Bir iranlının Bakı əhvalatı - 28 Апреля 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Вторник, 22.05.2012, 05:17
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Апрель » 28 » Bir iranlının Bakı əhvalatı
12:37
Bir iranlının Bakı əhvalatı

Oxucu məktubu

Son bir neçə ildə Bakıda olduğum müddətdə Azərbaycan Respublikasındakı nəşrlər və saytlara müraciət mənim üçün əsla ürəkaçan olmayıb. Yazılardakı dil yarası, eyhamlar, kinayələr qəlbimə sanki yara vurub.

Bir müddətdir, bu ölkədə simvollar və atributlar dəyişir. Milli-mənəvi dəyərlər yoxa çıxır. Ölkənin dörd bir guşəsinə lövbər salmış ayrı-ayrı dövlətlərin hərəsi öz planlarını icra etməklə məşğuldular.

Bu arada məni həyrətdə qoyan din və İran başda olmaqla dini ölkələrin çox geniş surətdə hədəfə alınmasıdır. Daha çox incidən gözü bağlı İrana söyüş verən, İslam fiqhinə qarşı biabırçı təbliğat aparan, lakin Azərbaycanın üzləşdiyi acılar və uğursuzluqlarının kənarından sükutla keçən Məhəmmədrza Ləvai kimi üfunətli satqınların əməlləridir.

Bakı saytlarında İrandan fərari düşmüş satqın Məhəmmədrza Ləvainin yazısını oxuduqda, Bakı Dövlət Universitetində müəllimlərdən birinin sözləri yadıma düşdü. O, deyirdi: Bəzi şəxslər məvacibsiz qula bənzəyir ki, bir paket qırışıq dollardan ötrü dinini, imanını, vətənini satmağa hazırdır. Əvəzində mafia qrupları və yaraqlı dəstələrə qoşulmaq imkanını qazanırlar.

Cənab Ləvai, mənim üçün maraqlıdır, siz Azərbaycan R-nın hökmdarları kimi İslamdan danışırsınız. İslam Respublikasına da düz asılı hökmdarlar kimi hücum edirsiniz. Zənnimcə heç Orta Əsrlərdə də Azərbaycanda olduğu kimi xalqın dini işlərinə qarışmırdılar. Dinə bu qədər nəzarət yox idi. Daha acınacaqlısı isə bu nəzarətin qanuniləşdirilməsidir. Heç xəbəriniz varmı, Azərbaycanın əziz məclisi tam fəxarətlə onu təsdiqləyib. Namaz qılanda və ya hər hansı digər dini ehkamda dövlətdən icazə almalısan? Əhalisinin 80 faizdən çoxu müsəlman olan bir ölkədə ilahiyyat oxuya bilməzsən. Əlində islami kitab gəzdirən şəxslərlə narko-tacir və ya insan alverçiləri kimi rəftar olunur. Ancaq ürəyin istədiyi qədər əxlaqsızlığı təbliğ edən nəşriyyələr, vəhhabi və bahai kitabları, xristian missionerləri və hind krişnalarının "ədəbiyyatı" yayılır, təbliğ olunur. Onlar hətta özlərinə sinaqoq və kilsə tikirlər. Kimsədən də icazə almırlar. Sizin qənaətinizcə budurmu azadlıq?

Sizin dostlarınız uzun əsrlərdir, İslam sədasının ucaldığı hər bir ölkəni susdurmağa çalışıblar. Bariz nümunəsi həmin Azərbaycandır. Təsəvvür edirsiniz ki İran da Azərbaycadır düşmənlərini səhv tutsun?

Çoxdan idi ki, Azərbaycan qəzetlərində anti-İslam yazılarını oxuyanda belə bir sualla üzləşirdim: İslam dini ilə bu qədər ziddiyyət nəyə görədir? Bir müddət Bakıda yaşadıqdan sonra cavabını tapdım."İslam sürətlə yayılır". Kommunizm, liberalizm və sionizm yetirməsi olan hökmdaları təşvişə salan budur. Yadınızdadırmı, Dini İşlər üzrə Dövlət Komitəsinin sədri zabitlərlə görüşündə ordunun namazxanalarında vacib əməllərin və dini mərasimlərin yasaqlanmasını istəyəndə zabitlər ona etiraz etdilər. Onlar özlərini türk hərbçiləri ilə müqayisə edib dedilər: Türkiyə ordusunun əsgər və zabitləri dini ehkamlıarına əməl etməkdə azaddırlar, məgər biz müsəlman deyilik?

Azərbaycanda bir neçə il yaşamaq mənə öyrətdi ki, hakimiyyət dairələrində müşahidə olunan kommunist təfəkkürünün sionist təfəkkürü ilə heç bir fərqi yoxdur.

Bu günlər Azərbaycan R-da nəşr olunan qəzetlər və medialarda hər şey din və dini quruluş adı ilə pislənilir. Bu planı Bakıda satqın millətçilərin ağaları icra edirlər, satqın millətçilər də onların əlində bir kukla olaraq, İran hökumətini müstəbid və İran rəhbərliyini diktator adlandırırlar.

İndi dünyada əlaltı rejimləri çıxmaqla bütün xalqlar yaxşı bilirlər ki, modern dünyada qondarma dövlətlər və rejimlər kimlər tərəfindən , harada tətbiq olunur! Tağut sisteminin və modern müstəbidliyin nə olduğunu yaxşı anlayırlar. Təkcə satqınlar bunu bilmək istəmirlər.

Qərbdəki xəbər qaynaqları yalan yerə İran rəhbərinin vəfat xəbərini yayanda sizin Azərbaycan R-dakı dostlarınız gör nə qədər məlumat toxudular, yalan bir xəbərə görə sevinclərini gizlətmədilər. Hətta İrana yeni rəhbər də təyin etdilər. O zaman bu şayiə Azərbaycan R-da müsəlman xalqın dərin nigarançılığına səbəb oldu. Mən onların baxışında dərin kədər gördüm. Və xəbərin yalan olduğu bilindikdə, həmin baxışlarda sevinc və fərəh dalğalanırdı. Satqınlar arxayın olsunlar ki, Azərbaycan R-da müsəlmanların Vəliyi-Əmrinə münasibətdə bu bu müqəddəs sevginin səbəbini bilməyəcəklər. Zira onlarda heç bir dinə və məsləkə inam yoxdur. Üstəlik vətən məfkurəsi də onlar üçün heç nədir. Əgər Bakıya sığınmış satqınlarda zərrə qədər əqidə olsaydı, baxışları bu dərəcədə çirkin və kobud görünməzdi.

Ağayi Ləvai, hansı məktəbə qulluq edirsən? Sionizmə? Marksizmə? Laisizmə? Nə kimi adamların ardınca sürünürsən? Beyinləri əlindən alınmış dinsiz qulların ardıncamı? Xalqın azadlıq hüququnu və azad yaşamaq istəyini əlindən almış tağutların və tiranların ardıncamı?
Ən azı bunu yaxşı başa düşmüsünüz ki, İran Rəhbəri öz çıxışlarında yalnız Qurani-Kərimə söykənir. Həzrəti Məhəmmədə (s.ə.s) itaət sizə bu qədər ağır gəlir ki, sivilizasiyalararası dialoqu Allahın Rəsuluna itaətdən üstün tutursunuz?

Ağayi Ləvai və onun ağaları yaxşı bilirlər ki, İranda despotik rejim mövcud deyil. Halbuki beynəlxalq sümürgəçiliyin kökləri dünyanın o başından Azərbaycan Respublikasına qədər uzanıb.İran uzun illərdir bu ölkə hökmdarlarına köləlikdən xilas olmaq üçün bilgi verir. Heç modern quldarlıqdan xəbəriniz varmı? Mən burada Azərbaycan R. rəsmilərinin hərəkətlərində, özlərini ziyalı adlandıran asılı yazarların davranışında açıq-aşkar modern quldarlığın nişanələrini görürəm. Bir vaxtlar Bakı küçələrində azəri ataların ruhunu duyardıq, indi isə həmin məkanda qorxa-qorxa addım atırsan.

Sizin qeyri-insani baxışınızın vəhhabi, kommunist və sionist dövlətlərin baxışı ilə fərqi yoxdur. Vəhhabilər də şiələri təhqirlərə məruz qoyurlar. Azərbaycanda dadinə qarşı intriqalar işə salınıb. Bu hərəkətlərə dözmək çətindir.

Azərbaycan R-da 28 səfər günü dindarlar polisin vəhşicəsinə basqısına məruz qalanda heç azərilərin hüquqlarını "müdafiə" edənlərdən səs çıxmadı. Peyğəmbər sünnətinin əleyhinə olanlar nə bilir Vilayəti-Fəqih və və müsəlman xalqın buna inancı nədir? Qoy Ləvai kimilər kilsənin kənarında oturub qara tüstünü və qara kardinalları gözləsinlər.

Ağayi Ləvai, Azərbaycan məscidlərindən daha bir şey qalmayıb. Gözünüzü yumsanız sonuncusunun da günbəzi yıxılacaq. Ən azı Gürcüstandan öyrənin ki, 30-cu məscidlərini inşa etdilər ki, adını müsəlman qoyub İslamın kökünü qazanlara mesaj vermiş olsunlar. Bilin ki, məscid-minarə yıxmaqla xalqın inancını əlindən almaq mümkün deyil. Necə ki hicabı qadınların başından götürəndə onların qəzəbini artırmış olursunuz.

Ağayi Ləvai, heç bilirsiniz ki, söz azadlığı, ədalət və istiqlal Bakının harasında dəfn olundu? Bilirsinizmi, azadlıq və istiqlal hissini yalnız İranda tapmaq olur?

Vilayəti-Fəqih sisteminin İslam prinsiplərinə arxalanaraq İranda qurduğu metod yəqin ki dostlarınızı hiddətləndirib. İran xalqının qəbul etdiyi İslamda nə müstəbidlik var , nə də modern quldarlıq. İran xalqının İslamı azadlıq və ədalət İslamıdır. Həqiqi mənada xalq hökuməti qurulub İranda. İndi siz İslama və ruhaniyyətə qarşı çıxırsınız. Çünki ölkələrin qul olmasını , modern despota boyun əyməsini istəyirsiniz.

İnanmıram bu sözlər Azərbaycan qəzetlərində nəşr olunsun. Məhəmmədrza Ləvai kimi satqın ünsürlər mənim bir iranlı tələbə olaraq fikirlərimi qəbul etməyəcəklər.Çünki ağaları onları istiqamətləndirir.İnanmıram bunlar gözlərini açsınlar. Azərbaycan R. xalqının qəzəbini görmək istəməzlər.Bunlardan heç nə gözləmək olmaz. Təkcə qulaqlarını tutsunlar ki, Allahu-Əkbər sədasını eşitməsinlər.

BDU-nun İran azərilərindən olan tələbəsi
Rasul Tabrizli
iranliazeri@box.az

Категория: В мире | Просмотров: 482 | Добавил: admin
Всего комментариев: 1
0  
1 Jango   (29.04.2010 10:27)
Soz azadligi, edalet ve istiqlal demokratiya ile birge Bakinin harasinda basdirilib - ne gozel sual verib telebe Resul!
- Neft celleyinin altinda basdirilib, dedelima!!!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz