- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Январь » 27 » AŞ PA-nın yeni prezidenti, türkiyəli deputat Mövlud Çavuşoğlu siftəsindən iç üzünü açdı
16:32
AŞ PA-nın yeni prezidenti, türkiyəli deputat Mövlud Çavuşoğlu siftəsindən iç üzünü açdı
Leyla Yunus: «Görünür, biz onun prezidentlik dövrünə dözməliyik. Onun tərəfindən bu problemlərə diqqət olmayacaq»
AŞ PA-nın yeni prezidenti, türkiyəli deputat Mövlud Çavuşoğlu Strasburqda keçirdiyi mətbuat konfransında diqqət çəkən hərəkəti ilə yadda qalıb. Müxtəlif məsələlərdən danışan Çavuşoğlu "Turan”ın müxbirinin Azərbaycanda siyasi məhbuslar və həbs edilmiş jurnalistlərlə bağlı sualından yayınıb. Sualı dinləyən AŞ PA prezidenti vaxt olmadığını əsas gətirərək cavab verməkdən imtina edib.
Xatırladaq ki, Çavuşoğlu Azərbaycanda olarkən seçki saxtakarlığı, insan haqları və demokratik azadlıqlar problemləri barədə danışmaqdan boyun qaçırıb. Görünür, yeni postunda da o öz ənənəsinə sadiq qalmaq və Azərbaycanda baş verənlərə göz yummaq niyyətindədir. Belə olan halda onun fəaliyyəti Azərbaycana nə vəd edir?
Məsələyə münasibət bildirən Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yada salaraq, ölkədə insan haqları ilə bağlı problemi inkar etməyin mümkünsüzlüyündən danışdı: "Azərbaycanın öhdəlikləri var. Ötən ilin mart ayında siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin edilib. Ona görə bu problemi inkar etmək mümkün deyil. Ancaq AŞ PA prezidenti seçilən türkiyəli Mövlud Çavuşoğlu insan haqları və demokratik azadlıq problemləri barədə danışmaqdan boyun qaçırıb”.
Çavuşoğlunun Azərbaycanda olarkən pozuntulara göz yummasını xatırladan hüquq müdafiəçisi onun prezidentliyi dövründə də bu kimi halların baş verəcəyini bildirdi: "Bu deputat Azərbaycanda olub. Onun insan haqları ilə bağlı pozuntulara reaksiya vermədiyinin şahidi olmuşuq. Problemlərin üstündən keçməyə çalışıb. Görünür, biz onun prezidentlik dövrünə dözməliyik. Onun tərəfindən bu problemlərə diqqət olmayacaq”.
azadliq
Категория: В мире |
Просмотров: 381 |
Добавил: admin
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]