General Zaur Rzayev 2-ci Fəxri Xiyabanda dəfn edildi (foto-şəkillər) - 31 Января 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Среда, 23.05.2012, 08:44
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Январь » 31 » General Zaur Rzayev 2-ci Fəxri Xiyabanda dəfn edildi (foto-şəkillər)
14:37
General Zaur Rzayev 2-ci Fəxri Xiyabanda dəfn edildi (foto-şəkillər)

29 yanvar 2010-cu il tarixdə xalqımızın görkəmli oğlu general Zaur (Zadir) Rzayev 72 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.

Qısa arayış

General Zaur (Zadir) Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. O, 1955-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin  fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə isə  təhsilini yarımçıq qoyaraq, Bakı Ali Ümumqoşun Komandan hərbi məktəbinə daxil olmuş və 1962-ci ildə oranı qırmızı diplomla bitirmişdir.  Hərbi məktəbi bitirdikdən sonra  leytenant rütbəsini alan Z.Rzayev  Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilmişdir.

O, 1971-ci ildə Moskvada M.F.Furunze adına Hərbi Akademiyaya daxil olub 1975-ci ildə oranı bitirərək  Zaqafqaziya Hərbi Dairəsinə alay komandirinin mьavini, sonralar isə Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedranın müdir müavini vəzifəsinə göndərimişdir. Burada isə polkovnik rütbəsinə ucalan Z.Rzayev kafedra rəisi vəzifəsinə təyin edilmişdir.

Z.Rzayev  1991-ci oktyabrın 9-da  bilavasitə özününun şəxsi təşəbbüsiylə  yaratdığı Azərbacan Silahlı Qüvvələrinin ilk (sonralar "I batalyon" kimi tanınan) N saylı hərbi briqadasının komandiri kimi  Qarabağ döyüş bölgəsinə getmiş, 1992-ci ildə Ağdərənin 12, Laзının 40 kəndinin azad edilməsində, eləcə də korpus komandiri kimi Beyləqan və Fizuli istiqamətində uğurlu əks-hücum əməliyyatına rəhbərlik etmişdir.

 Bu kimi yüksək sərkərdəlik məharətinə və dцyьş bacarığına görə o, 1992-ci ilin oktyabrın 19-da o vaxtkı prezident Ə.Elçibəyin fərmanı ilə general-mayor rütbəsinə layiq görülmüşdür.

Z. Rzayev  1993-cı ilin iyun ayının 16-da o vaxtkı prezident H. Əliyevin fərmanı ilə  Mьdafiə Nazirliyində yaradılan cəbhə qərargahının rəisi və nazirin birinaci müavini vəzifəsinə təyin olunmuşdur.

O, 1993-cı il avqustun 28-29-da Beyləqan yolunda (bu günə qədər müəmmalı  qalan səbəblərdən sirri açılmayan) avtomobil qəzasına düşərək, başından ağır xəsarət almış və 3 ay hərbi hospitalda müalicə olunmuşdur.

Həmin ilin noyabr ayının 2-də Müdafiə Nazirliyinin nəzdindəki cəbhə qərargahı ləvğ olunduqdan sonra, o "hərbi formadan istifadə etmə” icazəsiylə ehtiyata göndərilmişdir.

Əfsuslar olun ki, son günlərə qədər ağır xəstəlik vəziyyətini yaşayan generala nə dövlət, nə də Müdafiə Nazirliyi tərəfindən heç bir diqqət edilməmiş və o, maddi vəziyyətinin çətinliyindən irəli gələrək  səmərəli müalicə ala bilməmişdir. Yalnız keçən ilin sonlarında xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsiylə Türkiyəyə müayinəyə göndərilən generala artıq heç bir əlacın tapılmadığı müəyyənləşdirildikdən sonra  o Bakıya qaytarılmış və ömrünün son günlərini  ağir maddi və mənəvi sıxıntı şəraitində yaşamaq məcburiyyətində qalmışdır...

Talış Milli Hərəkatı, Rusiya Talış Diasporu təşkilatı, Moskva Talış Mədəni Muxtariyyatı, "ТалышИнфо” İnformasiya Agentliyi Zaur müəllimin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allaha dua edirik ki, rəhmətlik generalın ruhunu şad, əbədi məskənini isə cənnəti-məkan etsin, inşallah!


Allah bu qəhrəman generalı rəhmət etsin!

Dəfn mərasimindən şəkillər:



 































































Mərhumun 3-i  mərasimi 31 yanvarda qadınlar uçün 10-00 - 14-00, kişilər  üçün 14-00-də 8-ci km. bazarı ilə üzbəüz  binanin qabağındakı çadırda keçiriləcəkdir.  Tel. 050-559-40-63
Категория: Наши новости | Просмотров: 878 | Добавил: admin
Всего комментариев: 3
0  
1 Tolish   (31.01.2010 16:44)
Khido rahmat bika! Chama khalgi geyratmanda zoa be.

0  
2 Kadus   (31.01.2010 17:00)
Khodi rahmat bika.Allah Rehmet Elesin.

0  
3 Jango   (04.02.2010 18:57)
Хъдо генерали рэhмэткэ, э дънjош бъдэ, гэбъш рушин бъкэ

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz