- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Ancaq bütün bu savaşların sadə vətəndaşlara heç bir aidiyyəti yoxdur
"Talış həmişə oliqarxların diqqət mərkəzindədir. Həm bölgənin təbiəti, həm də burada hökm sürən siyasi ab-hava kimlərinsə maraqlarına xidmət edir. Əgər bura yolunuz düşsə çox maraqlı hadisələrlə qarşılaşacaqsınız” - bu sözləri müxalifətçi dostlarımızdan biri bizimlə söhbətində söylədi. Məhz sonuncu cümlə maraq kəsb etdiyindən Talışa səfər etdik.
Saatlı və Sabirabad rayonlarında sel-daşqın fəlakəti nəticəsində Bakı-Ostoro reysi ilə işləyən elektrik qatarı müvəqqəti dayanıb. Bu da həftədə ən azı iki dəfə Bakıya "ticari səfər” edən Talış zonasının sakinlərini məyus edib.
Paytaxta satmağa balıq, limon gətirən sadə vətəndaşların geriyə qayıtmaq üçün ən əlverişli variantı hələ ki, əllərindən çıxıb. Bizimlə söhbət edən Vüsal deyir ki, məcbur olub axşamı gözləyirlər: "Çünki axşamçağı ”28 may"dan ucuz marşrut yola düşür. Yəni iki gün sonra "vətən”ə qayıdırıq. Nəticədə uduzan biz oluruq. Elektirik qatarı səhər Bakıdan çıxdığından günorta Lankonda olur. Axşama kimi istirahət edib, yenidən axşam relsi ilə Bakıya gedirik. Yəni hər gün Bakı-Lankon reysindən istifadə edib, yaxşı qazanırdıq. Indi bu proses iki günlə əvəzlənib ki, qazancımız da iki dəfə zəifləyib". Bu ticarətlə məşğul olanlar əvvəllər günə 15-20 manat qazanırdısa, hazırda bu 8-10 manata güclə çatır.
Ziya Məmmədovun yeni sevgisi
Lankona hətta turist belə gedirsə onu öncə vağzala aprırlar. Biz turist olmasaq da ənənəni pozmuruq. Vağzalda olduğumuz zaman şəhər sakinlərilə söhbət edirik. Məlum olur ki, lankonlular səhərçağı gəzintiyə çıxırsa, məkan vağzal olur: "Axşamlar isə Icra Hakimiyyətinin qarşısında ”Dosa" deyilən ərazi bizim gəzinti yerimizdir". Onların sözlərinə görə, axşam gəzintisi onlar üçün o qədər də ucuz başa gəlmir: "Paytaxtdakı Bulvar necə bahalıqdırsa, burada da elədir. Gəzinti üçün başqa yer olmadığından candərdi bura gəlirik”.
Vağzalda olduğumuz zaman maraqlı bir məlumat əldə etdik. Şəhər sakinlərinin sözlərinə görə, nəqliyyat naziri Ziya Məmmədov Bakı-Lankon marşrut xətti üçün Bakıda yeni avtovağzal açmaq niyyətindədir. Səbəb isə paytaxtdan Talışa sərnişinlərin çox gəlməsidir. Deyilənə görə, Ziya Məmmədov bir müddətdən sonra bu sevdasını Lankonda da gerçəkləşdirməyi düşünür.
15 ildir sürücü işləyən Hikmət dayı deyir ki, belə olacağı təqdirdə yəqin onlar üçün əlavə tas müəyyənləşdirəcəklər: "Indiki məqamda sürücülər ayrı-ayrı yerlərdən sərnişin götürürlər. Xüsusi bir avtovağzalın olması o deməkdir ki, heç bir yerdən sərnişin götürməyə icazə verilməyəcək. Bu da bizim ziyanımızadır”.
Həqiqətən də Bakıdan Talışa şəhərin ən azı üç yerindən marşrut işləyir. Yeni avtovağzal, "20 Yanvar” metrostansiyası və Bakıxanov körpüsünün yaxınlığından işləyən marşrutlar sərnişinlər üçün hələ ki, əlverişlidir. Çünki sürücü bilir ki, sərnişinlə hər hansı "problem” olarsa o növbətisinə gedir. Ona görə də sürücülər çalışırlar ki, maksimum dərəcədə razılıq əldə edə bilsinlər. Cənab Məmmədovun bu planı reallaşdığı zaman artıq bir qiymət qoyulacaq ki, bu da ilk növbədə sərnişinlərin xeyrinə deyil.
"Jalə” ilə "Pal süd”ün savaşı
Artıq sirr deyil ki, Lik rayonu istisna olmaqla Talış bölgəsi "fövqəlnazir” Kəmaləddin Heydərovun nəzarətindədir. Düzdür, "Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun Lankonda ciddi nüfuzu olsa da, Heydərov müəyyən mənalarda ona mane olmağa çalışır. Əksərən də bu niyyətinə çatır. Belə ki, "Palmali”yə məxsus olan "Pal süd”ün məhsullarını bazardan sıxışdırmaq üçün "Gilan” holdinqə məxsus olan "Jalə” şirəsinin fabrikini Qəbələdən sonra Lankonda da açmağa məcbur oldu. Ötən ilin sonlarında fəaliyyətə başlayan zavoda işə götürülənlər nə az, nə çox - düz 5 ay təcrübə adı ilə pulsuz işlədilib. Bu ilin iyun ayından etibarən işçilərə vəd edilən əmək haqqının yarısı verilir. Işçilər bunun səbəbini soruşanda deyirlər: "Zavod hələ tam gücü ilə işləmir. Burada işləyənlərin hamısı da sona qədər bizimlə qalmayacaq. Biz ən yaxşılarını seçirik. Gələn ilin əvvəlindən bizimlə işləyənlər tam maaş alacaqlar”. Açıq-aydın görünür ki, 5 ay təcrübə adı ilə pulsuz işləyən işçilər hələ 7 ay da maaşlarının yarısını alacaqlar. Işçilərə deyilən kimi onlar maaşlarını tam alan zaman isə yarısı işdən çıxarılıcaq.
Maraqlı məqamlardan biri keçən həftə dövlət başçısının Lankona səfər zamanı zavodun açılışında iştirak etməsidir. Yuxarıda qeyd etdik ki, zavod hələ tam gücü ilə fəaliyyətə başlamayıb. Əldə etdiyimiz məlumatlara görə, Ilham Əliyev açılışda iştirak edərkən ona bu zavodun bütün gücü ilə işlədiyini deyiblər. Halbuki zavodun üçdə iki hissəsində təmir işləri gedir. Bundan başqa Ilham Əliyevin qarşısına ənənəvi olaraq zavodun fəhlələri deyil, müdir və müavinləri çıxarılıb. Zavod işçilərinin sözlərinə görə onlara açılış günü işə gəlməməyi tapşırıblar.
Stadionun ad davası
Talışda futbola xüsusi maraq var. Bu bölgənin sakinləri arasında çox az adam tapmaq olar ki, futbolla maraqlanmasın. Hətta futbolu sevməyən insanlar belə stadiona gedib komandasına azerkeşlik edir. Söhbət təbii ki, "Xəzər-Lankon”dan gedir. Klubun "ev” oyunlarına Ostorodan, Masallıdan, hətta Likdən azarkeşlər gəlirlər. Təsadüfi deyil ki, klub stadionun ətrafında olan obyektləri alıb orada dayanacaq tikdirmək niyyətindədir. Düzdür, bu dayanacağın tikilməsinə yüz minlərlə manat lazımdır. Ancaq nəzərə almaq lazımdır ki, 1500 maşın üçün nəzərdə tutulan bu dayanacaqda sürücülər ən azından 1 manat verəcəklər. Söhbət bunda deyil. Problem stadionun adındadır. Hamıya məlumdur ki, hökumətin dili ilə desək, "Xəzər-Lankon” stadionu Avropa standartlarına cavab verir. UEFA Azərbaycanda beynəlxalq oyunların iki stadionda keçirilməsinə icazə verib. Yəni əcnəbi azerkəşlər Tofiq Bəhramov, ya da Lankondakı stadiona gəlirlər. "Xəzər-Lankon”ın stadionu hazır olanda Mübariz Mənsimov ora Həzi Aslanovun adını vermək istəyib. Yuxarıdan verilən tapşırıq isə təbii ki, Heydər Əliyevin adının verilməsi olub. Buna klub rəhbərliyi, yerli azarkeşlər etiraz ediblər. "Xəzər-Lankon” sonuncu variant kimi milli qəhrəman Çingiz Mustafayevin adının verilməsini istəsə də bu da alınmayıb. Nəticədə stadion elə klubun adı ilə qalıb. Indinin özündə də stadiona Heydər Əliyevin adını vermək üçün müəyyən "işlər görülür”. Ancaq aldığımız məlumata görə, rəhbərlik bununla razılaşmır. Məsələnin görünən tərəfi odur ki, ölkədə analoqu olmayan bircə yerin belə Heydər Əliyevin adına olmaması yuxarıların qəzəbinə tuş gəlir.
Lankonluların müvəqqəti sevinci
Bir müddət bundan öncə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Qaradağ rayonunun icra başçısı postuna göndərildi. "Çakır” ləqəbi ilə tanın icra başçısı Lankonı tərk edəndə talışların sevincinin həddi-hüdudu yox idi. Amma bu sevinc çox uzun çəkmədi. Belə ki, Kəmaləddin Heydərov rayona növbəti kadrını yerləşdirə bildi. Lankona icra başçısı vəzifəsinə Qəbələnin keçmiş icra başçısı Tofiq Ibrahimov gətirildi. Bununla da "fövqəlnazir”in adamı olan "Çakır”ın qeyri-leqal işlərini indi onun növbəti kadrı həyata keçirir. Düzdür, sakinlər hazırkı icra başçısından o qədər narazılıq etmirlər. Onların sözlərinə görə cənab Ibrahimov hələ ki, xırda "tas”lar müəyyənləşdirməklə kifayətlənir: "Buna etirazımız yoxdur. Bu qanunsuz olsa da, birtəhər yola verə bilirik. Qorxuruq ki, etiraz edərik, o da ”Çakır"ın yolunu gedər. Ona görə də sakitcə öz işimizlə məşğul oluruq".
Oliqarxlararası savaş
Yuxarıda qeyd etdik ki, nəqliyyat naziri Ziya Məmmədov Bakı-Talış avtovağzalı açmaq istəyir. Ancaq rayon birmənalı olaraq Kəmaləddin Heydərovun nəzarətindədir. Mübariz Mənsimovun da rayonda kifayət qədər nüfuzu var. Lankona tam sahib olmaq üçün iki oliqarx və bir biznesmen arasında ciddi mübarizə gedir. Deyilənlərə görə, qarşıdakı parlament seçkilərində hər üç şəxs Milli Məclisdə öz adamlarını oturtmaq niyyətindədir.
Ancaq bütün pərdəarxası olayların sadə vətəndaşlara heç bir aidiyyatı yoxdur. Onlar sadəcə öz gündəlik çörəkpulunu qazanmaq niyyəti güdürlər...
Ramin DEKO, Bakı-Lankon-Bakı, Azadlıq qəzeti
Talış regionun toponomik adlarının saxtalaşdırılmaması naminə "ТалышИнфо"nun etdiyi redaktə ilə