- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Февраль » 15 » Həbs edilən dindarların da cibindən “İran” kartı çıxarılır
23:50
Həbs edilən dindarların da cibindən “İran” kartı çıxarılır
Məlumdur ki, fevralin 13-də Bakı şəhərində bir qrup dindarla polis
arasında toqquşma baş vermişdir. Vətəndaşlar Azərbaycan Respublikasının
(AR) Konstitusiyası ilə təminatı verilən vicdan azadlığının realizəsi
təşəbbüsünə bulunduqda polis qətiyyətlə mane olmuş, vətəndaşlara qarşı
güc tətbiq edərək dinc aksiyanı dağıtmışdır.
Bu barədə Bakı şəhəri Polis İdarəsinin və paytaxt Prokurorluğunun yaydıgı birgə məlumatına görə Yasamal
rayon prokurorluğu AR Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah
qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq
törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət
göstərmə və ya zor tətbiq etmə) maddələri ilə yürüşdə iştirak edən bir
qrup dindar barəsində cinayət işinə başlayıb.
Bütün bunlar azmış kimi bir sıra mətbu orqanları aksiyada iştirak edən
dindarlara qarşı, onları xarici dövlətlərlə əlaqələndirməklə qara piar
kompaniyasına başlamışlar. Yeri
gəlmişkən, bu növ analoji qara piar kompaniyalari illərdir
həyasızcasına xalqımıza və onun elitasına qarşı dayanmadan aparılır və
Bakıda müəyyən dairələr bu istiqamətdə böyük təcrübəyə malikdir.
Bununla
əlaqədar olaraq sözü gedən yürüşün iştirakçılarından biri olan Vasif
Rəhimovun "ТалышИнфо"ya ünvanladığı məktubu olduğu kimi oxucularımızın
müzakirəsinə veririk:
"Hörmətli redaksiya. Bakıda 13 fevral tarixində keçirilmiş yürüşlə
bağlı 10-dan çox insan həbs olunub. Bu gün mətbuatda gedən bir yazıda
yürüş iştirakçılarına İran damğasının vurulmasını gördükdə həqiqətən
məyus oldum. Bu xəbər yürüşdə iştirak etmiş bir insan kimi məni çox
pərişan etdi. Konkret olaraq lent.az saytında aksiya iştirakçıları
barədə yazılan xəbəri görüb bu məktubu yazmaq fikrinə gəldim. Onu bir
neçə kütləvi informasiya vasitələrinə göndərərəm ki, hamı sözü gedən
saytın yalan informasiya yaydığının şahidi olsun. Adı çəkilən saytda
bildirilir ki, guya 13 fevral tarixində Peyğmbərin (s) şəhadətinə həsr
olunmuş yürüş, əslində İsrail xarici işlər naziri Libermanın ölkəmizə
səfərinə etiraz yürüşü olub. Amma əslində bu böhtan və yalandır. Çünki
yürüşdə iştirak etmiş bir insan kimi mən bu barədə eşitməmişəm və
duymamışam. Bizi yalnız peyğəmbərimizə, imamlarımıza olan məhəbbət və
bu məhəbbəti Xocalı şəhidlərinin yad edilməsi və hazırlanan gül
əkililini Şəhid Xiyabanında qoymaq maraqlandırırdı. Hər hansı adı
çəkilməyən və şəxsiyyətsiz bir insanın dindar şəxslərə böhtan atmasına
lent.az saytının şərait yaratmasını heç cürə başa düşmürəm. Kütləvi
informasiya vasitələri əslində həqiqətləri ortaya çıxarmaq və
haqq-ədalət carçısı olmalıdır. Lakin bu saytın inanclı insanlara qarşı
apardığı antitəbliğatı başa düşə bilmirəm. Nə isə, sizləri çox yormaq
fikrində deyiləm. Ancaq bir dənə onu bilirəm ki, bu ölkədə bəziləri
həbs edildikdə ciblərindən narkotik çıxdığı kimi, həbs edilən
dindarların da cibindən "İran” kartı çıxarılır. Allah yardımçınız
olsun. Bu məktubu dərc etsəniz də sağ olun, etməsəniz də. Məktubun bir
nüsxəsini də adıçəkilən sayta göndərirəm. Əgər doğrudan da
obyektivdirlərsə verərlər.”
Vasif Rəhimov
Azərbaycanı heç də bəzilərindən az sevməyən vətənpərvər Azərbaycan vətəndaşı