Вторник, 19.09.2017, 18:05
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

Талыши - один из крупных иранских этносов. Страна талышей - Талыш или Талышистан, - где они компактно проживают, занимает крайний юго-запад Прикаспия. Она разделена на две части - северную, ныне входящую в Азербайджанскую Республику, и южную, в Иране, простирающуюся узкой полосой вдоль южного побережья Каспийского моря.

Основные населённые пункты Талыша по обе стороны границы - Ланкон (Ленкоран или Ланкоран), Лерик, Масали, Астара, Лавандвил, Визне, Хавиг, Лисар, Джогандан, Хаштпар, Асалем, Талеш-дулаб, Шандерман, Масал, Сомейэ-Сара, Масуле и Фуман (Фуманат). Талышские сёла имеются и в горных местностях, простирающихся к западу в сторону Ардабиля в Иране.

Талышское население отмечается и в крупных городах - Баку, Реште, Энзели и т.д.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2015 » Октябрь » 28 » İddiaçı - Ağazadə Bəxtiyar Rafiq oğlu tərəfindən iddia ərizəsi
00:55
İddiaçı - Ağazadə Bəxtiyar Rafiq oğlu tərəfindən iddia ərizəsi

Şirvan Apellyasiya Məhkəməsinin

İnzibati-İqtisadi Kollegiyasına

İddiaçı: Ağazadə Bəxtiyar Rafiq oğlu

tərəfindən

Ünvan: Lənkəran şəhəri, M.M.Axund küçəsi 3

Cavabdeh: Azərbaycan Respublikasının

Mərkəzi Seçki Komissiyası

Ünvan: Bakı şəhəri, S.S.Axundov 7

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

16 oktyabr 2015-ci il tarixli 34/259 saylı qərarından

İDDİA ƏRİZƏSİ

Mən, Ağazadə Bəxtiyar Rafiq oğlu 14 sentyabr 2015-ci il tarixdə 73 saylı Lənkəran Şəhər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyimi öz təşəbbüsümlə irəli sürmüşəm və 18 sentyabr 2015-ci il tarixdə Lənkəran Şəhər DSK-nın 7/24 saylı Qərarı ilə namizədliyimin irəli sürülməsi təsdiq edilmişdir. Deputatlığa namizədliyimin qeydə alınması üçün zəruri sayda seçici imzalarını və digər sənədləri qanunla nəzərdə tutulan vaxt ərzində Dairə Seçki Komissiyasına təqdim etmişəm.

Lakin DSK mənim namizədliyimin qeydə alınmasından imtina etmişdir. DSK-nın bu qərarını qanunsuz hesab edərək və bu prosesdə DSK tərəfindən yol verilən qanun pozuntularını AR MSK-na öz şikayət ərizəmdə bir-bir yazaraq bildirmişəm. Sizin də tanış olmağınız üçün həmən şikayətin bir nüsxəsin qoşma sənədlərlə birgə sizə göndərirəm. Lakin MSK da şikayətimi təmin etməmiş və DSK-nın həmin qərarının dəyişdirilmədən saxlanılması barədə 16 oktyabr 2015-ci il tarixdə 34/259 saylı qərar çıxarmışdır. Onu da bildirim ki, MSK-nın Qərarı mənə məktub vasitəsi ilə Lənkəran RPF MXŞ tərəfindən mənə 22 oktyabr 2015-ci il tarixdə çatdırılmışdır.

Düzdür MSK Dairə Seçki Komissiyası tərəfindən etibarsız elan olunan 83 imzadan 15 etibarlı sayaraq, beləliklə etibarlı imzaların sayın 412-dən 427-yə qaldırmışdır. Amma yenə də MSK DSK-nın digər qeyri-qanuni əməllərin ört basdır etməyə çalışmışdır.

Belə ki, MSK-na şikayətimdə mən bildirmişdim ki, DSK-nın sədri Heydərov Kərim öz xətti ilə mənim imzalarıma müdaxilə edib və həmən yerləri göstərmişdim. Tələb etmişdim ki, xətt ekspertizası keçirilsin və günahkar şəxs cəzalandırılsın. Amma nə MSK-nın nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun Rəyində, nə də MSK-nın Qərarında mənim bu tələbimə rəy bildirilməmiş və bunun üstündən keçilmişdir. Odur Sizdən xahiş edirəm ki, MSK-ya şikayətimdə göstərdiyim yerlərdəki xətt Heydərov Kərimin xətti ilə tutuşdurulsun, xəttin ekspertizası keçirilsin və günahkar şəxs cəzalandırılsın.

MSK-na şikayətimdə bildirmişdim ki, mənim imzalarımdan 30-nu, guya həmən şəxslərin bir qismin aldadaraq almışam, DSK etibarsız hesab etmişdir. Əvvəla, bu cür absurd və heç bir məntiqə sığmayan ifadədən artıq məlum olur ki, DSK bu yollarla mənim seçkidə iştirakıma süni ve qeyri-qanuni məhdudiyyət yaratmışdır. Axı hansı namizəd seçicilərini aldatmaqla imza yığar? Məni heç kim, heç vaxt insanları aldatmaqda ittiham edə bilməz və belə bir şey heç vaxt baş verməmişdir. Mən bundan qat-qat artıq imza yığmaq potensialına malikəm. Bundan əlavə, AR Seçki Məcəlləsində seçiciləri aldadaraq imza yığmaq barədə və onların sonra öz imzalarından imtina etməsi barədə heç nə bildirilmir. Yaxşı, bəs bu 30 nəfərin digər qismindən nə yolla imzalar alınıb? Əgər bütün bu işlərdə biz tərəfdən qanun pozuntusuna yol verilibsə, bəs nə üçün DSK tərəfindən hüquq-mühafizə orqanlarına indiyə kimi müraciət olunmayıb? Əksinə, mənə imza verən seçicilərin bir çoxuna zənglər olunaraq, evlərinə gedilərək təzyiq olunub ki, mənə verdikləri imzalardan imtina etsinlər. Əgər lazım gələrsə həmən şəxslər bunu məhkəmədə təsdiq edə bilərlər. Bütün bunlar əsas verir deyək ki, əgər kimlərisə imzalarından imtina etməyə sövq edə biliblərsə, məhz bu cür qeyri-qanuni üsullarla buna nail olublar. Və nə DSK tərəfindən, nə də bu bəndi tamamən qəbul edən MSK tərəfindən, mənə bu seçicilərin siyahısı təqdim olunmayıb. Mən Sizdən xahiş edirəm ki, bu qanunsuz hərəkətlərə yol verən şəxslər cəzalandırılsın və DSK-nın bu absurd iddiası rədd olunsun!

DSK-nın digər absurd iddiası ondan ibarətdir ki, guya 14 seçicinin ərazidə uzun müddət yaşamadığı üçün imzaları etibarsız sayılmışdır. Düzdür MSK bu seçicilərin sayını 9 endirmişdir, amma mən öz şikayətimdə MSK-na ünvanladığım sualları sizə də ünvanlayıram. Əvvəla, bu necə ifadədir ki, ərazidə uzun müddət yaşamırlar və onların kimlikləri bildirilmir? Məgər mən imza vərəqələrin dolduranda şəxsiyyət vəsiqələrindən seçicilərin yaşayış yerini köçürməli deyildimmi? Məgər şəxsiyyət vəsiqəsindəki yaşayış yeri dəlil deyilmi? Məgər seçki bildirişi fərdin qanuni sənəddə göstərilən həmən ünvana göndərilmirmi? Və yenə də, nə DSK həmən 14 seçicinin, nə də MSK azaldaraq 9 nəfərə endirdiyi seçicilərin kimliklərin mənə bildirmir. Bütün bunları nəzərə alaraq DSK və MSK-nın bu gülünc iddiasın rədd etməyi və bu yolla mənə maneə törətməyə çalışdıqları üçün lazımi qanuni tədbirlərin görülməsini xahiş edirəm!

MSK DSK-nın etibarsız hesab etdiyi 39 digər imzaların sayın azaldaraq 29 endirmişdir. Amma göstərilmir ki, hansıları hələ də etibarsız hesab ediblər. Amma mən bilirəm ki, həmən 29 imzanın da yarıdan çoxu tamamən düzgündür, digərlərində yol verilən səhvlər isə mexaniki və diqqətsizlikdən olunan səhvlərdir ki, hətta süni maneə yaratmaq arzuları olmasa idi onlara da güzəşt etmək olardı.

Və sonda... MSK-nın nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun Rəyində və MSN-nın qərarında bildirilir ki, guya mənlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququmun olduğu izah edilmişdir. Mən təsdiq edirəm ki, cənab Rafiq Abbasov həqiqətən də mənə zəng vurub və işlə əlaqədar məndə audio və video yazıların olub olmadığı ilə maraqlanıb. Mən də bildirmişəm ki,-xeyr, yoxumdur. Amma nə araşdırmada və iclasda iştirak etmək hüququmun olması izah edilib, nə də dəvət olunmuşam.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının MPM-nin 290-292-ci maddələrini əsas tutaraq xahiş edirəm:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16 oktyabr 2015-ci il tarixli qərarının ləğv edilməsi və mənim Milli Məclisə deputatlığa namizədliyimin qeydə alınması vəzifəsinin 73 saylı Lənkəran Şəhər seçki dairəsinin üzərinə qoyulmasına dair qətnamə çıxarasınız.

Qoşma 1: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına İddia Ərizəsi, 1 nüsxə, 4 səhifə.

Qoşma 2: Mərkəzi Seçki Komissiyasına şikayətin surəti, 1 nüsxə, 3 səhifə.

Qoşma 3: MSK-nın 16 oktyabr 2015-ci il tarixli 34/259 saylı Qərarının surəti, 1 nüsxə, 2 səhifə.

Qoşma 4: MSK-nın nəzdində yaradılmış ekspert qrupunun üzvü Rafiq Abbasovun Rəyinin surəti, 1 nüsxə, 2 səhifə.

Qoşma 5: Məktubun konvertinin hər iki tərəf surəti, 1 nüsxə, 1 səhifə.

Qoşma 6: Şəxsiyyət vəsiqəmin surəti, 1 nüsxə, 1 səhifə.

Qoşma 7: Namizədliyimin qeydə alınmasından 73 saylı DSK tərəfindən imtinanın surəti, 1 nüsxə, 2 səhifə.

Qoşma 8: 73 saylı DSK işçi qrupunun məruzəsinin surəti, 1 nüsxə, 2 səhifə.

Qoşma 9: 73 saylı DSK-na təqdim olunmuş 495 imzadan ibarət imza vərəqələrinin surəti, 1 nüsxə, 10 səhifə.

 

İmza: B.R.Ağazadə 24.10.2015

Категория: Наши новости | Просмотров: 671 | Добавил: admin2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2017Используются технологии uCoz