Четверг, 19.10.2017, 19:24
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

Талыши - один из крупных иранских этносов. Страна талышей - Талыш или Талышистан, - где они компактно проживают, занимает крайний юго-запад Прикаспия. Она разделена на две части - северную, ныне входящую в Азербайджанскую Республику, и южную, в Иране, простирающуюся узкой полосой вдоль южного побережья Каспийского моря.

Основные населённые пункты Талыша по обе стороны границы - Ланкон (Ленкоран или Ланкоран), Лерик, Масали, Астара, Лавандвил, Визне, Хавиг, Лисар, Джогандан, Хаштпар, Асалем, Талеш-дулаб, Шандерман, Масал, Сомейэ-Сара, Масуле и Фуман (Фуманат). Талышские сёла имеются и в горных местностях, простирающихся к западу в сторону Ардабиля в Иране.

Талышское население отмечается и в крупных городах - Баку, Реште, Энзели и т.д.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2015 » Ноябрь » 14 » Respublikada Əhli - beyt tərəfdarlarına qarşı aparılan repressiya tədbirləri ilə əlaqədar Talış Ağsaqqallar Şurasının BƏYANATİ:
21:11
Respublikada Əhli - beyt tərəfdarlarına qarşı aparılan repressiya tədbirləri ilə əlaqədar Talış Ağsaqqallar Şurasının BƏYANATİ:

20 il ərzində YAP hakimiyyətinin yarıtmaz daxili və xarici siyasəti ölkədə iqtisadi və siyasi böhrana gətirib çıxarmışdır. Bu müddət ərzində siyasi azadlıqların məhdudlaşdırılması, müxalif qüvvələrə divan tutulması, xalqın seçki hüququna qəsd edilməsi, eləcə də sahibkarların hər vasitə ilə qarət edilib müflisləşdirilməsi, bir qrup alimənsəb məmur tərəfindən ticarət, istehsal və maliyyə sektorlarının tam inhisara alınması sadə xalqın maddi vəziyyətini dözülməz hala gətirib çıxarmışdır.
 

Bütün mübarizə imkanlarından məhrum edilmiş, nəticədə gələcəyə ümidini itirmiş xalq, xüsusən gənclər dinə tərəf üz tutmağa başladılar. Bu da siyasi müxalifətin sındırıldığı bir məmləkətdə dini müxalifətin yaranmasına gətirib çıxardı. Bu qüvvə əslində heç bir siyasi tələb irəli sürmədiyi, çıxışlarında məmur özbaşınalıqlarına son qoyulmasını tələb etdiyi bir halda iqtidar onun mütəşəkkilliyindən xoflanaraq buna öz oğru hakimiyyəti üçün bir təhlükə kimi yanaşma göstərdi. Ölkədə dini tendensiyanın güclənmə səbəblərini təhlil edib düzgün nəticə kimi xalqın mənafeyinə tərəf gönüş olaraq məmur özbaşınalıqlarına son qoymaq, xalqın maddi vəziyyətini yaxşılaşdırmaq naminə real addımlar atmaq, istehsalı təşkil edib iş yerləri yaratmaq, inhisarçılığı və tayfabazlığı aradan qaldırmaq üçün konkret tədbirlər görmək əvəzinə, hökumət öz 20 illik ənənəsinə sadiq qalaraq yenidən repressiya metodları ilə hərəkət edir.
 

Əhli - beyt tərəfdarlarını ölkədə Suriya variantını təşkil etmək istəyində olanlara xidmət etməkdə günahlandırır. Əslində vəziyyət tam əksinədir. Ölkədə vətəndaş qarşıdurması yaratmaq istəyənləri iqtidar öz arasında axtarmalıdır. MTN - də baş verən təbəddülatlar bunun aşkar sübutudur. Ölkəni təhdid edən təhlükəni sovuşdurmağın yeganə düzgün yolu xalqın səsinə qulaq asıb onun mənafeyinə siyasət aparmaqdır. Məhz bunun əksinə siyasət aparmaq dövləti onun ictimai dayağı olan xalqın dəstəyindən məhrum olmasına, bunun nəticəsi kimi ölkədə xaos, yəni Suriya variantı yaradılmasına gətirib çıxara bilər.
 

TAŞ hökumətin Əhli-beyt tərəfdarlarına qarşı apardığı antikonstitusion cəza əməllərini qətiyyətlə pisləyir, ölkəni təhdid edən təhlükəni sovuşdurmaq üçün xalqa tərəf üz çevirib onunla əlbir olmağa çağırır.

Talış Ağsaqqallar Şurası.

14 noyabr 2015.

Категория: Наши новости | Просмотров: 618 | Добавил: admin2
Всего комментариев: 1
1  
Hardadı o Şura!!!!

Kimdi onun rəhbəri,yeri hardadı?Osloyeblar niyə yalan yazırsuz burda.Tərbiyə imkan vermir .Allah bəlavızı versin.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2017Используются технологии uCoz