- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?
- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Главная » 2010 » Июль » 26 » Nə üçün milli azliq və dini KİV-lərə dövlət yardım etmədi?
20:33
Nə üçün milli azliq və dini KİV-lərə dövlət yardım etmədi?
Bir neçə gün öncə Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi münasibətiylə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən prezidentin Ehtiyat Fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 mln. manat məbləğində, digər bir sərəncamla isə 8 informasiya agentliyinin hər birinə 10 min manat, 32 qəzet redaksiyasının hər birinə isə 20 min manat məbləğində birdəfəlik yardım ayrılmışdır.
Bunula belə, sözdə dini və milli-etnik tolerantliqdan bəhs edən hakimiyyət nə islamyönlü, nə də ki milli azliqların KİV-nin heç birinə belə bir maliyə dəstəyi etməmişdir.
Mövzu ilə bağlı Beynəlxalq "Səhər” telekanalının "Kompas” verlişində Azərbaycanın islamyönlü KİV rəhbərləriylə yanaşı, hüquq müdafiəçisi Hilal Məmmədov da çıxış edərək bu xoşagəlməz ayrıseçkilik halına öz tənqidi münasibətini bildirmişlər. "Azərbaycan azad mətbuatın və söz azadlığının əslində olmadığını”, "iqtidaryönlü KİV-in ümumiyyətlə oxunulmadığını”, "bəzi müxalifyönli qəzetlərin maliyyələşdirilməsini isə iqtidarın bir jesti”, kimi qiymətləndirən H.Məmmədov daha sonra bildirmişdir ki, "bu gün hakimiyyətin ən çox qorxduğu iki mövzu – din və milli azlıq problemləridir. Sözdə dini-milli toleranlıqdan bəhs edən iqtidar heç olmazsa beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaqdan ötrü bu dini-etnik xarakterli KİV vasitələrindən heç olmazsa birini maliyyələşdirə bilərdi. Heç bunu da etməmişdir”.
Aşağıdakı videomaterialda H.Məmmədovun çıxışının tam mətni ilə tanış ola bilərsiniz.