Bir daha talış məsələsi və türkçülük haqqında - 29 Января 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Вторник, 22.05.2012, 05:16
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Январь » 29 » Bir daha talış məsələsi və türkçülük haqqında
02:12
Bir daha talış məsələsi və türkçülük haqqında


"ТалышИнфо”nun elektron poçtuna "Turok” adı ilə bir türk qardaşımızdan məktub daxil olub. "Talış məsələsi ilə türkçülüyün” bir-birinə mane olmadıgını bildirən məktub müəllifi  xüsusən iki məsələyə: talışların Azərbaycanda faktiki hüquqi vəziyyəti və süni şəkildə türkçülüyün yayılmasına münasibət bildirir.

Birinci məsələ ilə bağlı qeyd edilir ki, bu günə qəder talişlarla türklər arasında hər hansı bir etnik mənsubiyyətcilik baxımından bir problem yaşanmamışdır: "Siz məndən də yaxsı bilirsiniz ki, nə bugünkü, nə də daha öncəki Azərbaycan iqtidarlarının nə türklərə, nə də türkcülüyə aidiyyəti var. Azərbaycanda talışın təbii haqlarını təmin etməyə borclu, amma etməyən bugünkü iqtidardır".

Türkçülüyün məqsədli şəkildə şişirdilməsilə baglı isə məktub müəllifi yazır: "Azərbaycanda türkcülükdən danışanlar özlərinə türk deməyə cürətləri catmadıgı kimi, türkçülük ideologiyasından da danısmağa belə haqları çatmır. Onlar bu ideologiya adıyla başqa etnik ideologiyalara qarşı bir alət kimi istifadə edərək, türk milləti ilə basqa millətlər arasında münaqişə yaratmağa cəhd edirlər".

Sonda isə məktub müəllifi qeyd edilən məsələlərlə baglı hədəf kimi türk xalqını deyil "konkret qurum ve şəxslər” üzərində dayanmağı "ТалышИнфо”dan xahiş edir.

"ТалышИнфо” olaraq hörmətli oxucumuzun narahatlıgını başa düşür, qaldırılan məsələlərdə həmrəyliyimizi bəri başdan ifadə etməklə bir sıra məqamlar üzərində dayanmagı vacib hesab edirik.

Əvvəla, talış millətinin təbii haqları haqqında. Məlumdur ki, Vətənimiz Azərbaycanın bütün dərd-sərinə şərik olan talış bu gün öz vətənində faktiki olaraq: ana dilində təhsil, radio, televiziya, kütləvi informasiya vasitələrinə malik olma, milli adət-ənənələrini, tarixi yer adlarını və tarixi abidələrini qoruyub saxlama kimi mədəni hüquqlarından tutmuş özünüidarə, ana dilində dövlət orqanlarına müraciət etmə kimi ən elementar siyasi hüquqlara qədər, milli  özünəməxsusluğun saxlanılmasına aid olan bütün hüquqlardan məhrumdur. Əlbəttə, biz bu sıraya qardaş türk xalqı ilə talışın birgə məruz qaldıgı iqtsadi və sosial sferada baş alıb gedən özbaşnalıgı xüsusi olaraq qeyd etmirik. Hərgah belə dözülməz şəraitin formalaşmasına görə müəyyan mənada öz üzərinə titul millət funksiyasını götürmüş tomlumun məsuliyyətindən danışmaq olar.

Təbii ki, talışın, bütövlükdə isə Azərbaycan xalqlarının bugünkü durumu ilə baglı məsuliyyət birbaşa Azərbaycan iqtidarının üzərindədir. Amma bir sıra hallar mütləq nəzərə alınmalıdır. Məsələn, indiyə qədər xatılamırıq ki, titul millətin hansısa nümayəndəsi açıq şəkildə Azərbaycanın köklü xalqların, konkret olaraq talış xalqının hüquqsuzluğunu dilə gətirsin və buna görə iqtidarı qınasın. İstəsək də, istəməsək də iqtidarlar millət adından çıxış edir və onu təmsil edir, onların yürütdükləri siyasət isə məhz titul millətin adına yazılır.

Bu gün taliş adı ilə baglı har hansı tədbir Azərbaycanda şox böyük qısqanclıqla qarşılanır, hətta Talışın tarixilə baglı kitab yazib, çap etmək yumşaq halda separatizm kimi qiymətləndirilir. Buna bir qayda olaraq iqtidardan da daha çox özlərini müxalifət düşərgəsinə aid edənlər sözün emossiyasiz mənasında düşməncəsinə reaksiya verirlər. Titul millətimizin düşərgəsində isə buna hatta bitərəf movqedə münasibət bildirən kimsə görsənmir. Elə isə sual olunur, məgər titul milləti gerçəkdən təmsil edən kimsə yoxdurmu, və yaxud o, oz taliş qardaşının onun adı ilə va ona aid olmayan istismarına na vaxta qədər dözəcək.

Bəlkə bizə "Turok” adı ilə  içəridəki mənəvi ağrıdan  müraciət edən dəyərli oxucumuz bu sıradan birinci olsun…

Müxalifətdən söz düşmüşkən.
Məlumdur ki, Azərbaycanda bu toplumun əsas ruporlarından biri də qaragüruhçu "Yeni Müsavat” qəzetidir. Bizim ünvanimiza yazdıgı hədyan və bohtanlara cavabımızı çox əsəbi qarşılayan bu qəzeti, nəhayət məcbur etdik ki, talış xalqının hüquqlarına hörmətlə yanaşdığını heç olmasa sözdə dilə gətirsin.

Bu gün muxalifət Azərbaycanda köklü xalqlara münasibət istisna olmaqla bütün sahələrdə totalitar bir rejimin hökm sürdüyünü etiraf edir va özünün başlıca vəzifəsini də güya Azərbaycanın demokratikləşdirilməsini hesab edir. Elə isə sual olunur: Azərbaycanın bir xalqı olaraq, rasmi statistikaya gora Azərbaycan əhalisinin bir faizini, faktiki olaraq 20 faizə qədərini təşkil edən talış xalqının bu prosesdə yeri varmı? Bu necə demokratiya ugrunda mübarizə hesab oluna bilər ki, belə mübarizəni aparanlar bəri başdan Azərbaycan toplumunun böyük bir hissəsinin movcudlugunu nəinki qəbul etmək, hətta görmək belə itəmirlər.  

Azərbaycançılıq pərdəsi altıda türkləşdirmə. Azərbaycan çoxmillətli dövlətdir, burada hər hansı millətlə bağlı, fərqi yoxdur pantürkizm olsun, pantalışizm, bir millətin digəri üzərində üstünlüyünü təbliğ edən ideologiya bəri başdan iflasa məhkümdür. Şüurlu şəkildə,
"yumşaq" olsun deyə azərbaycançılıq pərdəsi altıda, total türkləşdirmə siyasətini aparanlar və buna dəstək verənlər Azərbaycan xalqları arasında nifaq salmaqda birbaşa maragı olan qüvvələrdir və belə siyasət ilk növbədə hakimiyyətlərinin ömrünü uzatmaq, dəfələrlə tarixin sınağından çıxarılan "parçala və hökm sür” məqsədi ilə tətbiq edilir.

Təəssüf ki, istər indiki iqtidar, istərsə də hazırda müxalifət düşərgəsini zəpt etmiş qüvvələr bu idelogiyanı bölüşürlər.

Yeri gəlmişkən, bəzən talışların ünvanına hətta minnət qoyanlar da tapılır və talishlara xitabən: "baxın, ayrı-seçkilik salınmasın deyə biz sizə gora hatta adımızdan imtina etdik, ümumi adlanmaq üçün "azərbaycanlı” olduq ki, özünüzu ayrı hiss etməyəsiniz” - deyilir. Əvvəla, "azərbaycanlı” məfhumun istər tarixi, istərsə də ayrıca bir millətə süni şəkildə bir ad olaraq qoyulmasının məqsəd və sirləri barədə çox yazılıb. Sadə məntiqə görə ən yaxşı halda həmin sözün "Azərbaycan vətəndaşı” ifadəsinin sinonimi kimi işlədilməsi məqbul hesab edilə bilər. Bu ifadə ətrafinda gedən digər bütün oyunlar, həmin ifadəni qondarıb efirə buraxan sovet dövründə oldugu kimi, indi də onun təqdim edilən formada işlədilməsi siyasi oyunbazlıqdan başqa bir şey deyil. Aydin şəkildə başa düşüləndir ki, belə oyunbazlığın indiki halda əsas məqsədi köklü xalqların, xüsusən talışların bir millət olaraq sıradan çıxarılmasına, onların "yumşaq" assimilyasiyasına yönəlib. Bu mənada bütün göstərilən məqsədli minnətləri rədd etməklə bərabər, biz qətiyyətlə türk qardaşlarımızın adının onlara qaytarılmasının və "azərbaycanlı” ifadəsinin bütün Azərbaycan vətəndaşlarına şamil edilməsinin marağındayıq.

Və sonda. Ümumilikdə qeyd edilənlərə görə məsuliyyət titul millətin üzərində qalır. Bu baximdan bizə məktubla müraciət edən dəyərli oxucumuza və onun kimi düşünən titul millətin digər nümayandələrinə Azərbaycanın gələcək taleyi ilə baglı mühüm əhəmiyyət daşıyan, qeyd edilən məsələlərlə əlaqədar mövqe bildirməyə  çagırırıq. Bununla, eyni zamanda, "ТалышИнфо” Vətənimizdə talish xalqının çıxdaş edilməsinə yönələn, bir millətin digəri üzərində hər hansı formada üstünlüyünü təblig edən süni ideologiyalarin yaratdığı fəsadlara görə heş bir məsuliyyətin daşımadıgını və talış xalqına sözdə deyil, əməldə hörmətlə yanaşan, onun təbii haqlarını tanıyan, Azərbaycanda yaşayan xalqların bərabərliyinə əsaslanan bütün demokratik proseslərə dəstək verməyə hazır olduğunu bəri başdan bəyan edir.

"ТалышИнфо"
 informasiya agentliyinin analitik xidməti
Категория: Аналитика | Просмотров: 1390 | Добавил: admin
Всего комментариев: 3
+1  
1 Rushin   (30.01.2010 12:04)
Если назвать вещи своими именами, то на самом деле так называемые туркские националисты, в том числе газета "мусават"являются инструментом, точнее пешкой в руках лидеров ПКК Азербайджана которые безраздельно управляют Азербайджаном, при том они управляют от глав районов и их заместителей, до министров и главы государства, включая парламент. В республике только они в праве выделять кому какую роль. Хочу сказать развитие возрождения, истории, культуры и традиции талышского народа не только не входят в их ни план, даже противоречат их концепции. Что касается вопроса, тюркского шовинизма в Азербайджане, это отдельная тема, эта идеология придумана не для того, что бы поднять тюркский национальный дух или его авторитет, думаю здесь очень надо быть осторожным, но в крайней мере я не завидую тем наивным людям которые попали в этот капкан.

+1  
2 Jango   (31.01.2010 03:57)
Налицо отсутствие всякого цивилизованного подхода к проблеме полиэтнизма (если это вообще можно счтать проблемой). Все мы наблюдаем, что в правительстве Азерббайджана мозг для мыслительной деятельности не используется. Они взяли сценарий времен Ататюрка и механически перенесли в Азербайджансую Республику. То есть остается и наших курдов назвать "горными" тюрками, нас они называют "южными" (вероятно, где-то приписывают наш народ себе, например, как сказал недавно Ильхам Алиев: "Талыши это такие же азебайджанцы, они счастливы и не имеют никаких проблем"...вот только он сам и его команда - одна нескончаемая проблема для талышского народа, да храни его Аллах!

0  
3 mahir01   (11.02.2011 13:22)
MEN FAXIR EDIREM KI, BIZ TALISHIQ.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz