- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Сентябрь » 10 » Talışda polislər yerli dindar əhalini xuliqan hesab edir
00:03
Talışda polislər yerli dindar əhalini xuliqan hesab edir
Xəbər verdiyimiz kimi sentyabrın 7-də Lankon şəhərində bir qrup dindarla polis arasında qarşıdurma olub. İnsidentin iştirakçısı olmuş dindarlardan Tohidi İbrahimbəylinin AzadlıqRadiosuna dediyinə görə, yüzdən çox dindar dəmiryolu vağzalının yanındakı parka toplaşaraq beş gün əvvəl həbs edilən ruhani Qismət İsayevin azadlığa çıxmasını gözləyirmişlər.
Polis onların dağılışmasını tələb edəndə, dindarlarla polislər arasında qarşıdurma yaranıb. Bu ərəfədə dindarlara məlum olub ki, Qismət İsayevin həbs müddəti daha iki gün uzadılıb.
Tohidi İbrahimbəyli: «Polis gəldi ki, «burdan gedin, lazım deyil kimisə qarşılamaq». Biz öz din qardaşımızı qarşılamaq üçün yığışdığımızı dedik. Bir az sonra Lankonun xüsusi təyinatlı polislərini tökdülər üstümüzə. Hamını döyməyə başladılar, otuz iki nəfəri isə tutub apardılar polis şöbəsinə. Şöbədə də uşaqları vurdular».
Polis Qismət İsayevin Lankondakı ikinci «Cümə» məscidində qanunsuzluğa yol verdiyinə görə həbs edildiyini bildirir.
Döyülənlər içərisində İslam Partiyası Ostoro rayon təşkilatının sədri Ruhullah Axundzadə də olub. Onun AzadlıqRadiosuna verdiyi məlumata görə, sentyabrın 8-də bir nəfər istisna olmaqla Lankon şəhər Məhkəməsi saxlanılan dindarların hamısının 20 manat cərimə olunaraq sərbəst buraxılması haqqında qərar çıxarıb. Bir nəfərin işinə isə bir neçə gün sonra baxılacağı bildirilib.
R.Axundzadənin sözlərinə görə, dəmiryolu vağzalının yaxınlığındakı «Həzi Aslanov» adına parkda sakit dayanan dindarlara əvvəlcə polislər təzyiqlər ediblər, daha sonra isə əraziyə bir neçə maşın qara maskalı xüsusi təyinatlı polislər gəlib: «Onlara, «qruppa zaxvata» deyərlər, qara maskada əllərində avtomat, tapança…Mən tapança atıldığını gördüm, sonra da gözyaşardıcı tüstü buraxan şaşkalar atdılar».
Lankon Polis İdarəsi baş verən qarşıdurmanı təsdiqləyir və bunu bir qrup dindarın asayişi pozmasıyla əlaqələndirir. Polis idarəsindən növbətçinin AzadlıqRadiosuna dediyinə görə, hadisə dindarların beş gün əvvəl Lankon «Cümə» məscidindəki davaya görə həbs edilən Qismət İsayevin azadlığa çıxmasını gözləyən zaman baş verib. Dindarlar polisin ərazini tərk etmək göstərişinə əməl etməyiblər:
«Həbsdə olan dindarın dostları dəmiryolu vağzalında hay-küy salıblar, xuliqanlıq ediblər. Polis də buna müdaxilə edib və hamısını gətirib şöbəyə». Polis aksiyanın dağıdılması zamanı silahdan və gözyaşardıcı qazlardan istifadəni təkzib edir.
Yerli mətbuatda gedən məlumatlara görə, əsl narazılıq əslində Lankondakı «Cümə» məscidinə axundluq üstündə baş verib. Belə ki, dindarlardan bir qrupu istəyir ki, həbsdə olan Qismət İsayev məscidin axundu olsun. Məscidin hazırkı axundu isə bunu istəmir. Lankon sakini Tohidi İbrahimbəyli iddia edir ki, Qismət İsayevi məscidin indiki axundu həbs etdirib. Onun dediyinə görə, Q.İsayev Lankon «Cümə» məscidinə gələndən sonra onun apardığı dini təbliğat və gənclərin məscidə axını indiki axundu qane etməyib.
İslam Partiyası Ostoro rayon təşkilatının sədri Ruhullah Axundzadə isə Qismət İsayevin həbsini cümə xütbələrində hakimiyyətin və yerli icra qurumlarının siyasətini tənqid edən çıxışları ilə əlaqələndirir.
Ruhullah Axundzadə deyir ki, hakimiyyətin yerlərdəki siyasətini pisləyən çıxışlara görə, bir qrup dindara qarşı çoxdan təzyiqlər başlanmışdı. Polis təzyiqinə məruz qalan digər dindarlar da həbsdə olan ruhaninin «Cümə» məscidinə axund seçilməsi iddiasında olmadığını deyirlər.
Lankonda dindarların təzyiqlərə məruz qalmasında və həbs edilməsində şəhərdəki digər «Cümə» məscidinin axundu Hacı Sədinin adı çəkilir. Hacı Sədi AzadlıqRadiosuna müsahibəsində baş verən hadisələrdə həbsdə olan Qismət İsayevi və aksiya keçirən dindarları günahkar saydı, ancaq özünün baş verən hadisələrə hər hansı bir aidiyyatı olmadığını deyir. Onun sözlərinə görə, bir neçə gün əvvəl İranda təhsil almış Qismət İsayev və daha bir dindar şəhərdəki ikinci «Cümə» məscidinin axunduna və onun köməkçisinə təzyiqlər edib, hətta mikrafonu onların əllərindən alıblar.
Bundan sonra axund və onun köməkçisi polisə müraciət edib. Polis də şikayətə uyğun olaraq həmin adamları həbs edib. Həbs edilənlərdən biri elə həmin gün buraxılsa da, məhkəmə Qismət İsayev haqqında beş günlük həbs qərarı çıxarıb.
"Tolışi sədo" qəzetinin baş rekatoru. hüquq müdafiəçisi Hilal Məmmədov da "Zerkalo" qəzetinə hadisələrlə bağlı öz münasibətini açıqlamışdır. H.Məmmədovun sözlərinə görə sözü gedən qarşıdurma heç də əhalini ayrı-ayrı qurupları arasında deyil, məhz polis-əhali qarşıdurmasıdır. "Region əhalisinin əksəriyyəti talışlardan ibarat olsa da burada tarixən talış-türk qarşıdurmasına rast gəlinməmiş və bu heç mümkün də deyildir. Əhalinin problemləri Azərbaycanın hökümət strukturları ilə baglıdır ki, bu da ilk növbədə Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar və xüsusən də Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirilməməsi ilə əlaqədardır" - deyə H.Məmmədov qeyd etmişdir. ТалышИнфо olaraq biz də öz növbəsində yaxın vaxtlarda - ölkədə parlament seçkiləri ərəfəsində diqqəti əsas siyasi proseslərdən yayındırmaq məqsədi ilə ölkənin kövrək reqionlarında, xüsusən Talışda süni təxribatların yaradılmasını, əsassiz olaraq əhalinin ayri-ayri təbəqələrinin müxtəlif provokasiyalara çəkilməsini istisna etmirik.
Но, рано-поздно можно ожидать и столкновение по этническом признаке......................................................................... ................................................. Давно пора. Если мы , почти потеряли своё происхождение, т.е. не имеем право называться талышами и сейчас - быть мусульманами, тогда незачем нам жить. Нужен гыбон.
@Но, рано-поздно можно ожидать и столкновение по этническом признаке..@ .К счастью, между талышами и простыми азербайджанцами не существуют таких проблем, тем более от Саляна до Астары считаются талышами. Правда, несмотря часть этих людей не знает талышского языка, тем не менее незнание языка не говорит о том, что ты не талыш. Слава богу, не было таких проблемы, и в будущем тоже не будет.
Столкновение между полицейскими и верующими спровоцировал ахунд, назначенный официальными властями. Он напрямую обратился к полиции за помощью, ибо его не стали слушать верующие. Межнациональными столкновениями в Ланконе даже и не пахнет. Все прекрасно знают, что Ланкон является исторической столицей всего Талыша - от Сефидруда до Куры. Власти Азербайджана запретили даже произносить название Талыша и сами провоцируют столкновения при помощи своих агентов. На этот раз из среды религиозных деятелей. Рано или поздно ситуация взорвется и государство проиграет точно так же, как проиграла Российская империя и через 70 лет Советский Союз. Азербайджанская Республика с этими государствами-гигантами не идет ни в какое сравнение. Талыш сметет диктатуру, и это будет закономерным итогом противостояния "тюркского государства" и населения Талыша, в котором местные тюрки однозначно стоят на стороне талышей-автохтонов.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]