- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Май » 15 » Məhəmmədşah Mirzə – ilhamı sel kimi çağlayan şair
16:50
Məhəmmədşah Mirzə – ilhamı sel kimi çağlayan şair
Allahverdi BAYRAMİ (bayrami@mail.ru)
O gün Tüklə kənd orta məktəbində müəllimlər, şagirdlər, kənd sakinləri, bölgənin tanınmış ziyalıları, yazarları, ağsaqqalları şair-pedaqoq Məmmədşah Mirzənin anadan olmasının 65 illiyi və "İnam işığı” adlı yeni şeirlər kitabının təqdimat mərasiminə toplaşmışdılar, onu təbrik etməyə, şairin özü və yeni kitabı haqqında söz deməyə gəlmişdilər. Tədbirdə Xanəli Tolış, Camal Lələzoə, Akif Soltan, Məmmədağa Feyzullaoğlu, əməkdar müəllim Qurban Qurbanov, rayon təhsil şöbəsinin nümayəndəsi Taryel Əzimov çıxış etdilər. 1943-cü ildə Hişkədərə kəndində anadan olmuş, 1971-ci ildə BDU-nun filologiya fakültəsini bitirmiş, ali koteqoriyalı müəllim M.Mirzəyev həm də bir şair kimi təqdir olundu.
Həmkarı, şair-dramnəvis Akif Soltan qələm dostu haqqında belə dedi: "Yaşadığımız bu həyatda müəllimin adı, şərəfi daim yüksəkdə durur. Ona görə ki, müəllim nurlu qəlbi ilə taleləri işıqlandırır. Vətənin səadəti naminə könlünün ziyasından dərs dediyi şagirdlərinə pay ayırır. Odur ki, müəllimi Yer üzünün ən pak, saf, müqəddəs varlığı sayırlar.
Görünür, elə xöşbəxtliyimiz də ondadır ki, əzəl gündən müəllimlik peşəsini ömrünün mənasına çevirən ziyalılarımız çoxdur. Onlardan biri də Məmmədşah Mirzəyevdir… O, həm də M.P.Vaqif, Aşıq Ələsgər, M.Ə.Sabir, Z. Əhmədzadə, S.Vurğun, M.Arazdan bəhrələnərək şeirlər yazır… Ona görə Məmmədşah müəllimin ədəbiyyat dərsləri nə qədər ilhamlı, maraqlı, axıcıdırsa, talışca və azərbaycanca yazdığı şeirləri də bir o qədər ürəyəyatımlı, qəlboxşayandır…”
Mövzu, məzmun, forma etibarilə M.Mirzənin poeziyası çox rəngarəngdir. Ana torpağa bağlılıq, vətənpərvərlik, qəlbi pak, vicdanı təmiz, nəcib və xeyirxah adamlara məhəbbət, zamanın neqativ hallarına qarşı dözümsüzlük…
İşsiz millət təpilibdir mərkəzə, Küskün tale gülümsəmir hər kəsə. Ümid qalıb yaradana, ər kəsə-- Çox yerlərin bəyi itib, xanı yox.(M.Mirzə. "İnam işığı”, B.2009. s.153)
Üç poetik kitabın müəllifi olan M.Mirzə Vətən torpağının hər qarışını, hər nemətini inamla təsvir və tərənnüm edir. "Böyük anam”, "Masallıdadır”. "Mənim yurdum” və s. şeirləri gənc nəsildə Vətən, yurd məhəbbətini, torpaq sevgisi duyğularını alovlandırır… M.Mirzənin şeirləri onun şəxsi həyatı, əqli görüşləri, təbii hissləri ilə yoğrulduqca daha təsirli olur, tələbkar oxucu zövqünü oxşayır.
M.Mirzə yaradıcılığını izləyən hər kəs onun həyat, cəmiyyət, dünya, axirət haqqında qənaətlərinə, obrazlı düşüncələrini əks etdirən şeirlərinə üstünlük verir. Bu əsərlərində o, dahi Nizamidən bu yana şair və yazıçılarımızın ənənələrini davam və inkişaf etdirir.
Əksər şeirləri vəsf, tərif, ithaf, gözəlləmə, tərənnüm olan M.Mirzə yaşadığı mühitin, cəmiyyətin nöqsanlarına da biganə deyil. Odur ki, cəmiyyətin doğrusu- oğrusu da, mərdi- namərdi də, nadanı- arifi də, zalımı- məzlumu da, dinsizi -mömini də, savadsızı- ziyalısı da şeirlərində öz əksini, xarakterini tapır:
Həyat zülm əlindən qan ağlayırsa, Millətin ər oğlu gərək susmasın! Rüşvət girdabında qəlb dağlayırsa, Vətənin hər oğlu gərək susmasın!(s.155)
Şairin satiralarında tənqid hədəfləri: Vətən topağını hərraca qoyanlar, yerüstü və yeraltı nemətlərimizi çapıb-talayanlar, rüşvətə, korrupsiyaya uyanlar, cəmiyyətdəki antipodlara arxa duranlar, yaxşıya yaman deyənlərdir. Haqqı danıb azanlar, saf dostluğu pozanlar, ayaq altı qazanlar, yurdu satıb qaçanlar, evlər yıxan, boğaz kəsən, halala haram qatanlar—haqqı tərsə yozanlardır…
Bakı toy – busatda, geyib zərxara, Başdan dırnağadək zinət içində. Evsizin yuxusu çəkilib dara, Başına daş yağır şimşək biçimdə.(s.35)
M.Mirzə bugünün şairidir, müasirimizdir. Vətənin uğurlarına sevindiyi kimi, ağrılarına da biganə deyil. Qarabağ hadisələrini, xaldımızın məruz qaldığı bəlaları, soyqırım qurbanlarını ürək ağrısı ilə təsvir edir. "Çadır şəhəri”, "Göyün ürəyi” şeirlərində qaçqın – köçkün dərdləri ilə yaşayır:
Burda külək çapır quru yer üstə, Çadır iplərini çalır kamantək.(s.35)
M.Mirzənin aşiqanə- lirik şeirlərində lirik mən ilk məhəbbəti nakam qalan, illər keçsə də, o sevdalı günləri unuda bilməyən, günü ah - vayla keçən həssas insandır…
Talışca yazdığı şeirlərində məişət poeziyasının bariz nümunələrini yaradan M.Mirzə ər-arvad münasibətlərini incə bir yumorla qələmə alır. "Jen bısən” şeirində xəstə arvadın dilindən hələ canı sulu olan ərə müraciətlə deyilir:
İctimai satiranın gözəl nümunəsi olan "Jeni tehmət” şerində dövrün xarakteristikasını verir:
Çı Xıdoku ome qıləy zəlzələ, Eğandışe bə Soveti vəlvələ, Çəy yurdədə nə kə mande, nə ğələ. Tı çəş məkə, bışi boştə ko bıkə, Bo əğılon ğəzənc bıkə, ro okə! (s. 107)
M.Mirzə köhnəni təzələyən şairlərdəndir. Bu mənada onun şeirləri içərisində həzin bir mahnının, xoş bir nəğmənin, məşhur bir şeirin təsiri altında yazılmışların olması təbiidir. Axı şair dünyanı hisslərlə qavrayır, ona təsir edən nə varsa, yazıb şeirə çevirir:
Talış diyarına qurban olum mən, Sənətkar bəxş edib bu torpaq səni…(s.123)
Ömrünün müdrik çağlarını yaşayan gözəl pedaqoq, lirik şair M.Mirzəyə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT: 1. A.Soltan. "Könüllərdə yeri olan müəllim”, ("Azərbaycan müəllimi” qəz. 17.04. 2009. N0 14. ) 2. A. Bayrami. "Sellər kimi çağlayan şair”, ( "Yeni həyat” qəz. 17.01. 2009, N0 1- 2) 3. Q. Qurbanov. "Müəllim-şair” ( M. Mirzə, ”Mənim dünyam” , B.2005. səh.3-8) 4. Q. Qurbanov."Azərbaycansevər şair”,(M. Mirzə,"İnam işığı”,B.2008. səh. 3-7)
Boli, Şımə votedan ki, muallim ba tirki ninivişdo. Oxo Tolışə anivishton ba tirkian, ba tolishian nivishtedan. Har deynan zivon bavono ishtaniye. Avoni cobaco nibanemon karde. Kon zivono nivishtamon binivishtamon, taki ba tolishi xidmat bikamon. Xahish kardam ba naza bisanan, ama ba tirkian bape binivishtamon ki, ıştə tolışə mədəniyyati tablig bıkəmon.
Bolim, hich ki oyo votedaniki tolishiada nivishta nibu. Bale, tolishiada nivishte lozime, i tikan ve binivishtamon. Ammo, ama bape i qila bo tolishon ninivishtamon. Haman ishta madaniyyati tablig bikamon, ba qora tirkiada, ingilisi zivonada, urusiada tolishi barada, achay madaniyyati, tarixi, zivoni, adat-ananon barada mutlaq nivishte lozime, mutlaq bape binivishtamon...