Likdə məmurların öz qanunları, öz ana yasaları var - 12 Августа 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Четверг, 24.05.2012, 02:45
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Август » 12 » Likdə məmurların öz qanunları, öz ana yasaları var
16:24
Likdə məmurların öz qanunları, öz ana yasaları var

Bu qanunlar körpələrin pullarını əllərindən almağa imkan verir

Paytaxtda olduğu kimi, ucqar Talış şəhəri olan Likdə də "neft qoxusu" var. Mərkəzdə bir park tikilib ki, ona tamaşa etməyə iki göz bəs etmir. Hələ rəngbərəng fəvvarələri və dekorativ bitkiləri demirəm...

Hamıya qapalı muzey

Parkın üst tərəfində, əvvəllər Şəhidlər Xiyabanı yerləşmiş yerdə Roma imperiyasının Senat binasına bənzər bir tikili var. Bu əzəmətli bina, demək olar, istifadəsizdir. Nə gələn var, nə gedən. Binanın fasadında "Heydər Əliyev muzeyi" yazılıb, amma qapıları hər kəsin üzünə bağlıdır. Likdə olduğum bir neçə gün ərzində bu cəlbedici binadakı eksponatlara tamaşa etmək istəsəm də, mümkün olmadı. Bir qədər maraq edəndən sonra bəlli oldu ki, bu bina bütün sakinlərin üzünə bağlıdır. Qapılar yalnız qulluqçular tərəfindən açılaraq təmizlik işləri görülür və yenidən bağlanır.

Təbii fəlakətdən zərər çəkənlərin gözü yolda

Heydər Əliyev muzeyi ilə yanaşı, şəhərdə digər cəlbedici bina icra hakimiyyətinə məxsusdur. Bu binaya daxil olmaqda ciddi problem olmasa da, otaqlarda vəzifəliləri tapmaq bir qədər müşkül məsələdir. Məsələn, bu binada Likdə ötən ilin payız-qış və bu ilin yazında baş vermiş qasırğa nəticəsində dəymiş ziyanın necə aradan qaldırılması ilə tanış olmaq istəmişdim. Çünki əhali onlara dəymiş ziyanın aradan qaldırılması üçün dövlətdən heç bir yardım almadıqlarını bildirirdi. Kimlərsə borc-xərclə evlərinin uçmuş damlarını təmir edib, kimlərsə hələ də dövlətdən yardım gözləməkdədir. Çünki hamı telekanallarda görüb ki, bəs Likdə baş vermiş qasırğanın nəticələrini aradan qaldırmaq üçün maşın-maşın şifer, taxta, şüşə yola salınıb. İndi xalq öz halalca haqqının sorağındadır.

Polisi və həkimləri dəli edən hadisə

Bu bina ilə üzbəüzdə yerləşən və bir tərəfdan baxanda beş, digər tərəfindən baxanda cəmi dörd mərtəbəsi olan başqa bir yaraşıqlı bina da var.

Bura Lik Mərkəzi Xəstəxanasının binasıdır. Sadaladığım binalardan fərqli olaraq yeni tikilməyib. Bina elə rayon əhlinin dediyi kimi, "rusun dövründə" tikilib, amma insafən, yenicə təmirdən çıxıb. Məmurlar və onları dəstəkləyən siyasətçilər demişkən, "görülən yaxşı işləri görmədiyim və ya ancaq problemləri axtardığıma görə" bu binaya yaxınlaşmağı və görməyi qərara aldım. Oradan ucalan qıy-qışqırıq məni əməllicə qorxutdu.

...Demə, Lankon Regional Əsəb Xəstəlikləri Dispanseri Ostoro rayonundan olan iki nəfər ruhi xəstəni Lik şəhər Polis Şöbəsinə göndərib. Polis şöbəsindəki paqonlular bu xəstələri onların üstünə göndərənlərin anormal qərarlarından az qalmışdı pasiyentlərin gününə düşələr. Nə edəcəklərini bilmədikləri üçün işin ən asanına yönəliblər. Yəni telefona əl ataraq xəstəxanaya zəng ediblər ki, bəs gəlib xəstələri aparın. Xəstəxana da təmirdən sonra aldığı təzə təcili tibbi yardım maşınını göndərir xəstə dalınca. Amma bəlli olur ki, bu xəstələr onların "müştəriləri deyil". Bu səbəbdən də paqonlular və ağ xalatlılar arasında həngamə qopub. Ağ xalatlılar deyir ki, xəstəxanada əsəb xəstələrini saxlamağa müvafiq şəraitli palataları yoxdur, polis isə deyir ki, hər halda, bunlar xəstədir və biz onları dustaqxanaya salan deyilik.

Açığı, bu vurhavurun kimin xeyrinə bitdiyini bilməsəm də, onu bildim ki, Lik Mərkəzi Xəstəxanası doğrudan da qəşəng təmir edilib, xəstəxanaya yeni avadanlıqlar verilib, hətta xəstəxanada "UZİ" və başqa kabinələr də açılıb, hələ desən rayona bir neçə peşəkar həkim də göndərilib.

Hərc-mərclik və korrupsiya ocağı?

Bu binalardan bir qədər aralı "hamını maraqlandıran" başqa bir bina da var. Söhbət Dövlət Sosial Müdafiə Fondunun binasından gedir. Bu binanı Likdə uşaqdan-böyüyə hamı tanıyır. Bu sahədə qayda-qanunları səlis bilməsəm də, Likdə sosial müdafiə və sosial təminat sahəsində müdhiş problemlər olduğunu duydum. Sosial Müdafiə Fondu yeni doğulmuş uşaqlara verilən birdəfəlik dövlət yardımı olan 75 manatı, sözün həqiqi mənasında, əksər körpələrin dartıb əlindən alır. Məsələn, əgər yeni doğulan körpənin valideyni və ya babasının pay torpağı varsa və bu pay torpağına görə illik vergini verməyibsə, həmin pulu bu yeni dünyaya göz açmış körpə bala ödəməlidir.

Müvafiq ödəmələrin olmadığı təqdirdə dövlət vətəndaşın pay torpağını məhkəmə qaydasında geri almaq imkanındadır. Amma gördüyümüz kimi, Lik məmurları vergini qoparmağın çox orijinal üsulunu icad ediblər. Amma belə bir "effektiv" üsulun müəlliflik hüququnun kimə məxsus olduğunu nə qədər çalışdım, aydınlaşdıra bilmədim.

Müəyyən etdim ki, Lik məmurları nə qanun tanıyırlar, nə də konstitusiya. Onlar özlərindən böyük məmurları və onların tapşırıqlarını tanıyırlar. Özlərindən bir pillə yuxarıda oturanın tapşırıqlarını qanun və hətta Ana Yasa bilirlər. Kimi dindirdimsə, "tapşırıq yuxarıdan gəlib" dedi. Özünün isə "əla kişinin oğlu" və ya qızı olmasını isbat etməyə çalışdı.

Ünvansız sosial yardım

Sosial təminat sahəsində başqa bir problem isə yoxsulluğun aradan qaldırılmasına yönəlik "ünvanlı sosial yardım"dır. Likdə bu məsələ "ünvansız sosial yardım" adını alıb. Yəni bu yardım sənin varlı və ya kasıb olmağından asılı olmayaraq ayrılır.

Amma bir şərt var - bir illiyə verilən yardımın tən yarısı, yəni 6 aylığı bu sahədə işləyən məmurlara çatır. Deyilə bilər ki, necə olur axı bu? Axı bank hesabı, kart, pin kod və sair məsələlər var. Bəli, bunların hamısı var! Amma bank kartları və kod yalnız ilk 6 aylıq vəsait məmurlar tərəfindən mənimsənildikdən sonra sahiblərinə təhvil verilir.

Bəli, yazdıqlarım hüquqi dövlətdə möhtərəm məmurların ünvanına ciddi ittihamdır, amma nə yazıq ki, bu deyilənlər açıq faktdır. Ən dəhşətli fakt isə budur ki, adi insanlar da ünvanlı sosial yardıma görə rüşvəti məqbul hesab edirlər. Amma onlar 6 ayın pulunu deyil, insaf naminə, 3 aylıq pulu məmurlara peşkəş etmək istəyirlər. Amma Lik məmurları güzəşt-filan bilmir. Bu mövzuda həmsöhbət olduğum hər kəs belə düşünür...

"Dost gedən yolları ot basıb indi"

Mərkəzdən bir qədər uzaqlaşıb Lik şəhərinin ara məhəllələrinə də baş çəkməyə imkanım oldu. Heydər Əliyevin rəhmətlik çoban dostu Xanış Şahıyevin məhəlləsinə tərəf güzarım düşdü. Çünki rəhmətliyin sağlığında məhəllənin küçəsi həmişə təmirli olardı. Baxma, balaca adam deyildi, ölkənin birinci şəxsinin dostu idi. İndiki prezidentimiz İlham Əliyev də Likə gələndə kişiyə "əmi" deyə müraciət etmiş, hələ ona televizor və soyuducu da bağışlamışdı. Adam çoban olanda nə olar, əsas odur ki, prezidentlər hörmətini saxlayırdı. Yəni hər an qapısını prezident də, nazir də aça bilərdi. Buna görə də məhəllənin yolu həmişə abad saxlanırmış.

Sonuncu dəfə həmin küçə və məhəllə rəhmətlik Xanış kişinin ili ərəfəsində təmir görüb. Baxma, məmurlar düşünüblər ki, birdən prezident durub yasa gələr, biabır olarlar.

Bəli, indi Xanış kişi dünyasını dəyişib. Onun məhəlləsinin asfaltsız küçəsində isə ot bitməyə başlayıb. Lap məşhur mahnıdakı kimi: "dost gedən yolları ot basıb indi".

Bu halda rayon rəhbərliyinin başına soyuq dəyməyib ki, boş-boşuna bir ətək xərc çəkib məhəllənin yollarını təmir eləsinlər.

Susuzluq bir başqa ciddi problem

Yol demişkən, son illər yeni tikilən turbazalar hesabına rayonun yolları yaxşı vəziyyətdədir. Lankon-Lik əsas magistral yolu və bu yolun üzərindəki körpülərin durumu normaldır. Amma kənd yollarına yol demək düzgün çıxmaz. Söz yox ki, rayounun Zuvand bölgəsi istiqəmətində yola çınqıl tökülüb. Yerli əhali deyir ki, Rövnəq adlı kimsə Zuvandda turbaza tikdirir. Yollara da həmin Rövnəq əl gəzdirir. Amma rayonun Dağ və Orand bölgəsində deyəsən kimsə turist bazası tikdirmək fikrində deyil. Amma rayonun ucqar kəndlərinin, xüsusilə Dağ bölgəsində Nodə, Sori, Ərdəbil və digər onlarla kənd susuzluqdan korluq çəkir. Sadaladığım bu kəndlərin hamısının yanından azsulu olsa da, dağ çayı axır. Yəni artezian quyular qazmaq, ya da 5-10 kilometrlik su kəməri çəkib su problemini həll etmək olar. Amma...

Susuzluğa görədir ki, Lik kəndlisi əkin-biçinə həvəssizdir. Su yoxluğundan əziyyətinin batacağını bilir. Bunun isə acı fəsadları göz önündədir. Keyfiyyətinə görə Gədəbəy kartofu ilə bəhsə girən Lik kartofunu yerli bazarda tapmaq müşkül işdir. Əvəzində İranın kif iyi verən, geni modifikasiya olunmuş qorxulu kartofunu 60-70 qəpiyə, turş yerli pomidoru 70-80 qəpiyə almaq olar və sair...

Likdə vəziyyət mərkəzi parkın fəvvarəsi kimi - rəngbərəngdir. Bu fəvvarə hər gün işləyə bilmir. Çünki hər gün kənardan sudaşıyan maşınla fəvvarə su ilə doldurulmalıdır ki, işləsin.

Likə də baxanda ilk baxışdan hər şey əladır, rahat asfalt yol, mərkəzdə bəzədilmiş binalar və park. Bazarda isə, demək olar, yerli mal yox, satılan yalnız baha qiymətə kənardan gətirilən keyfiyyətsiz məhsullar... Yəni bərbəzəyin arxasında rayonun iqtisadi inkişafı dayanmır. Sabah sudaşıyan maşın xarab olarsa, fəvvarə işləməyəcək. Bunun insanlara bir ziyanı olmaz. Necə ki, bir aya yaxındır elə bu parkda təzə tikilmiş şəlalə elektrik naqilləri zədələndiyindən işləmir və bu məsələ kimsənin vecinə deyil. Amma sabah pul qurtararsa və bazarda almağa ucuz, keyfiyyətsiz İran malları da tapılmazsa, onda nə olacaq?


İdrak Abbasov, Lik,
ayna

Talış regionun toponomik adlarının saxtalaşdırılmaması naminə "ТалышИнфо"nun etdiyi redaktə ilə.




Категория: Страны СНГ | Просмотров: 483 | Добавил: admin
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz