Lankonda yol üsyanı - 25 Июля 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Четверг, 24.05.2012, 02:29
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Июль » 25 » Lankonda yol üsyanı
22:58
Lankonda yol üsyanı

Kənd sakinləri İcra Hakimiyyətinin qarşısında etiraza qalxdı; İcra Hakimiyyəti məsuliyyəti Cavid Qurbanovun üstünə atdı

İyulun 23-də, səhər saat 11:00 radələrindən başlayaraq Lankon rayonunun ucqar dağ kəndlərindən biri olan Bəleton kəndinin 100-ə yaxın sakini şəhər icra hakimiyyətinin qarşısında etiras aksiyası keçirib. ANS PRESS-in bölgə müxbirinin hadisə yerindən verdiyi məlumata görə, etirazçılar bu ilin mart ayının əvvəllərindən sürüşmə nəticəsində bərbad vəziyyətə düşən və rayon mərkəzinə çıxışı çətinləşdirən 9 km-lik Osakujə-Bəleton yolunun tezliklə təmir olunmasını tələb ediblər.

Kənd sakinləri bildiriblər ki, sözügedən yol hazırda onlar üçün həyati əhəmiyyət kəsb edir. Bəleton kənd sakini Qiyas Sadıqovun sözlərinə görə, sakinlər ancaq yol istəyir, yol isə yox dərəcəsindədir. "Atla, eşşəklə, üç diferli maşınla gedirik. Qadın var, uşaq var. Yoldan başqa dərdimiz yoxdur”, - deyə o qeyd edib.

Digər kənd sakini Salman Muradov isə bildirib ki, lazımi orqanlara müraciət etsələr də nəticəsi olmayıb: "7-8 kəndin yolu yoxdur. 2500-3000 əhalisi olan kəndlə maraqlanan yoxdur. Soruşan yoxdur ki, necə yaşayırsınız?".

"2009-2010-cu ildən yollar bərbad vəziyyətə düşüb. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən komissiya ayrılıb. 500 metr yol onlar tərəfindən təmir olunmalıdır ki, kənd traktorla şəhərə çıxsın. Bir dəfə şəhərə düşmək üçün mənə 50 manat pul lazımdır. Pul istəmirik, vəzifə istəmirik, yolu düzəltsinlər”, - deyə aksiya iştirakısı Vaqif Ağayev bildirib.

Qeyd edək ki, sözügedən Bəleton kəndi Günəhır icra nümüyəndəliyinin tərkibinə daxildir. Ümumiyyətlə isə bu icra nümayəndəliyinin tərkibinə daxil olan 6 kənddə 2750 nəfər yaşayır. Yol problemi ilə əsasən Bəleton və daha 2 kəndin sakinləri üzləşib ki, onların da sayı 1225 nəfərdir.

Lankon şəhər İcra Hakimiyyəti başçısının Günəhır ərazi vahidi üzrə nümayəndəsi Rüstəm Cəfərov bildirib ki, yolun hazırki durumu ilə bağlı bütün əlaqədar qurumlar məlumatlandırılıb.

İcra hakimiyyətinin qabağına yığışan kənd sakinlərini Lankon şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov cavabdeh şəxslərlə birgə qəbul edib. Media nümayəndələrinin iştirakı olmadan keçirilən görüşdən sakinlər razı çıxıb. Hətta onlar media nümayəndələrinə açıqlamanı da könülsüz verərək problemlərinin həllinin yaxın vaxtlarda mümkünlüyünü ifadə ediblər.

Sakinlərin sözlərinə görə, görüş zamanı Tofiq İbrahimov bildirib ki, hazırda balansda pul yoxdur, üzümüzə gələn həftə vəsait olacaq və sakinlərin probleminin aradan qaldırılmasına köməklik göstəriləcək.

Məsələ ilə bağlı Lankon şəhər İcra Hakimiyyətindən bildirilib ki, problemin tam həlli rayonun imkanı xaricindədir. Lankondakı dağ yollarının təmiri ilə "Azəryolservis” ASC məşğul olur, yol Nəqliyyat Nazirliyinin balansındadır. Bu ərazidə bir neçə körpü də əsaslı şəkildə yenidən qurulmalıdır. Bu gün yenidən bütün rəsmi qurumlara müraciət edilib. Problemin həlli Nazirlər Kabineti tərəfindən lazımi vəsaitin ayrılması ilə bağlıdır və rayon icra hakimiyyəti də buna çalışır. Sakinlər isə problemin yağışlı-qarlı havalar başlamamış həll olunmasını istəyirlər. Çünki bir azdan vəziyyət lap kritik həddə çatacaq.

Azadlıq qəzeti

Talış regionun toponomik adlarının saxtalaşdırılmaması naminə "ТалышИнфо"nun etdiyi redaktə ilə
Категория: Наши новости | Просмотров: 466 | Добавил: admin
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 5
Гостей: 5
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz