İranla Azərbaycan arasında məhkumların mübadiləsi əməliyyatı - 12 Августа 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Среда, 23.05.2012, 09:30
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Август » 12 » İranla Azərbaycan arasında məhkumların mübadiləsi əməliyyatı
18:36
İranla Azərbaycan arasında məhkumların mübadiləsi əməliyyatı


Səhər TV-nin yaydığı məlumata görə  İran İslam Respublikası Azərbaycan Respublikası ilə məhbusların ekstradisiyası çərçivəsində İrandan Bakıya elmi sənədləri qeyri-qanuni şəkildə apardığına görə üç il həbsə məhkum olmuş Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun "Bioloji Sistemlər Fizikası" Laboratoriyasının lazer elmi işçisi Rəşid Əliyevi Bakıya ekstradisiya edib.

Bunun muqabilində qarşılıqlı olaraq, Azərbaycan Respublikası da bu respublika məhkəmələrində məhkum olunmuş 12 nəfər iranlını Ostoro quru sərhəd keçidi vasitəsi ilə İrana ekstradisiya edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Ostoro prokurorunun iştirakı ilə qeyd olunan məhkumların İran və Azərbaycan Respublikası sərhədində təhvil alınmasının kənarında Ostoro ədliyyə rəisi deyib: İslam Şurası Məclisinin 1999-cu il qərarına əsasən İran və Azərbaycan Respublikası məhkumların ekstradisiyası qanununun icrası istiqamətində 11 kişi və 1 qadın məhbusluğunun davamı üçün İrana ekstradisiya olunub.

İran və Azərbaycan Respublikası arasındakı mövcud anlaşmaya əsasən, mübadilə olunmuş müttəhimlər məhkumluğun qalan hissəsini öz ölkələrində keçirməlidirlər.

Azərbaycan Respublikasının xəbər portallarında hələ ki, məhbusların qarşılıqlı mübadiləsi barədə xəbərlərə düzünə rast gəlinmir.

APA İnformasiya Agentliyinin məlumatında göstərilir ki, Bakının Heydər Əliyev adına Hava Limanına daxil olduqdan sonra Rəşid Əliyev birbaşa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə aparılıb.

Bu arada, Trend agentliyi isə bele bir melumat yayıb ki, avqustun 8-də Qobustan həbsxanasında cəza çəkən, terrorçuluq (214-cü), qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr satma, saxlama, daşıma və gəzmə (228-ci), qanunsuz olaraq narkotik maddələr satma, saxlama, daşıma və gəzmə (234-cü), casusluq (276-cı), dövlət sərhədini qanunsuz keçmə (318-ci), rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma (320-ci) cinayətlərində təqsirli bilinərək, hər biri 15 il müddətinə azadlıqdan məhrum edilmiş Livan vətəndaşları Nəcməddin Əli Hüseyn, Kəraki Əli Məhəmməd təyyarə ilə İrana yola salınıblar.

2009-cu ilin oktyabrın 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə iki Livan vətəndaşı - Məhəmməd Əli Kəraki və Əli Hüseyn Nəcməddin məhkum olunublar.

Onlarla əlbir olan dörd azərbaycanlı da 14 illik həbsə məhkum edilib. İttihama görə, qrup İsrail Səfirliyinə hücum planlaşdırıbmış.

İstintaq iddia edir ki, Kəraki və Hüseynin "Hizbullah" qruplaşması ilə bağlılığı olub.


ТалышИнфо
Категория: В мире | Просмотров: 510 | Добавил: admin
Всего комментариев: 2
0  
1 Rushna   (12.08.2010 23:00)
http://www.azadliq.org/content/article/2125538.html

Kimdən: hilal Mammadov Şəhər: Baki
12.08.2010 15:09

Şübhəsiz ki İran dövlətinin Rəşid Əliyevlə bağlı bu əhv jesti təqdirəlayiq hərəkət olub digər ölkələrə də bir bir ibrət dərsi ola bilər. B…iz də Rəşid müəllimi və yaxınlarını bu azadliq münasibətilə təbrik edirik.
Əfsuslar olsun ki, bu və ya digər ölkələrin xüsusi xidmət orqanları tərəfindən siyasi motivlərlə həbs edilmiş şəxslər barədə obyektiv məlumatlar ictimaiyyətdən gizlədilir və ya əksər hallarda onlara yanlış məlumatlar verilir. Məhkəmələri də qapalı keçirdilir. Heç bir hüquqi və bəşəi normalara sığışmayaraq, “İran casusu” və “Vətənə xəyanət” kimi damğalarla həbs edilib və orada müəmmalı şəkildə şəhid olan mərhum alim, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, “Talışın Səsi” qəzetinin baş redaktoru Novruzəli Məmmədovla da bağlı istintaq və məhkəmə prosesləri də bu deyilənlərə canlı misal ola bilər. Dünya ictimaiyyətinin və beynəlxalq Hüquq təşkilatlarının saysız-hesabsız tələb və xaişlərinə baxmayaraq, ən ağır vəziyyətdə – ölüm ayağında ikən bu 70 yaşli alimin öz ailəsi yanında can verməsinə heç bir şərait yaradılmadı.
Biz çox şadıq ki, İran dövləti Rəşid Əliyevlə bağlı bizim də(bir hüquq müdafiəçisi kimi) mütəmadi xaişlərimizi nəzərə alıb onu ailəsinə qovuşdurdu. Əfsus ki onu uzun muddət Azərbaycanın KİV vasitələrindən uzaq saxlayacaq və yenə də xüsusi xidmət orqanlarının insan taleyi üzərindəki oyunlarına bir məxvilik veriləcəkdir.
Qoy, Allah özü bu və digər alimlərimizi şeytanı təşkilatlatın növbəti şəri-bəlalırından hifz etsin! Kaş heç olmazsa bu qədər məşəqqətli günlərindən sonra o alimi rahat buraxaydılar...Kaş...

Kimdən: Ilqar Şəhər: Baki
12.08.2010 18:15

Yazdıqlarım Hilala aiddir. Lom insan dediyin o İran dövləti nədən Alimi həbs edir ki? Sonra sən xahiş edəsən. İran kimi dövlətə sənin kimi düşünənlər lazımdı. Dünyadan bixəbər .

Kimdən: hilal Mammadov Şəhər: Baki
12.08.2010 19:56
İlqar@

Əksinə, DÜNYAdan, o cümlədən, və bir riyaziyyatçı-fizik alim kimi Rəşid müəllimin məşğul lazer texnologiyasından az-çox məlumatım olduğumdan, yuxarıdakı fikrimi bildirdim. Və əgər doğrudan da bu alimi 12 nəfər bizdə həbs edilən xarici ölkə vətəndaşlarıyla dəyişdiriblərsə, bu da az şeyi demir... Bir də ki belə xaişlə bizim ölkədən çoxları İrana müraciət etmişdi, o cümlədən, alimin müdafiə komitəsi... Bir vaxt BBS-nin jurnalisti Raqsana Sabirinin də İran zindanından azad edilməsi barədə müraciət etmişdik...Bu bizim insani borcumuzdur! Amma, istər yerli (biz də daxil olmaqla), istər beynəlxalq instansiyaların minlərlə xaişinə baxmayaraq, Azərbaycan höküməti hələ də siyasi məhbusların birini də azad etməmişdir...Hələm haqsız həbs edilən Eynulla Fətullayevi bir qırağa qoyaq, bəs şəxsi qərəzlə həbs edilən Adnan Hacizadə, Emin Milli kimi gənclərimiz necə, yəni, dövlət əhəmiyyətli Lazer texnoloqiyası ilə məşğul olanlardan da çox təhlükəli idilər ki?!


0  
2 Rushin   (12.08.2010 23:15)
Турция подписала секретное соглашение с Ираном о территориальном союзе от Турции до Ливана. По этой дороге пойдут сотни грузовиков с ракетами для «Хизбаллы», охраняемые иранскими войсками.
Соглашение позволит Ирану и Турции как следует вооружить "Хизбаллу"
Соглашение заключали секретные агенты Ирана и Турции, но во главе нового союза стоят командующий Корпусом стражей иранской революции Хусейн Тааб и новый глава турецкой разведки Хакран Фидан. Так, что многим ест, о чем по думать....!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz