- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Май » 27 » Huşəng Əmir Əhmədi: Obamanın İranla müharibə risqinə getməyə nə gücü, və nə də həvəsi var
18:16
Huşəng Əmir Əhmədi: Obamanın İranla müharibə risqinə getməyə nə gücü, və nə də həvəsi var
ABŞ-ın talış mənşəli analitiki Huşəng Əmir Əhmədi qlobal mübarizənin əsl səbəblərini açıqlayıb
İranın nüvə proqramı yenə dünyanın gündəmini məşğul edən əsas beynəlxalq problemdir. Rəsm Tehranın Türkiyə və Brazilya ilə uranın zəngilləşdirilməsi ilə bağlı saziş imzalanmasından sonra belə münasibətlər dəyişməyib. ABŞ rəhbərliyi Türkiyəni qınayır, sazişin problemin həll etməyəcəyini bəyan edir və sanksiyaların tətbiqini zəruri sayır. Tehranın da ABŞ-a və Qərbə qarşı münasibəti adekvatdır.
İran-Amerika Şurasının rəhbəri rofessor Huşəng Əmir Əhmədilə bu mövzu ilə bağlı fikirlərini "Bizim Yol” qəzeti ilə bölüşüb. "Talışİnfo" həmin müsahibəni olduğu kimi oxucularına təqdim edir:
- Hazırda 11 iranlı ABŞ-ın və 3 ABŞ vətəndaşı isə İran həbsxanalarındadırlar. İranın Milli Təhlükəsizlik naziri Ayətullah Müslihi mayın 24-də bildirib ki, İran məhbusların mübadiləsinə hazırdır. Sizcə, buna ABŞ razılıq verəcəkmi?
- Mən şəxsən bu üç amerkanlının azadlığı üçün son bir ildə dəfələrlə İrana getmişəm. Təəssüf ki, iki hakimiyyətin savaşında bu ölkələrin xalqları girov düşür və problemlərlə üzləşir. Son neçə ildə, hər iki tərəf bir-birinin vətəndaşlarını müxtəlif bəhanələrə həbs ediblər. ABŞ sanksiyalara riayət etməmək və İranın nüvə proqramına yardım etmək ittihamları ilə bir çox iranlı və həm də öz vətəndaşını həbs edib. Hətta bir nəfər Səudiyyə Ərəbistanında və daha bir nəfər Gürcüstanda İranın hərbi və nüvə proqramına yardım etmək ittihamı ilə tutulub ABŞ-a təhvil verilib. Hazırda üç ABŞ vətəndaşı da casusluq ittihamı ilə İranın həbsxanalarındadır. Iki ölkənin məhbus mübadiləsi məncə, konstruktiv addımdır. Lakin Müslihinin mübadilə haqda bəyanatının mənfi cəhəti də var. Sanki iki ölkə hakimiyyətləri əhalini girov götürmək siyasəti yürüdür. Hər iki tərəf "məhbus mübadiləsi” deyil, güzəşt siyasəti yürütməlidirlər. Yəni təmənnasız, günahsiz məhhbusları buraxmalı, ya da beynəlxalq qanunlar çərçivəsində ədalətli məhkəmədə işlərinə baxmalıdırlar. Hər halda Müslihinin təklifi müsbət bir addımdır və ümid edirəm ki, ABŞ bu təklifə konstruktiv baxacaq və İranla müzakirəyə keçəcək. Bu, hər iki tərəfin xeyirnədir. Keçən həftə üç ABŞ məhbusunun analarının İrana getməsinin həyata keçirilməsində də əməyim olub. Sentyabr ayında Tehrana səfərimdə İran rəsmiləri söz verdilər ki, şərtsiz və təmənnasız olaraq bu üç məhbusu azadlığa buraxacaqlar. Bununla bağlı rəsmi Tehranın mesajını da ABŞ-a çatdırdım. Lakin bu fürsətdə ABŞ yenə də bir neçə iranlını həbs etdi və problem daha da mürəkkbləşdi. - Mübadilədən söhbət düşmüşkən, hazırda İran və Qərb arasında uran mübadiləsi gündəmə gəlib. Keçən ilin oktyabr ayında İran bu mübadilə ilə bağlı razılıq bildirəndən sonra imtina etmişdi. Sizcə, İran nə üçün o zaman imtina etdi? Hazırda bu addımın atılması nə dərəcədə Qərblə problemlərin həllinə yardım edə bilər?
