Qərb qəti addımlar atmaqda qərarlıdır - 20 Марта 2010 - Официальный сайт РОО "Талышская диаспора"
Четверг, 24.05.2012, 15:17
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Март » 20 » Qərb qəti addımlar atmaqda qərarlıdır
16:42
Qərb qəti addımlar atmaqda qərarlıdır

«Azərbaycandakı bugünkü durum Şimali Koreya ilə müqayisə oluna bilər»

Bu fikirləri Andreas Qross DAC üzvlərilə Fransada keçirilən görüşdə səsləndirib

Martın 17-də Parisdə Demokratik Azərbaycan Cəbhəsi üzvlərinin Andreas Qrossla görüşü olub. Görüşdə Azərbaycanda insan haqlarının pozulması, qarşıdan gələn parlament seçkisi, jurnalistlər, bloggerlər, siyasi dustaqlar, ölkədəki iqtisadi vəziyyət və başqa mövzularda müzakirələr aparılıb.

Azərbaycanda demokratiyanın inkişafı və bərqərar olması üçün xaricdə lobbiçilik işinin gücləndirilməsi ətrafında da fikir mübadiləsi olub. A.Qross bu işə qoşulmağa böyük məmnuniyyətlə razılıq verib, eyni zamanda hər cür kömək göstərməyə hazır olduğunu bildirib. Bundan başqa, Qross sentyabr ayında Haaqada Demokratik Azərbaycan Cəbhəsinin birinci konfransında iştiraka və Azərbaycandakı vəziyyətlə bağlı 20 dəqiqəlik çıxışla məruzə edəcəyinə razılıq verib.

Söhbət zamanı Andreas Qross Azərbaycandakı bugünkü durumu Şimali Koreya ilə müqayisə edib. O, hakimiyyətlə iş birliyinə gedən müxalifəti, parlamentə legitimlik qazandıranları da günahlandırıb. Qross AXCP sədri Əli Kərimlinin pasport məsələsini yaxın günlərdə Avropa Şurasında müzakirəyə çıxaracağına da söz verib.

Ümumiyyətlə, Azərbaycanda demokratiyanın inkişafı üçün xaricdə lobbi yaradılmasını yüksək qiymətləndirən Qross başqa bir sıra tanınmış siyasətçilərin də bu işə qoşulmasına yardımçı olmağa çalışacağını deyib. Əlavə edib ki, artıq Avropa Əliyevlərin apardığı daxili və xarici siyasətə biganə qala bilmir. Insan haqlarının kobud şəkildə pozulması, xalqın planlı şəkildə xaricə getməyə məcbur edilməsi, qəzetlərin bağlanması, məhkəmənin sifarişli hökmləri, kitabların müsadirə edilib yandırılmasına məhkəmənin qərar verməsi, həbsxanalarda ölüm hallarının artması, polis özbaşınalığı, eyni zamanda iqtisadiyyatın yalnız neft və qaz satışına bağlanması, bu kimi hallar ölkəni məhvə aparır. O, bu siyasətin böyük fəsadlar törədəcəyindən Qərbin narahat olduğunu və bunun qarşısının alınması üçün qəti addımlar atmaqda qərarlı olduğunu bildirib.

DAC-ın nümayəndə heyətinin yaxın günlərdə bir neçə senatorla görüş üçün ABŞ-a dəvətÿ almasını böyük məmnunluqla qarşılayan Qross Azərbaycandan ötrü görülən bu işlərdən razı qaldığını xüsusi vurğulayıb.

Görüş zamanı Qarabağ problemi ətrafında da fikir mübadiləsi aparılıb.

Əli Hacılı,
Demokratik Azərbaycan Cəbhəsinin icra katibi
Категория: В мире | Просмотров: 407 | Добавил: admin
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz