- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Сентябрь » 8 » Talışda qeyri-rəsmi fövqəladə vəziyyət elan edilib
11:13
Talışda qeyri-rəsmi fövqəladə vəziyyət elan edilib
Dünən axşam saatlarında Lankonda polislə yerli sakinlər arasında kütləvi toqquşma baş verib. Rayon sakinlərinin verdikləri məlumata görə, ötən həftə rayonun Qumbaşı kəndi ərazisində baş verən silahlı atışma zamanı dünyasını dəyişmiş Elşən Hüseynovun məzarını ziyarət etmək üçün bir yerə toplaşan 200-ə yaxın dindar polislə toqquşub. Yürüşçülərin qarşısını almağa cəhd göstərən polislə qəzəbli yerli sakinlər arasında qarşıdurma olub.
Müşahidəçi sakinlərin dediyinə görə, polislə sakinlər arasında baş verən toqquşma az sonra nəzarətdən çıxıb və rəhbərlik rayondakı xüsusi təyinatlı dəstələri köməyə çağırıb. 10-a yaxın dindar yürüşün qarşısının alınması zamanı ciddi bədən xəsarətləri alıb.
Bunun ardınca daha da qəzəblənən əhali polislə qarşıdurmaya gedərək, onlara müqavimət göstərməyə başlayıb. Etirazçıları sakitləşdirməyi bacarmayan polis qüvvələri əraziyə gətirilmiş xüsusi təyinatlıların köməyinə əl atıb. Sakinlər deyiblər ki, gözyaşardıcı qaz bombalarından istifadə edən xüsusi təyinatlılar 40-dan çox nümayişçini saxlayıb. Sakinləri zor gücünə dağıdan hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə almağı bacarıb.
Son məlumata görə, bir qrup etirazçı ilə polis qüvvələri arasında baş vermiş qarşıdurmadan sonra Lankon şəhərində qeyri-rəsmi fövqəladə vəziyyət elan edilib. Hazırda şəhər tamamilə polis və xüsusi təyinatlıların nəzarətindədir. Sakinlərin dediyinə görə, Lankon şəhərinin bütün polis əməkdaşları şəhərin müxtəlif yerlərində hər hansı bir hadisənin baş verməməsi üçün hazır vəziyyətdə dayanıblar. Saxlanılanlarla bağlı da səhih məlumat yoxdur.
Aldığımız digər məlumata görə, baş vermiş insidenti yatıran xüsusi təyinatlı dəstələr paytaxtdan gedib. Həmin maskalılar bir neçə gün bundan öncə Lankonda narkotiklə mübarizə ilə əlaqədar xüsusi əməliyyat keçirmək üçün şəhərə gəliblər. Sadəcə yerli polis baş vermiş hadisəyə müdaxilə edə bilmədiyi üçün həmin xüsusi təyinatlıların köməyindən istifadə olunub.
Yerli KİV də Talışda qeyri-rəsmi fövqəladə vəziyyətin elan edilməsilə bağlı xəbərləri təsdiqləyir.