Mingəçevir su anbarı partlaya bilər - 22 Мая 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Четверг, 24.05.2012, 03:36
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Май » 22 » Mingəçevir su anbarı partlaya bilər
19:23
Mingəçevir su anbarı partlaya bilər

Bu isə Azərbaycanın yarısının məhvi deməkdir - Ələtdən Lankonacan.

Kür və Araz çayının daşmasıyla əlaqədar baş verən təbii fəlakət nəticəsində hökumət bugünlərdə müvafiq komissiya yaradıb. Mətbuatda bu barədə yetərincə məlumat getdiyindən geniş şərhə ehtiyac görmürük. Prezident sərəncamıyla yaradılan hökumət komissiyası təbii fəlakətin nəticələrinin ardan qaldırılması istiqamətində kompleks tədbirləri əhatə edir. Bu sırada komissiyada maraqlı təklif səsləndirilib. Komissiyanın iclasında əsas məsələ kimi Kür və Araz çayının yükünün azaldılmasından danışılıb. Bu barədə "Meliorasiya və Su təsərrüfatı” Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə məlumat verib. Yükün azaldılması dedikdə Kürlə Arazın ayrılması nəzərdə tutulur - yəni məşhur Suqovuşan bağlanacaq. SC sədri hər iki çayın ayrı-ayrılıqda Xəzərə töküləcəyini qeyd edib.

Bu təklifin nə dərəcədə mümkün olması, eləcə də həmin ideyadan doğan suallarımızı SSRI Su və Meliorasiya Nazirliyində şöbə müdiri işləmiş Ələsgər Yusifova ünvanladıq. Su təsərrüfatı sahəsində uzunillik iş təcrübəsi olan mütəxəssisin fikirləri düşünürük ki, oxucular üçün maraqlı olar.

Ə.Yusifov təklif edilən ideyanı çox çətin məsələ adlandıraraq onun hansısa insanın gücü xaricində olduğunu dedi. Onun fikrincə, bunu reallaşdırmaq üçün Arazın yanından neçə kilometr çıxış açmaq və bu iş üçün neçə rayon və kəndin ərazisini əhatə etmək lazımdır. Kürün məcrasını dəyişmək real olmadığı üçün mütəxəssis yalnız Arazla bağlı fikir yürütməyi mümkün saydı: "1900-cü ildə Araz Kürə tökülürdü. Saatlıya qədər gələn Araz çayı Saatlıda ”Armyanka" deyilən yerdə kanala tökülürdü. Çaylar daşanda Sabirabadda Suqovuşanda Kürlə birləşirdi. Indi yollar bağlıdır, nəqliyyat və əhalinin daşınmasında çətinlik yaranıb, təsərrüfat iflic olub. Bu mənada Arazın yolunu dəyişmək çətinləşib. Bir də ki, bu ideyanı heç uşaq da düşünməz. Sovet hökuməti Mingəçeviri tikib ki, Araz və Kür çayını daşqından müdafiə etsin. Mingəçevir su anbarında indiyədək səviyyəni heç kim 65-70 metrdən yuxarı qaldırmayıb. Bunu etmək də olmaz. Daşqın olanda Kür Türkiyə və Gürcüstandan nə qədər çox su gətirsə belə, anbar onun hamısını yığaraq 55-70 metrə qədər qaldırır. Bu gün Mingəçevir anbarında suyun səviyyəsini 85 metrə qaldırmaqla, ondan ucuz elektrik enerjisi almaqla pul qazanmaq hazırkı təhlükəni yaradıb".

Salyan ətrafında Kürün 6 km qazılması məsələsini yada salan müsahibimiz 1 km qazmaqla suyun buraxılmasını cinayət adlandırdı. Kürün üstündə belə əməliyyat aparmağa icazə verilmədiyini iddia edən Ələsgər müəllim əlaqədar qurumlara xitabən həmin planın dayandırılmasına nail olub. Amma üstündən iki il keçəndən sonra yaşanan təhlükəni Mingəçevir su anbarında suyun qaldırılmasıyla bağlayan Ə.Yusifovun fikrincə, qeyri-peşəkarlıq faciələrə rəvac verib: "Iranda belə bir hərəkət edilsəydi, o adamı dar ağacından asardılar. 37-ci il olsaydı, belə adamları güllələyərdilər. Demişəm, deyəcəyəm və sübut da edəcəyəm ki, Mingəçevirdə suyun səviyyəsini 85 metrə qaldırmaq cinayətdir. Işə baxın, səviyyəni qaldırıb Sabirabada da suyu buraxasan ki, anbar dolmasın. Gündə anbar suyla dolur və o, dözməyərək partlaya bilər. Anbar partlasa, Azərbaycanın yarısı gedəcək”.

Vəziyyətdən çıxışın kritik olduğunu qeyd edən mütəxəssis Kürün səviyyəsinin bir qədər də qalxacağı təqdirdə Mingəçevirin yarısının yox olacağını söylədi. Bir milyon yarım əhalinin dənizə töküləcəyi təhlükəsini qeyd edən Ə.Yusifov 20 rayon, 400 kənd və əhalinin məhv olacağı proqnozunu verdi: "Özü də birdəfəlik məhv olacaq - Ələtdən Lankonacan. Hamısı suyun altında qalacaq. Belə olmaz axı. Bu barədə dərhal fikirləşmək lazımdır. Mingəçevirin layihəsini hələ 52-ci ildə institutda diplom işi kimi hazırlayanda bütün motivləri təhlil etmişəm. Nəyi necə etməyin hamısı orda var. Amma indi çox şeyi gizlədirlər. Vaxtilə Sabirabadda bəndatan idarə olub. Həmin idarə rayonda 52-54-cü ildə işləyib. Mingəçevir su anbarı yaradılandan sonra idarə də yığışdırıldı, bəndlər də. Camaat həmin ərazidə ev tikməyə başladı. Burda  insanların həyatından söhbət gedir. Bunu düşünmək lazımdır axı”.

Azadlıq qəzeti
Категория: Страны СНГ | Просмотров: 783 | Добавил: admin
Всего комментариев: 2
0  
1 Jango   (23.05.2010 00:33)
Əhməd Əhmədzadə се-чо руж бəнав вотдəбе ки, Кури ови Ирон ве кардыше. Чанд руже фикр кардəмон ым Ирон чы ком вырəjку бə Куəру ов екарде зынəше?
Мəсəлə həгигəтəн чəтине - ысə нəведəн бо дештə сə, бепул орохниjə мелиораторон, пəjдо карде зындəнин... həммə де пулишон орохниjə, сəонəдə hич чи ни...
Ымон бə и тəрəф, нывышдəн ки, електрик уджуз бəбе.... ки бə киjе, мех бə зəмин ешдəни, бə джон! електрик hааааа??? cry Ханкиши мардə бəгəм? cry wacko

0  
2 HABIB   (24.05.2010 13:20)
Butun bunlar onu gestarirki, chunki bu torpaglarda zulum hekum surur, Allahda bu zulumlara dezmur odur kainat joshub dashir aziyati isa xalg chakir, nagadarki xalg bu zulumu gabul etsa ogadar xalg onun aziyatini chakajak.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz