Суббота, 19.08.2017, 18:05
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

Талыши - один из крупных иранских этносов. Страна талышей - Талыш или Талышистан, - где они компактно проживают, занимает крайний юго-запад Прикаспия. Она разделена на две части - северную, ныне входящую в Азербайджанскую Республику, и южную, в Иране, простирающуюся узкой полосой вдоль южного побережья Каспийского моря.

Основные населённые пункты Талыша по обе стороны границы - Ланкон (Ленкоран или Ланкоран), Лерик, Масали, Астара, Лавандвил, Визне, Хавиг, Лисар, Джогандан, Хаштпар, Асалем, Талеш-дулаб, Шандерман, Масал, Сомейэ-Сара, Масуле и Фуман (Фуманат). Талышские сёла имеются и в горных местностях, простирающихся к западу в сторону Ардабиля в Иране.

Талышское население отмечается и в крупных городах - Баку, Реште, Энзели и т.д.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2017 » Январь » 7 » Hakimiyyətin Qarabağ kartı və biz Talışlar
15:59
Hakimiyyətin Qarabağ kartı və biz Talışlar

Azərbaycan Respublikasında problemlərin bolluğu, xalqın acınacaqlı vəziyyətdə yaşaması, əhalinin iqtisadi və sosial müşküllərinin kulminasiya zirvəsinə çatması hamıya məlumdur. Hakimiyyət əhalinin nəzərlərin əsas problemlərdən yayındırmaq üçün, ara-sıra gündəmi dəyişmək üçün bir çox hoqqalara əl atır. Bu strategiyanın taktiki gedişlərindən biri də arada bir cəbhə xəttində vəziyyəti gərginləşdirmək, döyüşlərə başlamaqdır. Bu əyyamda hakimiyyət bütün təbliğat vasitələrin işə salaraq, cəmiyyətdə vətənpərvərlik eyforiyasına nail olur, və özünün taktiki vəzifələrin həll edərək, strateji: klan hakimiyyətinin ömrünün uzadılmasına müvəffəq olur. Hakimiyyətin əksər gedişlərinə çox da aldanmayan dindar kütlənin əksəriyyəti də, məhz bu yalançı vətənpərvərlik eyforiyasına uyaraq, hakimiyyətin istədiyi dalğaya köklənir. Halbuki, həm bu cür taktiki gedişlərdən sonra, həm də ümumən bütün bu illər uzunu, hakimiyyətin daima əsas repressiya etdiyi təbəqə məhz dindarlar olub. Dindarlara qarşı hakimiyyət ən çirkin üsullara, hətta terrora da əl atıb.

Bu hiyləyə uymaqdan talış əsilli dindarlar da istisna deyillər. Bir halda ki, həmən bu hakimiyyət talış xalqının bütün milli hüquqların tapdalayır, və hətta özünü mövcud hakimiyyətə müxalif kimi təqdim edən əksər təşkilat və qurumlar da, bu məsələdə hakimiyyətlə həmrəydirlər. Yaxşı, bəs bizim bu yalançı stereotiplərə aldanmağımızın səbəbi nədir? Vətənpərvərlikmi? Axı hansı vətənpərvərlikdən danışmaq olar ki, bu "vətəndə" bizim elementar milli haqqlarımız tapdalanır?! Mən Azərbaycan hakimiyyətinin və "müxalifətinin" talış xalqına qarşı olan düşmənçilik addımlarını bir-bir sadalamayacağam, çünki bunlar hamıya məlumdur və siyahı o qədər uzundur ki, bunu bir məqalənin çərçivəsində etmək sadəcə imkan xaricindədir. Müsəlmançılıqmı? Yuxarıda qeyd etdim, və yenə də vurğulayım ki, mövcud hakimiyyət və "müxalifət" hamıdan artıq öz siyasətlərində dinə və dindarlara zərbələr vurublar, və əslində dini cameəni özlərinin bir nömrəli düşməni hesab edirlər, və bu həqiqət də hamıya gün kimi aydındır.

Digər tərəfdən, biz erməni tərəfin nədə qınayırıq ki, öz müqəddəratın və azadlıq seçimin qoruyur, və bir tərəfdən despotik və diktator klan hakimiyyətinin, digər tərəfdən türk faşızmi ilə zəhərlənmiş cəmiyyətin boyunduruğu altına girmək istəmir? Məgər bu ədalətli yanaşmadır?

Ayrı bir prizmadan isə məsələyə yanaşsaq, ermənilər regionda gedən qarşıdurmada, məhz biz dindarların da tərəfində olduğumuz, Rusiya-İran-İraq-Suriya-Hizbullah-Yəmən və bu birliyi dəstəkləyənlərin xəttindədirlər, Azərbaycan hakimiyyəti və "müxalifətininsə", regionu qan gölünə çevirən, beynəlxalq terrorizmi dəstəkləyən, Türkiyə-Ərəbistan-Qətər-Fars körfəzinin ərəb əmircikləri və sairə destruktiv elementlərin yanında olduğları açıq-aşkar aydındır. Yəni dolayısı ilə də, bilavasitə də götürsək bu cür alınır ki, ermənilər bizlə müttəfiq, Azərbaycan hakimiyyəti isə düşməndir. Əgər xatırlayırsınızsa, aprel ayındakı dördgünlük müharibə dəTürkiyə qırıcılarının Suriya səmasında Rus bombardmançısın namərdcəsinə vurduqdan sonra, Türkiyə-Rusiya qarşıdurması fonunda, Türkiyənin siyasi rəhbərliyinin tələb və israrlarından sonra başladı, və dərhal da həm Rusiya, həm də İran tərəfdən təxribat kimi qiymətləndirildi.

Bütün baş verən prosesləri süzgəcdən keçirdikdən sonra belə məlum olur ki, biz talış xalqının nümayəndələri, ələlxüsus da dindarlar, hisslərə uymamalı, yalançı stereotiplərə aldanmamalı, soyuqqanlılığı əldən verməməli, ağıl və dərrakə ilə hərəkət etməliyik ki, öz avvamlığımızdan, bilməyərək, düşmən dəyirmanına su tökməyək, və dolayısı ilə, bütün cəbhə boyu beynəlxalq imperializmə və əlaltılarına, dinsiz-imansız terroristlərə və təkfirçilərə qarşı müqavimət göstərən digər qardaşlərımıza qarşı əks cəbhədə yer almayaq, düşmənlər bizdən öz çirkin məqsədləri üçün istifadə etməsinlər.

Qarabağ problemi isə, bütün bu "müstəqillik" illəri uzunu, hakimyyətə can atan və onu əldə saxlamağa çalışan qüvvələr tərəfindən, siyasi kart olmaqdan başqa bir şey olmayıb, təəssüf ki, bəzi dindarlar da bu "modaya" köklənərək bu oyunun iştirakçılarına çevriliblər, və klan hakimiyyətinin ömrünün uzanmasına anlamadan xidmət göstərirlər.

Zahirəddin İbrahimi

Категория: Наши новости | Просмотров: 1130 | Добавил: admin2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2017Используются технологии uCoz