- İranın nüvə proqramı ilə bağlı iki ayrıca mövzu var. Birinci zəif dərəcədə zənginləşdirilmiş uran mübadiləsi və ikinci mövzu isə uranın zənginləşdirilməsi planı ilə bağlıdır. Obama administrasiyası keçən ilin oktyabrında belə düşünürdü ki, İran Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) nəzarətində uranı sənaye miqyasında (3.5 faizədək) zənginləşdirməyə davam etsin. Lakin zəif zənginləşdirilmiş uran ehtiyatının 1200 kq olan hissəsini (oktyabr ayınadək İranın 1500 kq zəif dərəcədə zənginləşdirilmiş uran ehtiyatı var idi) xaricə göndərsin və yerinə Tehranda fəaliyyət göstərən Əmirabad nüvə Laboratoriyasının 20 faiz zənginləşdirilmiş uran yanacağını təhvil alsın. Oktyabr ayında Vyanada və sonra Genevrədə İran rəsmiləri ABŞ, Fransa və Rusiya rəsmiləri ilə görüş keçirib və belə qərara gəldilər ki, İran 1200 kq zəif zənginləşdirilmiş uranını xaricə göndərsin. Əvəzində 120 kq 20 faizlik uran yanacağı təhvil alsın. Lakin, İran bir neçə gündən sonra sazişdən imtina etdi. Bunun səbəbi isə İranda prezident seçkilərindən sonra yaranmış böhran idi; hakimiyyət daxili problemlərlə məşğul idi. Həm də nüvə siyasəti ilə bağlı ölkədaxili cinahlar arasında fikir ayrılığı var idi. Buna görə, İran prezidenti Mahmud Əhmədinejad uran mübadiləsi ilə bağlı planı həyata keçirə bilmədi.
- Bəs nə üçün İran indi uran mübadiləsinə razılıq verdi?
- İrana qarşı yeni sanksiyaların müzakirəsi və təzyiqlər bu ölkəni məcbur etdi ki bir daha uran mübadiləsi planını gündəmə gətirsin. İran bu dəfə Türkiyə və Brazilyanı vasitəçi saldı, onların vasitəçiliyi də hələlik uran mübadiləsi ilə sazişin imzalanması ilə nəticələnib və proseslər davam edir.
- İranın uran mübadiləsi ilə bağlı razılığına Qərb həvəslə yanaşmır. Səbəb nədir və nə üçün yeni sanksiyalar BMT Təhlükəsizlik Şurasında müzakirə olunur?
- İran 2009-cu ilin oktyabrında Qərblə Vyanada həyata keçirə bilmədiyi sazişi indi həyata keçirmək istəyir. Lakin bu müddətdə Qərbin, xüsusilə də, ABŞ-ın Tehrana olan baxışı və mübasibəti dəyişilib və bədbinliklər artıb. Obama administrasiyasındakı, Senat və Konqressdəki nümayəndələr əvvəlkindən fərqli olaraq İrana qarşı çox sərt mövqedədirlər. Obamanın İranla mübadilə risqinə getməyə nə gücü, və nə də həvəsi var. Hazırda İranla bağlı ABŞ-ın xarici siyasəti tamamilə konservatorların əlinə düşüb. Yəni nə Obama həminki adamdır, nə də ABŞ-ın xarici siyasəti əvvəlki kimidir. Hazırda ABŞ-ın piroriteti uran mübadiləsi deyil, İrana qarşı sanksiyaların şiddətləndirilməsi və bu ölkənin uranı zənginləşdirmək planını tamamilə dayandırmaqdır. Ortada 31 il (İran İslam İnqilabından sonra) davam edən bir situasiya var: İran-ABŞ münasibətlərinin yaxşılaşması üçün həmişə bu situasiya ilə üzləşmişik; İran yumşaq mövqe tutub ABŞ-a tərəf gedəndə, ABŞ-da Tehranla münasibətlərin yaxşılaşdırılmasına uyğun şərait olmayıb. Əksinə, ABŞ İrana yaxınlaşmaq isyətəndə də İranda qarşılıqlı addım atmağa şərait olmayıb. İndiyədək dəfələrlə iki ölkə irəli addım atıb, lakin ikisinin də eyni zamnda münasibətlərin yaxşılaşdırmasına həvəsi və imkanı olmayıb. Hazırda da eyni ssenaridir - İran ABŞ-a qarşı konstruktiv bir addım atıb, lakin ABŞ-da qarşılıqlı addım atmağa şərait yoxdur. İran uran mübadiləsindən danışır, ABŞ sanksiyadan. - İran mayın 24-də rəsmən BAEA-ya məktubla müraciət edərək, İranın uran mübadiləsinə razı olduğunu bildirib. Lakin həmin məktubda şərtlərin birinci bəndində qeyd olunub ki, BAEA İranın uran zənginləşdirmə planını rəsmən tanımalıdır. Sizcə, Qərb buna razı olacaqmı?
- BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya (5+1 ölkələri) və BAEA İranın uran zənginləşdirməsini nahaq və qanunsuz hesab etmirlər. BAEA-nin Nüvəsizləşdirmə Konvensiyasına (NPT) əsasən, NPT-yə üzv ölkələrinin, o cümlədən, İranın haqqı var ki, uranı zənginləşdirsin. Qərb İrandan şəffaflıq tələb edir. İrandan tələb edir ki, bir müddət zənginləşdirmə planını dayandırsın və keçmişdəki, hazırkı işlərinə şəffaflıq gətirsin. Qərb İranın məqsədlərindən şübhələnir, başqa problem yoxdur. İran isə Qərbə nüvə proqramının dincməqsədli olmasını sübut etməlidir. - Hazırda İrana qarşı yeni sanksiyalar müzakirə olunur. Bu müzakirələrin davamının perspektivini necə dəyərləndirirsiz?
- İrana qarşı yeni sanksiyaların müzakirəsi davam etsə, yaxud BMT Təhlükəsizlik Şurası İranqa qarşı yeni sanksiyaları qəbul etsə, rəsmi Tehran nə uran mübadiləsini həyata keçirməyə razı olacaq, nə də həyata keçirmək iqtidarında olacaq. Bu problemin ən ideal həlli budur ki, BMT TŞ İrana qarşı sanksiyaları bir müddət dondursun və İran da qarşılıqlı olaraq, uran zənginləşdirmə planını müvəqqəti dayandırsın. Bu fürsətdə uran mübadiləsi ilə bərabər rəsmi Tehran nüvə proqramına şəffaflıq gətirsin. - Sizcə, İrana qarşı yeni sanksiyalar effektiv olacaqmı?
- İrana qarşı sanksiyalar bu ölkənin iqtisadiyyatına böyük ziyan vursa da, effektiv deyil. Bu mənada ki, İrana qarşı sanksiyalar bu ölkənin nüvə planını nə dayandıra, nə də ölkə iqtisadiyyatını iflic edə bilər. İran sanksiyalara baxmayaraq, uranı zənginləşdirmə planını davam etdirəcək. Sanksiyaların iki mənfi nəticəsi və dəhşətli perspektivi var. Birinci, İrana qarşı yeni sanksiyalar tətbiq olunsa, Qərb-İran arasında müzakirələr dayanacaq, bu isə İranın nüvə proqramının şəffaflaşdırılması üçün konstruktiv mövqe deyil. İkinci budur ki, adətən, sanksiyalar nəticəsiz qalanda müharibə variantının vacibliyi ortalığa çıxır. Bu isə, dəhşətli bir variantdır. Yəni diplomatiya və sanksiya nəticəsiz qalanda, müharibə sonuncu variant kimi aktuallaşır. Belə bir ssenari İraqda oldu. Yəni, Qərb Səddam Hüseyn ilə diplomatiya qura bilmədi, sanksiyalar təsir etmədi, müharibə başlandı. Məni yalnız bir fikir narahat edir: Ola bilsin Qərb və hətta İran elə bir diplomatiya və siyasət yürütsün ki, müharibə sonuncu variant kimi masa üzərində qalsın. Yəni İran və ABŞ qəsdən istəməmirlər, İranın nüvə proqramı ilə bağlı problemlər həll olunsun. Belə bir halda, müharibə qaçılmazdır. Buna görə, həm İran Qərbə qarşı münasibətlərində yumşaq siyasət yürütsün və inad etməsin, həm də ABŞ İrana qarşı yeni sanksiyalarda diqqətli olsun. - İran və ABŞ arasında nüvə probleminin həllini nədə görürsüz?
- Mən şəxsən belə düşünürəm ki, İranla ABŞ arasında yalnız bir problem var: hər iki ölkənin bir-birinə qarşı narahatlıqları var. Hər iki ölkə bir-birinə bədbin və şübhəlidirlər. Başqa söhbətlər bəhanədir. Iki ölkə rəsmiləri oturub öz narahatlıqlarını və qorxularını açıq müzakirə etməlidirlər. İran qorxur ki, ABŞ ölkə daxilində sabitsizlik yaratsın, milli təhlükəsizliyi, enerji təhlükəsizliyini pozsun, rejimi devirməyə çalışsın. ABŞ-da qorxur ki, İran regionda təhlükəsizliyi və stabilliyi pozsun, ərəb ölkələrinə qarşı təxribat törətsin. Hər iki tərəfin qorxusu budur.
США снимают санкции с четырех российских предприятий, Россия получает право поставлять в Иран ракеты С-300, Обама закрывает глаза на ситуацию в Грузии - и все это в обмен на то, что Россия поддерживает не слишком-то жесткие санкции против Ирана.
Президент США Барак Обама прислал Михаилу Саакашвили письмо, в котором поздравил грузинского президента с Днем независимости.
Как отмечается в письме американского президента, Грузия имеет право выбирать себе союзников и механизмы безопасности. (не исключено о том, что один из этих союзников для Грузии будет Иран)