Eynulla Fətullayev: Azərbaycanda hüquq müdafiəçilərinin böyük hissəsi hakimiyyətdən hər ay pul alır - 10 Июня 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Среда, 23.05.2012, 08:23
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Июнь » 10 » Eynulla Fətullayev: Azərbaycanda hüquq müdafiəçilərinin böyük hissəsi hakimiyyətdən hər ay pul alır
12:58
Eynulla Fətullayev: Azərbaycanda hüquq müdafiəçilərinin böyük hissəsi hakimiyyətdən hər ay pul alır

"Gündəlik Azərbaycan” və "Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işi üzrə məhkəmə prosesi Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilovun sədrliyi ilə davam etdirilir. Prosesdə mətbuat nümayəndələri ilə yanaşı Azərbaycanda akkreditə olmuş beynəlxalq təşkilatların, ATƏT-in, diplomatik korpusun əməkdaşları, o cümlədən Norveç və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edir.

Dünənki prosesdə E.Fətullayev bir sira maraqlı açıqlamalarla çıxış etmişdir. Açıqlamalardan biri Azərbaycanda müstəqil hüquq müdafiəçilərinin mövcudlugu ilə bağlı olmuşdur. E.Fətullayev Azərbaycanda özünü müstəqil hüquq müdafiəçisi adlandıranların böyük hissəsinin hakimiyyətə işlədiyini bildirmişdir:

- Leyla Yunus və Arzu Abdullayevanı həbsxanalara buraxmırlar. Elçin Behbudov hüquq müdafiəçisi ola-ola yanında dediyim sözü gedib MTN-ə çatdırdı. Bir dəfə yanıma Qənizadə gəldi, dedi ki, Eynulla, sənin əskin tüstülüdür, bir qədər ehtiyatlı ol. Tanınmış qadın hüquq müdafiəçilərindən biri ilə rəisin söhbətini də eşidib mənə demişdilər. Həmin qadın rəisə deyib ki, Eynulla özündən razıdır, onu sındıra bilmirsinizmi. Deyib ki, əlinə "lopatka” verin, işlədin. Bilirsiniz, müəssisədəki yeməkxananın damı damır. Orada 900 nəfər məhbus yemək yeyir. Hüquq müdafiəçiləri hakimiyyətdən hər ay pul alır. Belə məsələlərə isə göz yumurlar.

E.Fətullayev hazırda saxlanıldığı Bakı İstintaq Təcridxanasından şikayətinin olmadığını bildirib. Cəzaçəkmə müəssisələrinin Stalin dövründən qalma olduğunu, oradakı şəraitin dözülməz olduğunu bildirdi. E.Fətullayev apardığı jurnalist araşdırmalarından da danışıb:

- Rəna Nəsibova və Elmar Hüseynovun qətlləri ilə bağlı araşdırmalarım olub. Elmarın qətli ilə bağlı araşdırmanı Avropa Məhkəməsinə də göndərmişəm. Avropa Məhkəməsi barəmdə verdiyi qərarda Elmar Hüseynovla bağlı araşdırma aparmağımı xüsusi qeyd edib. Amma Azərbaycan mətbuatı bu məsələyə nədənsə diqqət ayırmayıb. Mətbuatın bu məsələyə diqqət ayırmamasına təəssüf edirəm. Elmarın qətli və qətllə bağlı apardığım araşdırma, həbsim zəncirvari bir prosesdir.

Bundan sonra baş redaktor növbəti prosesdə ona bu və digər məsələlərdən danışmaq üçün 2 saat vaxt ayrılmasını xahiş etdi. Hakim bu məsələdə heç bir problem olmadığını E.Fətullayevin nəzərinə çatdırdı. Proses iyunun 16-da saat 11-də E.Fətullayevin əvvəllər saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinə baxışla davam etdiriləcək.

Səbarz Hüseyzadə,"ТалышИнфо"nun xüsusi muxbiri, Bakı


Категория: Страны СНГ | Просмотров: 404 | Добавил: admin
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 6
Гостей: 6
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz