Воскресенье, 23.04.2017, 11:01
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

Талыши - один из крупных иранских этносов. Страна талышей - Талыш или Талышистан, - где они компактно проживают, занимает крайний юго-запад Прикаспия. Она разделена на две части - северную, ныне входящую в Азербайджанскую Республику, и южную, в Иране, простирающуюся узкой полосой вдоль южного побережья Каспийского моря.

Основные населённые пункты Талыша по обе стороны границы - Ланкон (Ленкоран или Ланкоран), Лерик, Масали, Астара, Лавандвил, Визне, Хавиг, Лисар, Джогандан, Хаштпар, Асалем, Талеш-дулаб, Шандерман, Масал, Сомейэ-Сара, Масуле и Фуман (Фуманат). Талышские сёла имеются и в горных местностях, простирающихся к западу в сторону Ардабиля в Иране.

Талышское население отмечается и в крупных городах - Баку, Реште, Энзели и т.д.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2017 » Февраль » 15 » Məzlumun taleyindən narahat olmayan onun hərəkətindən niyə narazı qaldı
21:05
Məzlumun taleyindən narahat olmayan onun hərəkətindən niyə narazı qaldı

Azərbaycan dövlətinin öz xalqına etdiyi saysız-hesabsız zülm və haqsızlıqları hamı bilir və görür. Kimisi bunları dilə gətirdiyi üçün ömrünü zindanda keçirir, kimisi dilini kəsib susmağa üstünlük verir, kimisi də bir tikə çörəyi itirməmək xaririnə bu zalım rejimi tərifləməyə üstünlük verir. Həyatdır da. Bu belə də olmalıdır. Məxsusən Azərbaycan kimi bir məmləkətdə və onun rəngarəng cəmiyyətində bu adi bir haldır.
Buradaca bir haşiyəni qeyd edim ki, kimsə mənə etiraz edib dövlətlə hokuməti səhv salmaqda günahkar bilməsin. Bu geniş mövzudur. Bu məqalənin mövzusu başqa olduğundan, müxtəsər deyəcəyəm: Azərbaycan adlı dövlətin qanunları elə yazılab ki, hakimiyyətə gələn hər bir şəxsə öz tayfasını, qohum-əqrabasını başına toplayıb eynən Əliyev və onun tayfası kimi xalqı və dövlət xəzinəsini çapıb-talamağa inkanı verir. Bu imkandan istifadə edən sülalə hökuməti dövlətin Əsas Qanununu dəfələrlə nəinki öz tayfa, hətta ailə mənafeyinə dəyişib. Əslində bu dövlət artıq Azərbaycan xalqının yox, tək bir traybın dövlətinə çevrilib. Əgər bu belə deyilsə, onda bəs necə olur ki,
- Haxçıvan Muxtar Respublikası unitar Az.R dövlətinın tərkibində suveren, yəni müstəqil dövlət (dövlətin tərkibində dövlət) statusuna malik olur,  
 - Naxçıvan xalqı banklara kredit borçunu köhnə, sabit məzənnə ilə ödəyir, amma bu qərar Azərbaycanın bütün əhalisinə şamil edilmir,
 - Azərbaycanın reqionları dotasiyadan tam məhrum edilir və ya payı dəfələrlə azaldılır, Naxçıvan rayonlarının Azərbaycan rayonlarından dəfələrlə çox olan dotasiyası sabit saxlanılır və s. və i.a.
25 illik müstəqillik dövründə bu dövlət, onu idarə edən hökumət xalqın mənafeyinə heç bir addım atmayıb. Müntəzəm olaraq onu qarət və müflis etməklə məşğul olub, bu vəziyyət  indi də davam edir. Hazırda xalqın mütləq əksəriyyətinin səfalət və mərhumiyyətə düçar olmasına dair statistik rəqəm - filan gətirməyə elə bir ehtiyac da yoxdur.
 Bu, problemin iqtisadi tərəfidir. Onun ictimai-siyasi tərəfinə baxanda görürük ki, bu dövlət qatı pantürkist siyasətinə əsaslanıb ölkənin qeyri-türk xalqlarını həm də milli zülm altında saxlayır, onların tarixini, mədəni nailiyyətlərini saxtalaşdırıb türkün adına yazmaqla məşğuldur, digər dövlətlərə ərazi iddiaları ilə çıxış edir, millətlər arasında milli nifaq təbliğ edir, Azərbaycan dövlətini türk dövləti,  ərazisini türk torpağı elan edir. Hər bir ölkə parlamentinin deputatı həmin dövlətin rəsmi şəxsi hesab olunur. Onun dedikləri əgər rəsmən təkzib olunmursa, bu həmin dövlətin siyasi xəttinin ifadəsi kimi qəbil olunur. Yuxarıda qeyd etdiyim fikirlər dəfələrlə MM deputatları tərəfindən səsləndirilib və heç vaxt rəsmən təkzib olunmayıb. Bu azmış kimi parlamentdə təmsil olunmuş bir partiya ölkə vətəndaşlarından türkçülüyü, yəni pantürkizmi qəbil etməyi, ya da ölkəni tərk etməyi tələb edir. Əgər bu açıq-aşkar dövlət səviyyəsində faşizm siyasəti deyilsə, bəs nədir? Hələ bu dövlətin əhalinin şiə mənsubiyyətinə qənim kəsildiyini, vəhabi və nurçululuq təriqətini yaymaq siyasətini demirəm.
Belə bir dövlətin vətəndaşları həqiqətən ölkədən baş götürüb qaçmağa imkan axtarırlar. 3 milyona qədər artıq Rusiyaya sığınıb. Mən şəxsən əhalisinin 1/3 -nin mühacirətə getdiyi belə bir ikinci "analoqu olmayan" dövlət tanımıram. Bu, həm də digər parametrlərinə görə Azərbaycan dövləti  Tropik Afrika ölkələrini də geridə qoyub.
Belə bir dövlətin zülmündən xilas olmaq cəhdinə bulunanlardan birisi də Sahin Mirzəli oldu. O gedib Ermənistandan sığınacaq istədi. Bu xəbər əlbəttə ölkə informasiya məkanında əks-sədaya səbəb oldu. Azər -türk ictimaiyyətinin buna münasibəti gözlənilən idi. Onlar talış məsələsində ənənəvi olaraq bu dövlətin oğru hökuməti ilə həmfikir olurlar.  
Mənim bi məqaləmin əsas məqsədi bəzi talışların mövqeyinə fikrimi bildirməkdir. Onlardan soruşmaq istəyirəm ki, Şahin Mirzəlinin bu addımını pisləyib, Azərbaycan kimi talışofob, millətci hətta Azərbaycan türklərinə belə qənim kəsilmiş bir dövlətin siyasətinə dəstək verməklə özünüzü kimə şirin etmək fikrindəsiz?  Bəlkə hökumətə yox,  müxalifətdə olan, özlərini demokratya uğrunda mübariz sayan dost-tanışlarınıza? Ay kişilər, əgər sizin o dostlarınız, eləcə də sizin özünüz həqiqətən demokrat, insan hüquqlarını tanıyan, bəşəri hüquqlara önəm verənsizsə, bəs Şahin Mirzəlinin azad insan, öz hərəkətində sərbəst olma hüququnu niyə tanımırsız? O azad bir fərd kimi sizin sevib əzizlədiyiz Azərbaycan türk dövlətinin siyasətinə, onin məmləkətdə yaratdığı mürtəce ictimai fikrə tüpürüb, həm də ailəsini fiziki ölümdən xilas etmək ücün belə bir addımı atıb. Bu siyasi aksiya ilə Azərbaycan dövlətinin qeyri-insani simasını dünyaya tanıdıb.   Azər-türklər özləri  dövlətin bu cür mənfur  siyasətinə qarşı uzun illərdir mübarizə aparırlar. Onların yüzlərlə mərd oğul və qızları zindan həyatı yaşayıb və indi də 160 nəfərdən çox mübariz insanları həbsdə zillət çəkirlər.
Ay bədbəxt talış, sənə nə olub ki, bu dövlətin zülmünə əyilib ona öz bükülmüş belini göstərirsən? Azər-türkün mərd oğullarını görmürsənsə, heç olmazsa, onların Leyla Yunus, Xədicə İsmayıl kimi qadınlarının mərdliyindən nümunə götürüb qəddini düzəlt, hadisələrə hökumətin yaratdığı mürtəce ictimai rəy prizmasından yox, öz təfəkkür süzgəcinlə bax. Obyektiv, ədalətli fikir yürütməyi bacar. Hələ mən sənin bir talış kimi milli mənafeyini başa düşüb onun prizmasından baxma zərurətini demirəm.
Bəzi talışlar yazır ki, Ş. Mirzəli talış deyil. Bu məsələnin mahiyyətini qətiyyən dəyişmir. Türk, ya talış olsun, fərq etməz, azad insandır, özünü talış hesab etməsi də hər bir fərdin özünütanıma hüququna tam müvafiiqdir. Anasının talış olmasi isə bunu hətta yuridik cəhətdən, yəni varislik baxımdan bir daha təsdiq edir. Deyirlər ki, musavatçı olub. Nə olsun? Məgər TMH liderləri öz siyasi fəaliyyətinə elə AXC ilə başlamayıblarmı? Məgər bizim hərəkata AMİP-dən gələnlər yoxdur? Yeri var deyim ki, bu millətçi türk partiyasının əksəriyyəti elə talışlardan ibarət idi. O vaxt talış milli hərəkatı təzəlikcə yaranırdı, buna müvafiq talışın milli şüuru da kafi qədər inkişaf etməmişdi. Çoxliq Sovet ideologiyasının "azərbaycançılıq" xulyasına inanıb şirin yuxuda ikən bu partiyanın sədri E. Məmmədov əhalisini az qala yarısı talış olan Sumqayıtda ictimaiyyətlə görüşündə bir talışın ona verdiyi suala talışları "əzişdirəcəyi"  hədəsi ilə cavab vermişdi. Həmin məqamda onun "sağdış - soldışı" 2 nəfər talış idi. Bu misalı çəkməkdə məqsədim odur ki, deyim : nə vaxi ki, talış "hamımız azərbaycanlıyıq" assimilyasiya şüarına aldanıb öz talışlığını danırdı, öz mənafeyini "ümumazərbaycan" mənafeyinə qurban verirdi, gözü qarşısında təhqir edilib hədələnirdi ( bu cür faktlar kifayət qədərdir). İndi Şahini təhqir edib azər-türklərin mənafeyinə cümləpardazlıq edən talışlar da millətimizin etnosid siyasətinə xidmət edib onu yenə də həmin səviyyəyə qədər aşağı salmaq siyasətinə xidmət edirlər.
Ş. Mirzəlinin bu addımı Talışın  hörmətli adamlarını respublikanın bəzi KİV -nin yadına saldı.  Mehdbəy Səfərovu Azəri Talış birliyinin sədri kimi təqdim edib ona tribuna verdilər. Mehdibəy, qardaşım, əgər Şahin Ermənistana getməsəydi, onlar sənə bu imkanı verərdilərmi? Və ya sən onları qane edən cavab verməsəydin, sənin fikrini çap edərdilərmi? Və indiyədək heç olubmu,  bir siyasi xadim kimi ölkənin ictimai -siyasi hadisələrinə dair sənin fikrinlə maraqlanıb səndən müsahibə alsınlar, bir forum və ya iclasa statist kimi yox, bir təşkilatın nümayəndəsi kimi dəvət etsinlər?
Hilal Məmmədov da onların yadlarına düşənlərdən oldu. Onu "Tolışi sədo" qəzetinin baş redaktoru kimi təqdim etdilər. Hilal müəllim bu yalanını təkzib etmək əvəzinə ona dəstək verdi. Halbuki, Hilalın həbs edilməsi ilə bu millətçi dövlət onun redaktoru olduğu qəzetin fatihəsini oxuyub əbədiyyətə qovuşdurdu. O isə Mirzəlinin bu movcud olmayan qəzetin əməkdaşı olmamasını deməklə hokumətin antitalış siyasətinə kömək etdi. Hətta bu cür qeyri-obyektiv yanaşma onu pantürk mətbuatın hədəfindən yayındıra bilmədi. Digər bir sayt onu İranın agenti adlandırdı. Hilal müəllim, olmazmı, özünü bu işdən kənarda saxlayasan? Başını qeylu-qala niyə salırsan?
 Vüqar Həmati və "Fasebook"- dakı digər qardaşlarımız  az qala bu işdə ağsaqqallarımızı təqsirkar hesab edəcəkdilər, ki onu  RTMM- nə gətiriblər. RTMM digər bu cür qurumlar kimi açıq təşkilatdır. Hər kəs milli mənsubiyyətindən asılı olmayaraq onun üzvü ola bilər. Hər bir təşkilat da, təbii ki, öz üzvlərinin sayının artmasına çalışmalıdır. Əgər bir azər-türk millətinin nümayəndəsi talış təşkilatına üzv olursa, və ya özünü talış hesab edirsə, bu təkcə RTMM, TAŞ -nın yox, bütün TMH -nın müvəffəqiyyətidir. Elə bu tayfabaz hökumətin və müxalif təşkilatlarının talış xalqını və onun siyasi təşkilatlarını qəbil etməmələrinin səbəblərindən biri də odur ki, Azərbaycanın sadə xalqı TMH -na və onun rəhbərliyinə obyektiv və ədalətli bir qüvvə kimi baxıb rəğbət bəsləyir. Ona gorə millətçi vətənşüvən qüvvələr hər vasitə ilə Hərəkatımızı qaralayıb gözdən salmaq istəyirlər. Təsadüfi deyil ki, Şahin Mirzəlini Əliəkrəmlə bağlayıb, onun adamı adlandırırlar.
İndi Az.R-da dərəbəylik elə bir həddə çatıb ki, hökumət hər bir günahsız vətəndaşı şərləyib həbs edə, işdən qova, evini uçura, mülkiyyətini, gündəlik qazandığı bir tikə çörəyi əlindən ala bilər. Nikkolo Makiavelli deyirdi ki, "hər hansı dövlətin dağılmasının ilkin yoli  onun günahsızları cəzalandırıb, güahkarları sərbəst buraxması ilə başlanır". Respublikada hazırkı vəziyyət bu prosesin işə salınmasını göstərir. Heç kəsdə şübhə olmasın ki, hakim elitanın Makiavellinin bu fikrindən xəbəri yoxdur, və ya xəbəri var, amma nəticəsinə inanmır. Arxayın olun, xəbəri var, nəticəsini də bilir.
 Bəşər tarixi boyu daimi sərhəd heç vaxt mövcud olmayıb. Hər 2-3 nəsildən bir dəyişilib. Bu ənənə yenə də davam edəcək.
Mən də bilirəm ki, bu məqaləmlə dövlət dağılan deyil, "əgər bir şəm həxdən yana,  onu heç bir bad söndürə bilməz" və əksinə.
Talış qardaşlarım, nahaqla qidalanan bu şəmin bir gün sönməsinə heç şübhəniz olmasın. Onun yaratdığı mürtəce ictimai fikrə xidmət etməkdən əl çəkin.

 

Zahirəddin İbrahimi
15.02.2017

 

Категория: Наши новости | Просмотров: 232 | Добавил: admin2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2017Используются технологии uCoz