Среда, 13.12.2017, 19:47
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

Талыши - один из крупных иранских этносов. Страна талышей - Талыш или Талышистан, - где они компактно проживают, занимает крайний юго-запад Прикаспия. Она разделена на две части - северную, ныне входящую в Азербайджанскую Республику, и южную, в Иране, простирающуюся узкой полосой вдоль южного побережья Каспийского моря.

Основные населённые пункты Талыша по обе стороны границы - Ланкон (Ленкоран или Ланкоран), Лерик, Масали, Астара, Лавандвил, Визне, Хавиг, Лисар, Джогандан, Хаштпар, Асалем, Талеш-дулаб, Шандерман, Масал, Сомейэ-Сара, Масуле и Фуман (Фуманат). Талышские сёла имеются и в горных местностях, простирающихся к западу в сторону Ардабиля в Иране.

Талышское население отмечается и в крупных городах - Баку, Реште, Энзели и т.д.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2017 » Февраль » 12 » Ismail Şabanov Şahin Mirzəliyevin Ermənistana sığınmasına münasibət bildirib
15:54
Ismail Şabanov Şahin Mirzəliyevin Ermənistana sığınmasına münasibət bildirib

Illərdir Şahin Mirzəliyev Azərbaycanda etiraz edirdi, şikayət etmədiyi instansiya qalmadı. Dövlət strukturları bəcəhənnəm, heç ictimai sektor ona diqqət etmədi. Hətta özlərini demokrat adlandıranlar, demokratiya pərdəsi altında gizlənənlər belə onun bircə müraciətinə cavab vermədi. Bəlkə veriblər bizim xəbərimiz yoxdur? Bəlkə Azərbaycanda Şahin Mirzəliyevin üzləşdiyi situasiya belə deyildi? Bəlkə səhf edirəm? Musavat partiyasında adamı döyə-döyə talış etdilər. Eşitmədiyi, ünvanına deyilməyən söyüş qalmadı. Bu adamı daha nələrdə ittiham etmədilər? Bunları Musavat partiyası təkzib edə bilərmi?

Bu adam bir neçə ay idi ki, Tibilisidəki BMT Qaçqınlar üzrə Ali Komissarlığına sığınmışdı. Kimsə Azərbaycandan buna reaksiya verdimi? Harda idi Azərbaycan mediası? Niyə bircə dəfə olsun belə bu məsələyə diqqət olmadı? Bəlkə olub belə reaksiya, xəbərimiz yoxdur. Azərbaycan höküməti Tibilisidəki BMT Qaçqınlar üzrə Ali Komissarlığını pulla satın alıb. Komissarlıq ora talış kimi müaciət edənlərin işinə baxmır, onları get-gələ salır və Gürcüstan hökümət dairələrilə əlbir olub, onları Azərbaycana deportasiya elətdirmək istəyir.

Məndə olan məlumata görə Şahin Mirzəliyevi Tibilisi xüsusi xidmət orqanları Azərbaycana deport etmək istəyiblər. O da son nəticədə Ermənistana sığınmağa qərar verib. Çünki onun başqa çıxış yolu yox idi. Azərbaycana gedib türmədə professor Novruzəli Məmmədov kimi bu adam ölməli idimi? Kim bu variantı seçəcək və bu variantı seçməyə dəyərmi? Bu mövzuda danışanlar, ilk növbədə talışlar, qoy mənim bu suallarıma cavab versinlər.

Dünyanı özünüzə güldürməyin. Biz Azərbaycandakı rejimlə və eyni zamanda müxalifətlə talışı bir xalq kimi və bundan irəli gələrək onun hüquqlarının tanımaqları müqabilində hər cür əməkdaşlığa hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Bir də təkrar edirəm: dəfələrlə! Əvəzində nə görmüşük? Yuxarıdan aşağı baxmaq, təhqir, istehza, talışı lağ-lağıya qoymaq və s. Halbuki özləri göstərdikləri münasibətə ilk növbədə layiqdirlər.

Şahin Mirzəliyev həyatını xilas etmək üçün bu qərarı verib. Belə qərar vermək onun haqqıdır. Azərbaycandan kimsənin buna qarı etiraz etməyə mənəvi haqqı qalmayıb.

İsmail Şabanov

Просмотров: 3467 | Добавил: admin2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2017Используются технологии uCoz