrar həbs edilib. Ancaq bu dəfə 1965-ci il noyabrın 4-də Türkiyəyə sürgün edilib. Xomeyni bir müddət orada qaldıqdan sonra Türkiyədən İraqa gedib və Nəcəf şəhərində yerləşib. Xomeyninin oğlu Seyid Mustafanın şahın casusları tərəfindən öldürülməsi ilə İranda xaos meydana gəlib. Şah rejimi əleyhinə üsyan başlayıb. Bundan sonra Xomeyni İraqdan Fransanın paytaxtı Parisə sürgün edilib. 1979-cu ildə şahın İrandan qaçmasından sonra ayətullah Xomeyni 15 illik sürgün həyatına son qoyub, böyük bir təntənə ilə İrana qayıdıb. Onun gəlişi ilə inqilabın gedişi daha da sürətlənib və 1979-cu il fevral 11-də Xomeyninin başçılığı ilə İslam İnqilabı qələbə qazanıb.

Səbarz Huseynzadə,
"ТалышИнфо"nun xüsusi muxbiri,
Bakı

Категория: Наши новости | Просмотров: 421 | Добавил: admin
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz