“Qənizadənin hakimiyyətin dostu olduğunu hamı bilir” - 24 Июня 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Четверг, 24.05.2012, 15:14
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Июнь » 24 » “Qənizadənin hakimiyyətin dostu olduğunu hamı bilir”
15:29
“Qənizadənin hakimiyyətin dostu olduğunu hamı bilir”

Şahvələd Çobanoğlu: «Bu yazı Eynullanın əleyhinə olmaqdan çox, hakimiyyətə təklif məqsədi daşıyır»

Emin Fətullayev: «Çingiz Qənizadə mikrofon rolunu oynayır»

"Mən Eynulla kimilərilə dostluq etmirəm. Çünki mənim dostlarım dünyanın ən dəyərli, ən savadlı, ən əxlaqlı, gözəl ailə başçıları olan və kişiliyə xas olan bütün xüsusiyyətləri özündə əks etdirən insanlardır. Bizlər bəzən ictimai rəydə qalmaq, bəzən də yerli və xarici tənqidlərdən yayınmaq üçün layiq oldu-olmadı hər şeyi unudaraq hər kəsi müdafiəyə qalxırıq. Bəzən heç fikirləşmirik ki belə mövqe bizi ucuzlaşdırır, kiçildir...”. Bu fikirlər hüquq müdafiəçisi Çingiz Qənizadənin "Bakı-Xəbər” qəzetində və "525-ci qəzet”də dərc olunan "Biz niyə susuruq?” başlıqlı məqaləsindəndir.

Qeyd edək ki, həbsdəki baş redaktor Eynulla Fətullayev son məhkəmə proseslərinin birində əksər hüquq müdafiəçilərini hakimiyyətlə işbirliyində və aldıqları rüşvət müqabilində hüquq pozuntularına göz yummaqda ittiham etmişdi. Ç.Qənizadə bu məqaləsini həmin ittihamlara cavab məqsədilə qələmə aldığını deyir. Müəllif yazır ki, E.Fətullayev gündəmdə qalmaq üçün bəzi vəzifəli şəxslər, o cümlədən hüquq müdafiəçiləri haqqında faktlara söykənməyən qərəzli fikirlər səsləndirir. "Eynulla Fətullayev Elmar Hüseynovun qatilinin adını çəkir və qeyd edir ki, həmin şəxs özü Elmarı qətlə yetirdiyini ona etiraf edib. Həmin şəxs yüksək vəzifə sahibi olmaqla yanaşı xüsusi xidmət orqanlarında çalışır. Xüsusi xidmət orqanının yüksək rütbəli bir əməkdaşı hətta belə bir cinayət törətmiş olsa belə, o hər hansı bir jurnalistə, xüsusilə də Eynullaya cinayət törətməsi barədə etiraf edərmi? Vətəndaşı ağır cinayət törətməkdə ittiham etmək sübut olunmazsa, bu, cinayət məsuliyyətinə səbəb olur” - deyə, Ç.Qənizadə bildirib.

Hüquq müdafiəçisi jurnalistin atası Emin Fətullayevin onun fəaliyyətindən niyə narazı qaldığına bu cür aydınlıq gətirib: "...Biz cəzaçəkmə müəssisəsindən çıxarkən Eynullanın atası Emin müəllim bizi bayırda gözləyirdi. O bizdən kalon qaydalarına zidd bir xahişini yerinə yetirməyimizi təkidlə tələb edirdi. Biz isə bunu edə bilməzdik. Elə ona görə də Emin müəllim Eynullanın hüquqlarının müdafiəsi yönündə çəkdiyimiz zəhməti yerə vurub bizləri əsassız tənqid etməyə başladı”.

«Çingiz Qənizadənin yazısı dövlət qurumundan göndərilib»

"Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu hesab edir ki, bu yazı Eynulla Fətullayevə ancaq hörmət gətirə bilər: "Çingiz Qənizadə kimi bir adamın Eynulla Fətullayevin əleyhinə yazı yazması Eynullaya yalnız hörmət gətirir. Çünki ictimaiyyət Qənizadəni artıq yaxşı tanıyır. Həm də o yazı Eynullanın əleyhinə olmaqdan çox, hakimiyyətə təklif məqsədi daşıyır.ÿAxı qabaqdan seçki gəlir. Çingiz müəllim bundan əvvəlki yazısında isə ABŞ-a qarşı çıxış etmişdi, çünki o zaman hakimiyyət ABŞ-a qarşı təbliğat aparırdı.

Biz jurnalistlər özümüz də bəzən siyasi olmayan adamların hüquqlarının pozulması zamanı bu adama müraciət etmişik, çünki hakimiyyət qurumları ilə dostluğunu bilirik. Hakimiyyətin siyasi marağı olmayan işlərdə yararı ola bilər deyə. Artıq hamı onu bu cür qəbul edir. Odur ki, onun bu yazısını gülüşlə qarşıladıq və qətiyyən təəccüblənmədik. Onu da deyim ki, yazının yayıldığı KIV-lərdən birinin redaksiyasından aldığımız məlumata görə, yazı onlara dövlət qurumlarının birindən göndərilib. Belə də olmalı idi".

"Bəzi adamlar Qənizadənin vasitəsilə Eynullaya cavab verirlər”

Emin Fətullayev isə məqalədə onunla bağlı məqama aydınlıq gətirdi: "Eynullanı ”karserə" salmışdılar. Anası da Arzu xanıma müraciət etmişdi ki, bu məsələni araşdırsın. Arzu xanımı cəzaçəkmə müəssisələrinə buraxmırdılar deyə, o, Sahib Məmmədova müraciət etdi. Sahib Məmmədov da dedi ki, Çingiz Qənizadə gedəcək. Zəng edib Çingizlə danışdım, sonra da görüşdük. Kalonun qabağında ona iki dönər verib xahiş etdim ki, Eynullaya versin, acdır. O da yarım saatdan sonra çıxdı ki, verə bilmərəm, icazə yoxdur. Mənim bu illər ərzində onunla başqa təmasım olmayıb".

Hüquq müdafiəçisinin həbsdəki baş redaktorla bağlı ittihamlarına gəlincə; "Belə bir adamla polemikaya girmək fikrində deyiləm. Bir onu deyə bilərəm ki, Çingiz Qənizadə mikrofon rolunu oynayır. Bəzi adamların Eynullaya demək istədiklərini  cəmiyyətə o çatdırır”.

Məlum məqalədə Ç.Qənizadə həmkarı Leyla Yunusun da ünvanına ittihamlar səsləndirib. "Leylanın qrant almaqdan başqa hansısa hüququ pozulmuş vətəndaşa köməklik etdiyini bilən varsa, bu barədə bizə məlumat verməsini istərdim. Hadisələri şişirtmək, siyasiləşdirmək, siyasi partiyaların iclaslarında iştirak etmək, siyasi bəyanatlar vermək hüquq müdafiəçiliyidirsə, Allah Eynullaya Leyladan xeyir versin” - deyə, o bildirib. Bu ittihamlarla bağlı Leyla xanımın mövqeyini öyrənmək istəsək də, hüquq müdafiəçisi ölkədə olmadığından cəhdimiz baş tutmadı.

azadliq.info
Категория: Страны СНГ | Просмотров: 434 | Добавил: admin
Всего комментариев: 1
0  
1 Jango   (26.06.2010 03:09)
Mən Eynulla kimilərilə dostluq etmirəm. Çünki mənim dostlarım dünyanın ən dəyərli, ən savadlı, ən əxlaqlı, gözəl ailə başçıları olan və kişiliyə xas olan bütün xüsusiyyətləri özündə əks etdirən insanlardır.
---------------
biggrin biggrin biggrin Слишком высокопарно, чтобы было похоже на правду... Пусть перечислит имена своих друзей для примера... cool А мы посмотрим откуда такая певчая птичка Чингиз cool

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz