Hacı Məmmədov düz deyir, yoxsa Eynulla Fətullayev? - 17 Марта 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Среда, 23.05.2012, 09:23
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Март » 17 » Hacı Məmmədov düz deyir, yoxsa Eynulla Fətullayev?
22:41
Hacı Məmmədov düz deyir, yoxsa Eynulla Fətullayev?

Hakimiyyət niyə «qətllər kralı»nı ciddi, baş redaktoru isə qeyri-ciddi adam sayır?


"Gündəlik Azərbaycan” və "Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev bu yaxınlarda bir-birinin ardınca iki açıqlama verdi. Aralarında üç-beş gün fasilə olmaqla verilən bu açıqlamaların hər biri kifayət qədər ictimai marağa səbəb oldu. Çünki bu bəyanatlarda həm Fətullayevin özü, həm də "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə bağlı ilginc məqamlar öz əksini tapmışdı.

Jurnalist əvvəlki açıqlamasında bəyan etdi ki, vaxtilə azadlıqda olarkən Elmar Hüseynovun qətlilə bağlı müstəqil şəkildə araşdırma aparıb və son nəticədə bu qətllə bağlı şübhələr Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti Akif Çovdarovun üzərində cəmləşib. Ikinci bəyanatında isə Fətullayev iddia edirdi ki, həbsindən sonra MTN-in istintaq təcridxanasında saxlanıldığı dövrdə adıçəkilən zabit onun yanına gələrək, söhbət əsnasında Elmar Hüseynovun qətlini təşkil etdiyinə eyham vurub və bunu "Monitor”da hakimiyyət əleyhinə yazılan tənqidi yazılarla izah edib.


Elmar Hüseynovun qətlinin sıradan bir cinayət işi olmadığını, ötən beş il ərzində bu işin üstünün açılmamasına görə Azərbaycan hakimiyyətinin mütəmadi olaraq, beynəlxalq birliyin qınaq obyektinə çevrildiyini nəzərə alsaq, sözsüz ki, Fətullayevin bu barədə söylədikləri də diqqətdən kənarda qalmamalıdır. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Eynulla Fətullayev Azərbaycan ictimaiyyətinə indi açıqladığı ilginc məlumatları hələ bir müddət əvvəl Avropa Insan Hüquqları Məhkəməsinə də göndərib. Bundan başqa, həbsxanada ara-sıra ona baş çəkən beynəlxalq təşkilatların nümayəndələrinə, diplomatlara da bu haqda məlumat verib.

Heç kim əminliklə deyə bilməz ki, Eynulla Fətullayevin açıqladığı məlumatlar tamamilə həqiqətə uyğundur. Eyni zamanda, heç kim də onların əksini iddia edə bilməz. Səslənən fikirlərin nə dərəcədə doğru olub-olmadığı yalnız araşdırmalar nəticəsində ortaya çıxa bilər. Əlbəttə ki, söhbət obyektiv, hərtərəfli araşdırmalardan gedir.

Eynulla Fətullayevin sözügedən açıqlamaları təxminən 15-20 gün əvvələ təsadüf etdi. Təəssüf ki, ötən müddət ərzində hüquq-mühafizə orqanları açıqlanan məlumatlarla bağlı heç bir araşdırma aparmadılar. Elmar Hüseynovun qətlilə bağlı cinayət işinin istintaqının MTN-in istintaq idarəsində aparıldığını nəzərə alsaq, bu qurumun hansı səbəbdən Fətullayevin söylədiklərinə biganə yanaşdığı aydındır. Çünki hədəf MTN-in öz zabitidir. Ona görə də sözügedən nazirlik jurnalistin söylədiklərini "sərsəmləmə”, "sayıqlama” adlandırmaqla işini bitmiş hesab edir.
Halbuki hər hansı cinayətlə bağlı mediada yayılan ən adi xəbər belə, həmin iş üzrə istintaq araşdırması üçün versiyalardan biri ola bilər. Bunu biz yox, qanunvericilik deyir. Həm də bu təcrübədən bütün dünyada istifadə olunur. Elə Azərbaycanda da. Məgər bizdə mətbuatda yayılan hər hansı informasiya ilə əlaqədar jurnalistin hüquq-mühafizə orqanlarına çağırılıb dindirilməsi halları az olub?

Yadınızdadırsa, Hacı Məmmədov öz məhkəməsində qəfildən bəyanat verdi ki, bəs Elmar Hüseynovun qətlini mən həyata keçirmişəm, özü də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişilə. Çoxsaylı qətllər, adam oğurluqları və digər ağır cinayətlər törətmiş bu adamın söylədikləri elə ilk andan yerli və beynəlxalq ictimaiyyət arasında şübhə ilə qarşılandı. Çünki ictimaiyyət təxmin edirdi ki, Hacı Məmmədovun bu bəyanatı kimə və nəyə xidmət edir. Buna baxmayaraq, MTN dərhal banda başçısının bəyanatı ətrafında rəsmi araşdırmalara başladı, müəyyən dindirmələr apardı. Düzdür, əvvəldən də ehtimal edildiyi kimi, sözügedən bəyanat yalnız boş söz yığnağından ibarət olduğundan nəticəsiz qaldı. Daha doğrusu, yerli və beynəlxalq ictimaiyyətin müqaviməti nəticəsində bu bəyanatın verilməsilə qarşıya qoyulan məqsədə nail olunmadı. Amma istənilən halda, Hacı Məmmədovun bəyanatı istintaq üçün araşdırma predmeti oldu.

Bir qədər keçəndən sonra Hacı Məmmədov növbəti dəfə bəyanatla çıxış etdi. Bu dəfə banda başçısı iddia edirdi ki, Daxili Işlər Nazirliyinin Baş Cinayət-Axtarış Idarəsinin sabiq rəisi Zakir Nəsirov ona mərhum kriminalist Rövşən Əliyevin qətlindən sonra onun oğlu Raini də aradan götürməyi tapşırıb. Qeyd edək ki, Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin sabiq rəis müavini Rövşən Əliyev eyni zamanda Hacı Məmmədovla da dost olub. Lakin 2003-cü ilin martında o, banda başçısının hədəfinə çevrilib və qətlə yetirilib. Hacının dediyinə görə, o, Nəsirovun söylədiklərindən sonra dərhal mərhum dostunun ailəsinə ehtiyatlı olmağı məsləhət görüb.

Hacı Məmmədovun ümumiyyətlə, Zakir Nəsirova qarşı münasibəti, onunla bağlı ifadələrinin kökündə dayanan məqsədlər məlum idi. Bununla belə, banda başçısının bu bəyanatı ətrafında da istintaq hərəkətləri aparıldı, üzləşmə keçirildi və s.

Yeri gəlmişkən, Hacı Məmmədovla birlikdə mühakimə olunmuş şəxslər cəzaçəkmə müəssisələrinə, o cümlədən ömürlük azadlıqdan məhrum edilmişlər Qobustandakı qapalı həbsxanaya göndərilib. Hacı Məmmədov da ömürlük həbs cəzası alıb, amma günü bu gün də MTN-in istintaq təcridxanasındadır. 2005-ci il martın 10-da həbs olunandan bəri adıçəkilən qurumda saxlanılan banda başçısı oranın daimi sakininə çevrilib.

Hacı Məmmədovun hansı səbəbdən "gözdən uzağa” buraxılmadığı hamıya məlumdur. Amma bu barədə söz düşəndə Hacı Məmmədova qarşı xüsusi münasibəti, onun hələ də MTN-də saxlanılmasını dəstə rəhbərilə bağlı müəyyən işlər üzrə istintaqın getməsilə əlaqələndirirlər. Söhbət də Hacının yuxarıda qeyd etdiyimiz bəyanatları ətrafındakı istintaqdan gedir.

Ən nəhayət, duz-çörək kəsdiyi dostunu qətlə yetirib, sonra da yasında göz yaşı tökən, başqa bir yoldaşının oğlunu oğurlatdırıb, puldan ötrü qulağını kəsdirən bir adamın söylədikləri ciddiyə alınıb, araşdırılırsa, o zaman Eynulla Fətullayevin açıqladığı məsələlər niyə diqqətdən kənarda qalmalıdır?

azadliq
Категория: Страны СНГ | Просмотров: 770 | Добавил: admin
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz