Понедельник, 11.12.2017, 18:23
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

Талыши - один из крупных иранских этносов. Страна талышей - Талыш или Талышистан, - где они компактно проживают, занимает крайний юго-запад Прикаспия. Она разделена на две части - северную, ныне входящую в Азербайджанскую Республику, и южную, в Иране, простирающуюся узкой полосой вдоль южного побережья Каспийского моря.

Основные населённые пункты Талыша по обе стороны границы - Ланкон (Ленкоран или Ланкоран), Лерик, Масали, Астара, Лавандвил, Визне, Хавиг, Лисар, Джогандан, Хаштпар, Асалем, Талеш-дулаб, Шандерман, Масал, Сомейэ-Сара, Масуле и Фуман (Фуманат). Талышские сёла имеются и в горных местностях, простирающихся к западу в сторону Ардабиля в Иране.

Талышское население отмечается и в крупных городах - Баку, Реште, Энзели и т.д.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2013 » Февраль » 7 » Respublika Talış Mədəniyyəti Mərkəzinin müraciəti
20:31
Respublika Talış Mədəniyyəti Mərkəzinin müraciəti
RESPUBLIKA  TALIŞ  MƏDƏNIYYƏTI  MƏRKƏZI
                   RESPUBLIKA  TOLIŞI  MƏDƏNIYYƏTI  MƏRKƏZ
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Sürəti: millət vəkili Mehriban xanım Əliyevaya
Respublika Talış Mədəniyyəti Mərkəzinin
sədri Rafiq Cəlilov tərəfindən
                                            MÜRACIƏT
Cənab prezident!
 
Bilirəm ki, Respublika Talış Mədəniyyəti Mərkəzinin Sizə ünvanladığı əvvəlki onlarla məktub və müraciətlər kimi bu müraciətim də aparat işçiləriniz tərəfindən gizlədilərək Sizə çatdırılmayacaq, əvəzində isə "psevdotalışların” KİV-lərdə RTMM-nə qarşı basqıları təşkil ediləcəkdir, buna görə də Sizə həm yazılı, həm elektron, həm qəzetlər, həm də açıq internet səhifələri vasitəsi ilə müraciət etmək qərarına gəlmişəm.
 
Sizə müraciət etməkdə məqsədim RTMM-in bütün üzvlərinin nigarançılığına səbəb olmuş, RTMM-in İH-nin üzvü, RTMM-in rəsmi orqanı olan "Tolışi Sədo” qəzetinin baş redaktoru d-r Hilal Məmmədovun saxta, uydurma ittihamlarla həbs edilərək, günahsız olaraq 8 aydan artıq bir müddətdə həbsdə yatmasıdır. Nəzərinizə çatdırıram ki, d-r Hilal Məmmədov 21 iyunda, 6 ilə yaxındır ki, həbsxana həyatı yaşayan, Talış ziyalılarının qənimi Elman Quliyevin ərizəsi əsasında, narkotik saxlama ittihamı ilə şərlənərək həbs edilmiş, 3 iyulda isə yenə də həmən Elman Quliyevin ərizəsi əsasında d-r Hilal Məmmədova "vətənə xəyanət” və "milli, dini, irqi ayrıseçkilik salma” maddələri ilə yeni ittihamlar irəli sürülmüşdür. Bəs əsl həqiqət nədən ibarətdir?
Əsl həqiqət ondan ibarətdir ki, d-r Hilal Məmmədov öz fikri olan, azad, demokratik bir quruluş arzulayan, yaltaqlıq və məddahlığı bacarmayan birisi olduğu üçün kimlərinsə (çox təəsüflə qeyd etmək istəyirəm ki, burada Sizin ailənin üzvü, millət vəkili Mehriban xanım Əliyevanın da adı hallanır) qəzəbinə tuş gəlmiş, buna görə də cəzalandırılması barədə göstəriş verilmişdir.
 
Cənab Prezident! Siz hər bir vətəndaşın Prezidentisiz və bu vətəndaşlar arasında Sizə müxalif fikirləri olan insanların olması da təbiidir, cəmiyyətin gözəlliyi də məhz onun fikir müxtəlifliyindədir, saxta, yalançı, uçuruma aparan təriflərdənsə, acı, lakin düz olan tənqid daha gözəl deyilmi? Əgər hər hansı bir dövlətdə öz fikri olan bir şəxs, fikir müxalifliyinə görə şərlənərək həbsə atılırsa, bu həmən dövlətin səhf, yanlış yolda olduğunun sübutudur.
 
Cənab Prezident! Sual edə bilərsiniz ki, məndə d-r Hilal Məmmədovun şərlənərək həbs edilməsi qənaəti haradan qaynaqlanır? Bu sualın bir cavabı var: görünən kəndə nə bələdçi... D-r Hilal Məmmədovun ittiham aktında onun milli, dini, irqi ayrıseçkilik salmasının sübutu kimi öz tələbələrinə elektron müraciəti götürülüb, müraciətdə d-r Hilal Məmmədov tələbələrinə deyir: "rüşvət verməyin, özünüzü rüşvətə alışdırmayın, bu gün rüşvət verən, sabahkı rüşvətxordur” və çox gülməlidir ki, "ekspert” İlhamə Quliyeva bu müraciətdə heç bir millətin adı çəkilməsə də "milli”, heç bir dinin adı çəkilməsə də "dini” heç bir irqin adı çəkilməsə də "irqi ayrıseçkilik” "aşkarlayaraq”, d-r Hilal Məmmədovun tələbələri "kütləvi itaətsizliyə çağırmasını” "sübut” edib, əgər İ.Quliyevanın təbiriycə tələbələrə "rüşvət verməyin” demək, "kütləvi itaətsizliyə çağırmaq”dırsa, dövləti cinayətdirsə, onda görəsən "ekspert İlhamə Quliyeva” Sizin anti-korrupsiya haqqında məlum fərmanınızı nə sayır?
Haşiyə: İ.Quliyeva Əvəz Zeynallının işi üzrə də ekspertdir və məhkəmədə sadə bir cümlənin sintaksis təhlilini verə bilməyib. Cənab Prezident! Görün insanların taleyini kimlər həll edirlər...
 
Cənab Prezident! D-r Hilal Məmmədovun ittiham aktında onun "1992-ci ildən başlayaraq vəzifəli şəxsləri İranın xeyrinə cəsusluğa cəlb etməsi” yazılsa da, nə bir vəzifəli şəxsin adı, nə də ki, cəsusluğun predmeti göstərilməyib, sübut kimi isə yenə də 6 ildir ki, həbsxana həyatı yaşayan Elman Quliyevin bu ilin iyun ayında yazdığı ərizəsindəki "eşitmişəm” sözü (?) götürülüb.
 
Cənab Prezident! "20 il müddətində MTN-nin gözündən yayınan”, "sadə, lakin MTN-dən ayıq bir vətəndaşın ərizəsi ilə həbs edilən” d-r Hilal Məmmədovun "1992-ci ildən bu yana İranın xeyrinə cəsusluğunu” ifşa edən məqamlardan biri də, məncə isə ən başlıcası bu biabırçı, dövlətimizə utanc gətirən istintaqda Milli Təhlükəsizlik Nazirliyinin iştirak etməməsidir, düzdür, prokurorluq "istintaq qrupuna” MTN-nin iki əməkdaşının adlarını yazsa da, onlardan heç biri istintaqda iştirak etməmiş, d-r Hilal Məmmədovla heç bir istintaq tədbiri keçirməmişlər, bildiyimiz kimi isə "dövləti cinayətləri”, xüsusən cəsusluq ittihamlarını məhz MTN araşdırır.
 
Cənab Prezident! RTMM olaraq Sizin ölkəmizə başçılıq etdiyiniz dövrdə, RTMM-in iki aktiv üzvünün, həmən Mərkəzin rəsmi orqanı olan "Tolışi Sədo” qəzetinin iki baş redaktorunun saxta ittihamlarla, konkret olaraq 2007-ci ildə RTMM-nin sədri, dilçi-alim, "Tolışi Sədo” qəzetinin baş redaktoru professor Novruzəli Məmmədovun oxşar ittihamla həbsini, 2009-cu ildə professor Novruzəli Məmmədovun həbsxanada müammalı ölmünü, indi isə yenə də RTMM İH-nin üzvü, "Tolışi Sədo” qəzetinin baş redaktoru, fizika-riyaziyyat elmləri doktoru Hilal Məmmədovun həbsinin motivlərini anlamaqda çətinlik çəkirik və bu həbslərin Talış xalqına, onun əsl ziyalı təbəqəsinə basqı kimi dəyərləndirmək məcburiyyətində qalırıq.
 

Cənab Prezident! Talış xalqı Azərbaycan dövlətçiliyi uğrunda mübarizədə, tarixi keşməkeşlərdə, Azərbaycanın müstəqillik əldə etməsində, Qarabağ döyüşlərində daima öndə olmuş, dövlətçilik maraqlarını hər şeydən üstün tutmuşdur. Bu sədaqətin bədəli olaraq isə Sizin rəhbərlik etdiyiniz iqtidarın Talış xalqına, onun ziyalı zümrəsinə basqısını anlaya bilmirik.
 

Cənab Prezident! Ümüdvaram ki, Siz bu müraciəti diqqətlə oxuyub, çıxış yollarını arayacaqsız, çıxış yolu kimi Siz vaxt tapıb respublikamızın ikinci ən böyük etnosu olan Talışların rəsmi təşkilatı olan RTMM-in üzvləri ilə görüşə də bilərsiz və ya bu müraciətimə görə məni də d-r Hilal Məmmədovun yanına göndərə də.
 

Hörmətlə: (imza və möhür var) Rafiq Cəlilov
Respublika Talış Mədəniyyəti Mərkəzinin sədri
Категория: Наши новости | Просмотров: 1339 | Добавил: admin2
Всего комментариев: 2
1  
Eto ochen miloe no naivnoe pismo "dobromu tzarju" kotoryj ne vedaet chto tvorjat v gosudarstve ego prislugi.

Prosnites !

Kak mozhno verit cheloveku otec kotorogo :
- radi proxoda k vlasti podaril protivniku obshirnye zemli.
- verolomno otpravlil na bojnju v karbaxskie gory luchshix
predstavitelej korennyx narodov - molodezh, togda kak svoego Ilhama v
teplom meste soxranil.

Kak mozhno verit cheloveku kotoryj :
- prodolzhaet kupatsja v petrodollarax, togda narod gnëtsja pod igom korumpirovannyx chinovnikov.
- kotoryj uzhe gotovit svoje begstvo, priglashaja kurdskix naëmnikov iz iraka cthoby obezopasit vyvoz zolota is strany : http://telegrafist.org/2013/01/24/36869/

V luchshem sluchae avtory statji sami ukazyvajut kuk davit na narod chtoby sdelat bolno.

Verju chto buduczee regeona v dobrovolnom objedenenii svobodnyx narodov reshivshix samim reshat svoju sudbu.

Vse na vybory !

Svobodu Kavkazu !

Da dravstvujut Soedinennye Shtaty Kavkaza !

Uzun Qafqaz yaşamaq!

2  
Чымы болион, какие Вы наивные. Неужели ещё Вам непонятно, что этому человеку, т.е. пизденту наплевать на государству и на его граждан. У них одна задача, как разделить между собой нац. богатство,  в каком виде и где их хранить?. Этот вопрос, так- же мучал Хусейна, Каддафи и др. диктаторов.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2017Используются технологии uCoz