- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Октябрь » 23 » Kanadalı gənc: “İmkan verin, axmaq ölkənizi tərk edək!”
16:44
Kanadalı gənc: “İmkan verin, axmaq ölkənizi tərk edək!”
Avstraliyalı qonaq Bakı aeroportunda gördüyü biabırçılıqları qələmə aldı; Kanadalı gənc üsyan püskürüb: "İmkan verin, biletimizi alıb, sizin çər dəymiş, axmaq ölkənizi tərk edək!”
Azərbaycan
hakimiyyətinin necə olduğunu təsəvvür etmək üçün gərək Ukraynada qatar
biletlərini satan qadınların mədəniyyəti ilə Qahirə taksi sürücülərinin
dəqiqliyini birləşdirəsən Azərbaycanda xaricilərə aeroportda viza verilməsinin qadağan olunması artıq beynəlxalq əks-sədasını doğurmaqdadır. Yeni qaydadan xəbərsiz Azərbaycana gələn, amma burada ölkəyə buraxılmayan əcnəbi qonaqların Bakı aeroportunda gördükləri də dünya mediasının səhifələrinə çıxır.
Belə yazılardan birini "Azadlıq” radiosu təqdim edib. Yazının maraqlı olduğunu nəzərə alıb dərc edirik. Müəllif Avstraliya vətəndaşı Riçard Normandır.
***
Kiyevdəyəm, gərnəşib «Lonely Planet» saytının Azərbaycan haqda forumunda yazılanları oxuyuram. Bir azdan aeroporta gedib vəd edilən «2 saat 45 dəqiqəlik rahat uçuş»dan sonra bu ölkəyə çatacağam. İndicə foruma kimsə yazdı ki, guya Azərbaycan sərhədində xaricilərə viza verməyəcəklər. Azərbaycan illərlə mövcud olan viza qaydalarını dəyişmək üzrədir. Bu şayiə deyil, həqiqətdirsə, onda mənim yaxın həftələrə planlaşdırdığım Bakı səfəri alt-üst olacaq. Axşam saat 7-dir, mən nə ukraynaca, ya rusca, nə də azərbaycanca fərli-başlı danışıram. İndi bu məlumatı haradan dəqiqləşdirim? Aeroporta gedib hava yolları şirkətindən informasiya almağa tələsirəm. Onlara başa salıram ki, mənim Azərbaycana vizam yoxdur və Azərbaycan sərhədində viza vermirlərsə, mənim təyyarəyə minmək fikrim yoxdur. (Əslində, hava yolları şirkətlərinin boynuna qoyulub ki, apardıqları ölkədə sərhədi keçə bilməyən sərnişinləri təyyarəyə buraxmasınlar)
Əmin edirlər ki, viz ala biləcəm
Onlar bir-neçə dəfə telefonla Bakıdakı əməkdaşları ilə danışıb məni əmin edirlər ki, Bakı aeroportunda viza alıb Azərbaycana daxil ola biləcəm. Mən rahatlanıb biletimi qeydiyyatdan keçirirəm. Təyyarəyə miniyin başlamasını gözləyəndə diqqətimi çamadanların yapışqanlı lentlə sarınması cəlb edir. Ukraynalı sərnişinlərin öz yüklərini niyə belə bərk-bərk sarımasının səbəbi mənə qaranlıq qalır. 3 saatlıq uçuşdan və gecə saat 4-də verilən qəribə kartof «naharı»ndan sonra Heydər Əliyev aeroportunun sərnişin zalına daxil oluram. Salonda viza pəncərəsi var, hər şeydən göründüyü kimi açıqdır. Yazı lövhələrinə əməl edib əvvəl pasport nəzarətindən keçirəm. Pasportuma «giriş» möhürünü vurub məni göndərirlər viza bölməsinə. Deyirlər ki, burada xüsusi sənədləri doldurub vizanın pulunu vermək lazımdır. Burada işləyənlərin mənə zillənmiş baxışları altında anketləri doldurub, 2 foto da əlavə edib sənədləri və pulu onlara uzadıram.
Viza verilməyəcək
- Təəssüflər olsun, viza verilməyəcək. (Söyüş) - Niyə ki? - Bu gündən etibarən xaricilərə aeroportda viza verilməsi dayandırılıb. Gərək Xarici İşlər Nazirliyinin razılığı və dəvətnamə olsun. (İkiqat söyüş) - Bəs bu haqda niyə məlumat verilməyib? Hava yolları şirkətində mənə dedilər ki, aeroportda viza almaq olar. Aeroport əməkdaşının ingilis dilində danışmaq bacarığı elə bura qədər imiş. Amma dil bilsəydim belə, köməyimə gəlməzdi. Bəxtimdən ətrafımda 10-dan artıq sərnişinə də mənim kimi viza vermirdilər. Onların arasında rus dilini bilənlər də, azərbaycanca danışanlar da var, amma başa düşdükləri elə mənimki qədər idi. Bizim pasportlarımızı alıb baqajımızı götürməyə icazə verirlər, sonra isə aeroportun tranzit zalına yönəldirlər. Bizi burada tərk edib pasportlarımızla birgə harasa yox olurlar. İki saat sonra aeroport əməkdaşlarından biri yenidən peyda olub təəccüblə bizə baxır, pasportlarımzı soruşur.
«İki yolunuz var...»
Bir saat sonra isə bizə izah edirlər ki, iki yolumuz var: ya Azərbaycandan uçan hansısa təyyarəyə bilet alaq, ya da bizi Bakıya gətirən hava yolları şirkətinin hesabına gəldiyimiz ölkəyə deportasiya olunaq. Mən soruşdum ki, Ukrayna məni geri necə qəbul edəcək? Axı ora olan vizam bu ölkəyə ancaq bir dəfə daxil olmağı nəzərdə tutur, yenidən geri qayıtmağıma icazə vermirdi. Bu yerdə onların ingilis dili bacarığı yenidən tükəndi. Amma tükənən ancaq ingilis dili deyildi, rus dili də, Azərbaycan dili də... Sonra növbəti dəfə bizdən pasport istədilər. İki saatdan sonra İstanbula təyyarə uçur və artıq məni özünə cəlb etməyə başlayıb. Aramızda iki nəfər var, DJ-dilər («Disc Jockey» – Diskotekaların aparıcıları), həmin gecə Bakıda hansısa şənliyi təşkil etmək üçün sifariş alıblar. Onlar Dubaya uçan təyyarəyə minmək qərarını verirlər. Soruşuruq ki, bu təyyarələrə necə bilet ala bilərik. - Pasportlarınızı geri qaytarandan sonra bilet ala bilərsiz - Yaxşı, elə isə qaytarın pasportlarımzı. - Biletləri alın, sonra pasportlarınızı qaytaraq...
Məsləhət görürlər ki... Allaha kərim deyim
Bundan sonra hərə öz ölkəsinin səfirliyinə zəng etməyə başladı. Avstraliyanın ən yaxın səfirliyi Türkiyədə, Ankarada idi. Onlar vəd etdilər ki, telefonla lazımi yerlərlə danışıb mənə geri zəng edəcəklər. Ətrafdakı sərnişinlərdən də kimi Amerika, kimi Briyaniya, kimi də Fransa səfirliyi ilə danışırdı, amma heç kim ümidverici cavab ala bilmirdi. Ankaradakı səfir geri zəng edir. Deyir ki, Türkiyənin Azərbaycandakı səfirliyi ilə danışıb, orada bildiriblər ki, viza rejimində dəyişiklik olub. Deyir ki, İstanbula uçan təyyarəyə minmək qərarım doğrudur, cünki Ukraynanın məni geri qəbul edəcəyinə əmin deyil. Ankaradakılar hər ehtimala qarşı məni Avstraliyanın Vyanadakı səfirliyi ilə də calayırlar, deyirlər ki, Ukraynaya onlar baxır. Vyanadakılar tərəddüddədilər, amma məsləhət görürlər ki, Kiyevə gedən təyyarəyə minib Allaha kərim deyim. Bakı səfərinin başlamasından artıq 30 saat keçib. İtsanbula uçan təyyarə çoxdan Bakını tərk edib, 6 saatdır ki, əlimdən alınan pasportumdan xəbər yoxdur və mən hələ də bilmirəm ki, aqibətim necə olacaq. Bakıdan Kiyevə, Kiyevdən də Bakıya deportasiya olunmağım gözlərimin önünə gəlir, xəyalən ömrümün qalan hissəsini Bakı ilə Kyev arasında qalıram... Nəhayət Azərbaycanın miqrasiya xidmətindən kimsə peyda olub sınıq-salxaq cümlələrlə bizə nəsə izah edir. Mənə deyir ki, Ukraynaya deportasiya olunsam hər şey qaydasına düşər. Onun dediklərini düzgün başa düşürümsə, Ukrayna sərhədçiləri məni qəbul etməsələr oraya ilkin olaraq daxil olduğum ölkəyə - Rusiyaya deportasiya edəcəklər. Amma, axı elə Rusiyaya olan vizam da birdəfəlik idi. Təxmin edirəm ki, Rusiya da məni ora gəldiyim ölkəyə, Özbəkistana deportasiya edəcək, onlar öz növbəsində Qırğızıstana, qırğızlar da məni təhvil verəcəklər Çinə. Sonra həmin miqrasiya əməkdaşı məndən pasportumu istəyir. Görürəm ki, 3 saatdan sonra İstanbula daha bir təyyarə üçür və qərar verirəm ki, nəyin bahasına olur-olsun həmin təyyarə məni də qanadlarına almalıdır.
"İmkan verin, sizin çər dəymiş ölkənizi tərk edək”
Kanadadan bir gənc var. Onunla birgə qətiyyətlə üz tuturuq pasportlarımızı tələb etməyə ki, bilet ala bilək. İmiqrasiya xidmətinin rəhbəri cənab Abbas bizə cavab verir ki, indicə geri qayıdacaq və onun işçilərindən biri pasportlarımızla birgə bizi kassalara müşayət edəcək (biz tranzit zalındayıq, biletlər satılan zal isə aeroportun tamam başqa hissəsində yerləşir). Orada bilet alandan sonra bizim biletləri və pasportları özlərində saxlayıb Bakını tərk edən təyyarənin astanasında qaytaracaqlar. Bütün bunları izah edib cənab Abbas qeyb olur, onun işçilərində isə bizə kömək etmək istəyindən zərrə qədər də əlamət yoxdur. Sadəcə deyirlər ki, gözləyin, hava yolları şirkətinin nümayəndələri gəlib özləri bizə bilet satacaq. Odur ki, gözləyirik. Bir saat sonra, təyyarəyə qeydiyyat başlayıb, biz isə hələ də gözləyirik. Cənab Abbası soruşuruq. Cavab verirlər: - O, evə gedib. Sizə kömək edə bilməyəcəm. Xoş gəldin. Amma heç 2 dəqiqə keçmir ki, cənab Abbası öz otağından çıxan görürük. Onun üstünə qaçırıq. Bizi təhlükəsizlik nəzarəti məntəqəsinin arxasındakı zala göndərir. Deyir ki, onun cənab Nail adlı əməkdaşı bizi orada qarşılayacaq. Biz çantalarımızı nəzarətdən keçirib təhlükəsizlik məntəqəsinin əks tərəfinə keçirik və cənab Naili soruşuruq. - Nail evə getdi. - Bizi cənab Abbas göndərib. Bir başqası bizi bilet kassalarına apara bilər? - Bircə dəqiqə, cənab Nail indi gəlib sizə kömək edəcək. Daha 20 dəqiqə gözləyirik. Getmək istədiyimiz təyyarəyə tezilklə minik başlayacaq. Elə bu vaxt kanadalı gənc elə bir ifadə tapır ki, bizim dərdimizə çarə qılır. Onun "Sehrli sözləri” belə idi: - Əşşi, imkan verin biletimizi alıb, sizin çər dəymiş, axmaq ölkənizi tərk edək!
5 dəqiqə və 300 dollardan sonra
5 dəqiqə və 300 dollardan sonra pasportumuz və biletimiz əlimizdə idi. Qeydiyyatdan keçib baqajı təhvil verir, aeroportun barında iztirablarımızın sona çatmasını pivə ilə qeyd edirik. 20 dəqiqə də keçəndən sonra mən artıq İstanbula uçan təyyarənin gövdəsindəyəm. Onun yerə enməsi ilə mənim oyaq qalmağımın 40 saatı tamam olacaq. Azərbaycana səfər edən tanışlarımdam eşitmişəm ki, oranın camaatı çox istiqanlı və qonaqpərvərdir. Təəssüf ki, Azərbaycan hakimiyyətinin necə olduğunu təsəvvür etmək üçün gərək Ukraynada qatar biletlərini satan qadınların mədəniyyəti ilə Qahirə taksi sürücülərinin dəqiqliyini birləşdirəsən.
Раньше в составе СССР широко шагавший Азербайджан ныне самостоятельно высоко летает и засоряет вокруг себя, забыв о том, что скоро ему придется приземляться в своем дерьме Мягкой посадки вам, Азер. Хава Доллары !!!
То, что в Азербайджане на посты назначают чаще всего совершенных балбесов, для граждан страны не новость. Но то, что решение об отмене выдачи виз в аэропортах принял какой-то взбалмошный тип, удивительно даже для собственных граждан. Словно кто-то специально лишает ума тех, от кого зависит принятие важных государственных решений. Все это сделано перед фактом, что об Азербайджане все больше и больше неприглядного и позорного становится известно за рубежом, поэтому балбесы как-то пытаются остановить поток информации. Но это "сизифов труд". Государство уверенно подтверждает свою кличку, данную ей собственными гражданами - Джындыристан.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]