Тайные стороны трагической смерти Новрузали Мамедова (на азербайджанском языке) - 11 Ноября 2009 - Официальный сайт РОО "Талышская диаспора"
Четверг, 24.05.2012, 13:01
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2009 » Ноябрь » 11 » Тайные стороны трагической смерти Новрузали Мамедова (на азербайджанском языке)
13:50
Тайные стороны трагической смерти Новрузали Мамедова (на азербайджанском языке)


«Oğlumu da, ərimi də günahsız yerə öldürdülər»
«Indi neyləsin ki, bu adam talışdır. Özündən imtina edəsi deyildi ki…»
«Azərbaycanda bizə kömək edən bir təşkilat, bir adam tapılmadı»


Məryəm xanımla görüşüb, evlərinə qalxanda ağır, kədərli bir hekayəti dinləyəcəyimi bilirdim. Ərini, oğlunu itirmiş, yeganə təsəllisi və yeganə övladı isə xəstəxanada ağır vəziyyətdə olan bir ana, bir qadın başqa necə danışa bilərdi ki? Amma bir ziyalı ailəsinin faciəsinin bundan da acı olduğunu gördüm, duydum. Bəzən deyirlər ki, göz yaşları adamı yüngülləşdirir. Bir az toxtadır. Məncə bu belə deyil. "Artıq heç nəyim, qalmadı” deyən Məryəm xanımın göz yaşlarının ağır, daşdan ağır kədərini isladıb, bir az da ağırlaşdırdığını duydum. Bu təmkinli, mehriban, ağlamaqdan gözləri tuluqlanmış qadının çarəsiz göz yaşları, hələ də gözlərim önündən getmir. Hələ də bu göz yaşları ürəyimdən daş kimi asılıb… O evdən, o evin sahibəsindən indi çox uzaqda oturub yazıram bunları. Amma kövrək, zavallı, günahsız və hüquqsuz Məryəm xanımın hənirtisini duyuram bu an yanımda. Elə bilirəm ki, o soyuq, səssiz evdə… televizorun üstündəki çərçivədən bir-birindən xəbərsiz dünyadan köçən ata ilə oğul boylanır mənə sarı. Divarlarda isə mərhum Kamran Məmmədovun əl işləri, rəsmləri…

Oğlunun ondan öncə öldüyünü bilmədi

"Tolışi Sədo” qəzetinin baş redaktoru, Talış Mədəniyyət Mərkəzinin sədri Novruzəli Məmmədovun faciəli ölümü onu tanıyanları və doğmalarını çox sarsıtdı. Amma ömrünün son günlərini ağrılar içində qıvrılan alim həyatdan köçənə qədər dünyalar qədər sevdiyi oğlunu artıq itirdiyini bilmirdi. Bilmirdi ki, oğlunun gənc ürəyi atasına qarşı edilən haqsızlığa dözməyib partladı. Onu da bilmirdi ki, ölümündən 41 gün sonra ikinci oğlunu da avtomobil qəzasına salıb, ömürlük şikəst edəcəklər.
Incəsənət Universitetinin yaxınlığında yerləşən evlərinə də ilk dəfə onun ölümündən sonra getdim… Məni onun həyat yoldaşı (artıq dul qadını) Məryəm xanım qarşıladı… başında qara örpək, sınıq qolu da boynundan asılmış vəziyyətdə. Axı "qolun sınığı boynundur” deyərlər. Dəfələrlə yaşadığım təəssüf hissi yenidən ürəyimi sıxır. Kaş sağlığında bu alimlə tanış olaydım. Gör ona ünvanlanası nə qədər suallar var idi! Cavabsız qalan suallar…

"Talış doğulmaq Novruzəlinin günahı deyildi ki…”


Məryəm xanım ixtisasca bioloqdur. Uzun müddət bu sahədə çalışıb. Amma bu gün o, biologiya sahəsində olan minlərlə mövzudan deyil, bir ailənin faciəsindən danışır: "Irana konfransa getmişdi. Ordan qayıdıb gələndən sonra başladı bu həngamə. Guya Iranda tanış olduğu bir nəfərə burdan zəng edib. Gəldikdən sonra da onunla əlaqə saxlayıb. Amma əslində belə olmayıb. Məsul katib Elman Quliyev Novruzəlidən telefonu alıb, Irana zəng edir və deyir ki, qohumumla danışıram. Novruzəlini də tutanda telefonunda həmin nömrə olur. Soruşanda deyir ki, hə, Iranda konfransda elə bir adamla tanış olmuşam. Bizi qarşıladı, yola saldı, hədiyyə verdi. Amma bura gələndən sonra ona zəng etməmişəm. Mənim telefonumdan ona Elman Quliyev zəng edib. Vəssalam. Sonra da…” Sonrasını deməyə Məryəm xanıma göz yaşları aman vermir. Dağlı ürəyinin ağrıları göz yaşlarında qıvrılır, çətinliklə də olsa yenidən ocağı sönmüş, közərtisi qalmış bir ocağın göynərtisini çatdırır bizə. Deyir ki, Novruzəli Məmmədovun qəfil həbsinə çoxları inanmır. Axı tanıyanlar hamısı bilirdi ki, dilçi alim ancaq elmlə, dilçiliklə məşğuldur. Milliyətcə talış olan Novruzəli Məmmədov aşağı sinif şagirdləri üçün "Talış dili” dərsliyinin də müəllifidir. Eləcə də onlarla elmi kitabların. Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirən Novruzəli müəllim sonralar Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olur və bu ali məktəbi də əla qiymətlərlə başa vurur. Ingilis, rus, fars dilləri sahəsində mütəxəssis olan dilçi alimin həyat yoldaşı deyir ki, onu "talışçılıqda” suçladılar: "Neyləsin ki, indi bu adam talışdır. Özündən imtina edəsi deyildi ki”.

15 gün polislə birgə itmiş alimi axtarırlar

Beləliklə "2007-ci ilin 2 fevralında ”Tolışi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovu qəfil həbs edirlər. Saat 17:00 radələrində Novruzəli Məmmədovu MTN-nin işçiləri saxlayır. 1 sutkadan sonra onu azadlığa buraxırlar. Azadlığa buraxıldıqdan sonra, AMEA-nın binası qarşısında saxladığı avtomobilinə minmək istəyərəkən mülki geyimli bir nəfər alimə yaxınlaşaraq sənədlərini tələb edir. Bu zaman, gözlənilmədən iki polis işçisi də Novruzəli Məmmədova yaxınlaşır və maşının açarlarını zorla əlindən alaraq, alimi özüylə birgə yaxınlıqdakı polis şöbəsinə aparırlar. Orada saxta bir protokolu tərtib edirlər ki, guya bir sutka həbsdə ac qalan, döyülərək taqətdən salınan 65 yaşlı, ağsaqqal, alim polis işçilərinə müqavimət göstərib. Buna görə də Novruzəli Məmmədov haqqında 15 sutka azadlıqdan məhrumetmə cəzası kəsilir. Redaktoru olduğu qəzetin ölümündən sonra Novruzəli müəllimə həsr edilən buraxılışndan oxuyuruq bu məlumatı.
15 gün ailə üzvləri alimin axtarışı ilə məşğul olsa da, onu tapa bilmirlər: "Bu müddətdə biz polisə də müraciət etdik ki, bəs bu adam işə gedib geri qayıtmayıb. 15 gündən sonra xəbər tutduq ki, Novruzəli MTN-dədir. Novruzəlinin ”günahı” talış dilini və tarixini təbliğ etməsi idi”.

"Novruzəliyə verilən ağır işgəncənin izləri bizi sarsıtdı”

Məryəm xanım deyir ki, Novruzəlini 2 ay MTN-nin təcridxanasında saxlayırlar. Həbsindən yalnız iki il sonra yaxınlarının onunla görüşmək imkanı olur. Iki il sonra yaxınları ilə görüşəndə isə onun bütün bədənində ağır işgəncənin izləri hamını sarsıdır: "Əlində sınıq var idi. Soruşdum dedi ki, əlimi sındırdılar. Qabırğasını da əzmişdilər. Həbsindən 7 ay sonra isə ekspertizaya düşə bildi. Artıq işgəncənin yerləri qalmamışdı. Ekspertizadan sonrakı işgəncələr daha dəhşətli oldu. Ağır Cinayətlərdə məhkəməsi getdiyi 5 ay ərzində isə Bayıldakı 1 saylı təcridxanada qaldı. Məhkəmə bağlı keçirdi deyə nə bizi, nə də jurnalistləri içəri buraxırdılar. Ağır Cinayətlərdə ona Irana casusluq maddəsi ilə hökm çıxarıldı və 13 il azadlıqdan məhrum edildi. Apellyasiya və Ali Məhkəməyə etdiyimiz şikayətlərin heç bir faydası olmadı.
Novruzəli çox iradəli insan idi. Elə məhkəmədə də sona qədər dözdü. Sonda hökm oxunanda dedi ki, mənə 10 il verməyin, ömürlük verin. Çünki mən öz həyatımı yaşamışam. O, deyirdi ki, bu qurama işdir. Elə qurama olduğuna görə də məhkəməni açıq keçirə bilmədilər”.
Novruzəli Məmmədov 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülür. Orda ailəsi ilə ilk görüşü olur. Xanımı deyir ki, ilk gündən alimi karsa salırlar. Hər tərəfindən su axan karsda, nazik türmə paltarında olan xəstə, yaşlı məhkum soyuqdan əziyyət çəkir.
"Başına su tökülürmüş deyə nəzarətçilərdən xahiş edib ki, heç olmaya köynəyini versinlər ki başına bağlasın. Amma yaşlı ziyalının bu xahişinə də əməl etməyiblər, deyiblər ki, onda ”zapiska” yaz ki, səni karsa qaydaları pozduğuna görə salıblar. Guya Novruzəli əyninə türmə paltarını geyinmək istəmirmiş. Ona kağız-qələm verirlər, amma eynəyini vermirlər ki, biz yazacağıq, sən də qol çəkəcəksən. Novruzəli bir həftə ac-susuz belə vəziyyətdə yaşayıb. Vəkili müraciət edəndən sonra Elçin Behbudov (Işgəncələr Əleyhinə Komitənin sədri) işə qarışdı. Onu karsdan çıxarıb baraka köçürdülər”.
Məryəm xanım deyir ki, yanvarın 22-də onlara görüş veriblər. Görüş zamanı Novruzəli Məmmədov ailəsinə deyib ki, hələ də döyülməyinə, təhqir edilməyinə inanmır: "Iyunun 22-də görüşəndə Novruzəli dedi ki, dünən mənə iynə vurdular, qan aldılar ki, vərəmə görə yoxlasınlar. Mən bioloq olduğum üçün dəqiq bilirəm ki, vərəmə görə analizə yaxma, tüpürcək götürürlər, qan götürmürlər. Ürəyimə gəldi ki, bu iynə ilə Novruzəlinin axırına çıxacaqlar. Mən bilirdim ki, Novruzəliyə zəhərli iynə vurublar.
Bir aydan sonra, iyulun 22-də görüşəndə gördüm ki, artıq Novruzəlinin hərəkəti yoxdur, bu adam əriyib tamam. Biz dəfələrələ xahiş etdik ki, Novruzəlini tibbi hissəyə köçürsünlər. Xeyri olmadı.
Artıq Novruzəli yarımcan olandan sonra, iyulun 25-də onu tibbi hissəyə köçürdülər. Həkim hər dəfə deyirdi ki, vəziyyəti yaxşıdır. Sən demə, həkim ümumiyyətlə bu adamın yanına gəlmirmiş. Yalandan danışırmış. Vəkil Ramiz Məmmədov dedi ki, Novruzəlinin vəziyyəti çox ağırdır. Ağzına qaşıqla su vermək gərəkdir. Belə bir məqamda da bizi onun yanına buraxmadılar ki, qulluğunu tutaq.
Avqustun 3-də bizə 15 dəqiqəlik görüş verdilər. Iki nəfər Novruzəlini gətirdi. Novruzəli otura bilmirdi. Emil atasını qucağına uzatdı. O, dedi ki, məni bunlar öldürdülər”.

"Bizi onun ölüsünə də yaxın qoymadılar”


"Avqustun 17-də evdə oturmuşdum. Kimsə zəng edib dedi ki, ”müəllim rəhmətə getdi”. Dedim kimi deyirsiz, dedi, Novruzəli kişini. Oğlumla gedib gördük ki, MTN işçiləri yığışıb.
Dedim, heç olmasa qoyun, Novruzəlinin meyitinə yaxınlaşım, əllərimi gözünün üstünə qoyum, buna da icazə vermədilər ki, "morqa” aparacağıq. "Morq”da yarıb analiz ediblər, guya məlum olub ki, beynə qansızmadan ölüb”.

Kamran Məmmədovu haqsızlıq öldürdü

Kamran Novruzəli Məmmədovun həbsindən 7 ay sonra, 2007-ci ilin sentyabrın 8-də vəfat edib. Texniki Universiteti bitirdikdən sonra, 1994-cü ildə 3 dostu ilə Almaniyaya gedən Kamran orada rəssamlıq məktəbini də bitirir. Atasının həbsini eşidəndə yaşadığı rahat, problemsiz ölkədən doğma evinə dönür. Rəssamlıqla yanaşı musiqi məktəbini bitirən Kamranın bu sahəyə böyük marağı olub. Kamransız evin divarlarını indi onun rəsm əsərləri bəzəyir. Evin bir küncünə qoyulmuş gitara isə üstünə bağlanan qara lent kimi donub qalıb.
Atasının 40 günü ikinci oğlunu da şikəst etdilər
"Astaranın Ərçivan kəndinə Novruzəlinin qırxına gedirdik. Ata-oğul qəbrini ziyarət edib, geri dönəndə artıq hava qaralmışdı. Ələtə çatanda arxadan bir ”Kamaz”ın qəfildən bizə tərəf şütüdüyünü gördüm. "Kamaz” bizi arxa təkəri ilə vurdu, özü də aşdı. Maşında oğlum Emillə mən idim. Emilin qolları, ayaqları sınıb sallanırdı. Bütün maşın qan içində idi. Mənim də sol qolum sınmışdı. Amma Emilin bu vəziyyətini görüb ağrımı da hiss etmirdim. Emil 3 gün komada qaldı. Sağ qolunun dirsəyi xurd-xəşil olub. Indi Emilin dirsəyini Ilizarov aparatı əvəz edir. Hələ də ayağa dura bilmir. Qolları da gipsdədir.
Hadisədən 5-6 gün sonra müstəntiq gəlib deyir ki, sizin oğlunuz "naruşeniya” edib. Axı biz yolu getdiyimiz yerdə "Kamaz” gəlib bizi vurub”.
Məryəm Məmmədova deyir ki, Emili atasının həbsindən sonra dəfələrlə guya nəşə gəzdirdiyinə görə həbs ediblər. Hələ bu harasıdır, anası deyir ki, dəfələrlə Emili oğurlayıb, tanımadığı yerə aparıb o qədər döyüblər ki, günlərlə boğazından su keçməyib: "Emili o qədər döymüşdülər ki, bütün bədəni, başı şişib, düz qalmışdı. Şəhərdə böyüyən Emil deyirdi ki, onu apardıqları yeri tanımayıb. O qədər döyüblər ki – 5-6 adam. Elə biliblər ki, ölüb, gətirib kisənin içində həyətə atıb, getmişdilər. Döyənlər deyirmiş ki, dilini kəsməsən, bundan da pis günə qoyacağıq səni”.

Məryəm xanım deyir ki, borc içində olan ailənin müalicəyə də pulu çatmayıb. Deyir, nə yaxşı, Ingiltərənin bir təşkilatı bizə maddi yardım göstərdi: "Azərbaycanda bizə kömək edən bir təşkilat, bir adam tapılmadı”.

Arzu Abdulla
azadliq.az

Категория: Наши новости | Просмотров: 578 | Добавил: admin
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz