Среда, 08.02.2012, 20:32
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

О сегодняшнем дне талышей, проживающих в России, наш корреспондент беседует с Председателем РОО "Талышская диаспора" Исмаилом Мусаевичем Шабановым

- Исмаил Мусаевич, расскажите, пожалуйста, когда образовалась талышская диаспора и как давно талыши поселились в России?

- Талышская диаспора существует с 2008 года. В основной своей массе талыши переехали жить в Россию не так давно, можно сказать, после распада Советского Союза, впрочем, как и представители многих других народов. Теперь Россия стала для нас историческим местом проживания – второй родиной. Подавляющее большинство переселившихся в Россию талышей живет в основном в Москве, Санкт Петербурге, Екатеринбург, Тюмени и в Астраханской области.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2010 » Июль » 2 » Talışda intiharların səbəbləri
16:11
Talışda intiharların səbəbləri

Bir igid ömrünü yaşayammadım,
Bu yurdun dərdini daşıyammadım,
Qul olub Tanrıma çıxıb gedirəm,
Bu dəli həsrəti yıxıb gedirəm,
Daha səndə gözüm yoxdu, a dünya.

Bu misraların müəllifi Şəmşir Məmmədov iyunun 27-də Astaranın (Ostoro) Şəmətük kəndində - yaşadığı evin həyətində özünü ağacdan asaraq intihar edib. 42 yaşlı Ş. Məmmədov 4 uşaq atası, bir neçə kitabın müəllifi idi. Çap olunmamış çoxlu şeirləri var. Ovala kənd məktəbinin direktoru işləyirdi. Yaxınları deyirlər ki, onun intihar edəcəyini gözləmirlərmiş.

ƏYALƏTDƏ YAŞAYAN ZIYALILAR ARTIQ ADAMA ÇEVRİLİBLƏR

Azərbaycan Yazıçılar Birliyin üzvü, şair Aqil Yaqub deyir ki, mərhumun kitablarına ön sözü o yazıb:

- Belə bir adam intihar edibsə, deməli, cəmiyyət mənəvi aşılanmaya məruz qalıb. Hər ay intihar hadisəsinin şahidi oluruq. Əyalətdə yaşayan ziyalılar artıq adama çevriliblər. Hamının başı çörəyə qarışıb. Ətrafda baş verənlərdən xəbərsizik.

Azərbaycan Yazıçılar Birliyin digər üzvü, şair İlham İlhami də deyir ki, mərhum Ş. Məmmədov kimi ziyalılar əyalətdə özlərinin ən çətin günlərini yaşayırlar. Mənəviyyatla bağlı çoxlu suallar var ki, cavabı tapılmır. İqtisadi çətinliklər ziyalını alçaldır. Müəllim aldığı maaşla xeyrə-şərə gedə bilmir. Şəmşir Məmmədov da müəllim maaşı ilə yaşayırdı.

«ŞƏMŞİR MƏMMƏDOV RUHİ XƏSTƏ İDİ»

Astara Rayon Təhsil Şöbəsindən AzadlıqRadiosuna bldiriblər ki, Ş.Məmmədov ruhi xəstə idi. Ruhi xəstənin direktor vəzifəsində necə işləməsi sualına isə cavab vermədilər.

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Son bir ayda Talışda bir neçə intihar hadisəsi baş verib. İyunun 12-də Masallıda 15 yaşlı Lalə Abdinova həyətlərindəki təndirxanada özünü asıb. O, Masallı şəhər 1 saylı məktəbin 9-cu sinfini bitirmişdi.

İyunun 15-də Lankonda iş adamı 44 yaşlı Fərdi Rzayev özünü kəndirlə asaraq intihar edib. 3 uşaq atası olan F. Rzayevin intihar etməsinin səbəbi bilinmir. Elə həmin gün Cəlilabadın Səmədabad kənd sakini 21 yaşlı Yaşar Əliyev də özünü asaraq intihar edib. Bundan bir gün əvvəl - iyunun 14-də isə Astara rayonunun Şiyəkəran kənd sakini 43 yaşlı, 2 uşaq anası İradə Əsədova özünü öldürüb.

GƏNCLƏR SOSİAL GƏRGİNLİYƏ DÖZƏ BİLMİRLƏR


Lankon Məhkəmə Tibbi Ekspertizasının həkimi Natiq Qasımov intiharların müxtəlif səbəblərdən baş verdiyini deyir. Onun sözlərinə görə, gənclər sosial gərginliyə dözə bilmirlər. Onların arasında fanatizim güclüdür, düşünürlər ki, intihar etsələr cənnətə düşəcəklər. Yaşlı adamlar isə vəziyyətdən çıxış yolu tapa bilmirlər, intihara əl atırlar. Həkimin fikrincə, intiharların kökündə əsasən sosial, iqtisadi məsələlər (yalnız bu səbəblərmi?! - ТИ) durur.

İSLAMDA İNTİHAR QADAĞAN OLUNUB

Bakı İslam Universitetinin məzunu Ceyhun Məmmədovsa deyir ki, islamda intihar qadağan olunub:

-Allah deyir ki, canı sizlərə əmanət verdim. Bu o deməkdir ki, cana qəsd etmək olmaz. Buna görə də özünə qəsd edən cənnətə düşə bilməz. Lakin elə dini sektalar var ki, ölümü insan həyatında xoşbəxt yol hesab edir. İnsanları özünəqəsdə təhrik edirlər. İntiharların artması əsasən insanlarda mənəvi boşluqla bağlıdır.

Müstəcab Məmmədov,
AzadlıRadiosu

Talış regionun toponomik adlarının saxtalaşdırılmaması naminə "ТалышИнфо"nun etdiyi redaktə ilə

Категория: Наши новости | Просмотров: 598 | Добавил: admin
Всего комментариев: 4
0  
1 HABIB   (03.07.2010 21:03)
Bolima, talishda intaharlarin sabablari choxdan malumdur, Talishi bir millat kimi mahv edib yer uzundan silmak Aliyev rejiminin choxdanki ali magsadidir, bununchun rejim artig hansi metodlara al atmir? bu gun bu artig Azerbayjanda rejim uchun magsadayenlu bir siyasi prosesa bashlanib, bunu buz talisha garshi Genosid adlandirsag daha duzgun olardi. Siz baxin, talishi hansi balalara duchar ediblar, 1. Narkomania, Sifilis, garajiyar xastaliklari va nahayat intaharlar, hechda taajjublu deyilki bujur intaharlarin choxu javanlar arasinda bash verir. Butun bunlar onu gestarirki, allari gan ichinda olan Aliyev rejimi Talisha garshi Genosid siyasatini davam etdirmakdadir.

0  
2 HABIB   (03.07.2010 21:13)
Masala ondadirki butun bu balalar hekumat tarafindan yalandan tekulur Iranin boynuna, guya talishlar Iranla sarhad olduguna gera ordan narkotik maddalar va digar xastaliklar talisha qatirilir, sual olunuir, bas niya Irandan yaxin sarhadi olan Naxchivana narkotik maddalar gatirilmir? vayaxud digar Iranla sarhadi olan rayonlara narkotik maddalar gatirilmir va intaharlar olunmur?- Talisha garshi Butun bujur dushmanchiliyin arxasinda duranlar Azerbayjan devlatidir va bilavasita polis ishchilarin vasitasi ila hayata kechirilir. Bunlari artig talishlar bilmalidir.

0  
3 Jango   (03.07.2010 21:38)
Бэмы жого омедэ ки, ын джывонмаордэ ыштэ зывонэдэ шеер энывыштиjбэн интиhар нэкэj. Манде зэмини ды осмони арэдэ... Амал ни, мэгсэд ни, hэдэф ни... Бэ чичи лозиме жыго жимон?

0  
4 boli   (03.07.2010 23:52)
Очень грустный факт....! возникает естественный вопрос, ЧТО ДЕЛАТЬ?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
E-mail:
Пароль:
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2012Используются технологии uCoz