Воскресенье, 20.08.2017, 14:55
ТалышИнфо - новости, политика, аналитика
Приветствую Вас Гость | RSS
Тема дня

Талыши - один из крупных иранских этносов. Страна талышей - Талыш или Талышистан, - где они компактно проживают, занимает крайний юго-запад Прикаспия. Она разделена на две части - северную, ныне входящую в Азербайджанскую Республику, и южную, в Иране, простирающуюся узкой полосой вдоль южного побережья Каспийского моря.

Основные населённые пункты Талыша по обе стороны границы - Ланкон (Ленкоран или Ланкоран), Лерик, Масали, Астара, Лавандвил, Визне, Хавиг, Лисар, Джогандан, Хаштпар, Асалем, Талеш-дулаб, Шандерман, Масал, Сомейэ-Сара, Масуле и Фуман (Фуманат). Талышские сёла имеются и в горных местностях, простирающихся к западу в сторону Ардабиля в Иране.

Талышское население отмечается и в крупных городах - Баку, Реште, Энзели и т.д.
Категории раздела
В мире
Страны СНГ
Аналитика
Личности
Наши новости
Актуальные
Аналитика
Архив записей
Главная » 2015 » Январь » 18 » Talışlara “it hürər, karvan keçər” deyən diktora ağır sözlər...
16:47
Talışlara “it hürər, karvan keçər” deyən diktora ağır sözlər...

 

"Efir mədəniyyətini ədəbsizliklə pozaraq bir millətin ünvanına “it hürər, karvan keçər” demək yarım əsrə yaxın diktorluq təcrübəsinə və talış torpağının gəlini olan bir qadına yaraşmaz!"
"Əgər Davud Əhmədov bilə-bilə və eşidə-eşidə sizin bu ədəbsizliyinizə göz yumursa, o da sizinlə eyni ədəbsizliyi təkrarlamış olur"


"Gəlini olduğu torpağın millətini təhqir edən arvadı yetmiş yaşı da olsa, boşamaq lazımdır, Davud müəllim!" 
        
Diktor Xalidə Əhmədova ANS-in efirində astaralı bir gəncin ləhcə ilə danışığını ona irad tutur. Buna qarşı sosial şəbəkələrdə müxtəlif etirazlar səsləndirilir. Bir sonrakı verilişdə Xalidə Əhmədova həmin şəxslərin ünvanına “it hürər, karvan keçər”, “biz o səviyəyə inmeyelim” kimi fikirlər deyir.   
           
Mən Xalidə Əhmədovaya səslənirəm, sizin bu sözünüzə etiraz edənlər kim oldu? Əlbəttə ki, böyük qismi talışlardan ibarət bir kütlə. Siz həmin kütləyə “it hürər, karvan keçər” deyirsiz? Hansı ixtiyarla? Hansı haqla? 
Axı siz efirdə astaralı bir gəncə saqqız çeynəyə-çeynəyə “get, o Talış ləhcəsini təmizlə ağzundan” deyən və bir sonrakı buraxılışda sizin bu ləhcəyə qarşı nitqinizə etiraz edən insanlara “it hürər, karvan keçər”, “biz o seviyyəyə inmeyelim” deyən insansınız. 
         
Mən sizin ləhcəyə qarşı etirazınıza bir söz demirəm. Haqlısınız. Müğənni, aparıcı, yazıçı və digər bu kimi kütlə ilə əlaqəli vəzifələrdə çalışan şəxslər ləhcə ilə danışmamalıdır. Amma bunu efirdə saqqız çeynəyən bir diktor irad tuta bilməz! Çünki efirdə saqqız çeynəmək ləhcə ilə danışmaqdan daha böyük ədəbsizlikdir.
     
Həm fərqli təbiəti, həm təbii sərvəti, həm qəhrəman şəxsiyyətləri ilə bu ölkəyə və bu millətə yüksək xidmət edən böyük bir zümrəni “it” adlandırmaq nə deməkdir? Ən birinci sizin öz şəxsi tərbiyəniz, daha sonra peşənizin əxlaqı buna necə icazə verir? Mən həqiqətən təəccüb və heyrət içindəyəm.
     
Əvvəlcə, siz özünüz düzgün danışıq normalarına riayət etmirsiniz, zəhmət çəkin, öz danışığınızı düzəldin. “Ağzından” sözü “ağzundan” kimi deyilmir. Danışığınız biraz şivə, biraz da “sovet qoxuyur”! Efirdə Azərbaycanın öz doğma bölgələrinin ləhcəsi ilə danışmaq olmaz, amma “biz o seviyəyə inmeyelim” deyib Türkiyə türkcəsi ilə danışmaq olar? Siz bizim ədəbi dilimizi, orfoepik normalarımızı özünüz öyrənin, sonra başqalarına öyrədərsiniz!
      
Efir mədəniyyətini ədəbsizliklə pozaraq bir millətin ünvanına “it hürər, karvan keçər” demək yarım əsrə yaxın diktorluq təcrübəsinə və talış torpağının gəlini olan bir qadına yaraşmaz! İşin ən təəccüblü yeri odur ki, Davud Əhmədov lənkəranlıdır  və sizin həyat yoldaşınızdır. Üstəlik, siz o fikri səsləndirəndə Davud Əhmədov özünü ya eşitməməzliyə vurur ya da sizdən qorxduğu üçün dinmir. Əgər Davud Əhmədov bilə-bilə və eşidə-eşidə sizin bu ədəbsizliyinizə göz yumursa, o da sizinlə eyni ədəbsizliyi təkrarlamış olur. Özü də təhqir etdiyiniz bir zümrənin nümayəndəsidir. Sizin təhqirinizə ən birinci etirazı Davud Əhmədov özü səsləndirməli idi. Gəlini olduğu torpağın millətini təhqir edən arvadı yetmiş yaşı da olsa, boşamaq lazımdır, Davud müəllim! 
        
Mən bütün talışların adından çıxış edirəm və bütün talışların bu ixtiyarı mənə verdiyinə əmin olaraq deyirəm ki, Xalidə Əhmədova səsləndirdiyi həmin fikirə görə üzür istəməli, böyük bir qəbahət işlətdiyini, böyük bir tərbiyəsizlik, mədəniyyətsizlik, ədəbsizlik etdiyini etiraf etməlidir! Yoxsa, Xalidə Əhmədova özünə qarşı daha böyük etirazlar görəcək! Ömrünün-günün ahıl yaşında bu cür ədəbsizliklə bütün illər boyu qazandığı hörməti-ehtiramı puç etmək istəməz yəqin...

Oran BAHADURSOY

http://moderator.az/

Категория: Страны СНГ | Просмотров: 1096 | Добавил: admin
Всего комментариев: 2
1  
Əlbətdə hər bir kəs öz qabındakını ortaya qoyur deyiblər babalarımız! Əsrlər boyu Azərbaycanın bu gözəl guşəsində yaşayan və böyük bir tarixi keçmişə malik bi zümrə haqqında belə ürəkbulandırıcı ibarələri eşitmək necə də təəssüf hissi doğurur. Bu yazını oxuyanda münasibət bildirməyi özümə borc bildim. Dediklərinizlə şərikəm və məni təəccübləndirən isə bir başqa məqamdır. Nə qədər tarixi şəxsiyyətlər, qəhrəmanlar yetişdirib, Qarabağ döyüşlərində nə qədər şəhid qurban verib bu torpaq. Görəsən Qarabağ savaşında yüzlərlə şəhid verildiyi, neçə-neçə analarımızın, bacılarımızın gözü yaşlı qaldığı bir dövrdə bizim diktorumuz (əgər diktor demək olarsa) niyə bu ibarələri işlətmirdi? Babalı Sərvərin boynuna...

2  
Когда представитель народа ,у которого ни истории,ни обычии,ни культуры; ,более 50% не знають даже правильное официальное название своего народа,публично оскорбляет представителя коренного народа это не хамство,не бескультурие,это более.От представителя базарных арбузников большего и не дождешься.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Форма входа
Онлайн ТВ
Поиск
Статистика

Онлайн всего: 5
Гостей: 5
Пользователей: 0
Наши партнеры
Tolışə poeziyə
Tolışi ədəbiyyot
Türkcə analitika
Самые популярные
Статистика онлайн
Copyright MyCorp © 2017Используются технологии uCoz